Məhkəmə qərarları › İş №1(027)-163/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-163/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-163/2023 15.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş və mülki iddiaçı “İnter Pazarlama MMC-nin nümayəndəsi Nümayəndə və vəkili X4, Təqsirləndirilən şəxs və mülki cavabdeh - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Quba rayonu, Pirvahid kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Pirvahid kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələrilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdən 30 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işləyərkən həmin Cəmiyyətlə arasında bağlanmış 20 dekabr 2016-cı il tarixli əmək müqaviləsinə, 01 fevral 2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə, eyni tarixli razılaşmaya əsasən ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparması, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməsi, ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməsi və sair xidmətlərin göstərilməsi üçün ona etibar olunan əmlakın satışını təşkil edərək müştərilərdən aldığı sifarişlər əsasında Zərərçəkmiş şəxs MMC tərəfindən ona təhkim olunmuş terminal vasitəsi ilə elektron formada yazdığı faktura əsasında mal sifariş vermək, satılmış mallara görə müştərilərdən aldığı pulları tam şəkildə, vaxtında şirkətin xəzinəsinə ödəmək və digər səlahiyyətlərə malik tam məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgə əmlakını vahid qəsdlə talama məqsədilə müştərilərin faktiki borc qalıqlarının yoxlanılması məqsədilə 14-28 mart 2022-ci il tarixlərdə keçirilmiş inventarizasiya zamanı tərtib olunmuş təftiş aktlarına əsasən öhdəsində olan 17506,08 (on yeddi min beş yüz altı manat səkkiz qəpik) manat dəyərində, 14 mart 2022-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək isə ona təhkim olunmuş terminal ilə yazdığı 19 mart 2022-ci il tarixli 230110- ********* nömrəli, 26 mart 2022-ci il tarixli 230***-*******94 nömrəli, 01 aprel 2022-ci il tarixli 230***-*******97 nömrəli, 08 aprel 2022-ci il tarixli 230110- ********* nömrəli, 15 aprel 2022-ci il tarixli 230***-*******64 nömrəli, 04 iyul 2022-ci il tarixli 230***-*******22 nömrəli, 23 aprel 2022-ci il tarixli 230110- ********* nömrəli, 08 may 2022-ci il tarixli 230***-*******17 nömrəli, 02 iyun 2022-ci il tarixli 230***-*******96 nömrəli, 09 iyun 2022-ci il tarixli 230110- ********* nömrəli, 09 iyun 2022-ci il tarixli 230***-*******26 nömrəli, 10 iyun 2022-ci il tarixli 230***-*******45 nömrəli, 17 iyun 2022-ci il tarixli 230110- ********* nömrəli, 17 iyun 2022-ci il tarixli 230***-*******75 nömrəli, 22 iyun 2022-ci il tarixli 230***-*******94 nömrəli, 07 iyul 2022-ci il tarixli 230110- ********* nömrəli, 08 iyul 2022-ci il tarixli 230***-*******67 nömrəli, 12 iyul 2022-ci il tarixli 230***-*******87 nömrəli, 13 iyul 2022-ci il tarixli 230110- ********* nömrəli, 13 iyul 2022-ci il tarixli 230***-*******07 nömrəli, 21 iyul 2022-ci il tarixli 230***-*******33 nömrəli, 25 iyul 2022-ci il tarixli 230110- ********* nömrəli, 25 iyul 2022-ci il tarixli 230***-*******35 nömrəli, 05 avqust 2022-ci il tarixli 230***-*******81 nömrəli, 13 avqust 2022-ci il tarixli 230110- ********* nömrəli, 02 sentyabr 2022-ci il tarixli 230***-*******63 nömrəli, 02 sentyabr 2022-ci il tarixli 230***- *******64 nömrəli, 08 sentyabr 2022-ci il tarixli 230***-*******89 nömrəli, 08 sentyabr 2022-ci il tarixli 230***-*******91 nömrəli, 08 sentyabr 2022-ci il tarixli 230***-*******90 nömrəli, 03 oktyabr 2022-ci il tarixli 230***-*******98 nömrəli və sair fakturalar əsasında müxtəlif növ qeyri-qida (saç şampunu, saç boyaları, kremlər və sair) məhsullarını şəxsən sifariş verərək nəticədə sifariş verilən mallar üzrə onların satışından əldə etməli olduğu cəmi 126757,53 (yüz iyirmi altı min yeddi yüz əlli yeddi manat əlli üç qəpik) manat puldan şirkətin xəzinəsinə 88733 (səksən səkkiz min yeddi yüz otuz üç) manat ödəmiş, anbara 8994,90 (səkkiz min doqquz yüz doxsan dörd manat doxsan qəpik) manat dəyərində mal qaytarmış, satış nöqtələrində 25669,46 (iyirmi beş min altı yüz altmış doqquz manat qırx altı qəpik) manat məbləğində mal qaldığı qaldığı halda, 3360,17 manat məbləğində pulu və Quba rayonu, Pirvahid kəndində yaşadığı evdə, ona təhkim olunmuş kompüter ilə 14 oktyabr 2022ci il tarixli ********* nömrəli 1628,35 manat dəyərində, 14 oktyabr 2022-ci il tarixli ********* nömrəli 66,82 manat dəyərində, 14 oktyabr 2022-ci il tarixli ********* nömrəli 551,10 manat dəyərində, 14 oktyabr 2022-ci il tarixli ********* nömrəli 1241,99 manat dəyərində hədiyyə fakturaları (sarf fışi) tərtib edərək ümumilikdə 3488,26 (üç min dörd yüz səksən səkkiz manat iyirmi altı qəpik) manat dəyərində malların hədiyyə verilməsinə dair elektron sistemə əməliyyatlar daxil edib faktiki olaraq həmin məbləğdə hədiyyə malları satış nöqtələrinə verməməsini nəzərə alaraq Zərərçəkmiş şəxs MMC-yə məxsus cəmi 6848,43 (altı min səkkiz yüz qırx səkkiz manat qırx üç qəpik) manat məbləğində pulu Cəmiyyətin xəzinəsinə təhvil verməyərək ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə talamışdır. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələrilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 20 dekabr 2016-cı il tarixli əmək müqaviləsi və 01 fevral 2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilə imzalamaqla 2017-cı ilin fevral ayından 2022-ci ilin dekabr ayına kimi qeyri-qida məhsullarını satışını həyata keçirən Zərərçəkmiş şəxs MMC-də şimal bölgəsi üzrə satış təmsilçisi vəzifəsində işləmişdir. Vəzifə öhdəliklərinə cəmiyyətə məxsus malların anbardan təhvil alaraq satış nöqtələrinə paylanılması, satışdan əldə olunan pulların şirkətin kassasına mədaxil edilməsi, ona etibar edilmiş əmlakın qorunması və sair işlər daxil olmuşdur. Satışı ona təhkim olunmuş terminal vasitəsilə həyata keçirmiş və şirkət tərəfindən verilən terminala “Micro+” adlı elektron tətbiq yüklənmişdir. Hər satış təmsilçisinin, həmçinin onun adma həmin proqramda şəxsi hesab açılmış, həmin hesabın adı və şifrəsi olmuş, o, həmin hesaba daxil olub sifarişləri vermiş, elektron tətbiqə kənar şəxslərin müdaxiləsi qeyri-mümkün olmuş, ancaq o özü şəxsən sifariş vermişdir. Bundan əlavə şirkət tərəfindən ona kompüter təhkim olunmuş, o, həmin kompüter vasitəsi ilə ona lazım olan malların siyahısını tərtib etmiş, daha sonra həmin siyahını elektron poçt vasitəsi ilə şirkətin elektron ünvanına göndərmiş, daha sonra Cəmiyyətin sürücüləri yük avtomobilləri ilə sifariş verdiyi malları onun evinə gətirmişlər. Bölgədə şərti olaraq şirkətin anbarı onun evi olmuş və bəzi bölgələrdə isə anbar şirkətin özünün müəyyən etdiyi yerlər olmuşdur. Mərkəz anbardan mallar fakturalar ilə gəlmiş, həmin fakturalar “anbar arası sevk fişi” adlanmış, həmin fakturalar əsasında gətirilən malları yoxlayıb öz evinə, yəni “Quba deposu”na qəbul etmişdir. Malları qəbul etməsi ilə bağlı fakturalara imza atmış, malların evinin zirzəmisinə və həyətdə olan otağa yığmış, daha sonra bölgədə olan satış nöqtələrinə gedərək, müştəriyə satdığı mallar barədə məlumat vermiş, müştərinin istəyinə uyğun ona təhkim olunmuş terminal vasitəsi ilə mal sifariş vermişdir. Sifariş verən zaman hesabına daxil olmuş, orada satış nöqtəsinin adını seçmiş, sifariş verilən malların adını, sayını, miqdarını qeyd etmiş, bundan sonra əməliyyat icra olunmuş, əməliyyat icra edilən kimi sistemə düşmüşdür. Həmin əməliyyatı silmək və yaxud köhnə tarixə hər hansı bir əməliyyat qeyd etmək qeyri-mümkün olmuşdur. Əməliyyatlar real vaxtda icra olunmuş, müştərilərdən sifarişləri yığandan sonra evə gəlmiş, ona təhkim olunmuş kompüterdən 3 ədəd satış fakturası çap etmiş, daha sonra həmin fakturalarda qeyd olunmuş malları anbarda ayırmış, sonra həmin mallar yük avtomobilinə yüklənmişdir. Onunla Elvin adlı sürücü işləmiş, ona “Ford Transit” markalı yük avtomobili təhkim olunmuşdur. Mallar avtomobilə yüklənəndən sonra o fakturaları sürücüyə vermiş, sürücü malları təhvil alandan sonra satış nöqtələrinə paylamışdır. Sürücü malları təhvil verəndən sonra müştəriyə 1 ədəd satış fakturası təqdim etmiş, sürücü özündə qalan fakturada müştəriyə malların təhvil alınması ilə bağlı imza çəkdirmişdir. Hər ayın sonu o, satış nöqtələrinə gedərək satışdan əldə olunan pulları yığmış, hər müştərindən pul alandan sonra bu barədə ona təhkim olunmuş terminala mütləq qaydada mağazanın adını göstərməklə ödədiyi konkret məbləği qeyd etmiş, bununla da avtomatik müştərinin sistemdə olan borcu azalmışdır. Nağd götürdüyü pulları isə “Kapital Bank” vasitəsi ilə Cəmiyyətin bank hesabına ödəmişdir. Bundan sonra ödəmə barədə qəbzin şəkilin çəkərək şirkətə göndərmişdir. Geriqaytarma da həmin qaydada həyata keçirilmişdir. Müştəri artıq olan malı və yaxud yarasız olan malı qaytarmaq istədiyini bildirəndə o, bu barədə terminalda müştərinin adını və geri qaytardığı malın adını qeyd edərək əməliyyat icra etmiş, evdə geriqaytarma fakturası tərtib edib sürücüyə təhvil vermişdir. Sürücü də həmin fakturaya əsasən malları müştərindən təhvil alıb ona vermişdir. Şirkət tərəfindən həmçinin müştərilərə hədiyyə mallar verilmiş, bunun üçün o, terminalda olan “sarf fişi” bölməsində malların adını qeyd etmiş, malların adını qeyd edəndən sonra həmin malları “hədiyyə” bölməsinə daxil edib müştərinin adma sifariş etmişdir. Bununla bağlı ayrıca faktura tərtib etmiş, həmin fakturada hədiyyə verilən müştərinin adı, malın miqdarı və sayı qeyd olunmuş, həmin mallar hədiyyə olduğuna görə qiyməti qeyd olunmamışdır. Mallar hədiyyə veriləndən sonra həmin malların adı sistemdən və anbarın siyahısından silinmişdir. Sistemdə və anbarda mövcud olmayan malı sifariş verə bilməmişdir Zərərçəkmiş şəxs MMC tərəfindən təqdim olunan satış və geriqaytarma fakturalarını özü tərtib etmiş, həmin fakturalarda qeyd olunan adda və sayda malları o, sifariş vermiş və geriqaytarma etmişdir. Həmin fakturalar sürücüyə verdiyi fakturalar olmuşdur. Fakturalardaki imzalar müştərilərə məxsus olmuş, onlar malı qəbul etmələrini təsdiqləmək üçün fakturaları imzalamışlar, Zərərçəkmiş şəxs MMC-nin mərkəz anbarından (Merkez depo) bölgədə yerləşən anbarına, yəni onun evinə sifariş verilən mallar barəsində tərtib olunmuş fakturalarda göstərilən malları o sifariş vermişdir. Şirkətin daxili auditi bölgəyə çıxaraq müştərilərin borcunu yoxlamış, axırıncı dəfə 2022-ci ilin mart və iyun aylarında təftiş aparılmış, həmin vaxt onun heç bir əskikliyi olmamışdır. 2022-ci ilin oktyabr ayında da Cəmiyyətin 2 nəfər Elşən və Vüsal adlı auditi gəlmiş, onlar iki qrupa bölünmüş, o. Elşən ilə mağazaları gəzmiş, sürücü Elvin isə Vüsal ilə mağazaları getmişlər. Yoxlama zamanı heç bir problem aşkar olunmamış, heç kim ona əskiklik barədə heç bir şey deməmişdir. 17-19 oktyabr 2022-ci il tarixdə keçirilən təftiş zamanı müştərilərin sistem üzərində olan borclarını təsdiqləməyərək daha az məbləğdə borclarının olmasını qeyd edib təhvil-təslim aktına imza atmaları barədə bildirmişdir ki, o, iki gün təhvil-təslimdə iştirak etmiş, lakin uşağının səhhətində olan problemlərə görə axıra kimi təhvil-təslimdə iştirak edə bilməmişdir. Ona görə müştərilərin niyə borclarını az göstərməsini bilməmiş, o, satışdan əldə olunan pulları tam şəkildə şirkətin kassasına mədaxil etmişdir. Müştərilərə sifariş verdikləri mallardan əlavə hədiyyələr verilmiş, lakin hərdən anbarda hədiyyə vermək üçün mal olmamış, ona görə də müştəriyə hədiyyə mal verilməmiş, ona görə də müştəri daha az məbləğdə pul ödəmişdir. Lakin sistem üzərində onların borcu tam göstərilmiş, o, bu barədə Vüsal İsamyılova bildirmiş. Vüsal isə ona mal gələn kimi çatışmayan malı müştəriyə verməsini demişdir. Cəmiyyətin Quba rayonunda olan anbarının yeri dəyişilən zaman mallar onun evindən yeni anbara daşınarkən sistemdə əməliyyatlar icra olunaraq anbarda olan əskik malların adları və sayı “sarf fışi” əməliyyatı ilə siyahıdan silinmiş və yoxlama zamanı anbarda 3488,26 manat məbləğində əskilik yaranması barədə bildirmişdir ki, o, heç bir əməliyyat aparmamış, mallar mərkəz anbardan qutularda gəlmiş, hər qutuya maldan asılı olaraq 12, 24 sayda mal qoyulmuş, tez-tez mərkəz anbardan gələn qutuların içərisində az sayda mal olmuş, həmin əskiklik mərkəz anbardan əskik mallara görə yaranmış, o, terminal vasitəsi ilə heç bir mal silməmiş, heç bir əməliyyat icra etməmişdir. Həmin əməliyyatların kimin icra etməsi barədə məlumatı olmamışdır. O Cəmiyyətin mərkəz anbarından gələn qutularda əskik malın olması barədə mərkəz anbarın müdiri Vaqifə məlumat vermiş, o isə bunu yoluna qoyacağını demiş, lakin buna baxmayaraq o həmin malları qəbul etmiş, anbarda əskikliyin yaranması onun səhlənkarlığı ucbatından olmuş, o, hissə-hissə həmin məbləğdə əskikliyi şirkətə ödəyəcəkdir. Məhkəmə iclasında iş üzrə zərər çəkmiş və mülki iddiaçı “İnter Pazarlama MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, o, 2008-ci ildən qeyri-qida məhsullarının satışını həyata keçirən Zərərçəkmiş şəxs MMC-nin Şimal bölgəsinin müdiri vəzifəsində işləyir. Bölgə müdiri kimi vəzifəsinə satışın təşkili, ticarətin idarə olunması, satış təmsilçilərinə nəzarət və sair vəzifələr daxil olmuşdur. Cəmiyyət məhsulların satışını satış təmsilçiləri vasitəsi ilə həyata keçirmiş, hər satış təmsilçisi ilə tam maddi məsuliyyət və əmək müqaviləsi bağlanmış, şirkətin anbarı Bakı şəhəri. Ziya Bünyadov prospektində yerləşmişdir. İlk öncə satış təmsilçisi Bakı şəhərində olan anbardan işlədiyi bölgədə olan satış dövriyyəsinə uyğun mal sifariş vermiş, daha sonra baş anbardan həmin mallar daşıyıcılar vasitəsi ilə bölgədə yerləşən anbara daşınmış, anbar satış təmsilçisinin müəyyən etdiyi yer və yaxud şirkətinin özünün müəyyən etdiyi yer olmuşdur. Hər satış təmsilçisinə şirkət tərəfindən terminal təhkim olunmuş, həmin terminal vasitəsi ilə satış təmsilçiləri müştərilərə yaxınlaşaraq onların istəyinə uyğun sifarişləri qəbul etmiş və həmin sifarişləri ona təhkim olunmuş terminala, sifariş olunan malların adını, növünü, miqdarını göstərməklə qeyd etmişdir. Satış təmsilçisinin terminalda apardığı qeydlər sistemə daxil olunmuş və 3 ədəd satış fakturası tərtib olunmuşdur. Həmin satış fakturalarına əsasən satış təmsilçisi anbardan malları götürmüş və daşıyıcılar vasitəsi ilə satış nöqtələrinə paylamışdır. Satış fakturalarının biri satış təmsilçisində, biri malları daşıyan sürücüdə, biri isə müştəridə qalmış, sürücü malları satış təmsilçisindən təhvil alandan sonra satış təmsilçisində qalan fakturaya imza atmış, daha sonra sürücü malları müştəriyə təhvil verəndə müştəriyə özündə qalan fakturada imza çəkdirmişdir. Daha sonra həmin fakturanı mərkəzi anbara təqdim etmişdir. Mallar paylanandan sonra satış təmsilçisi hər ayın sonu mağazalara gedərək satışdan əldə olunan pulları müştərilərdən almış, pulları təhvil alandan sonra yerindəcə ona təhkim olunmuş terminalda qeydlər aparmış, bununla bağlı da kassa mədaxil orderi tərtib olunmuş, ödənişlər sistemə daxil ediləndən sonra müştərilərin borcları avtomatik olaraq azalmış, satış təmsilçisi satışdan əldə olunan pulları elektron ödəmə terminalı ilə Cəmiyyətin hesabına mədaxil etmiş, bundan sonra baş ofisdə kassa mədaxil orderlərinə möhür vurularaq ödəmə təsdiqlənmişdir. Bəzən mallar yararsız olmuş və yaxud müştərilər malların satılmadığını deyib geri qaytarmışlar. Belə olan halda da, satış təmsilçisi ona təhkim olunmuş terminala geri qaytarılan malların adını, növünü, miqdarını qeyd edərək əməliyyat icra etmiş, yenə də geriqaytarma fakturası tərtib olunmuşdur. Daha sonra sürücü həmin malları müştərilərdən götürərək şirkətin bölgədə olan anbarına təhvil vermişdir. Bundan əlavə şirkət satışı artırmaq üçün çoxlu sayda mal sifariş verən müştərilərə hədiyyə mal vermiş, hədiyyələrlə də bağlı terminala qeydlər aparılmış, mallar qeyd olunandan sonra terminalda “sarf fışi” bölməsi seçilmiş, belə olan halda malların qiyməti pulsuz olmuş, daha sonra satış təmsilçisi terminalda olan “hədiyyələr” bölməsində müştərinin adını seçərək “sarf fişi” kimi seçilmiş malları həmin bölməyə daxil etməklə müştəriyə sifariş vermişdir. Bundan sonra “sarf fişi” fakturası tərtib olunmuş və həmin faktura əsasında mallar pulsuz, yəni hədiyyə olaraq müştəriyə verilmişdir. Şimal bölgəsi üzrə Cəmiyyətin satış təmsilçisi X5 olmuş, onunla tam maddi məsuliyyət və əmək müqaviləsi bağlanmış, 01 fevral 2017-ci il tarixdən 08 dekabr 2022-ci il tarixədək Cəmiyyətin satış təmsilçisi işləmiş, şimal bölgəsində anbar Vurğunun evi olmuşdur. Vurğun mərkəz depodan öz evinə malları sifariş vermiş, daha sonra ona təhkim olunmuş terminal vasitəsi ilə həmin malları müştərilərə sifariş vermişdir. Şimal bölgəsində sürücü Elvin adlı şəxs olmuş, onlar birlikdə işləmişlər. Elvin Vurğunun sifarişlərini daşımış, onun qonşusu olmuşdur. Hər 3 ayda şirkətin daxili auditləri satış nöqtələrinə gedərək Cəmiyyətin sistem çıxarışlarına əsasən müştərilərin borclarını yoxlamış, 2022-ci ilin oktyabr ayında Vurğunun 14 mart 2022-ci ilin tarixdən 20 oktyabr 2022-ci il tarixədək fəaliyyəti yoxlanılmışdır Bundan əvvəl yoxlama mart ayında olmuş, həmin vaxt Vurğunda heç bir problem aşkar edilməmişdir. Oktyabr ayında keçirilən yoxlama zamanı 14 mart 2022-ci il tarixə Vurğunun mart ayından 18506,08 manat qalıq borcu olmuş, 2022-ci ilin mart ayından oktyabr ayına kimi satış fakturaları ilə 109251,45 manat dəyərində mal sifariş vermiş, həmin məbləğdən 88733,00 manat məbləğində kassa ödənişi olmuş, 8945,88 manat dəyərində mallar anbara qaytarılmış, 2022-ci ilin oktyabr ayında sistem üzərində müştərilərin Cəmiyyətə 30078,65 manat borcu olmuş, 2022- ci ilin oktyabr ayında keçirilən təftiş zamanı müştərilər tərəfindən faktiki təsdiq olunan borc 25669,46 manat olmuş, nəticədə Təqsirləndirilən şəxs müştərilər üzrə Cəmiyyətə 4360,17 manat ziyan vurmuşdur. Vurğun müştərilərə mal sifariş verib çatdırmamış və yaxud mal sifariş verib müştəriyə çatdırandan sonra satışdan əldə olunmuş pulları şirkətin kassasına mədaxil etməmişdir. Məsələn Ümid və Şahlar adlı müştərilər təftiş zamanı sistem üzərində olan borcu təsdiqləməyərək Vurğunun onlara həmin məbləğdə malı çatdırmamasını bildirmişlər. O, şirkətin Şimal bölgəsində olan anbarını Vurğunun evindən başqa yerə dəyişdirmiş, ona görə də Vurğunun evinə gedib malları yükləyib yeni anbara daşımaq istəmişlər. Mallar Vurğunun evindən yük avtomobilinə yığılan zaman, Vurğun sistemə daxil olaraq anbarda əskik gələn malları “sarf fişi” kimi qeyd edərək anbardan silmiş, mal yeni anbara daşman zaman baş ofisdən onlara sistemdə əlavə əməliyyatların aparılmasını bildirmişlər. Sonradan müəyyən olunmuşdur ki. Vurğun əskik gələn malları “sarf fişi” edərək sistemdən silmişdir. Belə olan halda sistemdə həmin malların mövcudluğu görsənməmiş, onlar sayını keçirən zaman da əskik gələn mallar aşkar edilməmişdir. Adi halda Vurğun seçdiyi malları “sarf fişi” kimi qeyd edəndən sonra terminal vasitəsi ilə həmin malları hədiyyə bölməsinə atmalı və müştəriyə pulsuz verməli idi, lakin anbarın yeri dəyişilərkən mallar daşınan gün o malları mənimsəməsinin üzə çıxmasından qorxaraq əskik malları “sarf fişi” kimi qeyd edərək sistemdən silmiş, lakin həmin mallar heç bir müştəriyə çatdırılmamışdır. Baş ofisdə bunu işçilər görmüş. Vurğun bu qaydada 3488,26 manat dəyəri olan malı anbardan silmişdir. Təqsirləndirilən şəxs malların mərkəz anbardan qutularda gəlməsi, hər qutuya malın növündən asılı olaraq 12, 24 sayda malın qoyulması, tez-tez mərkəz anbardan gələn qutuların içərisində az sayda malın olması, anbarda yaranan əskiliyin həmin mallara görə yaranması barədə ifadəsində göstərdikləri barədə bildirmişdir ki, nadir hallarda bağlı qutuların içərisindən mal əskik gəlmiş, bu zavod defekti olmuş, belə olan halda, satış təmsilçisi bu barədə anbardara və yaxud öz müdirinə məlumat vermiş, bundan sonra əskik gələn mal yenisi ilə əzəl olunmuş və yaxud həmin mal satış təmsilçisinin anbarından silinmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2019-cu ilin aprel ayıdan qeyri-qida məhsullarının satışını həyata keçirən Zərərçəkmiş şəxs MMC-nin şimal bölgəsinin satış müdirinin müavini vəzifəsində işləyir. Satış müdiri müavini kimi vəzifəsinə satışın təşkili, ticarətin idarə olunması, bölgə müdirlərinə və satış təmsilçilərinə nəzarət və sair vəzifələr daxil olmuşdur. Şirkət satışı satış təmsilçiləri vasitəsi ilə həyata keçirmiş, hər bölgədə satış təmsilçiləri işləmiş, satış təmsilçiləri malları mərkəz anbardan sifariş vermiş, bölgə mərkəzdən uzaq olanda şirkət həmin bölgədə anbar açmış və satış təmsilçisi malları bölgədə olan anbardan sifariş vermişdir. Cəmiyyətin Şimal bölgəsi üzrə satış təmsilçisi Vurğunla ədavəti olmamışdır. Vurğuna elektron terminal və kompüter təhkim olunmuş, terminala “micro” tətbiqi yüklənmiş. Vurğun həmin tətbiqə daxil olaraq, müştərinin adını, sifariş verdiyi malın adını və sayını qeyd edərək elektron qaydada mal sifariş vermiş, bundan sonra Vurğun öz evində olan kompüter vasitəsi ilə 3 ədəd verilən sifarişə uyğun satış fakturası tərtib etmiş, malları öz evində olan anbarından ayıraraq satış fakturaları ilə birlikdə daşıyıcıya təqdim etmişdir. Vurğunun anbarı onun öz evi olmuş, o, mərkəz anbardan malları sifariş vermiş, həmin mallar da satış fakturası ilə şirkətin yerli anbarına daşıyıcılar vasitəsi ilə çatdırılmış. Vurğunda öz anbarından malları satış nöqtəlirinə sifariş vermiş, malları sifariş verəndən sonra daşıyıcı malları satış nöqtələrinə aparmış və malları təhvil verməsi ilə bağlı müştəriyə satış fakturasında imza çəkdirmişdir. Daha sonra həmin fakturanı satış təmsilçisinə təhvil vermişdir. Mallar müştəriyə çatdırılandan sonra Vurğun hər ayın sonu satış nöqtələrinə gedərək satışdan əldə olunmuş pulları toplamış, müştərindən pulu alan zaman mütləq şəkildə bu barədə ona təhkim olunmuş terminala müştərinin adını və ödədiyi məbləği qeyd edərək əməliyyat aparmış, həmin əməliyyatdan sonra müştərinin sistem üzərindən borcu azalmışdır. Müştərinin borcunun məbləği həmçinin satış fakturasında da azalmışdır. Pulları nağd alandan sonra Vurğun həmin pulları şirkətin bank hesabına köçürmüşdür. 2022-ci ilin oktyabr ayında şirkətin Quba şəhərində olan yerli anbarının yerini Vurğunun evindən başqa yerə dəyişmək məqsədi ilə, bölgə müdiri Nümayəndə və audit Şahid1 Vurğunun evinə getmiş, anbar sayılan zaman Vurğunun kompüterindən mallar hədiyyə kimi sistemdən silinmişdir. Bəzən şirkət kampaniya keçirmiş, məsələn 100 ədəd hər hansı mal alan müştəriyə 50 ədəd mal hədiyyə olunmuş və bununla da bir ədəd malın qiyməti ana qiymətindən aşağı düşmüş, yəni əgər müşətəri 100 ədəd mala 100 manat ödəməli idisə, müştəri 150 manat mala görə 100 manat ödəmiş və bununla da 1 ədəd malın qiyməti aşağı düşmüşdür. Həmin hədiyyə verilən mallar da ayrıca faktura (sarf fişi fakturası) ilə mağazaya çatdırılmışdır. Satış fakturasında malların qiyməti tam göstərilsə də, sarf fişi fakturasında malların qiyməti pulsuz olmuşdur. Satış təmsilçisinin terminalında “hədiyyə” bölməsi olmuş və həmin bölmədə hədiyyə verilə biləcək məhsulllarm sayı görünmüş, satış təmsiliçisi həmin saydan artıq malı hədiyyə verə bilməmişdir. Nümayəndə və Şahid1 anbarı sayan zaman əməliyyatlar aparılmış və malları hədiyyə kimi anbardan silinmişdir. Mallar hədiyyə kimi yazılanda hədiyyəni alan mağazanın adını yazmalı olduğu halda, mağazanın adı qeyd edilməmişdir. Sayım zamanı anbardan 3488,26 manat məbləğində malın silinməsi müəyyən olunmuşdur. Həmin malları anbarda olmalı olmuş, lakin Vurğun həmin malları özü kənar müştərilərə sataraq özünə gəlir əldə etmişdir. Yoxlama zamanı da həmin malların əskik gəlməsini gizlətmək üçün “sarf fişi” yazaraq, həmin malların hədiyyə kimi verilməsi görünüşü yaratmışdır. Lakin əməliyyatlar aparılan zaman bu sistemdə görünmüş və rəhbərlik tərəfindən Nümayəndə məlumat verilmişdir. Bu aşkar ediləndən sonra şirkətin auditləri Şahid2 və Şahid1 satış nöqtələrinə çıxaraq müştərilərin Cəmiyyətə olan borclarını yoxlamış və üzləşmə aktları tərtib etmişlər. Satış nöqtəri üzrə isə Vurğunun 4360,17 manat əskikliyi yaranmışdır. Bununla bağlı o, və şirkət rəhbəri X11 söhbət etmiş. Vurğun ilk öncə pulu mənimsəmədiyini bildirsə də, sonradan etiraf etmiş və onlardan pulu qaytarması üçün vaxt istəmişdir. Təqsirləndirilən şəxs tez-tez mərkəz anbardan gələn qutuların içərisində az sayda mal olması ilə bağlı ifadəsində göstərdikləri barədə bildirmişdir ki, belə hal il ərzində 1-2 olmuş, qutunun içərisində mal olmayanda Vurğun bu barədə mütləq mərkəz depoya məlumat vermiş və həmin əskik gələn mal ya yenisi ilə əvəz olunmuş və yaxud sistemdən silinmişdir. Vurğun ancaq sistemdə mövcud olan malları hədiyyə kimi sifariş verə bilmiş, sistemdə Vurğunun anbarında olan mal göstərilmiş, anbarda olmayan mal heç vaxt sistemdə göstərilməmiş. Vurğun mağazalara hədiyyə mal çatdıracağını bildirərək, həmin malları anbardan çıxararaq başqa şəxslərə satmışdır. Müştəriyə də hədiyyə mal verilmədiyinə görə, razılaşmaya görə müştəri az məbləğdə pul ödəmişdir. Təqsirləndirilən şəxs hədiyyə verməsi üçün anbarda malın olmaması barədə ona heç vaxt heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 2007-ci ildən Zərərçəkmiş şəxs MMC-nin mərkəz anbarının müdiri işləyir, anbar müdiri kimi vəzifəsi malların qəbulu, yoxlanması, təhvil verilməsi, anbarda olan mallara görə cavabdehlik daşımaq olmuşdur. Firmanın əsas anbarı Bakı şəhərində yerləşmiş, bundan əlavə firmanın hər bölgə üzrə yerli anbarları olmuş, həmin anbarlar ya firmanın özünün icarə götürdüyü yer və yaxud satış təmsilçisinin öz evi olmuş, malların satışı satış təmsilçiləri vasitəsi ilə həyata keçirilmiş, hər satış təmsilçisinə elektron terminal təhkim olunmuş, satış təmsilçisi satış nöqtələrinə yaxınlaşaraq malın miqdarını və növünü qeyd edərək müştərilərin istəyinə uyğun mal sifariş etmiş, həmin mallar sifariş veriləndən sonra satış fakturası tərtib olunmuş, satış fakturasına əsasən mallar satış nöqtələrinə çatdırılmış, malların qəbul olunması ilə bağlı müştərilər satış fakturasına imza atmışlar. Sonradan həmin satış fakturaları firmaya təhvil verilmişdir. Şirkətin Şimal bölgəsi üzrə satış təmsilçisi Təqsirləndirilən şəxs olmuşdur. Vurğun ilk öncə ona şirkət tərəfindən verilən kompüter vasitəsilə mərkəz anbardan xeyli miqdarda mal sifariş vermiş, elektron poçtu vasitəsi ilə malların siyahısın baş ofisə göndərmiş, bundan sonra həmin sifarişlər faktura formasına ona təqdim edilmiş, o da həmin fakturada göstərilən sayda və növdə malları anbarda ayırmış, daha sonra sürücülər vasitəsi ilə həmin mallar bölgəyə çatdırılmış, o, malları sürücüyə təhvil verən zaman fakturada (anbar arası sevk fışi) malları sürücüyə təhvil verməsi ilə bağlı imza atmış, sürücü də öz növbəsində həmin malları fakturalar ilə birlikdə satış təmsilçisinə aparmış, malları təhvil alan zaman satış təmsilçisi də malları təhvil alması ilə bağlı fakturaya imza atmışdır. Malların geri qaytarılması da həmin qaydada həyata keçirilmişdir. Onun işi ancaq bunlardan ibarət olmuşdur. Çox nadir hallarda həqiqətən də, mərkəz anbardan gələn qutunun içərisində mal əskik olmuş, mallar Quba rayonundakı anbara çatdırılandan sonra qutuda hansısa mal əskik olanda Vurğun hansısa qutuda malın əskik olması barədə ona məlumat vermiş, o da, bu barədə müdiriyyətə məlumat vermiş, bundan sonra onun deposundan həmin mal silinmişdir. Bu sistemdə mütləq şəkildə göstərilmişdir. İş materialında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 26 may 2022-ci il tarixli **********7067700 nömrəli çıxarışından görünür ki, Zərərçəkmiş şəxs MMC 10 oktyabr 2012-ci ildə ********** VÖEN-lə hüquqi şəxs kimi qeydiyyata alınmış. Cəmiyyətin hüquqi ünvanı ünvan 1çisi isə Bülbül İsmayıl olmuşdur. İş materialında olan 20 dekabr 2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2016-cı il tarixdən etibarən “inter Pazarlama MMC-yə satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuşdur. İş materialında olan 01 fevral 2017-ci il tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən satış təmsilçisi vəzifəsinə təyin olunmuş, işçinin aylıq əmək haqqının məbləği 200 manat olmuşdur. İş materialında olan 01 fevral 2017-ci il tarixli tam maddi məsuliyyət haqqında fərdi müqavilədən görünür ki, Təqsirləndirilən şəxs ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş mal və maddi vəsaitlərin qorunub saxlanmasını, ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməyi, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmağı müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməyi, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüş, MMC-yə dəymiş ziyanın ödənilməsinə görə məsuliyyətli olmuş və həmin müqaviləni imzalamışdır. İş materialında olan 01 fevral 2017-ci il tarixli əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə məlumatlar və vəzifə borcları üzrə məlumat kitabçası ilə tanış olmağa dair etiraf sənədindən görünür ki, Təqsirləndirilən şəxs vəzifə (peşə) təlimatı ilə tanış olmuş, təlimatda göstərilənlərlə bağlı öz üzərinə düşən işləri yerinə yetirməyə dair öhdəlik götürmüşdür. İş materialında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 08 dekabr 2022-ci il tarixli 859fwh5AWZ nömrəli müstəqil auditor rəyindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin satış üzrə nümayəndəsi Təqsirləndirilən şəxs ümumilikdə 7848,43 manat məbləğində çatışmazlığının olması müəyyən edilmişdir. İş materialında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Zərərçəkmiş şəxs MMCnin satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs müştəriləri tərəfindən 14 mart 2022-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək olan dövrə anbardan götürülən malların siyahısından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən malların satışından ümumilikdə 109251,45 (yüz doqquz min iki yüz əlli bir min manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti əldə edilməli olmuşdur. İş materialında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş İnter Pazarlama” MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək daxil olan pul vəsaitlərinin siyahısından görünür ki, Təqsirləndirilən şəxs “inter Pazarlama MMC-nin kassasına ümumilikdə 88733 (səksən səkkiz min yeddi yüz otuz üç) manat məbləğində pul ödəmişdir. İş materialında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Zərərçəkmiş şəxs MMCnin satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs müştərilərinin 21 aprel 2022-ci il tarixdən 20 oktyabr 2022- ci il tarixədək olan dövrə geri qaytardıqları malların siyahısından görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixə kimi anbara ümumilikdə 8994,90 (səkkiz min doqquz yüz doxsan dörd manat doxsan qəpik) manat məbləğində mal qaytarmışdır. İş materialında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş müştərilərin faktiki borc qalıqlarının yoxlanılması məqsədilə 14-28 mart 2022-ci il tarixlərdə keçirilmiş inventarizasiya zamanı tərtib olunmuş təftiş aktlarından görünür ki, Təqsirləndirilən şəxs həmin dövrdə satış nöqtələri üzrə 17506,08 (on yeddi min beş yüz altı manat səkkiz qəpik) manat dəyərində mal qalığı olmuşdur. İş materialında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş müştərilərin faktiki borc qalıqlarının yoxlanılması məqsədilə 17-19 oktyabr 2022-ci il tarixli tarixlərdə keçirilmiş inventarizasiya zamanı tərtib olunmuş təftiş aktlarından görünür ki, 19 oktyabr 2022-ci il tarixə Təqsirləndirilən şəxs təhkim olunmuş satış nöqtələrində müştərilər tərəfindən təsdiq olunan 25669,46 manat dəyərində faktiki mal qalığı olmuşdur. İş materialında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 14 oktyabr 2022-ci il tarixli 101821179, 101821178, ********* və ********* saylı hədiyyə fakturalarından (sarf fişi) görünür ki, 14 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs təhkim olunmuş kompüter vasitəsi ilə ümumilikdə 3488,26 (üç min dörd yüz səksən səkkiz manat iyirmi altı qəpik) manat dəyərində malların hədiyyə verilməsinə dair elektron sistemdə əməliyyatlar icra olunmuşdur. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməmühasibatlıq ekspertizasının 04 iyul 2023-cü il tarixli 9/4283 nömrəli rəyindən görünür ki, iş materiallarında öz əksini tapmış auditor hesabatında, kassa mədaxil orderlərində və fakturalarda göstərilən əməliyyatların aparılması istintaq orqanı tərəfindən qəbul olunduğu təqdirdə həmin sənədlər üzrə Təqsirləndirilən şəxs öhdəsində yaranan çatışmazlıq 4360,17 manat məbləğində müəyyən olunur. Məhkəmə-mühasibat ekspertizası mühasibatlıq sənədlərinə əsasən aparılan tədqiqatdır. Tədqiqat zamanı anbarda olan mal qalığını düzəltmək məqsədi ilə Təqsirləndirilən şəxs tərəfindən sistemdə “Sarf fişi” (müştərilərə endirim) adı ilə aparılmış 3488,26 manat məbləğində əməliyyatlarla bağlı yaranmış çatışmazlıq iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmadığından həmin epizodla bağlı tədqiqatın aparılması mümkün olmamışdır. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyi yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş Zərərçəkmiş şəxs MMC-ə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla talayaraq mənimsəmiş və bununla da Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələrilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin nümyəndəsinin və şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələrilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarında olan Quba RİHB-nın İkinci Nügədi kənd İƏD üzrə nümayəndəliyin 29 avqust 2023-cü il tarixli 1027 və 1028 nömrəli arayışlarından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Pirvahid kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadı X2, oğlu X3 və qızı X1 ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AA ******* nömrəli və AA ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs müvafiq olaraq 22 noyabr 2012-ci ildə anadan olmuş Nurlan Zəkəriyayev və 15 oktyabr 2010-cu ildə anadan olmuş Fidan Zəkəryayeva adlı azyaşlı uşaqları vardır. İş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 28 aprel 2023-cü il tarixli PHŞ-6-56/2-603/2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın Poliklinika şöbəsindən psixatrik və narkoloji kabinetlərindən qeydiyyatda yoxdur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olması və CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələrinə əsasən Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama müvafiq olaraq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, ona ittiham olunduğu maddəsin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanunun müvafiq maddələrinin sanksiyasında müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda məhkəmə onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın mötivlərini göstərməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsini və əlavə cəzanın müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmasını məqsədəmüvafiq hesab edir. Azublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilməli, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 100 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 24 manat, Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs MMC məhkəmə mülki iddia ilə müraciət edərək, qeyd edilən cinayət əməli vurulmuş ziyanın Təqsirləndirilən şəxs tutularaq ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə mülki iddia əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Beləkiklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-ə zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkətləri nəticəsində hüquqa zərər vurulduğundan, iddia təmin edilməli və ondan 6848 (altı min səkkiz yüz qırx səkkiz) manat 43 (qırx üç) qəpik alınaraq Zərərçəkmiş şəxs MMC-ə ödənilməlidir. İş üzrə maddi sübut və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələrilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Quba rayon Polis şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 6848 (altı min səkkiz yüz qırx səkkiz) manat 43 (qırx üç) qəpik tutularaq “İnter Pazarlama “ MMC-nin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar