Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-164/2022 06.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Quba rayonu, Davidoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmayan, müvəqqəti işləməyən, Quba rayonu, Davidoba kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə saat 23 radələrində Quba rayonu Davidoba kəndində qohumu Zərərçəkmiş şəxs yaşadığı evinin qarşısında şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla burun və təpiklə bel nahiyyəsindən vuraraq ona hər iki göz orbiti ətrafında qançır-hematoma, burun qanaxması ilə müşayiət olunan burun sümüklərinin qapalı sınığı, belində sağda sıyrıqdan ibarət olan və sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs əmisinin oğludur. Münasibətləri yaxşı olmuş, lakin bir müddət əvvəl aralarında kiçik söz mübahisəsi olduğu üçün onunla əlaqəsini kəsmişdir. Yaşadığı kəndin ərazisində ona məxsus 0,75 ha ümumi sahəsi olan armud meyvə bağı vardır. xx.xx.2022-ci il tarixdə həmin bağdan Fənarə adlı qadın həmkəndlisinin fəhlə kimi meyvə yığmasını görərək ona yaxınlaşmış, kimin göstərişi ilə yığmasını soruşduqda Hikmətin göstərişi ilə yığmasını demişdir. Ondan bağı tərk etməsini tələb etdiyi üçün həmin qadın çıxaraq getmişdir. Daha sonra işə getmiş və axşam evə qayıtdıqda atası özünə məxsus olan VAZ 21074 markalı avtomaşını bir daha idarə etməyəcəyini demiş, bununla bağlı aralarında mübahisə yaranmış və əsəbiləşib avtomaşının üzərində olan vaxtilə özünün aldığı iki ədəd təkəri vintilaçan ilə deşmişdir. Təqribən 1 saat sonra Hikmətin atası, yəni əmisi Əmircangilə Hikmətin bağa girməsi məsələsinə aydınlıq gətirmək məqsədilə getmiş, evlərinin qarşısında Hikmətlə rastlaşaraq ona niyə bağına girməsini soruşduqda sonuncu qarşılığında “itil burdan” deyərək onu acılamışdır. Bu sözünə görə daha da əsəbiləşərək onun üzərinə gedərək əlbəyaxa olarkən yumruqla burun nahiyyəsindən vurmuş, həmin anda Hikmət müvazinətini itirib yerə yıxılmışdır. Münaqişə zamanı yanlarında heç kim olmamış, oradan uzaqlaşaraq getmişdir. Münaqişə baş verərkən saat 23 radələri olmuşdur. Münaqişəyə səbəb Hikmətin ona “itil burdan” deməsi olmuş, münaqişə Hikmətin yaşadığı evinin qarşısında baş vermiş və 5 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib məhkəmədən onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, əmisinin oğlu Ağalı Baxışovla aralarında əvvəllər heç bir ədavət olmamış, xx.xx.2022-ci il tarixdə axşam 23 radələrində işdən evə qayıdarkən evinin qarşısında Ağalini görmüşdür. Ağali ona yaxınlaşaraq “sən kimsən ki, mənim bağıma fəhlə göndərirsən?” deyə soruşmuş, bu zaman aralarında əvvəlcə mübahisə yaranmış, sonra isə yaxasından tutmaqla qəfildən yumruqla burun nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Müvazinətini itirib yerə yıxılmış, yerdə də təpiklə bel nahiyyəsindən vurmuşdur. Sonradan isə Ağali oradan uzaqlaşaraq getmişdir. Münaqişənin baş verməsinə səbəb son vaxtlar ailədaxili söz- söhbətlərin baş verməsi, həmçinin həmin gün əmisi, yəni Ağalinin atasının ondan bağda meyvənin dərilməsi üçün fəhlə tapmasında köməklik etməsini xahiş etməsi olmuş, buna görə Ağali bundan qıcıqlanmışdır. Aralarında baş vermiş münaqişə zamanı Ağalini vurmamış, ona xəsarət yetirməmişdir. Münaqişə yaşadığı evinin qarşısında baş vermiş, 5 dəqiqə davam etmiş, yanlarında həmin vaxt heç kim olmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını bildirib, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 19 avqust 2022-ci il tarixli, 746 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- hər iki göz orbiti ətrafında qançır-hematoma, burun qanaxması ilə müşayiət olunan burun sümüklərinin qapalı sınığı, belində sağda sıyrıq küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 18 avqust 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan “Quba rayon Mərkəzi Xəstəxanası” X6 alınmış xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nin Konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 sentyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İşdə olan Quba RİHB-nın Hacıhüseynli İƏD üzrə nümayəndəliyinin 02 sentyabr 2022-ci il tarixli xasiyyətnamə və 586 №-li arayışından görünür ki, Baxışov X2 yaşamaqla barəsində şifahi və yazılı formada şikayət və narazılıq daxil olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək əməlindən peşman olduğunu və Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-164/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-164/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver