Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-165/2021 22.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Quba rayonu 1-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olmayan, işləməyən, Quba rayonu 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,219 qram çəkidə qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində gəzdirməklə saxlamış, 15 aprel 2021 -ci il tarixdə saat 16.05 radələrində Quba şəhəri, Fətəlixan küçəsində yerləşən Quba RMX-nın arxa giriş hissəsinin yaxınlığında Quba RPŞ-nin əməkdaşları tərəfindən şübhəli bilindiyinə görə saxlanılaraq saat 16.15-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən, bir ədəd falqa kağızına bükülmüş, qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan 0,219 qram heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki o, Quba rayon İkinci Nügədi kənd sakini X6 Aslan adı ilə uzun müddətdir ki, tanıyır, 15 aprel 2021-ci il tarixdə, günorta saatlarında Birinci Nügədi kəndi ərazisində, yol kənarında dayanmışdır. Həmin vaxt Ömər, İkinci Nügədi kəndi tərəfdən qara rəngli, "Hyundai" markalı avtomobillə gedəndə onu yol kənarında görüb maşını saxlamışdır. Bacısı Lalə vaksin vurdurmaq üçun xəstəxanaya getməli olduğundan Ömərdən xahiş eləmişdir ki, bacısını xəstəxanaya aparmağa ona köməklik eləsin. Aslan da, onun xahişinə etiraz eləməmiş və onlar birlikdə xəstəxanaya getmişdi. Bacısını xəstəxanaya düşürdükdən sonra, Ömər maşını bir kənara verib saxlamaq istəyəndə Quba rayon PŞ-nin YPX-nin əməkdaşları onları saxlamışlar. Daha sonra həmin yerə Quba rayon PŞ-nin başqa əməkdaşları vəkil ilə birlikdə gəlmişlər. Polis əməkdaşları onlara narkotik vasitələrin saxlanılmasında şübhəli olduqlarını bildirib vəkillərin iştirakı ilə üzərlərində şəxsi axtarış aparılacağını bildirilmişlər. Onlar buna etiraz etməmiş və birinci onun üzərində şəxsi axtarış keçirilmiş və şalvarının arxa sol cibindən narkotik vasitə heroin aşkar edilmişdir. Sorğu-sual zamanı o, cibindən aşkar edilib götürülmüş narkotik vasitənin ona məxsus olmadığını demişdir. Lakin həqiqətdə həmin narkotik ona məxsus olmuş və o, etdiyi əməldən çox peşman olmuşdur. Bundan sonra üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə elektron tərəzidə çəkilmiş, sonra isə həmin heroin zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, Ömər Paşayevin üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilmişdir. Ömərin üzərindən pul aşkar edilsə də, hər hansı narkotik vasitə aşkar edilməmişdir. Ömərin avtomobilinin salonundan bir nəçə narkotik vasitəyə oxşar kütlələr aşkar edilib, zərfə qoyulub möhürlənmişdir. Ömərin avtomobilindən çıxan narkotik vasitələrdən onun xəbəri olmamış və Ömər bu barədə ona heç nə deməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, 15 aprel 2021-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində yaşayan X5 və Quba rayonu, 1-ci Nügədi kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərlərində saxlaması, Ömər Paşayevin isə idarə etdiyi 90-GY- 856 dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasitələr saxlaması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı təxirəsalınmadan əməliyyat-axtarış tədbiri keçirilməsi üçün RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Samir Abdulmanafov, əməliyyat müvəkkili Şahid1, YPX-nin inspektorları Elnur Dadaşov, Cəbi Qasımov, PPXB-nin polis nəfərləri Vilayət Əlicabbarov, Şahid3, KTQ-nun baş inspektoru Fuad İslamov və təhqiqatçı Cəlal Sultanovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 15 aprel 2021-ci il tarixdə saat 16:15 radələrində Quba şəhəri Fətəlixan küçəsində yerləşən Quba RMX-nın arxa qapısının girişinə yaxın ərazidə YPX inspektorları X5 idarə etdiyi avtomobili saxlamış və həmin zaman Təqsirləndirilən şəxs da avtomobildə olmuşdur. Təqsirləndirilən şəxs və Ömər Paşayevə narkotik vasitələri istifadə etməkdə və üzərində saxlamada şübhəli olmaları bildirilmiş, hüquq və vəzifələri izah edilməklə Quba rayon Vəkil bürosunun vəkili İbrahim Ağamov və Azad Vəliyev onlara təqdim edilmişdir. Ömər və Hacı vəkillərin iştirakı ilə üzərlərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişlər. Bundan sonra ilk olaraq Təqsirləndirilən şəxs üzərində video çəkilişlə vəkil İbrahim Ağamovun iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi bildirildik də, əynində olan cins şalvarın sol yan cibindən avtomobil açarı, iki ədəd 10 manatlıq əskinaz, şalvarının sağ balaca cibindən 0.60 manat pul çıxarıb avtomobilin mühərrikinin qapağının üzərinə qoymuş və üzərində başqa əşya olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol arxa cibindən gümüşü rəngli falqaya bükülü halda narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra X5 üzərindən videoçəkilişlə vəkil Azad Vəliyevin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Ömər Paşayevə üzərində olan əşyaları təqdim etməsi bildirildikdə, əynindəki şalvarın sağ yan cibindən 6 ədəd 100-lük, 2 ədəd 20-lik, 2 ədəd 10-luq, 1 ədəd 5-lik, 4 ədəd 1 manatlıq əskinaslardan ibarət cəmi 669 manat və 0.90 manat pul çıxarıb avtomobilin mühərrikinin qapağının üzərinə qoymuş və üzərində başqa əşya olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Ömər Paşayevin üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Sorğu zamanı Ömər Paşayev avtomobilində narkotik vasitə olduğunu bildirmişdir. Avtomobilə baxış zamanı salonda oturacaqların arasında olan saxlanc yerindən bir ədəd şəffaf göy rəngli sellofanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş və sorğu zamanı Ömər Paşayev həmin kütlənin "nəşə" olduğunu demişdir. Daha sonra həmin yerdə parça qabın içərisində gümüşü rəngli bükülüdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmiş və sorğu zamanı Ö.Paşayev həmin kütlənin "kakos” olduğunu bildirmişdir. Daha sonra yenə həmin yerdə göy rəngli telefon qabının içərisində gümüşü rəngli kağız falqalar, pul əskinazından düzəldilmiş borucuq, 3 ədəd gümüşü rəngli bükümlərdə narkotik vasitə heroinə oxşar kütlə və bir ədəd gümüşü rəngli bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmiş, sorğu zamanı Ö.Paşayev həmin kütlələrin “kakos” və “şüşə” olduğunu demişdir. Daha sonra isə avtomobilin sürətlər qutusunun yanından 10 ədəd dərman aşkar edilmişdir. Bunlardan başqa Ö.Paşayevin avtomobilindən dövriyyəsi qadağan edilən əşya və predmentlər aşkar olunmamışdır. Ömər Paşayevin avtomobilindən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkildikdən sonra zərflərə qoyularaq qablaşdırılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Şahid2 göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materialında olan kompleks məhkəmə-kimyəvi-bioloji ekspertizasının 16 aprel 2021-ci il 6/1494 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə" yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,219 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29 may 2021 -ci il tarixli 1632 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 29 aprel 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı həmin idarənin əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Quba RİHB-nın Birinci Nügədi kənd İƏD üzrə nümayəndəsinin 20 aprel 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs anası X1 ibarət ailə tərkibi vardır, İş materiallarında olan Quba RİHB-nın Birinci Nügədi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 17.04.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 aprel 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçimiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmiş və o,eEv dustaqlığının müddəti 15.07.2021- ci ilədək müəyyən edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 10.07.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçimiş ev dustaqlığı növündə qətimkan tədbirinin müddəti 01 ay müddətinə 15 avqust 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçimiş ev dustaqlığı növündə qətimkan tədbirinin müddəti 15 gün müddətinə, yəni 30 avqust 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 02.09.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçimiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 30 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Quba RPŞ-nin İB-nin müstəntiqi M.Rüstəmovun 30.09.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seşilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 15 aprel 2021ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək ibtidai istintaq zamanı şübhəli şəxs qismin tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 05 ay 15 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi subut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,169 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 aprel 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək ibtidai istintaq zamanı şübhəli şəxs qismin tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 05 ay 15 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Quba rayonunun Birinci Nügədi kəndində yerləşən evini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonu və Quba rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd ) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,169 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-165/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-165/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver