Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-165/2022 23.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, 30 aprel 2020-ci il tarixdə Quba şəhəri ərazisində yerləşən çay kənarında özünə məxsus avtomobildə xx.xx.2008-ci il təvəllüdlü 14 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə ailə həyatı quracağını vəd edib sonuncunun razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olsa da, istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş və onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 152.2-ci maddələri ilə düzgün tövsif olunmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə iki ilə yaxındır ki, tanışdır. Onlar Quba şəhəri, Vaqif küçəsində Fatimənin qaldığı evin yaxınlığında yerləşən avtoyuma məntəqəsinin qarşısında tanış olmuşlar. O oraya öz avtomobilini yudurtmaq üçün gedirmiş, həmin vaxt onlar tanış olmuş və aralarında sevgi münasibətləri yaranmışdır. Onun şəxsi avtomobili olsa da, heç vaxt Fatiməni maşınla harasa aparmamışdır. Fatimənin ailə üzvlərini tanımır. Fatimənin anası barəsində polis şöbəsinə şikayət etdikdən sonra istintaq orqanında dəvət olunan zaman Fatimənin yetinlik yaşına çatmayan olmasını bilmişdir. O zamana qədər bunu bilməmişdir. Tanış olan zaman Fatimə ona 18 yaşında olmasını bildirmişdir. İlk dəfə Fatimə ilə 2022-ci ilin may ayında cinsi əlaqədə olanda ona 18 yaşı olduğunu demişdir. O Fatimə ilə əvvəldən evlənmək niyyətində olmuş, lakin sonuncunun anası buna qarşı çıxmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Göstərdiklərini nəzərə alaraq, Təqsirləndirilən şəxs ona yüngül, həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid iştirakı ilə dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx xxxxx 2008-ci tarixdə doğulmuş və 30 aprel 2022-ci il tarixdə onun 14 yaşı tamam olmuşdur. Quba şəhəri, Vaqif küçəsində yerləşən evdə qeydiyyatda olsa da, hazırda Dəvədabanı yaşayış massivində anası ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs iki ilə yaxındır ki, tanıyır. Fəridlə yaşadığı evin yaxınlığında olan avtoyuma məntəqəsinin yaxınlığında tanış olmuş və aralarında sevgi münasibətləri yaranmışdır. Onunla tez-tez görüşsə də, aralarında heç bir intim münasibət olmamışdır. Fərid ona qarşı isti münasibətdə olmuş, ona yaxşı davranmışdır. Öz valideynlərindən görmədiyi nəvazişi, qayğını Fəriddən görmüşdür. İbtidai istintaq zamanı ona təzyiq olunduğu üçün, anasından qorxduğu üçün o, cür ifadələr vermişdir. Əslində onun bakirəliyini Fərid deyil, Dəvədabanı yaşayış massivində yaşayan X1 adında şəxs pozmuşdur. Fəridlə tanış olan zaman onun 12 yaşı olsa da, Fəridə 17 yaşında olmasını, tezliklə 18 yaşı olacağını bildirmişdir. İbtidai istintaq zamanı izahatı alınan zaman faktiki yaşı üzə çıxmışdır. O Fəridi sevdiyindən və sonuncunun onun həqiqi yaşını bilsə yaxınlaşmayacağını güman etdiyindən, yalandan yaşının 17 olduğunu demişdir. Fəridlə yalnız təbii yolla cinsi əlaqədə olmuş, sonuncu ona qarşı başqa seksual xarakterli hərəkətlər etməmişdir. İlk dəfə Fərid onunla 2022-ci ilin may ayında cinsi əlaqədə olmuşdur. Həmin vaxt onun artıq 14 yaşı tamam olmuşdur. Verilən əlavə suallara cavab olaraq, zərərçəkmiş şəxs bildirdi ki, keçən ildən məktəbə getmir. O, cəmi 7-ci sinifə qədər təhsil almış, sonradan məktəbdən çıxmışdır. Valideynləri ayrı yaşayır. Əvvəl atası ilə birlikdə yaşasa da, son bir ildir ki, anası ilə birlikdə Dəvədabanı yaşayış massivində qalır. İbtidai istintaq zamanı ifadəsində göstərdikləri doğru deyil. Fərid onu avtomobili ilə məktəbə və ya başqa yerə aparmamışdır. O, onun bakirəliyini pozan Əflatun adında şəxsin aşkara çıxarılacağından qorxduğu üçün ifadəsində doğru olmayan məlumatlar vermişdir. Fərid əvvəldən Əflatun tərəfindən bakirəliyinin pozulduğunu bilmişdir. Əflatun onunla əlaqədə olmamışdan əvvəl 11-12 yaşında olmasını bilmiş, lakin Fərid bilməmişdir. Ona polis şöbəsində təzyiq olunduğu üçün aprel ayında maşında Fərid tərəfindən bakirəliyinin pozulmasını bildirmişdir. Lakin bu doğru deyil. O, Təqsirləndirilən şəxs həbs olunmasını istəmir. Göstərdiklərini nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbinin olmadığını bildirmiş və sonuncu barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid məhkəməyə bildirmişdir ki, xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma qızıdır. Təqsirləndirilən şəxs bir ilə yaxındır ki, tanıyır. 10 may 2022-ci il tarixdə saat 21 radələrində işdən Quba rayonu, Dəvədabanı yaşayış massivində kirayədə qaldığı evə qayıdan zaman qızı Fatimənin yaşadığı evin arxa tərəfində yerləşən bağ sahəsindən evə doğru gəldiyini görmüşdür. Fatimədən haradan gəldiyini soruşduqda, Fatimə ona gəzməkdən gəldiyini demişdir. Fatimə onunla son zamanlar çox aqressiv olmuş, buna səbəb Fəridlə tez-tez görüşməsi olmuşdur. O, 2020-ci ildə Fəridin qızını sevdiyini bilmişdir. Fəridə dəfələrlə qızının azyaşlı olmasını qeyd edərək, qızından uzaq durmasını demiş, lakin Fərid buna əhəmiyyət veməmişdir. O da məcbur olub polis orqanına şikayət etmişdir. Şikayət edən zaman Fəridin Fatimə ilə cinsi əlaqədə olmasını bilməmişdir. Qızının adını çəkdiyi Əflatun adında şəxsi qonşusu kimi tanıyır, lakin onun qızı ilə əlaqədə olubolmamasından xəbəri olmamışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya elbi-təcrübi və tədris birliyinin 12 may 2022-ci il tarixli 300 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq bəkarətinin anotomik tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən artıq olduğundan dəqiq pozulma vaxtını təyin etmək mümkün deyildir. Zərərçəkmiş şəxs bədəni üzərində boynunda sağda və sağ budun aşağı 1/3-nin ön səthində hərəsində bir yerdə qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti müayinə olunan vaxtdan 3-5 gün əvvəlki vaxta uyğun gəlir, müxtəlif vəziyyətlərdə və şəraitlərdə əmələ gələ bilər, qərarda göstərildiyi kimi fiziki zor tətbiq etməklə cinsi əlaqədə olma zamanı əmələ gəlməsi istisna edilmir, sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olunmasını göstərən xarakterik morfoloji dəyişikliklər yoxdur, arxa keçəcəkdən tək-tək hallarda qeyri-təbii yolla cinsi əlaqədə olma özündən sonra hər hansı əlamət saxlamaya da bilər; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 2354 saylı rəyindən görüür ki, Zərərçəkmiş şəxs psixi xəstəliklərin əlamətləri aşkar olunmur. xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sərbəstliyə və mütəqiliyə can atmaq, emosionallıq , çılğınlıq, nümayişkaranəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə patoloji meyillilik əlamətləri müşahidə olunmadı. Lakin yaş xüsusiyyətləri ilə əlaqədar sevdiyi və özünə yaxın bildiyi şəxslərin təsiri altında hərəkət edə bilər. xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs əqli inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs hadisə zamanı pxisi-emosional vəziyyətdə iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklikfpsixi-emosional gərginlik, güclü ruhi həyəcan vəziyyəti, kəskin stress, nevrotik və ya depressiv hal) yaranmamışdır. Zərərçəkmiş şəxs əqli inkişafına, fərdi-psixi xüsusiyyətlərinə və hadisə zamanı keçirdiyi emosional hala görə ona qarşı edilmiş hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Quba RİB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 2135 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, Sahil küçəsi, ev 4 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən bir neçə mübahisəsiz hal aşkar edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratmadığı, bu cinayətin tərkibi ilə tam əhatə olunmadığı üçün düzgün tövsif edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət məsuliyyətinə səbəb olur. Halbuki, məhkəmə iclasında zərərçəkmiş və təqsirləndirilən şəxsin dindirilməsi zamanı məlum oldu ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs 2020-ci ildə tanış olsalar da, ilk dəfə cinsi əlaqədə 2022-ci ilin may ayında zərərçəkmiş şəxsin öz təşəbbüsü ilə könüllü surətdə cinsi əlaqədə olmuşdur. Bunu zərərçəkmiş şəxsin ifadəsi də sübut edir. İş materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs xx xxxxx 2008-ci il tarixdə doğulmuş və beləliklə də, 30 aprel 2022-ci il tarixdə onun 14 yaşı tamam olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən və zərərçəkmiş şəxs – hər biri ilk dəfə bir-biri ilə 2022-ci ilin may ayında cinsi əlaqədə olduqlarını bildirmişlər. Zərərçəkmiş şəxsin anası və qanuni nümayəndəsi isə qızının ümumiyyətlə cinsi əlaqədə olduğunu və bunun ilk dəfə nə vaxt baş verdiyini bilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs verilən ittihamda onun 14 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmasının 30 aprel 2020-ci il tarixdə Quba şəhəri ərazisində yerləşən çay kənarında baş verməsini qeyd etsə də ittiham tərəfi bu tarixin mötəbərliyinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş nə də ki, bu cür sübutlar iş materiallarında da mövcud deyildir. Yuxarıda qeyd olunduğu kimi, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs 2 il öncədən tanış olduqlarını bildirmiş olsalar da, onların məhkəmə istintaqında vermiş olduğu ifadələrindən aydın olur ki, onlar 2022-ci ilin may ayında ilk dəfə cinsi əlaqədə olmuşlar ki, həmin tarixdə zərərçəkmiş şəxs artıq 14 yaşı tamam olan şəxs olmuşdur. Bu hal öz növbəsində Təqsirləndirilən şəxs hərəkətlərində CM-nin 152.2-ci maddəsinin tərkibinin yaranmasını istisna edir. Bununla yanaşı, cinayət hadisəsinin 2022-ci ilin may ayında baş verməsinin müəyyən edildiyi halda, məhkəmə qeyd etməyi zəruri bilir ki, Zərərçəkmiş şəxs xx.xx.2008-cü il təvəllüdlüdür və cinayətin baş vermə tarixində onun 14 yaşı tamam olsa da, 16 yaşı tamam olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin may ayında Quba şəhəri ərazisində yerləşən çay kənarında özünə məxsus avtomobildə xx.xx.2008-ci il təvəllüdlü 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə ailə həyatı quracağını vəd edib sonuncunun razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir və onun təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 124.1-ci maddəsinə görə, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 9-cu bəndində qeyd olunur ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hüseyn və başqaları Azərbaycana qarşı" iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, “ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılmasıəsasında müəyyən etməkdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsindən CM-nin 152.1-ci madəsinə tövsif edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə qeyd olunanları əsas götürərək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsindən həmin Məcəllənin 152.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 23 noyabr 2022-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi cəmi, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsindən həmin Məcəllənin 152.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 23 noyabr 2022-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı olan hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-165/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-165/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver