Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-166/2022 13.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X17 oğlunun katibliyi, Xüsusi ittihamçı X4 nümayəndəsi və vəkili-“Verdiktum” Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs X5, müdafiəçi-Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 147.1 və 148-1-ci maddələrilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında olan cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon sakini X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148- 1-ci maddələrilə xüsusi ittiham qaydasında cəzalandırılmasını xahiş etmişdir. Həmin xüsusi ittiham qaydasında şikayətdə göstərilir ki, Quba şəhər sakinləri X13 və X8 mənə qarşı rüsvayedici məlumatları yayma hədəsi ilə külli miqdarda pul tələb etmələrinə görə cinayət məsuliyyətinə cəlb olunub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşlar. Lakin həmin ərəfədə bununla əlaqədar müxtəlif kütləvi informasiya vasitələrində və social şəbəkələrdə hadisə tam işıqlandırılmadan. əsl həqiqət göstərilmədən qısa məzmunlu informasiyalar yerləşdirilmişdir. Bu informasiya ilə tanış olan əvvəlcədən tanıdığım şəxslər mənə böhtan ataraq, təhqirlərələ dolu şəhrlər yazmışlar. Belə böhtan və təhqirlər yazaraq yayan şəxslərdən biri X11r. Youtube.com saytında qeydiyyatdan keçmiş “Xəbər zamanı” kanalında (https//www.youtube.com/watch?v=0hKc7pZLXhl) yuxarıda qeyd edilən cinayət hadisəsi barədə xx.xx.2021-ci il tarixdə informasiya yerləşdirilmişdir. Həmin informasiya kanalına müxtəlif vaxtlarda müxtəlif şəxslər şəhrlər yazmışlar. O cümlədən X14 də (yeddi ay bundan əvvəl) şərh yazmış, şərhində X4 ünvanına təhqirlər yazmış və ona böhtan atmışdır.
1. “Düz deyəni doqquz kənddən qovarlar, elnur şərəfsizdir və deyilənlərin hamısı həqiqətdir. Öz kəbinli arvadını başqasına kəbin edəcək qədər manyak və dəyyusdan betər şərəfsizdir. Deyirəm və sübut edirəm”.
2. “bizim təkərlərimiz yerindədir narahat olma. Təkəri yox hər şeyi dağılan şərəfsiz elnurun harada dayanacağını fikirləş. Sünnətə müxtəlif nədirsə, mən hələ şeylər bilmirəm”.
3. “beş barmağım kimi yaxşı tanıyıram hiləgər, şorgöz, həyasız öz arvadını başqasına kəbin edən dəyyusdan betər birisi”.
4. “görürəm sən çox danışırsan kişiliyin çatırsa qoy nömrəni və ya de yerini gəlib sənə elnurun nə oğraş olduğunu sübut edim. Görüm bura yazdığın kimi üzümə deməyə cürətin çatacaq”.
5. “bəli elnur şərəfsiz xəyanət etdi ALLAHc.c Verdi bəlasını”.
6. “deməli yazılanlardan belə çıxdı ki. Elnur bu oğraşlığı edib və sizdə bu şərəfsizliyi. Oğraşlığı qəbul edirsiz.Mənim şərəfim bu olanları qəbul etmir. Kim ki. Şərəfsizliyi rahat qəbul edə bilirsə nə deyim…….”.
7. “Bədəvi bir qadın camaatın sıx olduğu yerdə oğlunu itirir. Oğlunu axtararkən, camaatdan birisi üzünü gizləyən qadına. Üzündəki örtüyü aç bəlkə oğlun səni görər deyincə. Qadın həyamı deyil oğlumu itirdim dedi. Əfsuslar olsun ki, bu günkü gündə elə “kişi” (demək olarsa) var ki. Bu bədəvi qadında olan abır, həya. Qeyrət, namus, utancaqlıq bu kişicikdə yoxdur. Nə Allahdan. Nə Mələklərdən nə Peyğəmbərdən nə də. insanlardan utanır. Nə gözəl deyilib. Allahdan qorxmayan quldan utanmaz Hz Əli r.d. Öz özündən utanmayan yer üzündə heç kimdən utanmaz. Utanmaz (abırsız, həyasız) adamı utandırmağa çalışma utandıra bilməyəcəksən. Bozuk olunca maya, nə ar tanır, nə də həya. Hz Mövlana” Beləliklə qeyd olunan yazılardan göründüyü kimi X3 yayılan informasiya vasitələrində yazıları ilə X6 böhtan ataraq onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Bu hərəkətləri X15 qeydiyyatdan keçdiyi sosial şəbəkə vasitəsi ilə etmişdir. Qeyd etmək istəyirik ki, onun əvəzinə başqa şəxslərin onun adına qeydiyyatdan keçmiş sosial şəbəkəyə daxil olmaq mümkün deyildir. Ona görə də, yuxarıda qeyd edilən təhqir edici yazılar məhz həmin şəxs- X15 tərəfindən edilmişdir. S.Əliyev sosial şəbəkədə yayılan yazılarda Elnur Əfəndiyevi güya əxlaq normalarına zidd hərəkətlər etməyini göstərərək E.Əfəndiyevə böhtan atmış, onu təhqir etmiş və təhrif edilmiş məlumatlarla E.Əfəndiyevə mənəvi sarsıntılar yaşatmış. Şərəf və ləyaqətini nalayiq formada alçaltmış, işgüzar nüfuzunu ləkələmişdir. Beləliklə S.Əliyev kütləvi informasiya vasitəsində, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq və böhtan atmaqla E.Əfəndiyevə qarşı təhqir və böhtan cinayətlərini törətmişdir. Göründüyü kimi, X5 əməllərində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin əlamətləri mövcud olduğundan, xx.xx.1985-ci oldə Quba rayonunda anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, işsiz. Quba şəhəri A.Aslanov küçəsi-30-da yaşayan X12 internet resurslarında sosial şəbəkələr vasitəsi ilə X7 böhtan və onu təhqir edən yazıları ilə bağlı Azərbaycan Respublikası CM-nin 147.1 və 148-1-ci maddələri ilə nəzərtə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmaqla barəsində qanunla nəzərdə tutulan ağır cəza təyin olunmaqla ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında şikayət ərizəsində göstərilənləri təsdiq edərək X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-1-ci maddələri ilə cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X12 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-1-ci maddələri təqsirli bilməyərək məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ona qarşı xüsusi ittiham qaydasında irəli sürülmüş ittiham qanunsuz və əsasızdır. Ona görə ki, həmin xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunundan da görünür ki, orada Sabir Əliyevin hər hansısa sosial şəbəkədə xüsusi ittahamçı Elnur Əfəndiyevi təhqir edərək böhtan atıb. Həmin yazıları onun tərəfindən yazılmadığını bildirərək, onun soyad, adı və ata adı X12 olduğunu bildirmişdir. Məhkəmənin hazırlıq iclasında bildirdiyi fikirlərə gəlincə isə onu qeyd etdi ki, Elnur Əfəndiyevlə aralarında əvvəllər mübahisə olmuş, bu mübahisə də, ikisinin arasında baş verməklə onların yanında heç kimsə olmamışdır. Əgər hər hansısa təhqir olunmuşdursa bu da, ikisinin arasında olduğundan başqa şəxslər arasında yayılmadan söhbət gedə bilməz. O, Azərbaycan Respublikası CM-nin 147.1 və 148-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməmişdir. Ona görə də əməlində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-1-ci maddələrinin tərkibi olmadığından ona bəraət verilməsini xahiş etdi. İş materiallarında olan (https//www.youtube.com/watch?v=0hKc7pZLXhl) internet resurslarına aid linkdən çıxarışdan görünür ki, Sabir Əliyev tərəfindən Youtube.com saytında qeydiyyatdan keçmiş “Xəbər zamanı” kanalında bu şəhrlər yazılmışdır, “Düz deyəni doqquz kənddən qovarlar, elnur şərəfsizdir və deyilənlərin hamısı həqiqətdir. Öz kəbinli arvadını başqasına kəbin edəcək qədər manyak və dəyyusdan betər şərəfsizdir. Deyirəm və sübut edirəm”. “bizim təkərlərimiz yerindədir narahat olma. Təkəri yox hər şeyi dağılan şərəfsiz elnurun harada dayanacağını fikirləş. Sünnətə müxtəlif nədirsə, mən hələ şeylər bilmirəm”. “beş barmağım kimi yaxşı tanıyıram hiləgər, şorgöz, həyasız öz arvadını başqasına kəbin edən dəyyusdan betər birisi”. “görürəm sən çox danışırsan kişiliyin çatırsa qoy nömrəni və ya de yerini gəlib sənə elnurun nə oğraş olduğunu sübut edim. Görüm bura yazdığın kimi üzümə deməyə cürətin çatacaq”. “bəli elnur şərəfsiz xəyanət etdi ALLAHc.c Verdi bəlasını”. “deməli yazılanlardan belə çıxdı ki. Elnur bu oğraşlığı edib və sizdə bu şərəfsizliyi. Oğraşlığı qəbul edirsiz.Mənim şərəfim bu olanları qəbul etmir. Kim ki. Şərəfsizliyi rahat qəbul edə bilirsə nə deyim…….”. “Bədəvi bir qadın camaatın sıx olduğu yerdə oğlunu itirir. Oğlunu axtararkən, camaatdan birisi üzünü gizləyən qadına. Üzündəki örtüyü aç bəlkə oğlun səni görər deyincə. Qadın həyamı deyil oğlumu itirdim dedi. Əfsuslar olsun ki, bu günkü gündə elə “kişi” (demək olarsa) var ki. Bu bədəvi qadında olan abır, həya. Qeyrət, namus, utancaqlıq bu kişicikdə yoxdur. Nə Allahdan. Nə Mələklərdən nə Peyğəmbərdən nə də. insanlardan utanır. Nə gözəl deyilib. Allahdan qorxmayan quldan utanmaz Hz Əli r.d. Öz özündən utanmayan yer üzündə heç kimdən utanmaz. Utanmaz (abırsız, həyasız) adamı utandırmağa çalışma utandıra bilməyəcəksən. Bozuk olunca maya, nə ar tanır, nə də həya. Hz Mövlana” İş materiallarında olan təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında Quba Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148- 1-ci maddələri ilə məhkəməyə verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X9 qarşı irəli sürülmüş ittiham əsassızdır və X5 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma-min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin mənasına görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayan şəxs o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Lakin iş materiallarında olan (https//www.youtube.com/watch?v=0hKc7pZLXhl) internet resurslarına aid linkdən çıxarışdan görünür ki, xüsusi ittihamçı Elnur Əfəndiyev barəsində kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında o, təhqir olunmuşsa və ya ona böhtan atılmışsa da yuxarıda göstərilən şərhlər Sabir Əliyev tərəfindən yazılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, yuxarıda göstərilən şərhlərdə adı çəkilən “Elnur” sırf xüsusi ittihamçı X4 olmasının və həmin şərhləri yazan “Sabir Əliyev”, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X12 olmasını təsdiq edən hər hansı bir möhtəbər sübut məhkəməyə təqdim edilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Göstərilənlərə əsasən məhkəmə xüsusi ittihamçı X4 şikayətinə əsasən X5 Azərbaycan Resublikası CM-nin 147.1 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair dəlilini əsassız hesab edir. Eyni zamanda məhkəmə hazırki işin materiallarını nəzərdən keçirib, iş üzrə toplanmış sübutları işin faktiki halları ilə qarşılıqlı şəkildə təhlil edərək, bununla bağlı qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutaraq hesab edir ki, X5 əməllərində Azərbaycan Resublikası CM-nin 147.1 və 148-1-ci maddələrinin tərkibi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 20-ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı CPM-nin XLİİ fəslində nəzərdə tutulmuş qaydalara əməl edilməklə keçirilir və xüsusi ittihamçı ittihamdan imtina etmədikdə və ya təqsirləndirilən şəxslə barışmadıqda hökmün (bəraət və ya ittiham hökmünün) çıxarılması ilə başa çatdırılır. Məhkəmənin hökmü CPM-nin 349-354-cü maddələrinin tələblərinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət-Proceccual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə Cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, hazırkı işdə X5 təqsirliliyinə dəlalət edən sübutlar mövcud deyildir, iş materialları ilə X5 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, həmin şəxsin əməlində Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinin tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (CPM-in 21.1-ci maddəsi). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in müddəalarına uyğun sürətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetrilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (CPM-in 21.2-ci maddəsi). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (CPM-in 21.3-cü madəsi). Məzmununa görə, yəni CPM-in bəzi digər normaları, o cümlədən 138.2, 139.04, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kimi çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin Qaritski Polşaya qarşı iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmə hökmü qanuni və əsaslı olmalıdır. Qeyd edilən Məcəllənin 349.4-cü maddəsinə əsasən məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. CPM-in 349.5-ci maddəsində isə göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-in 351.3-ci maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittihamçı X2 Seymur Təhməz oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-1-ci maddələrinin tərkibinin olmasını sübut edə bilməmiş, bu barədə onun irəli sürdüyü ittiham ehtimallar üzərində qurulmuşdur. X1 əməllərində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-1-ci maddələrinin tərkibinin olmaması əsası ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-ci maddəsində göstərilmişdir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır. Həmin Məcəllənin 55.1ci maddısinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.5-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlıdır. Xüsusi ittiham qaydasında təqib olunan şəxslə xüsusi ittihamçı arasında əldə olunmuş barışıq nəticəsində cinayət təqibinə xitam verildiyi halda, məhkəmə həmin məsrəfləri tam və ya qismən cinayət prosesi tərəflərindən birinin və ya hər ikisinin üzərinə qoymağa haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 55.1, 344-347, 349-350, 352-353, 356-358, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: X5 əməllərində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-1-ci maddələrinin tərkibi olmaması əsası ilə bəraət verilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər
SƏDRLİK EDƏN: VÜQAR SEYİDOV