Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-167/2021 01.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxx 1993-cü ildə Quba şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin 27 aprel 2016-ci qərarı ilə törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilərək cəza müddəti 3 il 6 aya endirilmiş Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli 2744 saylı əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,580 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində gəzdirməklə saxlamış, 08 avqust 2021-ci il tarixdə saat 03:25 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri, A.Hüseynzadə küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibində olan prima markalı siqaretin içərisindən bir ədəd qırmızı rəngli sellofan bükümdə təmiz çəkisi 0,580 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq iş yeri olmasa da fərdi əməklə məşğul olur. 07 avqust 2021-ci il tarixdə səhər saatlarında taksi ilə Quba rayonundan Bakı şəhərində yaşayan xalasıgilə getmişdir. Xalası Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşayır. Həmin günü günorta saatlarında adını bilmədiyi kafeyə çay içməyə getmişdir. Kafedən çıxdıqdan sonra yerdə prima siqaret paçkasının olduğunu görmüşdür. Ayağı ilə siqaret paçkasına vurmuş və paçkanın nisbətən ağır olduğunu hiss etmişdir. Yerdən siqaret paçkasını götürüb açanda içərisində siqaretlər və bir büküm qırmızı sellofanda heroin olduğunu görmüşdür. Özü əvvəllər heroin istfadə elədiyi üçün siqaretin içərisində olan heroini götürüb siqaret paçkası ilə birlikdə cibinə qoymuşdur. Daha sonra 08 avqust 2021-ci il tarixdə gecə saat 01 radələrində taksi avtomaşını ilə Bakıdan Qubaya qayıtmışdır. Gecə saat 03 radələrində Quab avtovağzalına çatdıqdan sonra, tanışı Şahid1 zəng edərək onu evə aparmasını xahiş eləmişdir. Yolda olan zaman Quba şəhəri A.Hüseynzadə küçəsində polis əməkdaşları onları saxlatdırmışdır. Polis əməkdaşları üzərində narkotik vasitə saxlamağı barədə məlumat aldıqlarını və ona görə üzərimdə şəxsi axtarış aparılacağı elan etmişlər. O, buna etiraz etməmiş və vəkilin də iştrakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış başlamazdan əvvəl üzərində narkotik vasitə olub-olmamasını soruşulmuşdur. O, üzərində narkotik vasitə heroin olduğunu bildirib, şalvarının sol yan cibindən siqareti çıxartmış, siqaretin içərisində qırmızı rəngli sellofan bükülüdə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra sağ cibindən mobil telefonunu, cib dəsmalını, sol cibindən isə 20 manat pulu və alışqanı da polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa üzərindən heç bir əşya aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar olunan həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş və tərəzidə çəki 0,4 qram göstərmişdir. Üzərindən aşkar olunan narkotik vasitə qablaşdırılmış, o da zərfin üzərinə imza etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını göstərərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Quba RPŞ-nin TBnin baş təhqiqatçısı vəzifəsində xidmət edir. 08 avqust 2021-ci il tarixdə Quba şəhər sakini, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupun ondan başqa Quba RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis baş leytenantı Samir Abdulmanafov, CAB-nın baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 və ƏRQ-nun kiçik inspektoru polis baş serjantı Eyvaz Sultanov da daxil edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 08 avqust 2021-ci il tarixdə gecə 03:25 radələrində Təqsirləndirilən şəxs Quba şəhəri A.Hüseynzadə küçəsində saxlanılmışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs Quba şəhər sakini Şahid1 ilə birlikdə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməkdə və üzərində saxlamada şübhəli olması bildirilmiş, hüquq və vəzifələri izah edilməklə Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qadağan edilmiş əşya və predmetləri təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən prima markalı siqaret çıxarıb qırmızı sellofan bükülüdə narkotik vasitə heroinə oxşar kütləni təqdim etmişdir. Qırmızı rəngli sellofan bükülünü açdıqda içərisində narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni Bakı şəhərindən tapdığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs sağ yan cibindən mobil telefon, cib dəsmalı, sol cibindən isə 20 manat pulu və alışqanı təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa dövriyyəsi qadağan edilmiş əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə oxşar kütlə elektron tərəzidə çəkildikdən sonra, zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 X2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xususatları bir daha təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə kimyəvi ekspertizasının 08 avqust 2021-ci il tarixli 6/3361 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN zərflər üçün №67” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı...” sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,580 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 30 sentyabr 2021-ci il tarixli 3697 saylı rəyi ilə müəyyən edilmişdir ki, Şizəliyev Fuad Rauf oğlunda tiryək opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində axtarışın və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, 08 avqust 2021-ci il tarixdə saat 03:25 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri, A.Hüseynzadə küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibində olan prima markalı siqaretin içərisindən bir ədəd qırmızı rəngli sellofan bükümdə təmiz çəkisi 0,580 qram olan həmin narkotik vasitə heroin aşkar edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Quba RİHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 oktyabr 2021-ci tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 27 aprel 2016-cı il tarixli 1(105)-201 saylı qərarında görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair Bağı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2015-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Sumqayıt Apellyasiya məhkəməsinin 27 aprel 2016-cı il tarixli qərarı ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli 2744 saylı əfv sərəncamına əsasən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi və ya ödənildiyi günə qədər məhkum edilmiş şəxs hesab edilir. Cinayətin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uygun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqdan sonra altı ilə keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarınadan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu və ağır cinayətlər kateqoriyasina aid olan cinayət üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən 16 mart 2017-ci il tarixdə azad olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hall qismində nəzərə alır. Məhkəmə Şıxəliyev Fuad Rauf oğlunun əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cinayətin islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şıxəliyev Fuad Rauf oğluna Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan gürünür ki, Təqsirləndirilən şəxs 08.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində-həbs etmənin əvvəli 08.08.2021-ci il tarixdən hesablanmaqla Quba Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni quvvəyə minənədək dəyişdirilmədən qüüvvəsində saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 65 (altımış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd DVd disk cinayət işinin materiallarında saxlanılmalı, maddi subut olan və Quba rayon Polis şöbəsində saxlanılan narkotik vasitənin ekspert rəyindən sonrakı qalığı, yəni, 0,530 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altımış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, həmçinin iş üzrə maddi subut olan və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkiləri 0,530 qram narkotik vasitə qurudulmuş kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-167/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-167/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver