Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-167/2024 08.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, tərcüməçi X4, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, vətəndaşlığı olmayan, subay, natamam-orta təhsilli, işləməyən, Nəsimi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməyən, Bakı şəhəri Nərimanov rayonunda müxtəlif ünvanlarda kirayədə yaşayan, barəsində “həbs qətimkan tədbiri” seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 5 qramdan artıq miqdarda olan ümumi xalis çəkisi 260,0 qram narkotik vasitə qurudulmuş marixuananı və qanunsuz olaraq odlu silahı, yəni avtomatı əldə edib üzərində daşımaqla saxlamış, 16 fevral 2024-cü il tarixdə, saat 07 radələrində Quba rayonu Diaqnostika mərkəzinin arxa hissəsindən keçən yolun kənarında saxlanılaraq orada üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçəsinin içərisində saxladığı bir ədəd bükülüdə xalis çəkisi 260,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əlində saxladığı qara rəngli sellofanın içərisindən 01 ədəd nömrəsi silinmiş 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS-74 modelli texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silahı aşkar edilərək götürülmüşdür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnun əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxsnun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Tutulana kimi Bakı şəhəri, Nərimanov rayonunda, dəqiq xatırlamadığı ünvanlarda kirayədə yaşamışdır. Milliyyətcə rusdur, atası rus, anası yəhudidir, ailənin tək uşağı olmuş, bacısı və qardaşı yoxdur. 8-ci sinifə qədər Bakı şəhərində yerləşən 61 nömrəli məktəbin rus bölməsində təhsil almış və son iki ili bitirmədən 1990-cı ildə məktəbdən çıxmışdır. Məktəbdən çıxandan sonra 2 il müddətində Bakı şəhərində anası ilə birlikdə yaşamışdır. 1992-ci ildə Qazaxstanda həbsdən yenicə çıxmış atasının yanına getmişdir. Anası Bakı şəhərində qalmışdır. Həmin ildə keçmiş SSRİ dövlətinə məxsus şəxsiyyət vəsiqəsi almışdır. 1995-ci ildə Qazaxıstandan Bakı şəhərinə qayıtmış və 1997-ci ildə anası ilə birlikdə yəhudi qaçqını kimi Almaniyaya getmişdir. Almaniyada həbsdən çıxdıqdan bir müddət sonra 2020-ci ildə deport edilərək Bakı şəhərinə qayıtmış, anası isə Almaniyada qalmışdır. Oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 2014, 2016 və 2018-ci illərdə Almaniyada məhkum edilmişdir. 2021-ci ildə Bakı şəhərində oğurluq etdiyinə görə həbs olunaraq məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl şərti olaraq həbsdən azad edilmişdir. Həbsdən çıxandan sonra Bakı şəhəri, Nərimanov rayonunda kirayədə yaşamış və Quba polisi tərəfindən tutulana kimi heroin və metamfetamindən istifadə etmişdir. Gənc yaşlarından "nəşə" kimi tanınan narkotik vasitə marixuana və "kakos" kimi tanınan narkotik vasitə heroindən, həmçinin son illərdə "patı" kimi tanınan psixotrop maddə metamfetamindən istifadə etmişdir. 15 fevral 2024-cü il tarixdə, axşam saatlarında "whatsapp"ına səsli sms gəlmişdir. Həmin sms göndərən şəxslə danışıq zamanı "kakos" və "patı"dan istifadə etdiyini bildirmişdir. Həmin şəxs öz adını bildirməsə də, İran İslam Respublikasından olduğunu və narkotik vasitələri əldə etməkdə ona köməklik edəcəyini bildirmişdir. Söhbət zamanı iranlı şəxs tanışının Quba rayonuna gədəcəyini, Quba rayonu ərazisində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni götürməkdə tanışına köməklik etməyini ondan xahiş etmişdir. Bunun qarşılığında ona istifadə etmək üçün narkotik vasitə verəcəyini bildirmişdir. Həmin iranlı şəxs harada yaşadığını soruşanda o, Nərimanov rayonunda yerləşən “Funda” tibb mərkəzinin yanında yaşadığını bildirmişdir. Bir qədər sonra, iranlı şəxs təkrar onunla əlaqə saxlayaraq qırmızı rəngli "Chevrolet" markalı avtomobilin onu gözlədiyini bildirmişdir. O, evdən çıxıb iranlının bildirdiyi qırmızı rəngli "Chevrolet" markalı avtomobilə əyləşmişdir. Daha sonra isə iranlı şəxsin ona göndərdiyi ünvana uyğun olaraq Quba rayonuna gəlmişdir. Quba rayonunda iranlının göndərdiyi yer işarəti ilə hərəkət edib iranlının işarətlədiyi yerə gəlmişdir. Həmin yerə çatdıqda bir ədəd kalaşnikov markalı silah və bağlamada narkotik vasitəni tapmışdır. Narkotik vasitəni açıb içərisinə baxanda bükümdə yalnız qurudulmuş marixuananın olduğunu görüb, iranlı şəxslə təkrar əlaqə saxlayıb bükümdə patı və kakosun olmadığını demişdir. Həmin iranlı isə bağlamanın içərisində marixuanadan əlavə kakos və patının olduğunu demişdir. Daha sonra isə silahı və bağlamanı götürüb oradan uzaqlaşmışdır. Yolda hərəkət edən zaman Quba Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib əlində olan əşyanın nə olduğunu soruşmuşlar. O, əlində olan əşyanın silah olduğunu və üzərində də narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra başqa polis əməkdaşları və vəkil də o, onlar olan yerə gəlmişlər. Həmin yerdə video çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Baxış zamanı əlində olan avtomat silahını və üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları silahı və narkotik vasitəni haradan əldə etdiyini soruşmuşlar. O, iranlı şəxsin vasitəsi ilə həmin əşyaları əldə etdiyini bildirmişdir. Təqdim etdiyi narkotik vasitə elektron tərəzidə ölçülərək qablaşdırılmışdır. Bunlardan başqa şəxsi axtarış zamanı onun üzərindən dövriyyəsi qadağan edilən əşya və predmetlər aşkar edilməmişdir. O, Quba RPŞ-nin əməkdaşları tərəfindən tutularkən qorxaraq məsuliyyətdən yayınmaq üçün soyadını yalandan Abramov kimi təqdim etmişdir ki, portalda Abramov soyadı ilə axtarış edərkən şəxsiyyəti barədə məlumatlar çıxmasa, onu sənədləşdirmədən buraxarlar. Belə ki, o, 2023-cü ildə həbsdən azad edildikdən sonra Bakı şəhərində bir neçə dəfə xırda oğurluqlar edərkən soyadını Abramov kimi təqdim etmiş və şəxsiyyəti barədə məlumatlar portalda çıxmadığından onu sənədləşdirmədən sərbəst buraxmışlar. Məhz buna görə də o, Quba RPŞ-nin əməkdaşları tərəfindən tutulan zaman soyadını yalandan Abramov kimi təqdim etmişdir. İstintaqın sonuna kimi ümid etmişdir ki, şəxsiyyəti barədə portal məlumatları çıxmadığı üçün cinayət işini xitam edərək, onu həbsdən azad edərlər. Lakin 3 saylı İstintaq təcridxanasında onun əl-barmaq izlərini götürərək yoxlayan zaman soyadının Abramov olmadığı aşkara çıxmış və bu zaman o, məcbur olaraq həqiqəti, yəni soyadının Morozov olduğunu etiraf etmişdir. O, əvvəllər tutularkən soyadını yalandan olaraq Abramov və yaxud da həqiqətə uyğun olmayan başqa formada təqdim etməmişdir. İlk dəfə idi ki, Qubada tutularkən soyadını yalandan olaraq Abramov kimi təqdim etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 16 fevral 2024-cü il tarixdə PPXB-nin polis nəfərləri Şahid4, Şahid3 və Şahid2la birlikdə xidmətdə olmuşlar. Həmin günü səhər saat 07 radələrində Quba şəhərində yerləşən Diaqnostika mərkəzinin arxa hissəsində hərəkətdə olan zaman bir nəfər vətəndaşın əlində qara rəngli sellofana bükülmüş əşya piyada hərəkət etdiyini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib əlindəki bağlamada nə olduğunu soruşmuşlar. Söhbət zamanı həmin şəxs, Vadim Abramov olduğunu və əlində olan əşyanın silah olduğunu, həmçinin üzərində də narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra, onlar həmin yerə əməliyyat-istintaq qrupunu dəvət etmişlər. Bir qədər keçdikdən sonra təhqiqatçı Mübariz Zəkəryəyev, KMQ-nun baş əməliyyat müvəkkili Şahid5, CAB-nın baş əməliyyat müvəkkili Şahid6 və vəkil Müdafiəçi da onlar olan yerə gəlmişlər. Bundan sonra Vadim Abramovun üzərində video çəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Vadim Abramov yenidən əlində olan əşyanın silah olduğunu, Bakı şəhərindən Quba şəhərinə narkotik vasitə əldə etmək üçün gəldiyini bildirmişdir. Narkotik vasitəni Quba şəhərindən götürdükdən sonra Bakı şəhərinə aparmalı olduğunu bildirmişdir. Daha sonra Vadim Abramov mobil telefonunu çıxarıb təqdim etmişdir. Mobil telefona baxış zamanı bir nəfər şəxsin Vadim Abramova whatsapp ani mesajlaşma sistemi vasitəsi ilə konum (məkan) işarəti göndərdiyi və həmin yerdə narkotik vasitə olduğunu bildirdiyi müəyyən edilmişdir. Həmçinin baxış zamanı Vadim Abramovun da narkotik vasitə və silahı əldə etdiyi dövriyyəsi qadağan edilmiş əşyaların həmin şəxsə göndərdiyi də müəyyən edilmişdir. Vadim Abramov həmin şəxsi tanımadığını, həmin şəxsin iran vətəndaşı olduğunu və onun sifarişinə əsasən Quba şəhərinə narkotik vasitə əldə etmək üçün gəldiyini bildirmişdir. Bunun qarşılığında da həmin narkotik vasitədən öz istifadəsi üçün də götürəcəyini bildirmişdir. Daha sonra isə sorğu zamanı Vadim Abramov üzərində olan narkotik vasitəni də çıxarıb təqdim etmişdir. Vadim Abramovun əlində olan qara rəngli sellofana baxış zamanı içərisindən kalaşnikov markalı silah və digər bağlamada isə narkotik vasitə aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə elektron tərəzidə ölçüldükdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa Vadim Abramovun üzərində dövriyyəsi qadağan edilən əşya və ya predmetlər aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid6 eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şahid5 ifadəsi məhkəmədə elan olunan zaman məlum olmuşdur ki o, Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla analoji ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəməballistik ekspertizasının 19 fevral 2024-cü il tarixli, 24/371 nömrəli rəyindən görünür ki, Morozov (Abramov) Vadim Oleqoviçdən götürülərək tədqiqata təqdim edilmiş 01 ədəd №si silinmiş silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiqi edilmiş məhkəməbioloji ekspertizasının 17 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/260 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri yazılmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 260,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi - 260,0 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 259,95 qram. İş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı təhqiqi edilmiş məhkəmə-narkoloji ekspertizasının 09 mart 2024-cü il tarixli, 1598 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və əlində olan çantaya baxışın keçirilməsini özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin içərisində saxladığı bir ədəd bükülüdə xalis çəkisi 260,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əlindəki qara rəngli əl bağlamanın içindən bir ədəd AKS-74 modelli yivli odlu avtomat silahı aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə yanaşı, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-bioloji, məhkəmə narkoloji və məhkəməbalistik ekspertizalarının müvafiq rəyləri və eləcədə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlarla tam subuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir». “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 260,0 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “tutulmuş şəxsin tutulmadan azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmadan azad edilmişdir. İş materiallarında olan “əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasl CM-nin 234.1-ci maddəsilə başlanılmış cinayıt işi üzrə əməl həmin məcəllənin 234.1 və 228.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-nin 228.1 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(027)- 21.02. 2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(027)- 47/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay 16 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(027)- 57/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 1(006)-67/2022 saylı 29 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 7(010)-573/2023 saylı 07 sentyabr 2023-cü il tarixli Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 02 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuş, 23 noyabr 2023-cü il tarixdə isə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 23 noyabr 2023-cü il tarixdə çəkib qurtarmış və o, hazırki iş üzrə cinayət əməlini 16 fevral 2024-cü il tarixdə törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3 Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur 83.3.3-ci maddəsinə görə, Az ağır cinayət törətməyə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsi tələb edir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxsnun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hisəssinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə cəza məsələsini müzakirə edərkən hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzası təyin olunmalı, eyni zamanda barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir.. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində məhkəmənin xx.xx.2024-cü il tarixdə qərarı ilə 2 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cı il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli xx.xx.2024-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən onun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Quba RPŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 259,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Quba RPŞ-nin saxlanc anbarında saxlanılan 01 ədəd, 5,45 mm kalibrli, AKS-74 modelli, Kalaşnikov konstruksiyalı avtomat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizaların xərci olan 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxson məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkilinə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxsnun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Hökmün icrası Quba Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmənin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 08 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 259,95 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Quba RPŞ-nin saxlanc anbarında saxlanılan 01 ədəd, 5,45 mm kalibrli, AKS-74 modelli, Kalaşnikov konstruksiyalı avtomat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizaların xərci olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod: 210005, VÖEN **********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Quba Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-167/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-167/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver