Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-168/2021 23.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X10 hüquqi varisi və mülki iddia üzrə iddiaçı X11, təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Yardımlı rayonu, Telavar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, məhkumluğu olmayan, Yardımlı rayonu, Telavar kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 36 mənzil 4-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 28.06.2019-cu il tarixdə məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyata alınmış "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən 11.06.2008-ci il tarixdə məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyata alınmış "xxxx" MMC ilə bağladığı 25.05.2021-ci il tarixli N-05/21 nömrəli podrat müqaviləsinə əsasən həmin tarixdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19.07.2019-cu il tarixli **********0 nömrəli çıxarış əsasında sifarişçi "xxxx" MMC-yə məxsus olan Quba şəhəri, Əliqulu Nərimanov və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 0,04 ha torpaq sahəsində qeyri-yaşayış obyekti olan “xeyir-şər evi”nin tikintisində görülməmiş qalan işlərin həyata keçirilməsini, tikinti işlərinin görüldüyü sahədə əməyin mühafizəsi və texniki-təhlükəsizlik üzrə tədbirlərin görülməsini, həmin sahənin mühafizə edilməsini podratçı kimi öz öhdəsinə götürüb tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi işlərinin aparılmasının təhlükəsizliyi qaydalarına riayət etməli olan şəxs kimi 09.06.1980-ci il tarixli 111-4-80 saylı “Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 1.10, 1.11, 1.16, 1.19, 1.20, 2.11 və 2.26-cı bəndlərinə əsasən tikintidə olan fəhlə, mühəndis-texniki işçiləri və qulluqçuları xüsusi geyim, ayaqqabı və mühafizə vasitələri ilə, bütün şəxsləri 12.4.087-80 DÜST-ə uyğun olan qoruyucu dəbilqələrlə təmin etməli, qoruyucu dəbilqələri geyinməmiş fəhlə və mühəndis-texniki işçiləri işlərin icrasına buraxmamalı, 12.0.004-79 DÜST-ün tələblərinə uyğun olaraq qəbul olunmuş yeni işçilərin işə buraxılmazdan əvvəl, eləcə də işləri görərkən təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmaların keçirilməsini təşkil etməli, işə qəbul olunan fəhlələrə işlərin təhlükəsiz görülməsi metodları üzrə təlim keçməli, təlim keçməmiş fəhlələrin işləməsinə icazə verməməli, kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün tikinti meydançaları çəpərlənməli, 1,3 metr hündürlükdə və hündürlük dəyişkəni sərhəddindən 2 metrdən az məsafədə yerləşən iş yerləri və onlara gedən keçid yolları çəpərlənməli, bu mümkün olmadıqda bu hündürlükdə görülən işlər 12.4.059-78 DÜST-ün tələblərinə cavab verən qoruyucu kəmərdən istifadə olunmaqla yerinə yetirilməli, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 2.4 və 3.1-ci bəndlərinə əsasən hündürlükdə iş prosesinə buraxılmamışdan əvvəl əməyin mühafizəsi və texnikitəhlükəsizlik üzrə təlimatlandırma keçməli, qeyd edilən tələblərin öyrənilməsi və biliklərin yoxlanılması təşkil edilməli, hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metod və üsulları öyrədilməli, hündürlükdə görülən işləri ixtisar etmək mümkün olmadıqda ayaqaltı qurğu və vasitələrin, qaldırıcıların, tikinti fasad qaldırıcıların, asma taxta konstruksiyaların, maşın və mexanizmlərin, eləcə də kollektiv və fərdi mühafizə vasitələrinin tətbiqini təmin etməli, “Liftlərin quraşdırılması və təhlükəsiz istismar qaydaları”nın 7.5.4 və 10.1.29-cu bəndlərinə əsasən işlər qurtardıqdan sonra lift qidalandırıcını şəbəkədən ayırmalı, qaldırıcı qurğunun yüklərin boşaldılıb-yüklənməsi meydançasında qaldırıcı qurğudan istifadə qaydalarını asmalı, həmin istifadə qaydalarında yüklərin bağlanması, işarəvermə üsulları, yüklərin daşınması üçün nəzərdə tutulmuş qaldırıcı qurğuların rneydançasına adamların çıxmasını qadağan edilməsi barədə qeyd etməli, “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər” 12.0.004-79 DÜST-ün 3.10-cu bəndinə əsasən fəhlələrin işləri bir neçə növbə usta və briqadirin nəzarəti altında, yalnız bundan sonra müstəqil işə buraxmalı olduğu halda lazımi nəzarəti həyata keçirməyib öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda buna cinayətkarcasına etinasız yanaşmaqla qeyd olunan tələblərə məhəl qoymayaraq tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozmuş, nəticədə X20 12.08.2021-ci il tarixdə saat 17 radələrində Quba şəhəri, Əliqulu Nərimanov və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 0,04 ha torpaq sahəsində qeyri-yaşayış obyekti olan «xeyir-şər evi»nin cənub tərəfinə bərkidilmiş yükqaldırıcı qurğunun meydança hissəsində olarkən meydançanın diyircəklərinin qurğunun qüllə hissəsinin dəmir künclüklərindən çıxaraq 45° bucaq altında əyilməsi nəticəsində hündürlükdən yıxılaraq gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, başın sol alın və təpə nahiyələrinin əzilmiş yaraları, bədənin qançır və sıyrıqları, sol dirsək sümüyünün qapalı qəlpəli sınığı, başın yumşaq toxumalarının alt səthində solda alın-təpə nahiyəsində qansızma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, kəllə qapağı və əsası sümüklərinin sınığı, boyun, döş və qarın nahiyəsində yumşaq toxumalar altında qansızma, sol körpücük sümüyünün orta 1/3-dən yerini dəyişən sınığı, qabırğaların sol tərəfdən çoxlu sınıqları, sol ağciyər toxumasının cırılıb-dağılması və sol ağciyər toxumasına qansızma, doş boşluğunda 800 ml-ə yaxın sərbəst qan kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq kəllə qapağı və əsası sümüklərinin sınması nəticəsində baş beyin toxumasına qansızma səbəbindən öldüyündən ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X10 ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 222.3-cü maddəsi ilə verilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 28.06.2019-cu ildə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmış "xxxx" MMC-nin təsisçisi və direktoru olmuş, başqa işçisi olmamışdır. MMC-də direktor, tikinti mühəndisi, anbardar, mühafizəçi, elektrik, santexnik, texniki təhlükəsizlik mütəxəssisi, dam örtüyü mütəxəssisi, fəhlə, sürücü vəzifələrinin olması nəzərdə tutulsa da və ştat cədvəli tərtib olunsa da, heç bir vəzifəyə işçi götürülməmişdir. Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində "xxxx" MMC tərəfindən “xeyir-şər evi”nin tikintisi həyata keçirilmişdir. 2021-ci ilin may ayının sonlarında "xxxx" MMC-nin direktoru Şahid5 ona zəng edərək "xxxx" MMC tərəfindən tikilməkdə olan “xeyir-şər evi”nin tikinti işlərini təhvil-təslim etmək istədiyini, tikinti işlərinin aparılmasını başqa şəxsə həvalə etmək istəməsini bildirərərk onun işləmək istəyib-istəmədiyini soruşmuşdur. O, Ərzumanın təklifi ilə razılaşmışdır. Direktoru olduğu MMC iş götürən zaman işi yekunlaşdırıb qurtarmaq üçün maliyyə dəstəyinə ehtiyacı olmuş və bununla bağlı tanışı Şahid6 müraciət etmişdir. Ərzumanla görüşdükləri gündən bir neçə gün əvvəl həmin tikintidə bir nəfər fəhlənin elektrik cərəyanı vurması nəticəsində öldüyünü bilmişdir. Tikintinin olduğu sahəyə yaxın məsafədə yüksək gərginlikli elektrik xətti keçmişdir. Şahid5la bütün işlərin təhvil alınması barədə razılığa gəlmişlər. Lakin Şahid5 yüksək gərginlikli xəttə görə işə başlamayacağını, xəttin yeri dəyişdirildikdən sonra işə başlayacağını bildirmişdir. Ərzuman da razılaşmış və tez bir zamanda xəttin yerinin dəyişdiriləcəyini demişdir. 25.05.2021-ci il tarixdə tikintinin tam başa çatdırılması və tamam təhvil verilməsi ilə əlaqədar "xxxx" MMC ilə "xxxx" MMC arasında xidmətlərin göstərilməsi müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən sifarişçi "xxxx" MMC, podratçı isə direktoru olduğu "xxxx" MMC olmuşdur. Müqaviləyə əsasən “xeyir-şər evi”nin bütün tikinti işləri tərəfindən yekunlaşdırılmalı və sifarişçi "xxxx" MMC-yə təhvil verilməli idi. 27.05.2021-ci il tarixdə direktoru olduğu "xxxx" MMC ilə "xxxx" MMC arasında təhvil-təslim aktı imzalanmışdır. Bundan sonra, yüksək gərginlikli xəttin yerinin dəyişdirilməsini gözləmişlər. Lakin Şahid5 şifahi olaraq söz verdiyi kimi yüksək gərginlikli xəttin yeri tez bir zamanda dəyişdirilməmişdir. Şahid6 maliyyə dəstəyini nəzərdə tutduğu tarixdə edə bilməmiş, ona görə də işlər bir neçə ay qalmış və orada hər hansı bir iş görülməmişdir. 08.08.2021-ci il tarixdə Elnurla birlikdə yenidən sahəyə baxmağa gəlmişlər. Bu zaman yüksək gərginlikli xəttin yerinin dəyişdirilməsini, lakin, tam istədiyi kimi dəyişilməməsini görmüşdür. Ona görə də, Ərzumanla danışaraq xətti onlar deyən kimi dəyişdirmələrini tələb etmişlər. Həmin vaxt tikintiyə yaxın sahədə qəbristanlıqda fəhlələr olmuşdur. Onlardan bir nəfər Səməd adlı cavan oğlan Elnura yaxınlaşaraq iş barədə soruşmuşdur. Elnur isə işi təhvil almalarını, yaxın vaxtlarda işə başlayacaqlarını, sənədləri qaydasındadırsa, gəlib işləyə biləcəklərini bildirmişdir. Həmçinin, Elnur həmin şəxsə işləmək istəyirlərsə tikintinin əsas yolunu taxtalardan və zibillərdən təmizləmələrini, avtomobil yolunu boşaltmalarını demiş və gələndə haqq-hesab edəcəyini demişdir. Uzun müddət tikintidə iş getmədiyi üçün yol olduqda çirkli və dolu olmuşdur. Ona görə də, tikintiyə başlayana kimi yolu boşaltmağı düşünmüşlər. Lakin onlar hər hansı fəhləyə mişar daşlarını binanın mərtəbəsinə qaldırması barədə nəsə deməmişlər. Həmin vaxt Səməddən aralıda 1-2 fəhlə də olmuşdur. 12.08.2021-ci il tarixdə tikintidə bir nəfər fəhlənin yükqaldırıcıdan yıxılaraq xəsarət almasını və aldığı xəsarətlərdən hadisə yerində ölməsini eşitmişdir. Təhvil-təslim zamanı həmin qurğu olduğu kimi yerində olmuşdur. Onun işləmə mexanizminə və meydança hissəsinin formasına fikir verməmişdir. Onun işləyib-işləmədiyini yoxlamamışdır. Ərzuman onlara qurğunun işlək olmasını demiş, ona görə də, onu yoxlamamışdır. O, əvvəl mərhum X15 tanımamışdır. Elman Abbasova görülməli işlər barədə aralarında heç bir söhbət olmamışdır. Nə Elmana, nə də Səmədə yükqaldırıcı ilə mişar daşlarını qaldırması barədə nəsə deməmişlər. O, həmin şəxsə nəzarət etməli və qeyd olunan tələbləri pozaraq iş gördüyü təqdirdə onu dayandırmalı, həmin şərtlər altında iş görməsini qadağan etməli olmasına baxmayaraq, bunu etməmişdir. İşinin əvvəldən düzgün qurulmaması səbəbindən ölümlə nəticələnən hadisə baş vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, 27.05.2021-ci il tarixdə direktoru olduğu "xxxx" MMC ilə "xxxx" MMC arasında təhvil-təslim aktı imzalanmış və o, işi təhvil almışdır. Lakin maddi məsələlərlə bağlı işə başlamamışdır. Eyni zamanda o, tikintini hasara almamış, kilidli qapı qoymamış və orada olan fəhlələri uzaqlaşdırmamışdır. Həmin tarixdən tikinti sahəsinin onun məsuliyyətinə verildiyini dərk edir, lakin o, işə başlamamış və kimisə işlərin görülməsinə cəlb etməmişdir. Hadisədən sonra MMC-tərəfindən mərhumun ailəsinə 20873 manat vəsait ödənilmişdir. Eyni zamanda o, hazırda mülki iddiaçıya daha 1000 manat ödəməyə hazırdır. Ümumilikdə isə mülki iddianı qəbul etmir. O, özü Qarabağ müharibəsi iştirakçısıdır, Qubadlı, Laçın uğrunda gedən töyüşlərdə yaralanaraq təxris olunmuşdur. İşini düzgün qurmamasından peşimandır və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X10 hüquqi varisi və mülki iddia üzrə iddiaçı X21 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, X2 arvadıdır. Elman qaynaq işi ilə məşğul olmuşdur. Müxtəlif tikintilərdə qaynaq işləri görməklə ailəsini dolandırmışdır. Elman uzun müddət Quba şəhəri, Yeni Avtovağzala gedən yolda obyekt tikintisində Rövşən adlı şəxsin yanında qaynaq işləri görmüş, ara-sıra Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən “xeyir-şər evi”nin tikintisində də qaynaq işləri görmüşdür. Elmanın Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən “xeyir-şər evi”nin tikintisində kim tərəfindən işə götürülməsini bilməmişdir. Quba şəhəri Yeni Avtovağzala gedən yolda obyekt tikintisində isə Rövşən adlı şəxsin yanında işləməsini bilmişdir. Elmana “xeyir-şər evi”nin tikintisində işlərin görülmə forması barədə kimlərin tapşırıq verməsini bilməmişdir. Elman “xeyir-şər evi”nin tikintisində qaynaq işləri, fəhləlik, mişar daşları daşıma, profil daşıma, su gətirmək, zibilləri təmizləmək və sair işləri görməsini demişdir. Elmandan kimin yanında işləməsini soruşduqda isə bu barədə ona nəsə deməmişdir. 12.08.2021-ci il tarixdə səhər saat 08 radələrində yuxudan oyanmış və Elmanla birlikdə evdən çıxmışdır. Elman “xeyir-şər evi”nin tikintisində işləməyə, o isə “Mahir şirniyyat evi”nə getmişdir. Həmin gün Elmanı bir daha evdə görməmişdir. Həmin gün saat 16-17 radələrində qızı Sevda ona zəng edərək Elmanın işlədiyi “xeyir-şər evi”nin tikintisində yıxılaraq ölməsini demişdir. O, hesab edir ki, Elman mişar daşlarını yükqaldırıcı vasitəsilə qaldıran zaman yıxılaraq xəsarət almış və ölmüşdür. Təqsirləndirilən şəxsi əvvəllər görməmiş onunla ədavəti yoxdur. Həqiqətəndə ərinin ölümündən sonra “Şahdağ” otelinin rəhbərliyi tərəfindən ona maddi yardım edilmişdir. Belə ki, ilk dəfə ona 5000 manat, daha sonra 10000 manat və sonda 15000 manat təklif olunmuşdur. Həmçinin ona bildirmişlər ki, məzar daşı üçün də 3000 manat xərcləyəcəklər. O isə məzar daşının sadə olmasını istəmiş və 18000 manat məbləği tam olaraq tələb etmişdir. Həmin məbləğ ona ödənilmiş və o, bu barədə ərizə vermişdir. Həmçinin ona hissə-hissə də dəfn və hüzürlərdə xırda məbləğlər verilmiş, lakin tam məbləği xatırlamır. Hazırda xəstə uşağının müalicəsi ilə bağlı onun əlavə xərcləri vardır. Bu səbəbdən məhkəməyə iddia vermiş və iddiasının təmin edilməsini tələb edir. Hesab edir ki, necə ki, ona maddi yardımı “Şahdağ” otelinin rəhbərliyi etmişdirsə, hazırda onlar yenə də ona maddi dəstək olmalıdır. Təqsirləndirilən şəxsin tutulmasını isə istəmir. X27 məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, əvvəllər birlikdə fəhlə işlədiyi Şahid2 ona zəng edərək “xeyir-şər evi”nin tikintisində fəhləlik işi olduğunu deyərək ora getməsini təklif etmişdir. Qüdrət ona gedib işləməsini və pulunun veriləcəyini demişdir. 11.08.2021-ci il tarixdə “xeyir-şər evi”nin tikildiyi sahəyə getmişdir. Həmin vaxt tikintidə X20 olmuşdur. Elman və ondan başqa tikintidə heç kim olmamışdır. Qüdrət ona görülməli işləri izah etmişdir. Qüdrət ona yolu təmizləməsini, ərazidəki artıq şeyləri səliqə ilə kənara yığmasını, lesaları və digər avadanlıqları yoldan kənara səliqə ilə yığmağı tapşırmışdır. O, tikintidə bu işləri görən zaman Elman da ona köməklik etmişdir. Elmanı kimin işə götürməsini, ona nə işlər tapşırılmasını bilməmişdir. 12.08.2021-ci il tarixdə yenidən “xeyir-şər evi”nin tikildiyi sahəyə gəlmişdir. Elman da həmin vaxt burada olmuşdur. İkisindən başqa tikintidə heç kim olmamışdır. Birlikdə xeyir-şər evinin arxasından qəbristanlığa gedən yolu təmizləmişlər. Elman ara-sıra hadisənin baş verdiyi tərəfə gedib-gəlmişdir. Onun orada nə iş görməsini bilməmişdir. Belə ki, ona təmizlik işləri tapşırılsa da, Elmana hansı işlərin tapşırılmasını bilməmişdir. Həmin gün saat 16 radələrində elektrik xətlərinin yaxınlığında olan ağac budaqlarını təmizləmişdir. Həmin vaxt “xeyir-şər evi”nin binasının cənub tərəfindən, yəni hadisənin baş verdiyi tərəfdən Elmanın qışqırtı səsi gəlmiş və bir neçə saniyə sonra sanki nəsə tappıltı ilə yerə çırpılmışdır. O, səs gələn tərəfə getmiş, Elmanın kürəyi üstə yerdə uzanıqlı vəziyyətdə olmasını, sonuncunun qulaqlarından və burnundan qan gəlməsini görmüşdür. Həmin vaxt Elmanın ətrafında mişar daşları olmuşdur. Bir neçə dəqiqə sonra Elman ölmüşdür. O, hadisənin necə baş verməsini görməmişdir. İşə başlayanda və sonra ona əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydaları ilə təlimatlandırma keçirilməmiş, hər hansı xüsusi geyim verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, əvvəllər "xxxx" MMC-də fəhlə işləmişdir. "xxxx" MMC Quba şəhəri Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 0,04 ha torpaq sahəsində “xeyir-şər evi”nin tikintisini həyata keçirmişdir. 12.08.2021-ci il tarixdə həmin tikintidə X10 yıxılaraq aldığı xəsarətlərdən ölməsini eşitmişdir. Elman Abbasovu başqa tikintidə işləyən zaman qaynaqçı kimi tanımışdır. Onunla əvvəllər 1-2 gün birlikdə tikintidə işləmişdir. Həmin “xeyir-şər evi”nin arxasında qəbristanlıq vardır. Hadisə baş verən gün o, həmin qəbristanlıqda baş daşı daşımışdır. Bu zaman orada “xeyir-şər evi”nin tikintisində bir nəfər fəhlənin yıxılaraq ölməsini eşitmişdir. Eşitdiyinə görə, yükqaldırıcıdan yıxılaraq ölmüşdür. Növbəti gün bilmişdir ki, həmin fəhlə X16r. Tikintidə işlədiyi vaxt həmin yükqaldırıcı artıq quraşdırılmış formada olmuşdur. Həmin yükqaldırıcıdan yüklərin binanın mərtəbələrinə qaldırılması üçün istifadə olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, 10.08.2021-ci il tarixdə tanıdığı Elnur adlı şəxs ona zəng edərək Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində “xeyir şər evi”nin tikintisinin başlayacağını, ərazidə xətt çəkiləcəyini, ona görə də, ərazinin təmizlənməli olmasını demiş və ondan işləmək istəyib-istəmədiyini soruşmuşdur. O isə imtina etmişdir. Bu zaman Elnur işləmək üçün başqa şəxs tapmasını tapşırmış, o da əvvəlcədən həmin tikintidə bir yerdə işlədiyi fəhlə Şahid1 zəng etmiş, ona əvvəllər işlədiyi “xeyir-şər evi”ndə tikinti başlayacağını, ərazinin təmizlənməli olmasını demiş və işləmək istəyirsə gedib işləməsini demişdir. Səməd də razılaşmışdır. Bundan sonra baş verənlərdən xəbəri olmamışdır. 12.08.2021-ci il tarixdə fəhlənin yıxılaraq ölməsini öyrənmişdir. Hadisə olan tarixdə və yerdə olmadığından hadisənin bilavasitə şahidi olmamışdır. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid3, Şahid5 və Şahid6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlərr. Şahid3 ibtidai istintaqa verdiyi ifadəsi elan olunan zaman məlum oldu ki, o, mərhum X15 tanımış, Quba şəhəri, 32-33 məhəllə ünvanında mebel sexi tikintisində Elman Abbasovla birlikdə fəhlə kimi işləmişlər. Onunla münasibətləri normal olmuşdur. Hər hansı problemləri olmamışdır. O, etibarnamə əsasında “Qazel” markalı avtomobili idarə edir. Adətən, müxtəlif tikintilərə tikinti materialları daşıyır. Elman Abbasovla birlikdə mebel sexi tikintisində işləyən zaman avtomobili olduğu üçün işə gedərkən yolüstü Elman Abbasovu evdən götürmüş, evə qayıdan zaman da onu evlərinə düşürmüşdür. Elmanın Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində “xeyir-şər evi”nin tikintisində fəhlə kimi işləməsindən məlumatı olmamışdır. Həmin tikintinin kim tərəfindən həyata keçirilməsi barədə məlumatı yoxdur. O, həmin tikintidə heç vaxt işləməmişdir. Elmanın orada işləməsini bilməmişdir. O, Elmanla yalnız Quba şəhəri, 32-33 məhəllə ünvanında mebel sexi tikintisində birlikdə işləmişdir. Hazırda da orada işləyir. Şahid5 ibtidai istintaqa verdiyi ifadəsi elan olunan zaman məlum oldu ki, o, 2020-ci ilin dekabr ayından etibarən "xxxx" MMC-də direktor işləyir. "xxxx" MMC 11.06.2008-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. Şirkətin hüquqi ünvanı ünvan 2in direktoru X12 olmuşdur. "xxxx" MMC-nin təsisçisi isə X3r. MMC-nin bütün payları 100% həcmində X4 məxsusdur. "xxxx" MMC Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yolkənarı 0,04 ha torpaq sahəsi almışdır. X9 0,04 ha torpaq sahəsində “xeyir-şər evi”nin tikilməsini istəmişdir. Ona görə də, müvafiq icazələr (Quba RİH, FHN, Azərişıq, Sanitar-epidomolji mərkəz) alınmış və 2020-ci ilin dekabr ayından etibarən Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yolkənarı 0,04 ha torpaq sahəsində “X28” MMC-nin hazırladığı eskiz-layihəyə əsasən 3 mərtəbəli 400 kv.m “xeyir-şər evi”nin tikintisinə başlanılmışdır. O, 25.05.2021-ci il tarixdə təsisçisinin şifahi deməsinə əsasən "xxxx" MMCnin və MMC tərəfindən Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yolkənarı 0,04 ha torpaq sahəsində aparılan bütün tikinti işlərini Təqsirləndirilən şəxs direktor olduğu "xxxx" MMC-yə təhvil vermişdir. Bununla bağlı, aralarında təhsil-təslim aktı və podrat müqaviləsi imzalanmışdır. Həmin vaxtdan etibarən o həmin tikintiyə getməmiş və tikintidə görülən işlərdən onun məlumatı olmamışdır. 23.05.2021-ci ilə tarixədək aparılan tikinti işlərinə o nəzarət etmişdir. 25.05.2021-ci il tarixdən sonra isə aparılan işlərə "xxxx" MMC tərəfindən nəzarət edilmişdir. Tikintidə kimlərin fəhlə kimi işə cəlb olunmasından, kimlərin hansı vəzifədə işləməsindən, işlərin görülməsi barədə kimlərin tapşırıq verməsindən, hansı işlər görülməsindən, nə vaxt tikintinin başlamasından onun məlumatı olmamışdır. O, 25.05.2021-ci il tarixdən sonra, yəni işləri rəsmi olaraq təhvil-təslim etdikdən sonra həmin tikintiyə getməmiş və heç bir işlə maraqlanmamışdır. Tikintiyə cavabdeh "xxxx" MMC-nin məsul şəxsi olmuşdur. Müqavilədə işin tam yekunlaşdırılaraq "xxxx" MMC-yə təhvil verilməsi nəzərdə tutulmuşdur. Elman Abbasovu tanımır, həmin şəxsin adını belə bilməmişdir. Onun 25.05.2021-ci il tarixdən sonra tikinti işləri ilə əlaqəsi olmadığı üçün hadisə barədə məlumatı yoxdur. Həmin yükqaldırıcı qurğu "xxxx" MMC-nin özünün mülkiyyətindədir. Həmin qurğunu yükləri binanın müvafiq mərtəbəsinə qaldırmaq üçün quraşdırmış və istifadə etmişlər. Həmin qurğu onun direktor olduğu və tikinti işlərinə nəzarət etdiyi dövrdə quraşdırılmışdır. Lakin, sonradan həmin qurğunu da "xxxx" MMC-yə təhvil vermişdir. Hər bir tikintidə yükqaldırıcı mexanizm vacib predmetdir. Həmin qurğu elə o formada alınmış və istifadə edilmişdir, necə alınmışdırsa, o formada da quraşdırılmışdır. Şahid6 ibtidai istintaqa verdiyi ifadəsi elan olunan zaman məlum oldu ki, Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosu, R.Rüstəmov ev 13, mənzil 12-də ailəsi ilə birlikdə yaşayır. Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 0,04 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən “xeyir-şər evi”nin tikintisi həyata keçirilən həmin torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. "xxxx" MMC-nin direktoru Şahid5dur. "xxxx" MMC-nin direktoru Namidar Bayramov onun tanışıdır. Belə ki, onun direktoru olduğu MMC müxtəlif tikinti işləri həyata keçirmişdir. Namidarın özü ilə bəzən lazım olduqda müxtəlif layihələr həyata keçirmişlər. Bu günə kimi hər hansı problem olmamışdır. Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 0,04 ha torpaq sahəsində “xeyir-şər evi”nin tikintisi zamanı bir nəfər fəhlənin elektrik cərəyanı vurması nəticəsində ölməsini və bu hadisədən sonra direktor Şahid5 tikinti işlərini təhvil-təslim edərək tikinti işlərindən uzaqlaşmaq istəməsini eşitmişdir. Bu məlumatı ona tanışı Namidar demişdir. 2021-ci ilin may ayında, elə həmin ərəfələrdə Namidar ona zəng edərək Bakı şəhərində görüşmək istəməsini və “xeyir-şər evi”nin tikintisi ilə əlaqədar danışmaq istəməsini demişdir. Namidar ilə Bakı şəhəri ərazisində kafelərdən görüşmüş, bu zaman Namidar ona Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 0,04 ha torpaq sahəsində “xeyir-şər evi”nin tikinti işlərini təhvil almaq istəməsini, bundan sonra, həmin tikinti işlərini Özünün direktor olduğu şirkət tərəfindən davam etdirilməsini istəməsini, lakin maliyyə dəstəyinə ehtiyacının olmasını bildirmişdir. O, işin detalları, maliyyə imkanları, görüləcək tikinti işləri barədə Namidardan maraqlanmışdır. Namidar həmin tikintidə 2-3 aylıq görülməli işin qalmasını, ümumilikdə 400000 manata yaxın vəsaitə ehtiyac olmasını, işin yekununda 8-12 % aralığı gəlir olacağını bildirmiş və ona birlikdə tikintiyə gedərək sahəyə baxmağı təklif etmişdir. O da 2021-ci ilin may ayında Namidarla birlikdə tikinti işlərinin aparıldığı Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 0,04 ha torpaq sahəsinə gəlmişdir. Həmin vaxt "xxxx" MMC-nin direktoru Şahid5 da yanlarında olmuşdur. Sahəyə baxdıqdan sonra Ərzumanla danışmış, Ərzuman işi davam etdirmək istəməməsini, bir neçə gün əvvəl tikintidə bədbəxt hadisə nəticəsində fəhlənin ölməsini, ona görə də, işləri təhvil vermək istəməsini bildirmişdir. O və Namidar Ərzumanla faktiki görülmüş işlərlə tanış olmuş, bundan sonra layihə əsasında qalıq işlər barədə maraqlanmış, sonra isə Namidarla layihə barədə ayrıca təraflı söhbət etmişlər. Namidara həqiqətən bu işi 2-3 ay ərzində yekunlaşdıra bilib-bilməyəcəyini, Namidarın dediyi vəsaitin kifayət edib-etməyəcəyini soruşmuşdur. Namidar isə hər hansı tərslik olmayacağı halda və Şahid5 dediyi şərtlərə əməl edəcəyi təqdirdə işi qeyd etdiyi vaxtda yekunlaşdıra biləcəyini demişdir. Onlar işi təhvil almamışdan qabaq bir nəfər fəhlə həmin tikintidə "xxxx" MMC-nin direktoru Şahid5 rəhbərliyi altında işləyən zaman elektrik cərəyanı vurması nəticəsində ölmüş və razılığa əsasən yüksək gərginlikli elektrik cərəyanı olan ərazidə iş görmək istəməmişlər. Ona görə də, yüksək gərginlikli elektrik xəttinin yerinin dəyişdiriləcəyi halda işə başlamalı olmuşlar. Şahid5 yaxın müddətdə qeyd olunan məsələlərin həll olunacağı bildirmişdir. 2021-ci il may ayında Şahid5 direktoru olduğu "xxxx" MMC ilə Namidar Bayramovun direktoru olduğu "xxxx" MMC arasında Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 0,04 ha torpaq sahəsində “xeyir-şər evi”nin tikinti işlərinin təhvil-təslimi keçirilmiş və yekunda təhviltəslim aktı imzalanmışdır. Təhvil-təslim zamanı görülmüş işlərin hər birinə ayrı-ayrılıqda baxılmış, faktiki vəziyyət yerində müşahidə edilmiş və siyahı şəklində təhvil-təslim aktında göstərilmişdir. O, özü həmin təhvil-təslimdə iştirakçı kimi iştirak etmiş və yekun aktda imza çəkmişdir. Bundan sonra, Şahid5 direktoru olduğu "xxxx" MMC ilə Namidar Bayramovun direktoru olduğu "xxxx" MMC arasında “xeyir-şər evi”nin tikinti işlərinin görülməsi barədə podrat (xidmətlərin göstərilməsi) müqaviləsi imzalanmışdır. Həmin müqavilənin imzalanmasında o, hər hansı formada iştirak etməmişdir. Belə ki, onun bu müqavilənin imzalanmasına səlahiyyəti olmamışdır. Sonradan ərazidən keçən yüksək gərginlik xəttin yerinin dəyişdirilməsi ilə əlaqədar məsələ Ərzumanın söz verdiyindən uzanmışdır. Ona görə də, fikirləşdiyi vaxtda tikinti işlərinə başlaya bilməmişdir. Həmçinin, o, Namidarın ondan istədiyi maliyyə vəsaitini fikirləşdiyi vaxtda toplaya bilməmişdir. Ona görə də, tikinti işlərini 2021- ci ilin may ayında təhvil alsalar da, tikintiyə başlaya bilməmişlər. 2021-ci ilin avqust ayında tikinti işlərinə başlamağı planlaşdırmışlar. Hətta, 2021-ci ilin avqust ayının 8-də Namidarla birlikdə sahəyə gəlib baxış keçirmişlər. Bu zaman qəbristanlıq tərəfdə 2-3 fəhlə olmuşdur. Onlardan bir nəfər, adı Səməd olan şəxs ona yaxınlaşaraq fəhləyə ehtiyac olub-olmamasını soruşmuş, o isə işi təhvil almalarını, yaxın vaxtlarda işə başlamaq istədiklərini, əraziyə təmizlik işlərinin görülməli olmasını, ərazini təmizləmələrini, sonra haqq-hesab etmələrini demişdir. Bu hadisədən sonra artıq tikinti işlərinə başlamağı dəqiqləşdirdiyindən ərazinin yol hissəsinin təmizlənməsinə ehtiyac yaranmışdır. 2021-ci ilin may ayından avqust ayınadək heç bir iş görülmədiyindən ərazidə bütün avadanlıqlar hamısı yol hissəsində qalmışdır. Ona görə də, həmin hissə avtomobilin daxil olması üçün yararsız olmuş və təmizlənməli olmuşdur. Bu zaman adını dəqiq xatırlamadığı yerli Quba sakinlərindən bir nəfər şəxsə fəhlə tapmasını, ərazidə təmizlik işləri aparılmasını demişdir. Həmin şəxsin kimi fəhlə kimi işlərə cəlb etməsini bilməmişdir. Həmin şəxsin adını hazırda xatırlamır. Bu söhbətdən sonra kimlərin tikintidə işə cəlb olunmasından, hansı işləri görməsindən xəbəri olmamışdır. 12.08.2021-ci il tarixdə Qubadan ona dostları zəng edərək Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 0,04 ha torpaq sahəsində “xeyir-şər evi”nin tikildiyi sahədə bir nəfər şəxsin yıxılaraq xəsarət almasını və aldığı xəsarətlərdən ölməsini demişdir. O, hər hansı tikinti işlərinin görülməsinə cavabdeh olmamışdır. Belə bir öhdəlik götürməmişdir. Belə ki, o, özü heç bir tikinti işi aparmır. Namidar ona tikinti işlərini götürməsi üçün maliyyə dəstəyinə ehtiyacının olmasını demiş və bu prosesdə sadəcə Namidara maliyyə hissəsində köməklik edən şəxs kimi iştirak etmişdir. Bağlanmış təhvil-təslim aktı və podrat müqaviləsinə əsasən işlər "xxxx" MMC tərəfindən təhvil alınmışdır. Müqavilədə binanın layihədə olduğu kimi tam yekunlaşdıraraq sifarişçiyə təhvil verilməsi nəzərdə tutulmuşdur. O, həmin prosesdə iştirakçı kimi iştirak etmiş, təhvil verən "xxxx" MMC-nin direktoru Şahid5, təhvil alan isə "xxxx" MMC-nin direktoru Namidar Bayramov olmuşdur. Tikinti işlərinin aparılması, tikinti sahəsinə fəhlə-işçi kollektivin cəlb edilməsi, tikintinin yekunlaşdıraraq təhvil-verilməsi Namidarın üzərinə düşmüşdür. Tikinti avadanlıqlarının və materiallarının kim tərəfindən alınması, hansı işçilərin cəlb ediləcəyi, işlərin hansı formada aparılacağı Namidarın səlahiyyətində olmuşdur. Onun rolu sadəcə maliyyə dəstəyi göstərmək olmuşdur. X15 tanımamışdır. Elman Abbasovun isə kim tərəfindən işə cəlb olunmasını bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi haqqında” 12.08.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Quba şəhəri, Əliqulu Nərimanov və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən "xxxx" MMC-yə məxsus 0,04 ha torpaq sahəsində “xeyir-şər evi”nin tikildiyi sahədir. Hadisə yerinə gəldikdə 3 mərtəbəli tikilməkdə olan bina görünür, bina dəmir materialdan hazırlanmış şiferlə hasarlanmışdır. Bina kürsülüdür. Səməd Vurğun küçəsi tərəfdən maili yerdə yerləşir. Əliqulu Nərimanov küçəsi tərəfindən kürsü hissəsinin hündürlüyü 1,5 m, digər tərəfdən isə 2 m-dir. Tikilməkdə olan “xeyir şər evi” binasının uzunluğu 34 m, eni 15,40 m-dir. Torpaq yerdən binanın 3-cü mərtəbəsinin betonunadək məsafə (hündürlük) 13,60 m, torpaq yerdən 3 mərtəbənin üzərində tikilməkdə olan minarəyədək məsafə isə 14,60 m-dir. Binanın giriş qapısı yola baxmaqdadır. Binanın giriş qapısının qarşısında üzbəüz dayandıqda sağ divar tərəf yolla sərhəddir, sol tərəf və binanın arxa hissəsi isə Quba şəhər qəbristanlığı ilə sərhəddir. Quba şəhər qəbristanlığı tərəfdən tikintinin getdiyi sahəyə daxil olundu. Binanın cənub tərəfində divar tərəfinin təxminən orta hissəsində yüklərin qaldırılması üçün qaldırıcı qurğu quraşdırılmışdır. Qurğunun kənarında burun və qulaq nahiyələrindən qanli ifrazat gələn kişi meyiti vardır. Baxış zamanı həmin meyitin X17 məxsus olması müəyyən edilmişdir. Meyit kürəyi üstə uzanıqlı vəziyyətdədir. Qaldırıcı qurğunun meydançasına yaxın kənarından X10 baş nahiyəsinədək olan məsafə 1,40 m, binanın divarından isə 3 m-dir. Meyitin baş nahiyəsindən binanın cənub tərəfində ayrıca taxtadan tikilmiş istirahət otağı kimi nəzərdə tutulmuş binaya qədər məsafə 60 sm-dir. Meyitin ətrafında topa şəkildə yığılmış mişar daşları vardır. Digər tərəfdə isə uzunluğu 6 metr olan 9 ədəd üst-üstə yığılmış dəmir profillər vardır. Taxta binanın üzərinə söykənmiş şəkildə bir ədəd plastik pəncərə vardır. Baxışda iştirak edən Şahid1 əli ilə meyiti göstərərək Elman Abbasovla birlikdə təmizlik işləri görmələrini, Elman Abbasovun tez-tez binanın yükqaldırıcı hissəsinə getməsini, orada nə iş görməsini bilməməsini, qəflətən həmin hissədən Elman Abbasovun qışqırtı səsinin gəlməsini və sanki nəyinsə tappıltı ilə yerə çırpılmasını, həmin yerə gəldikdə Elman Abbasovu hazırki vəziyyətdə olduğu kimi aşkar etməsini bildirmişdir. Qaldırıcı qurğu qüllənin üzərində hərəkət edən meydança (arabacıq) və bucurqaddan ibarətdir. Qaldırıcı qurğu hərəkətsizdir, dayanıqlı vəziyyətdədir. Qaldırıcı qurğunun qülləsi bir-birinə bolt birləşmələri ilə birləşmiş 4 seksiyadan ibarətdir. Hər seksiya isə 6 hissədən ibarətdir. Hər bir seksiya hissəsinin eni 31 sm, uzunluğu 57 sm, hündürlüyü 52 sm-dir. Hər seksiyanın hündürlüyü 3,10 m-dir. Qüllənin ümumi hündürlüyü 12,40 m-dir. Torpaq yerdən qaldırıcı qurğunun meydança hissəsinədək məsafə 7,76 m-dir. Qurğunun meydança hissəsi tikilməkdə olan binanın 2 və 3-cü mərtəbələri arasında hərəkətsiz qalmışdır. Qurğunun meydança hissəsinin eni 102 sm, uzunluğu 135 sm-dir. Meydançanın döşəməsi 15 mm olan dikdəndir. Meydançanın kənarları boşdur, hər hansısa məcərlə çəpərlənməmişdir. Meydança qüllənin üzərində hərəkət etməsi üçün 4 ədəd diyircək vardır. Baxış zamanı diyircəklər qüllənin hərəkət etdiyi dəmir künclüklərdən çıxmış haldadır. Meydança diametri 10 mm olan polad burazdan sallanmış halda qalmışdır. Polad buraz bütövdür, qırılmamışdır. Meydança təxminən 45° dərəcəlik bucaq altında maili vəziyyətdə 2 və 3-cü mərtəbə arasında qalmışdır. Bucurqad qüllə ilə birlikdə ümumi dəmir şvillerlərdən hazırlanmış rama üzərində quraşdırılmışdır. Ramanın uzunluğu 150 sm, eni 110 sm-dir. Bucurqadın arxasında əks yük kimi 3 cərgə ilə yan-yana qoyulmuş mişar daşları vardır. Mişar daşlarının cəmi 20 ədəddir. Bucurqad buraza sarılmış barabandan, reduktor, elektrik mühərrikindən və əyləc sistemindən ibarətdir. Bucurqada elektrik enerjisi izolyasiyası ağ rəngdə olan elektrik naqili ilə verilmişdir. Həmin naqil binanın arxa tərəfində qəbiristanlığın yaxınlığında yardımçı tikilidəki elektrik xətlərinə birləşdirilmişdir. Birləşmə yerlərinin heç bir mühafizə və komutaziya aparatı yoxdur. Birləşmə yerləri açıqdır, heç bir izolyasiyası yoxdur. Qaldırıcı qurğunu idarə etməsi üçün bucurqadın elektrik motorundan ayrılmış kabelə birləşdirilmiş iki düyməli pultla həyata keçirilir. Pultun bir düyməsi qırmızı, digər düyməsi isə yaşıldır. Bucurqadın digər hər hansı idarəedici pultu yoxdur. Baxışda iştirak edən Şahid1 hadisə gün yükqaldırıcıdan istifadə etməməsini, lakin əvvəllər tikintidə işləyən zaman yükqaldırıcıdan istifadə etməsini və həmin pultla yükqaldırıcını idarə etməsini bildirmişdir. Binanın 2-ci mərtəbəsinə qalxdıqda mərtəbənin cənub divarında 6 ədəd pəncərə boşluğu vardır. Soldan 4-cü, sağdan isə 3-cü pəncərə boşluğunda 30 sm çölə çıxarılmış qalınlığı 15 mm olan taxta dikdən döşəmə vardır. Həmin döşəmə bir tərəfdən pəncərənin divarının üzərinə çıxarılmış, bir tərəfi isə hündürlüyü 1 m olan üst-üstə qoyulmuş mişar daşları üzərindədir. Döşəmə təbəqənin uzunluğu 130 sm, eni isə 1 m-dir. Həmin döşəmədən mərtəbənin içərisinə doğru yüklərin boşaldılmasını asanlaşdırması üçün dik təbəqələrdən keçid yolu vardır. Keçid yolunun uzunluğu 430 sm, eni isə 40 smdir. Keçid yolunun kənarlarında üst-üstə topa şəkildə mişar daşları vardır. Pəncərə boşluğunun eni 133 sm, hündürlüyü 220 sm-dir. Həmin mərtəbədə ətrafda müxtəlif tikinti materialları, daş qırıntıları vardır. Binanın 3-cü mərtəbəsinə qalxdıqda həmin mərtəbənin içərisində döşəmə üzərində tikinti materialları və tullantılarının olması müşahidə olundu. Mərtəbənin orta hissəsində dəmir konstruksiyalardan inşa olunmuş günbəz formalı dəmir konstruksiya vardır. Mərtəbənin cənub tərəfinin divarında 6 ədəd pəncərə boşluğu vardır. Soldan 4-cü, sağdan isə 3-cü pəncərə boşluğunda 30 sm çölə çıxarılmış qalınlığı 15 mm olan taxta dikdən döşəmə vardır. Həmin döşəmə bir tərəfdən pəncərənin divarının üzərinə çıxarılmış, bir tərəfi isə hündürlüyü 1 metr olan üst-üstə qoyulmuş mişar daşları üzərindədir. Döşəmə təbəqənin uzunluğu 130 sm, eni isə 1 metrdir. Həmin döşəmədən mərtəbənin içərisinə doğru yüklərin boşaldılmasını asanlaşdırması üçün dik təbəqələrdən keçid yolu vardır. Keçid yolunun uzunluğu 3 m, eni isə 40 sm-dir. Qeyd olunan pəncərənin boşluğunun sol tərəfində qaldırıcı qurğunun dəmir konstruksiyadan hazırlanmış qülləsi vardır. Qüllədən binanın divarına qədər məsafə 70 sm-dir. Qüllənin yuxarı hissəsində sonluqda 2 ədəd dəmir diyircəklər vardır. Diyircəklərin üzərində polad buraz keçirilmişdir. Qüllənin sonluğunda diyircəklərdən başqa hər hansı bir təhlükəsizlik cihazı və qoruyucu yoxdur. Mərtəbədə olan meydançanın yanında hər hansı bir şübhəli hal müəyyən edilməmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən əlavə hala rast gəlinməmişdir (cild 1, iş vər.: 4-32); meyitə baxış keçirilməsi haqqında 12.08.2021-ci il tarixli protokoldan görünür ki, meyit kişi cinsli olub düzgün bədən quruluşunda, kafi köklükdədir, boyu 167 sm-dir. Gözləri yarımaçıqdır, gözlərin ağlı qişası və birləşdirici toxuması bozumtul-ağdır, tək-tək tünd qırmızı nöqtəvari qansızmalar vardır. Burun sümükləri və qığırdaqlarının tamlığı əllədikdə pozulmamışdır. Burun dəliklərindən və sol qulaq keçəcəyindən tünd qırmızı qanlı ifrazat qeyd edilir, digər qulaq keçəcəyi sərbəstdir. Ağzı bağlıdır, dil ağız boşluğundadır. Üst çənədə dişləri yoxdur, yerləri hamardır, zədəsizdir, alt çənədə 2 ədəd sarı metaldan qapağlığı olan diş, 3 ədəd təbii diş vardır, qalan dişləri yoxdur, yerləri hamardır, zədəsizdir. Boynu adi uzunluqda və yoğunluqdadır, patoloji hərəkətsizdir. Döş qəfəsi simmetrik və silindrikdir, əllədikdə döş qəfəsinin ön tərəfində qabırğaların tamlığının pozulması, sümük sınığı krepitasiyası qeyd edilir, həmçinin sol körpücükdə deformasiya, körpücük sümüyünün orta 1/3-nin sınığının krepitasiyası aşkar olunmuşdur. Qarnı döş qəfəsi səviyyəsindədir, az gərgindir. Xarici cinsiyyət üzvləri kişi cinsinə uyğun düzgün formalaşmış və inkişaf etmişdir. Arxa keçəcək bağlıdır, zədəsizdir, təmizdir. Sol dirsək oynağında deformasiya, əlləmə zamanı sümük sınığı krepitasiyası qeyd edilmişdir. Digər ətraf sümüklərinin tamlığı əllədikdə pozulmamışdır. Meyit qacıması bütün qrup əzələlərində yaxşı inkişaf etmişdir. Meyit ləkələri gövdənin arxa hissəsində olub bənövşəyi rənglidir, barmaqla basdıqda avazıyır, 40-50 saniyədən sonra yenə öz əvvəlki rəngini almışdır. Meyitin xarici müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: Başın sol alın - təpə naihyyəsində qeyri müəyyən formada, tünd qırmızı rəngdə qanlı ifrazatla örtülü 1,5x1 sm və 1x0,5 sm ölçüdə yaralar vardır. Sol dirsək oynağı üzərində qeyri müəyyən formada, tünd qırmızı rəngdə, 3x1 sm və 2x2 sm ölçüdə iki ədəd sıyrıq müəyyən edilmişdir. Eyni xarakterdə sıyrıqlar sağ əlin baş barmağının arxa səthində 1x1 sm ölçüdə, sağ saidin bayır səthində 3x2 sm və 2x1 sm ölçüdə aşkar olunmuşdur. Sağ dizaltı çuxurda qeyri müəyyən formada, bənövşəyi rəngdə, 4x3 sm ölçüdə qançır müəyyən olunmuşdur. Bunlardan başqa meyitin xarici müayinəsi zamanı digər xəsarət və onun izi aşkar olunmamışdır (cild 1, iş vər.: 33-43); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X23-Təcrübi və Tədris Birliyinin 12.08.2021-ci il tarixli 42 nömrəli rəyindən görünür ki, X2 meyitinin xarici müayinəsi zamanı gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, başın sol alın və təpə nahiyələrinin əzilmiş yaraları, bədənin qançır və sıyrıqları, sol dirsək sümüyünün qapalı qəlpəli sınığı, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində solda alın-təpə nahiyəsində qansızma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, kəllə qapağı və əsası sümüklərinin sınığı, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, sol körpücük sümüyünün orta 1/3-dən yerini dəyişən sınığı, qabırğaların sol tərəfdən çoxlu sınıqları, sol ağciyər toxumasının cırılıbdağılması və sol ağciyərin toxumasına qansızma, döş boşluğunda 800 ml-ə yaxın sərbəst qan aşkar edilmişdir ki, bunlar da həyati olub, ölümündən az əvvəl yetirilməyə uyğundur, küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 12.08.2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni yükqaldırıcı mexanizmdən yerə yıxılması nəticəsində əmələ gələ bilər, həmin xəsarətlərin xarakterinə və lokalizasiyasına görə yükqaldırıcı mexanizmdən mişar daşlarının düşməsi nəticəsində əmələ gəlməsi az inandırıcıdır, bu xəsarətlər dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. X2 meyitindən götürülən qanın məhkəmə-kimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar olunmamışdır. X2 ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin sınması nəticəsində baş beyin toxumasına qansızma olmuşdur, ölüm meyit müayinə edilən vaxtdan 6-8 saat əvvəl baş verməyə uyğundur (cild 2, iş vər.: 48,49); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (Əmək təhlükəsizliyinin tədqiqi. Tikinti-texniki obyektlərinin tədqiqi) 15.10.2021-ci il tarixli 10/4564 nömrəli rəyindən görünür ki, Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən “xeyir-şər evi”nin tikinti sahəsi kənar şəxslərin daxil olmasının qarşısının alınması üçün mühafizə çəpərlə əhatə olunmadığına, həmin tikinti sahəsində təmizlik işlərinin görülməsi üçün peşə hazırlığı yoxlanılmamış, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirilməmiş, xüsusi geyim və fərdi mühafizə vasitələri verilməmiş şəxslər cəlb edildiyinə, həmin şəxslərinə işləməsinə nəzarəti təşkil edilmədiyinə, eləcə də, tikinti işləri dayandırıldığı halda həmin sahədə quraşdırılmış yükqaldırıcı qurğu qidalandırıcı elektrik şəbəkəsindən ayrılmadığına, onun yüklərin boşaldılıb-yüklənməsi meydançalarında qurğudan istifadə edilməsi qaydaları asılmadığına görə, 111-4- 80 saylı “Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 1.10, 1.11, 1.16, 1.19, 1.20, 2.11, 2.26-cı bəndlərinin, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 2.4, 3.1-ci bəndlərinin, “Liftlərin quraşdırılması və təhlükəsiz istismar qaydaları”nın 7.5.4, 10.1.29-cu bəndlərinin və “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər” 12.0.004-79 DÜST-nin 3.10-cu bəndlərinin tələbləri pozulmuşdur ki, bu hadisənin baş verməsinin texniki səbəbidir. Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən “xeyir-şər evi”nin tikinti sahəsi kənar şəxslərin daxil olmasının qarşısının alnması üçün mühafizə çəpərlə əhatə olunmadığına, həmin tikinti sahəsində təmizlik işlərinin görülməsi üçün peşə hazırlığı yoxlanılmamış, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirilməmiş, xüsusi geyim və fərdi mühafizə vasitələri verilməmiş şəxslər cəlb edildiyinə, həmin şəxslərinə işləməsinə nəzarəti təşkil edilmədiyinə, eləcə də, tikinti işləri dayandırıldığı halda həmin sahədə quraşdırılmış yükqaldırıcı qurğu qidalandırıcı elektrik şəbəkəsindən ayrılmadığına, onun yüklərin boşaldılıb- yüklənməsi meydançalarında qurğudan istifadə edilməsi qaydaları asılmadığına görə, 111-4-80 saylı “Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 1.10, 1.11, 1.16, 1.19, 1.20, 2.11, 2.26-cı bəndlərinin, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 2.4, 3.1-ci bəndlərinin, “Liftlərin quraşdırılması və təhlükəsiz istismar qaydaları”nın 7.5.4, 10.1.29-cu bəndlərinin və “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər” 12.0.004- 79 DÜST-nin 3.10-cu bəndlərinin tələbləri "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur (cild 2, iş vər.: 62-68); Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi, ev 153, mənzil 17 olmaqla 11.06.2008-ci ildə **********1 nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyində MMC kimi qeydiyyatdan keçmişdir (cild 1, iş vər.: 81-83); Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 16.01.2020-ci il tarixli İNlL-13/2020/1 qeydiyyat nömrəli lisenziyadan və lisenziyanın əlavəsindən görünür ki, "xxxx" MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə görülməsinə icazə verilən işlərin siyahısı göstərilməklə tikintiyə icazə verilmişdir (cild 1, iş vər.: 84,85); DƏDRX tərəfindən verilmiş 19.07.2019-cu il tarixli ********** nömrəli çıxarışdan görünür ki, "xxxx" MMC-nin Quba şəhəri ərazisində 0,04 ha torpaq sahəsi vardır (cild 1, iş vər.: 86,87); Quba Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 23.10.2020-ci il tarixli 06 nömrəli obyektin tikintisinə icazədən görünür ki, Quba Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə Quba şəhəri, Ə.Nərimanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən 0,04 ha torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir (cild 1, iş vər.: 90); "xxxx" MMC-nin təsisçisi X1 15.12.2020-ci il tarixli 07 nömrəli əmrindən görünür ki, Şahid5 15.12.2020-ci il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir (cild 1, iş vər.: 148); əmək müqaviləsinin surətindən görünür ki, Şahid5 ilə "xxxx" MMC-nin təsisçisi X5 arasında Şahid5 MMC-nin direktoru vəzifəsinə işə qəbul olunması ilə bağlı əmək müqaviləsi imzalanmışdır (cild 1, iş vər.: 149-152); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemindən çıxarış edilmiş xxxxxxx000900 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, Şahid5 21.12.2020-ci il tarixdən etibarən "xxxx" MMC-nin direktoru vəzifəsində işləmişdir (cild 1, iş vər.: 153); Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş çıxarışdan görünür ki, "xxxx" MMC hüquqi ünvanı ünvan 4 28.06.2019-cu ildə ********** nömrəsi ilə MMC kimi qeydiyyatdan keçmişdir (cild 2, iş vər.: 34,35); 27.05.2021-ci il tarixli tikinti obyektinin podratçıya təhvil verilən zaman real vəziyyətini əks etdirən aktdan görünür ki, Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 0,04 ha torpaq sahəsində tikilməkdə olan “xeyir-şər evi”ndə faktiki olaraq görülən işlər yerində yoxlanılmış və tərəflər görülmüş işlərlə əlaqədar akt tərtib etmişlər (cild 2, iş vər.: 36); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemindən çıxarış edilmiş xxxxxxx001403 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs 01.07.2019-cu il tarixdən etibarən "xxxx" MMC-nin direktoru vəzifəsində işləmişdir (cild 2, iş vər.: 37); 25.05.2021-ci il tarixli, N-05/21 nömrəli podrat müqaviləsindən görünür ki, sifarişçi "xxxx" MMC-nin direktoru Şahid5 ilə podratçı "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında podrat müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC cəmiyyətə məxsus Quba şəhəri, Əliqulu Nərimanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 0,04 ha torpaq sahəsində tikilməkdə olan qeyri-yaşayış binasının tikintisində görülməmiş qalan işlərin həyata keçirilməsini "xxxx" MMC-yə həvalə etmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tikinti xidmətlərini həyata keçirərək binanı sifarişçiyə təhvil verməyi, xidmət göstərdiyi sahədə əməyin mühafizəsi və texniki-təhlükəsizlik tədbirlərini görməyi və məsuliyyəti öz üzərinə götürməyi, xidmət göstərdiyi yeri mühafizə etməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, müqavilənin 6.3-cü bəndinə əsasən "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs xidmət göstərdiyi sahədə əməyin mühafizəsi və texniki-təhlükəsizliklə bağlı olan bütün hallarda məsuliyyəti öz üzərinə götürmüşdür (cild 2, iş vər.: 38-41); "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmiş MMC-nin 20.05.2021-ci il tarixli ştat cədvəlindən görünür ki, MMC-də direktor, tikinti mühəndisi, anbardar, mühafizəçi, elektrik, santexnik, texniki-təhlükəsizlik mütəxəssisi, dam örtüyü mütəxəssisi, fəhlə və sürücü kimi ştatlar nəzərdə tutulsa da, faktiki olaraq cəmi bir vəzifədə, direktor vəzifəsində bir nəfər işçi olmuş və həmin şəxs də Təqsirləndirilən şəxs özü olmuşdur. Digər vəzifələrdə isə işçi olmamışdır (cild 2, iş vər.: 43); iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X21 23.09.2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə və barışıq sazişi ilə rayon prokurorluğuna müraciət edərək "xxxx" MMC adından Təqsirləndirilən şəxs ona 18000 manat pul vəsaiti ödəməsini, ona görə də "xxxx" MMC adından Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir (cild 2, iş vər.: 50-52); iş üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ərizə ilə rayon prokurorluğuna müraciət edərək zərərçəkmiş şəxsin hüquqi varisi X21 ilə barışmasını, sonuncunun tələbini tam şəkildə ödəməsini. Vəfa Abbasovanın ondan heç bir şikayət tələbinin olmamasını bildirirək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir (cild 2, iş vər.: 127); Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat Statistik informasiya İdarəsinin 11.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vər.: 56); Yardımlı RİHB-nın Telaver kənd İƏD üzrə nümayəndəliyinin 20.10.2021-ci il tarixli 3059 nömrəli arayışından görünür ki, Bəhlulov X6 rayonu, Telavar kəndində qeydiyyatda olsa da, hazırda həmin kənddə yaşamır (cild 2, iş vər.: 140); Təqsirləndirilən şəxs məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 12.10.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək Qubadlı, Laçın istiqamətində 777 nömrəli h/h-də sürücü vəsifəsində döyüş əməliyyatlarında iştirak etmişdir; AZE18230963 və AZE18230964 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 07.10.2012-ci il təvəllüdlü Fatimə Bəhlulzadə və 05.02.2014-cü il təvəllüdlü Sadiq Bəhlulzadə adlı övladları vardır (cild 2, iş vər.: 112,113); AZ-İİ 181287 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 12.08.2021-ci il tarixdə ölmüşdür; doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 06.10.2003-cü il təvəllüdlü Sevinc Abbasova və 23.11.2004-cü il təvəllüdlü Sevda Abbasova X2 uşaqlarıdır; «Sübutların qiymətləndirilməsi haqqında» 18.10.2021-ci tarixli qərardan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, hadisə yerinə və meyitə baxış protokolları, sənədlərin götürülməsi protokolları, həmin protokola əlavə olunmuş sənədlərin surətləri, məhkəmə-tibb ekspertizasının 12.08.2021-ci il tarixli 42 nömrəli və məhkəmə-texniki-təhlükəsiziik ekspertizasının 15.10.2021-ci il tarixli 10/4564 nömrəli rəyləri, eləcə də digər istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (cild 2, iş vər.: 69-87); Quba Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli 3(027)-901/2021 saylı qərarından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; “qətimkan tədbirinin seçilməsi haqqında” 20.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 2, iş vər.: 123-126); Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokolları mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübut növü kimi qəbul edib hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun əməli CM-nin 222.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsinə əsasən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Həmin Məcəllənin 222-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti tikinti, mədən işlərinin və sair işlərin aparılması zamanı ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı olan münasibətlərdir, əlavə obyektini insanların həyat və sağlamlığı, ayrı-ayrı hallarda isə mülkiyyət münasibətləri təşkil edir. Göstərilən cinayət əməli obyektiv cəhətdən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulmasının insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmasında ifadə olunan əməllə törədilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.9-cu maddəsinə əsasən tikinti fəaliyyəti - tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması o halda cinayət məsuliyyətinə səbəb olur ki, həmin təhlükəsizlik qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmış olsun. CM-nin 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli obyektiv cəhətdən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükənin yaranması və bunun nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmasında ifadə olunur. Belə ki, şəxsin əməlinin CM-nin 222.3-cü maddəsi ilə tövsif edilməsi üçün təhlükəsizlik qaydalarının pozulması ilə yanaşı, həmin pozuntunun nəticəsində ehtiyatsızlıqdan insan ölümünün baş verməsindən ibarət olan nəticə olmalıdır. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunvericiliyinin təhlilindən görünür ki, şəxsin CM-nin 222.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun törətdiyi əməldə aşağıdakı tərkib əlamətləri olmalıdır: - tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması; - həmin qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünün baş verməsi; - həmin pozuntunun bu qaydalara riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən törədilməsi. Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildi ki, Quba şəhəri, Əliqulu Nərimanov və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 0,04 ha torpaq sahəsində qeyri-yaşayış obyekti olan “xeyir-şər evi”nin tikintisi işlərinin aparılması üçün, həmin mərtəbənin kənarları tam şəkildə çəpərlənməmiş, çəpərlənmək mümkün olmayan yerlərdə isə təhlükəsizlik tədbirləri görülməmişdir. Həmçinin tikinti (qaynaqçı, hörgüçü, fəhlə) işlərinə cəlb edilmiş işçilər ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırma keçirilməmişdir. Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 15.10.2021-ci il tarixli 10/4564 nömrəli rəyinə əsasən, MMC-nin direktoru tərəfindən 111- 4-80 saylı “Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 1.10, 1.11, 1.16, 1.19, 1.20, 2.11, 2.26-cı bəndlərinin, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 2.4, 3.1-ci bəndlərinin, “Liftlərin quraşdırılması və təhlükəsiz istismar qaydaları”nın 7.5.4, 10.1.29-cu bəndlərinin və “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər” 12.0.004- 79 DÜST-nin 3.10-cu bəndlərinin tələbləri pozulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən X20 ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatların və bilik səviyyəsinin yoxlanılması həyata keçirilməmiş, həmçinin Quba şəhəri, Əliqulu Nərimanov və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən 0,04 ha torpaq sahəsində qeyri-yaşayış obyekti olan “xeyir-şər evi”ndə tikintisi işlərinin təhlükəsiz görülməsi üçün lazımi tədbirlər görülməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən müəssisənin müdiriyyəti, mülkiyyətçi, yaxud onun səlahiyyət verdiyi idarəetmə orqanı müəssisədə əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsi; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyi; rəhbər işçilərin və vəzifəli şəxslərin əməyin mühafizəsi məsələlərində vəzifə və məsuliyyətinin müəyyən edilməsi; hər bir iş yerində sanitariyagigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi; işçilərin əməyin mühafizəsi normaları və qaydaları ilə bağlı təhsili, təlimatlandırılması, biliklərinin yoxlanılması, əməyin mühafizəsinin təbliği; kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi və s. vəzifələrin icrasını təmin edirlər. Qeyd edilənlər əsasında məhkəmə, Təqsirləndirilən şəxs CM-nin 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini qismən etiraf etməsi, mərhum X15 işlərin görülməsinə cəlb etməməsi və öz ehtiyatsızlığından xəsarət alıb ölməsi barədə ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən kimi qiymətləndirir. Onun bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin izahatı və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 222.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini, törətdiyi əməli qismən etiraf edərək peşiman olmasını, İİ Qarabağ döyüş əməliyyatlarında iştirak etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə ibtidai istintaq zamanı barışıq əldə etməsini və hazırda da barışığa nail olmağa cəhdlər etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, himayəsində 02 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını müəyyən edir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. 59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs CM-nin 222.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs CM-nin 222.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş əlavə cəzanın təyin edilərək onun müəyyən müddətə rəhbər vəzifə tutma hüququndan məhrum edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X10 hüquqi varisi X21 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək, Təqsirləndirilən şəxs 20000 (iyirmi min) manat maddi və 10000 (on min) manat mənəvi ziyanın tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddia üzrə iddiaçı X21 tələbini onunla əsaslandırmışdır ki, mülki cavabdeh Təqsirləndirilən şəxs və digər vəzifəli şəxslərin cinayətkar hərəkətləri nəticəsində onun həyat yoldaşı X20 öz həyatını itirmişdir. Mərhumla birgə nikahdan iki qızı vardır. Uşaqlardan biri 2003-cü ildə doğulmuş Sevinc Abbasova 3-cü qrup əlildir. Həyat yoldaşı Elman Abbasov qaynaqçıdır, ara - sıra Quba şəhəri Ə.Nərimanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən " Xeyir - Şər" evinin tikintisində işləmişdir. 12.08.2021-ci il tarixdə saat 08:00 radələrində Elman xeyir-şər evinin tikintisində işləməyə getmiş, həmin gün saat 16-17 radələrində Elmanın xeyir-şər evinin tikintisində yıxılaraq ölməsi barədə məlumat almışdır. Hadisə ilə bağlı ona məlum olmuşdur ki, həyat yoldaşı Elman mişar daşlarını yükqaldırıcı vasitəsilə qaldıran zaman özü də mişar daşlarını qaldıran taxtanın üzərində olmuş bu zaman yükdaşıyıcı meydançasının qurğunun qüllə hissəsi əyilmiş, Elman mişar daşlarının üstünə yıxılaraq əzilmiş və beyninə qan sızmadan həyatını itirmişdir. Elman dəmir kaska, təhlükəsizlik kəməri ilə təchiz olunmadığı üçün həyatını itirmişdir. Elman vəfat etdikdən sonra o, iki övladı ilə qalmışdır. Mülki cavabdeh tərəfindən ona cəmi 18000 (on səkkiz) manat pul verilmişdir. Bu məbləğlə onun ailə başçının itirilməsi nəticəsində dəymiş ziyanla razı deyil, çünki həyat yoldaşı qaynaq və digər fəhlə işləri görərək hər ayda 1000-1200 manat pul qazanmış, hazırda o və övladları maliyyə dəstəkdən məhrum olmuşlar. Təqsirləndirilən şəxs təqsiri üzündən o, həyatını itirmiş, ona görə də ona 20000 (iyirmi min) manat maddi, 10000 (on min) manat mənəvi ziyan dəymişdir. Həmin məbləğ təqsirkar şəxsdən alınıb ona verilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə mülki iddiaçı X21 tərəfindən mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin: 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3-ci maddəsinə əsasən, maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.2. zərər çəkmiş şəxsin dəfninə. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət- Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X20 12.08.2021-ci il tarixdə fəhlə işlədiyi tikintidə yükqaldırıcı qurğudan yıxılaraq ölmüşdür. İşin faktiki halından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15.10.2021-ci il tarixli 10/4564 nömrəli rəyindən aydın olduğu kimi hadisə mülki cavabdeh Təqsirləndirilən şəxs təqsirli, hüquqazidd əməli nəticəsində baş vermişdir. İşin vacib hallarından biri də odur ki, cinayət işi üzrə təqsirləndirilən şəxs və mülki cavabdeh tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə 18000 manat məbləğində birdəfəlik, ümumilikdə isə 20873 manat maddi yardım edilmişdir. Bu fakt təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ibtidai istintaqa verdiyi ərizələri ilə və digər sənədlərlə öz təsdiqi tapmışdır. Eyni zamanda məhkəmə istintaqı zamanı məhkəmə iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinə əlavə 1000 manat təklif etmiş, lakin mülki iddiaçı razılaşmayaraq, mülki iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Mülki iddiaçının tələbi vurulmuş maddi və mənəvi ziyanın ödənilməsindən ibarət olsa da, mülki iddiaçı öz iddiasının əsasına dair hər hansı məbləğdə maddi zərər vurulduğuna və həmin zərərin nədə ifadə olunduğuna dair hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim etmir. Halbuki, həmin halları sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» 02.10.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: “Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda məhkəmə tələbi tam və ya qismən rədd edə bilər”. Buna baxmayaraq məhkəmə qeyd edir ki, hamıya bəlli olan haldır ki, ölmüş şəxsin dəfn və hüzur mərasimlərinin keçirilməsi müəyyən məbləğdə xərclərin çəkilməsi ilə bağlıdır. Məhkəmə, mülki iddianın maddi zərərin tələbi ilə bağlı ona ödənilmiş 20873 manat vəsaitdən əlavə daha 20000 manat ödənilməsi tələbinə gəldikdə, mülki cavabdehin əmlak vəziyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, ailəsini dolandıran yeganə şəxs olmasını nəzərə alır və hesab edir ki, mülki iddiaçının gələcək xərclərinin də mülki cavabdehin üzərinə qoyulması ədalətli olmazdır. Digər tərəfdən hazırda maddi vəziyyəti qənaətbəxş olmayan təqsirləndirilən şəxsə münasibətdə daha 20000 manat civarında xərclərin tutulması sonuncunun ailəsinin maddi təminatının aşağı düşməsinə, onun ailəsinin maddi ehtiyaclarını normal səviyyədə ödəmək imkanından məhrum olmasına, eyni zamanda qeyd olunan məbləğini ödəmək iqtidarında olmamaqla faktiki olaraq mülki iddianın ondan asılı olmayan səbəblərdən mümkünsüzlüyü ilə nəticələnməsinə səbəb ola bilər. Odur ki, maddi ziyanın ödənilməsi ilə bağlı mülki iddiaçının tələbi rədd edilməlidir. Məhkəmə mülki iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bundan əlavə Qərarın 8-ci bəndində göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. 2-ci bəndində isə göstərilmişdir ki, mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psizi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X8rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə, ehtiyatsıqlıqdan törədilmiş cinayət əməli nəticəsində ərinin ölümü ilə bağlı iddiaçı Vəfa Abbasovanın keçirdiyi mənəvi iztirabın və sarsıntıların xarakterini nəzərə alaraq hesab edir ki, mənəvi zərərlə bağlı iddia tələbi qismən təmin edilərək, mülki cavabdeh Təqsirləndirilən şəxs 3000 (üç min) manat tutularaq mülki iddia üzrə iddiaçı X18 verilməlidir. Məhkəmə mülki cavabdehin əmlak vəziyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, ailəsini dolandıran yeganə şəxs olmasını nəzərə alaraq bu məbləği ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxsin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur və maddi sübut sübut. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X7, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Zərərçəkmiş şəxs X10 hüquqi varisi X11 mülki iddiası qismən təmin edilsin. Mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddia üzrə iddiaçı X18 verilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-168/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-168/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver