Məhkəmə qərarları › İş №1(027)-168/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-168/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-168/2023 17.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1987-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində çəkilməmiş 01 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası qalmış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində yaşadığı Quba şəhəri, Ə.Nərimanov küçəsi, dalan 1, ev 24-də aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı atası Zərərçəkmiş şəxs evin həyətində olan oturacağı və qırmızı kərpicləri ona tərəf atmış, oturacaq pəncərəyə dəydiyindən şüşəsi qırılaraq onun döş qəfəsi və qarnının ön divarını kəsmiş, bununla kifayətlənməyərək atasının üstünə cumaraq yumruqla bədəninin müxtəlif nahiyyələrinə qəsdən vurmaqla ona döş qəfəsinin və qarnının ön divarında çoxlu sayda kəsik-yaralardan və sol çiyin qurşağının yumşaq toxumalarının əziyi və qançırından ibarət hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlağının qısa müddətə pozulmasına səbəb olmuş bədən xəsarətləri yetirməklə onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində içkili vəziyyətdə yaşadığı evə gəlmiş, bu zaman atası Zərərçəkmiş şəxsla aralarında söz mübahisəsi yaranmış və o həyətdə olan oturacağı atasının üstünə atmış, atdığı oturacaq pəncərənin şüşəsinə dəymiş və şüşə qırılaraq onun üstünə tökülmüşdür. Atası onu sakitləşdirmək istəyən zaman o yumruqla onun bədəninin müxtəlif nahiyyələrinə vuraraq xəsarətlər yetirmişdir. Etdiyi əmələ görə səmimi penşimandır. Mübahisə yaşadıqları evdə baş vermis, həmin vaxt yanlarında heç kim olmamışdır. O, mübahisə zamanı spirtli içkinin təsiri altında olmuşdur. Mübahisə təxminən 5-7 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Elman onunla bir həyətdə yaşayır və aptekdə satılan etil spirti içərək hər gün mübahisə, dava-dalaş etmişdir. 10 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində o, evdə olan zaman oğlu Elman içkili vəziyyətdə evə gələrək heç bir səbəb olmadan onunla münaqişə etməyə başlamışdır. Bu zaman yaşadıqları evin həyədə olan bir ədəd oturacağı götürüb üstünə atmaq istəyəndə oturacağ evin pəncərəsinə dəymiş və pəncərənin şüşəsi qırılaraq onun qarın nahiyyəsini kəsmişdir. Oturacaq ona dəymədiyindən, oğlu Elman yerdə olan qırmızı kərpicləri üzərinə atmışdır. O, evdən çıxıb qaçmaq istəyən zaman oğlu Elman yumruqla bədəninin müxtəlif nahiyyələrinə vurub xəsarətlər yetirmişdir. Oğlu Elman onu döyən zaman yanlarında heç kim olmamışdır. Mübahisə zamanı o, oğlunu vurmamışdır. Aralarında mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmadığını bildirib məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 11 sentyabr 2023-cü il tarixli 694 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- sol çiyin qurşağının yumşaq toxumalarının əziyi və qançırı küt əşyanın (əşyaların), döş qəfəsinin və qarının ön divarında çoxlu sayda kəsik yaraları kəsici əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 10 sentyabr 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilər dərəcəsinə görə hər biri istər ayrı-ayrılıqda, istərsə də birlikdə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tbb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi edilmiş digər subutlaral tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(027)-84/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsilə ilə təqsirləndirilməsinə dair ********* saylı məhkəmədəyədək sadələşdirilmiş icraat materialının icratına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(027)-136/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı məhkəməyədək sadəlşədirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli qərarının 1.16 və 9.1 bəndləri tətbiq edilməklə cinayət təqibinə xitam verilərək o, cinayət məsuliyyətindən azad olunmuşdur. Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(027)-62/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(027)-69/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. İş materiallaında olan Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş 01 (bir) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İş materiallarına əlavə olunmuş Quba RMX-nın Poliklinika Şöbəsinin məktubundan görünür ki, Quba şəhəri, Ə.Nərimanov küçəsi dalan 1, ev 24-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs RMX-nin X1 narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyin 14 sentyabr 2023-cü arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, Ə.Nərimanov küçəsi dalan 1, ev 24-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə ayrı–ayrılıqda cəzanı yüngülləşdirən halları, həmçinin, bu cür halların məcmusunu və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə təmin edilə bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı iş üzrə törətmiş olduğu cinayət əməlini 10 sentyabr 2023-cü il tarixdə, yəni Quba rayon məhkəməsinin 26 aprel 2023-cü il tarixli hökmündən sonra törətmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu ilə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazərki hökmlə təyin edilmiş cəza CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin edilmiş cəzalar birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini nəzərə alıb məhkəmə hesab edir ki, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəza Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) ay 06 (altı) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, 18 (on səkkiz) gün müddət hökmlərin məcmusu üzrə tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar