Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-17/2023 07.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafisəi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx.xx.1991-ci ildə Quba rayonu, Susayqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Quba rayonu, Susayqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1979-cu ildə Quba rayonu, Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Qusar rayon məhkəməsinin 15 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmamış, Quba rayonu, Alpan kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 14 sentyabr 2022-ci il tarixdə, saat 22 radələrində Quba rayonu Alpan kəndində yol kənarında, tanışı Təqsirləndirilən şəxs2 02 ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 1,005 qram və 0,264 qram olmaqla ümumi təmiz çəkisi 1,269 qram çəkidə ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamini 20 manat qarşılığında alıb “Magna” markalı siqaret qutusunun içərisinə qoyub daşıyaraq üzərində saxlamış, 14 sentyabr 2022-ci il tarixdə, saat 22 radələrində Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Quba rayonu, Aşağı-Xuc kəndində yol kənarında saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindənki “Magna” markalı siqaret qutusunun içərisindən həmin 02 ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 1,005 qram və 0,264 qram olmaqla ümumi təmiz çəkisi 1,269 qram olan kustar üslla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,005 qram, 0,264 qram və 0,285 qram olmaqla ümumi təmiz çəkisi 1,554 qram çəkidə ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamini əldə edib üzərində daşımaqla saxlamış, 14 sentyabr 2022-ci il tarixdə, saat 22 radələrində 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1,269 qram çəkidə metamfetamini tanışı X3 20 manat borcunun qarşılığında satmış, qalan bir ədəd bükümdə təmiz çəkisi 0,285 qram olan psixotrop maddə metamfetamini əynində olan qırmızı rəngli idman gödəkcəsinin sol yan cibinə qoyaraq üzərində saxlamaqla daşımış, 15 sentyabr 2022-ci il tarixdə, 00:30 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Quba rayonu, Alpan kəndində yaşadığı evin qarşısında saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qırmızı rəngli idman gödəkcəsinin sol yan cibindən həmin 01 ədəd bükümdə təmiz çəkisi 0,285 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 3-4 ay müddətdir ki, tanıyır. Əfsunla münasibətləri normaldır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Əfsunla tanış olduqdan sonra, onunla birlikdə bir neçə dəfə psixotrop maddə metamfetamin istifadə etmişlər. 2022-ci ilin may ayında Əfsun ona əkmək üçün iki ədəd marixuana toxumu vermişdir. O, həmin toxumları may ayında Aşağı-Atuc kəndində çay kənarında əkmişdir. Həmin toxumlardan biri yetişməmiş, digəri isə yetişdikdən sonra yarı qurumuş vəziyyətdə olmuşdur. Əfsunun xahişi ilə özünə məxsus olan avtomobillə onu bir neçə dəfə müxtəlif ünvanlara apardığı üçün yol xərci olaraq Əfsunun ona 20 manat borcu yaranmışdır. 14 sentyabr 2022-ci il tarixdə Əfsuna zəng edib 20 manat məbləğində borcunu istəyərkən, Əfsun ona verdiyi toxumnan yetişən narkotik vasitə qurudulmuş marixuanadan ona verməsini xahiş etmişdir. Bundan sonra o, həmin gün axşam saatlarında əkdiyi marixuana kolunun üzərindən yığdığı qurumuş yarpaqları götürüb Alpan kəndinə getmişdir. Alpan kəndində yol kənarında Əfsunla görüşərək quru yarpaqları Əfsuna vermişdir. Əfsun isə ona olan 20 manat borcunun əvəzinə həmin vaxt ona iki büküm psixotrop maddə olan metamfetamin vermişdir. Əfsunla sağollaşıb yaşadığı evə doğru gələn zaman Aşağı-Xuc kəndi ərazisində Quba rayon polis şöbəsinin əməkdaşları onun idarə etdiyi avtomaşını saxlatdırıb qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməyimdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra, polis əməkdaşları dəvət edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişlər. Axtarış zamanı o, şalvarının sağ yan cibindən bir qutu Maqna markalı siqareti, sol cibindən mobil telefonunu, alışqanı və dəmir pulları çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi Maqna markalı siqaretin içərisinə baxış keçirilərkən Əfsunun bir qədər əvvəl 20 manat məbləğində borcun əvəzinə ona verdiyi iki büküm psixotrop maddə metamfetamin aşkar edilmişdir. Mobil telefonunun arxasından isə gümüşü rəngli folqa aşkar edilmişdir. O, həmin folqada narkotik vasitədən istifadə etdiyini polis əməkdaşlarına bildirmişdir. Bunlardan başqa üzərindən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş kütlələr elektron tərəzidə ölçülmüş və qablaşdırıldıqdan sonra o da zərfin üzərinə imza etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 təqsirini etiraf edərək, əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşaqların olmasın bildirib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba rayonunun Susayqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs1 xeyli müddətdir ki tanıyır. Namiklə aralarına düşmənçilik və ədavət yoxdur. Bir ildən artıq müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs1 onun xahişi ilə özünə məxsus olan avtomaşınla müxtəlif ünvünlara apardığı üçün yol xərci olaraq ona 20 manat borcu yaranmışdır. 14 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Namik onunla əlaqə saxlayaraq ona olan 20 manat borcunu istəyərək özündə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib ondan psixotrop maddə metamfetamin istəmişdir. Həmin vaxt o, Namikə yaşadığı kənddə görüşməyi təklif etmişdir. Namiklə telefonla danışdıqdan bir qədər sonra o, idarə etdiyi avtomaşınla onun yaşadığı Alpan kəndinə gəlmişdir. Yol kənarında Namiklə bir qədər söhbət etdikdən sonra, üzərində olan psixotrop maddə olan metamfetamindən iki bükümünü Namikə vermişdir. Namik ondan iki büküm metamfetamini aldıqdan sonra, bildirmişdir ki, metamfetamini ona verdiyi üçün ona olan 20 manat məbləğində borcu silir. Namiklə ayrılarkən o, üzərində olan qurudulmuş marixuananı istifadə etmədiyi üçün ona vermişdir. Sonra Namik ondan ayrılıb yaşadığı kənddə getmişdir. Namikdən ayrılandan bir neçə saat sonra, yəni 15 sentyabr 2022-ci il tarixdə gecə saat 00:30 radələrində yaşadığı kənddə evlərinin qarşısına olarkən Quba rayon polis şöbəsinin əməkdaşları ona yaxınalşıb özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək saxlandığını bildirmişlər. Hüquqlarını müdafiə etmək üçün ona vəkil təqdim edildikdən sonra, üzərində şəxsi axtarış keşirilmişdir. Axtarı zamanı o, əynində olan qırmızı rəngli idman paltarının sol cibində saxladığı bir ədəd bükümdə metamfetamini, mobil telefonunu və digər əşyalarını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu sual zamanı o, polis əməkdaşlarına bir qədər əvvəl Namik adlı tanışına iki büküm metamfetamin verdiyini və Namikin bunun əvəzi olaraq ona olan 20 manat borcunun sildiyini etiraf etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 təqsirini etiraf edərək, əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşalarının olmasını göstərərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki o, Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 14 sentyabr 2022-ci il tarixdə Quba rayonu, Susayqışlaq kənd sakini Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə ondan, Quba RPŞ-nin CAB-nin əməliyat müvəkkili Şahid1,Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı Famil Mirzəbəyovdan, İTB-nin xidmət üzrə baş inspektoru Şahid2, İTB-nin polis sahə nəfərləri Şahid4 və Şahid3, və KTQ-nın baş inspektor kriminalisti X1 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 14 sentyabr 2022-ci il tarixdə, saat 22 radələrində Quba rayonu, Aşağı-Xuc kəndində yol kənarında saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğunu bildirmişlər. Hüquqularını müdafiə etmək üçün ona vəkil təqdim edildikdən sonra, video çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarının cibindən bir qutu Maqna markalı siqareti, mobil telefonu, alışqanı və dəmir pulları çxıarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi Maqna markalı siqaret qutusunun içərisindən 02 ədəd bükümdə narkotik vasitə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin bükümlərdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni Quba rayonunun Alpan kəndində yaşayan Təqsirləndirilən şəxs2 ona 20 manat borcunun əvəzinə bir qədər əvvəl verdiyini etiraf etmişdir. Aşkar edilmiş iki ədəd bükümdəki maddə elektron tərəzidə çəkildikdən sonra, zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 təqdim etdiyi mobil telefonunun arxasından bir ədəd gümüşü rəngli folqa da aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin folqa vasitəsi ilə narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Əməliyyatın davamı olaraq 15 sentyabr 2022-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs1 psixotrop maddəni satan Quba rayonunun Alpan kənd sakini Təqsirləndirilən şəxs2 yaşadığı Alpan kəndi ərazisində saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışında şübhəli olduğu üçün şübhəli şəxs qismində saxlanıldığını bildirib üzərində şəxsi axtarış aparılacağı elan edilmişdir. Təqsirləndirilən şəxs2 vəkil təqdim edildikdən sonra, video çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qırmızı rəngli gödəkcəsinin cibindən mobil telefonunu, şəffaf rəngli bükülünü, gümüşü rəngli folqanı və digər əşyalarını çıxarıb onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 şəffaf rəngli bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetamin elektron tərəzidə çəkildikdən sonra, zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs2 gümüşü rəngli folqa ilə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra, digər prosesual hərəkətlərin davam etdirilməsindən ötrü Təqsirləndirilən şəxs2 Quba RPŞ-nə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Adayev X2 Nurlan Adil oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xususatları bir daha təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 6/5202 nömrəli rəyindən görünür ki: - Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №67” möhür əksi, “Quba rayonu...Təqsirləndirilən şəxs2 əynində olan gödəkcənin sol yan cibindən...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz 0,285 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 01 ədəd folqa material kəsiyində metamfetaminin izləri müəyyən edildi. Həmid predmetdə metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. - Təqsirləndirilən şəxs2 aşkar edilmiş 01 bükümdəki metamfetamin kütləsi ilə Təqsirləndirilən şəxs1 Arif oğlundan aşkar edilmiş 02 bükümdəki metamfetamin kütlələri kimyəvi komponentlərinə görə eynilik təşkil edirlər. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 6/5203 nömrəli rəyindən görünür ki: - Tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №67” möhür əksi, “Quba rayonu.. Təqsirləndirilən şəxs1 Arif oğlunun sağ cibindən...” və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri, 1,005 qram, 0,264 qram, ümumi təmiz çəkiləri 1,269 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 02 bükümdəki metamfetamin kütləsi kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. 01 ədəd folqa material kəsiyində metamfetaminin izləri müəyyən edildi. Həmin predmetdə metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəmə narkoloji ekspertizasının 25 oktyabr 2022-ci il tarixli 6300 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəmə narkoloji ekspertizasının 10 noyabr 2022-ci il tarixli 6709 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabionidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 üzərində axtarışın və götürmənin aparılmasını özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən olundu ki, baxış zamanı onun əynində olan şalvarın cibindən aşkar edilərək götürülmüş Maqna markalı siqaret qutusunun içərisindən iki büküm psixotrop maddə metamfetaminə bənzər maddə aşkar еdilmiş və psixotrop maddəni o,14 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 20 manat məbləğində borcunun əvəzinə almışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 üzərində axtarışın və götürmənin aparılmasını özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən olundu ki, baxış zamanı onun əynində olan qırmızı rəngli idman gödəkcəsinin sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar еdilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmələrini özlərinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildikləri maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Aşağı-Atuc kənd X12 Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonunun Susayqışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ İİİ № 141079 və AZ İİİ № 494421 saylı doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2013cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 adında iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və iş materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Qusar rayon məhkəməsinin 15 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Quba rayon İcra və Probasiya şöbəsinin 07 fevral 2023-cü il tarixli məktubundan görünür ki, “8 X24 münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs2 Qusar rayon məhkəməsinin 15 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Quba rayon məhkəməsinin qərarı ilə 01 il azaldılmışdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın 01 il 2 ay hissəsini çəkmişdir, üzərində çəkilməmiş qalan 9 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İş materiallarında olan Quba RİHB-nın Alpan kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonunun Alpan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba RİHB-nın Alpan kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 442 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 aşağıdakı kimi ailə tərkibi vardır. Arvadı 1983-cü il təvəllüdlü X6, oğlu 2003-cü il təvəllüdlü X8, oğlu 2004-cü il təvəllüdlü X7 və 2010-cü il təvəllüdlü X9. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hall qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hall qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2 oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər X10 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxslərin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxslərin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 oğlu hazırkı iş üzrə törətmiş olduğu cinayət əməlini 15 sentyabr 2022-ci il tarixdə, yəni Qusar rayon məhkəməsinin 15 may 2022-cı il tarixli hökmündən sonra törətmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu ilə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş cəza CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin edilmiş cəzalar birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxslərin tutulması haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şübhəli şəxslərin tutulması haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barələrində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduqları 02 gün müddət, həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalı, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 07 fevral 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı isə 15 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 08 saat üçün 48 manat pulun, Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Bundan başqa, məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 220 (iki yüz iyirmi) manat pulun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkiləri 1,129 qram və 0,185 qram psixotrop maddə metamfetamin və iki ədəd folqa hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış aparılması zamanı çəkilmiş video görüntüləri özündə əks etdirən iki ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Hökmün icrası Quba rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiyar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: 1).Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. 2).Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Qusar rayon məhkəməsinin 15 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 09 (doqquz) ay 26 (iyirmi altı) gün hissəsi Azərbaycan Respublikası CMnin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla qismən birləşdirilsin və Təqsirləndirilən şəxs2 qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 08 saat üçün 48 manat məbləğində pul Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ**********9350293257, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) ödənilsin. Keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 220 (iki yüz iyirmi) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış aparılması zamanı çəkilmiş video görüntüləri özündə əks etdirən iki ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, iş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkiləri 1,129 qram və 0,185 qram psixotrop maddə metamfetamin və iki ədəd folqa hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-17/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-17/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver