Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-17/2025 10.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2 hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 22 avqust 1964-cü ildə Quba rayonu, Birinci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək qərarına gələrək hər hansı səlahiyyəti və imkanı olmadığı halda X4 şifahi razılaşmaqla Quba rayonu, Birinci Nügədi kəndi ərazisində aldığı ikimərtəbəli fərdi yaşayış evinin yerləşdiyi 0,08 ha sənədli torpaq sahəsinin mülkiyyətçisi X10 və oğlu Şahid1 sənədləşdirmə işlərinin həyata keçirilməsi üçün onun adına etibarnamə verilməsi müqabilində ondan 7000 manat pul istəmələrini yalandan bildirmiş və H.İbrahimovu aldadaraq ondan vahid niyyətlə 3000 manat pulu 2022-ci ilin mart ayının sonlarında Quba rayonu, Birinci Nügədi kəndində yerləşən yanacaq doldurma məntəqəsinin yanında, qalan 5000 manat pulu isə aprel ayından sentyabr ayının əvvəllərinə qədər olan müddət ərzində hissə-hissə olmaqla həmin kənd ərazisində müxtəlif yerlərdə alaraq Şahid1 cəmi 550 manat pul vəsaiti verməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə H.İbrahimova məxsus 6450 manat məbləğində pul vəsaitini, yəni xeyli miqdarda özgənin əmlakı ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını ələ keçirmək qəranna gələrək hər hansı səlahiyyəti və imkanı olmadığı halda X4 qohumu Şahid3 Quba RİHB-nın Birinci Nügədi İƏD üzrə nümayəndəsi vəzifəsində işləməklə Quba rayonu Birinci Nügədi bələdiyyəsi ilə geniş əlaqələrə malik olmasını bildirib inandırıcı görünüş yaradaraq onun vasitəsilə Quba rayonu, Birinci Nügədi kəndi ərazisində şifahi razılaşmaqla aldığı ikimərtəbəli fərdi yaşayış evinin yerləşdiyi bələdiyyənin balansında olan 0,02 ha sənədsiz torpaq sahəsini sənədləşdirəcəyi barədə yalan vədlər verərək 16 sentyabr 2022-ci ildə Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən Quba "Asan Xidmət" Mərkəzinin avtomobil dayanacağında Şahid2 yanında ondan aldatma və etibardan sui-istifadə etmə yolu ilə 4000 manat pul vəsaitini alıb özgənin əmlakı ələ keçirərək təkrar dələduzluq etmişdir. Bu hərəkətləri etdiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda əvvəl özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X5 2022-ci ilin əvvəllərindən tanımışdır. Hamletlə onu Üzeyir adlı həmkəndlisi tanış etmişdir. Üzeyir Hamleti yanına gətirərək evinin sənədlərində problem olduğunu, həmin problemin həll olması üçün köməklik lazım olmasını demişdir. O Hamletin sənədlərinin kserosurətlərinə baxmış, Hamletin ona təqdim etdiyi sənəd köhnə bir sənəd olmuş, söhbət əsnasında Hamletin deməsinə əsasən Hamletin Quba rayonu, Birinci Nügədi kəndində Coşqun adlı şəxsdən ev alıb, lakin evi rəsmi olaraq adına keçmədiyini öyrənmişdir. Evi sənədləşdirmək üçün DƏDRX-ə və “Asan Xidmət”ə müraciət edən zaman evin Coşqunun adında olduğu müəyyən olunmuş, Hamlet də həmin evi öz adına keçirmək istəmişdir. İlkin olaraq, Hamlet ona 4000 və ya 5000 manat pul vermiş və “Coşqun gəlib sənədlərə qol çəkəcək” demişdir. Coşqun isə illərdir ki, Hamletin evi adına keçirmədiyini, bu səbəbdən də, kommunallarının, verginin onun adına gəldiyini, müxtəlif qurumlar tərəfindən narahat edilməsini bildirmiş və imza çəkməyəcəyini demişdir. Yekunda Hamletin özünün iştirakı ilə Xaçmaz rayonunda notariat kontorunun qarşısında Hamletin ona verdiyi puldan Coşquna 1000 manat vermişlər. Coşquna pulu Hamletlə birlikdə vermişlər. Bundan sonra, Coşqun ona notarial qaydada etibarnamə vermiş və həmin etibarnamə ilə onunla Hamlet arasında evin alqı-satqısı həyata keçirilmişdir. Sonradan isə ev alqı-satqısı olsa da, evin yerləşdiyi torpaq sahəsinin Coşqundan əvvəlki torpaq sahibinin adına olduğunu öyrənmişdir. Torpağın sahibi Quba rayon sakini Həsən Günəşli olmuş, həmin şəxsə müraciət etmiş, Həsən həmin vaxt qocalıqla əlaqədar xəstə olmuşdur. Həmçinin, Həsənin arvadı və övladı Elşən torpağın sənədləşdirilməsi üçün imza çəkməmiş və əlavə pul istəmişlər, Həsənin arvadı və övladı Elşənin deməsinə əsasən onlar evi satdıqlarını, torpağı satmadıqlarını iddia etmişlər və torpağın alqı-satqı edilməsi üçün əlavə pul istəmişlər. Bir müddət müzakirələrdən sonra Həsənin oğlu Elşən və arvadı ilə 10000 manata razılaşmış, o da bu barədə Hamletə demiş, Hamlet də razılaşmışdır. Onda Hamletin ilkin verdiyi puldan xatırlamadığı məbləğdə pul qalmış, Hamletə qalan pulun məbləğini bildirmiş və Hamlet də əlavə pul vermişdir. Ümumilikdə o, X15 şəhərində yerləşən evinə gedərək Həsənin oğlu Elşənə 10000 manatın bir hissəsini verərək qalan hissəsini də gəlib sənədlərə imza çəkən zaman verəcəyini bildirmişdir. Həmin gün Elşən və anası Quba “Asan Xidmət”ə gələrək onun adına etibarnamə vermişlər, bundan sonra 10000 manatın qalan hissəsini də Elşənə və anasına vermişdir. Ümumilikdə Elşəngilə əvvəlcədən danışdığı kimi 10000 manat pul vermiş, bundan sonra Elşəngilin etibarnamə əsasında 0,08 ha torpaq sahəsinin onunla Hamlet arasında alqı-satqısı keçirilmiş və 0,08 ha torpaq sahəsinə münasibətdə Hamletə çıxarış alınmışdır. Bundan sonra Hamlet faktiki ərazisinin 0,10 ha olmasını, 0,02 ha hissəsini də sənədləşdirməsini, necə lazımdısa “hörmət” edəcəyini demişdir. Hamlet ona evin və torpağın sənədləşdirilməsi üçün hissə-hissə olmaqla ümumilikdə 12000 manat pul vermişdir. Bu puldan 1000 manat Coşquna sənədlərə imza çəkməsi üçün vermiş, həmin pulu Hamletin iştirakı ilə birlikdə Xaçmaz şəhərində vermişdir. 10000 manat Elşəngilə torpağın alqı-satqısı üçün vermiş, yerdə qalan 1000 manat pulu isə DƏDRX və sair qurumlara gedib-gəlmək və sair xərclər üçün istifadə etmişdir. 0,08 ha torpaq sahəsi sənədləşdikdən sonra Hamlet ondan 0,02 ha hissəni də sənədləşdirməsini istəmişdir. Həmin torpaq faktiki zəbt torpaq olmuş, bələdiyyənin balansında olmuş, o, xalası nəvəsi Quba RİHB-nın Birinci Nügədi İƏD üzrə nümayəndəsi Ceyhuna müraciət etmiş və Ceyhundan bələdiyyədən həmin 0,02 ha torpaq sahəsini sənədləşdirməsi üçün köməklik etməsini xahiş etmişdir. Ceyhunun xahişi ilə Birinci Nügədi bələdiyyəsində həmin 0,02 ha torpaq sahəsinin sənədləşməsi üçün işə başlanılmışdır. Lakin sonradan həmin torpaq sahəsinin Hamletin adına rəsmiləşdirilməsi alınmamışdır. Bundan sonra Hamlet onun barəsində şikayət etmiş, guya Hamletin ona 0,02 ha hissəsini sənədləşdirmək üçün 4000 manat pul verməsinə dair də şikayət etdiyini öyrənmişdir. Lakin, qeyd etdiyi kimi o, Hamletdən cəmi 12000 manat pul almış, həmin 12000 manatın 10000 manatı torpağın qanuni sahiblərinə verilmiş, 1000 manatı adına ev olan şəxsə verilmiş, 1000 manat isə gediş-gəliş, rüsum və sair xərclərə ödənilmişdir. Qalan əlavə 4000 manatdan onun məlumatı olmamışdır. Hamlet ona sırf 0,02 ha torpaq sahəsinə görə müraciət etməmiş, Quba rayonu, Birinci Nügədi kəndində Coşqun adlı şəxsdən aldığı evi və 0,08 ha torpaq sahəsinin sənədlərinin yığılmasında, alqı-satqının edilməsində o vasitəçi olmuşdur. O, sırf 0,02 ha hissəsinin düzəldilməsi üçün Hamletdən pul almamış, ümumiyyətlə 0,02 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün Hamletdən pul almamış, sadəcə torpaq bələdiyyənin balansında olduğundan Hamletə bələdiyyə vasitəsilə torpağın sənədləşdirilməsi üçün köməklik edəcəyini bildirmiş, lakin buna görə Hamletdən pul almamışam. Ceyhun da xalası oğlu olduğu üçün Ceyhuna bələdiyyədən həmin torpağın sənədləşdirilməsinə köməklik etməsini xahiş etmiş, lakin buna görə nə Hamletdən pul almamış, nə də Ceyhuna pul verməmişdir. Hamletin təqdim etdiyi 52 saniyə və 1 dəqiqə 16 saniyə olan səs yazıları ilə tanış olmuşdur. Hamletin 52 saniyəlik səs yazısında Baba dediyi şəxs özüdür. Həmin səs yazısı Hamletlə xalası oğlu Ceyhun arasında olan danışıqları əks etdirmiş, səs yazısında Hamlet torpağın sənələşdirilməsi üçün onun Ceyhuna 470 manat pul verməsini qeyd etmiş, lakin o Ceyhuna 470 manat pul verməmişdir. Ceyhunun danışıq zamanı bunu təsdiqləməsinin səbəbini bilməmişdir. Məhkəmənin sonrakı iclaslarında isə təqsiləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək, zərərçəkmiş şəxs X8 ilə sonuncunun sağlığında və onun hüquqi varisi Bəşir İbrahimovla barışdığını bildirmişdir. Eyni zamanda iş üzrə Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxs X8 ilə sonuncunun sağlığında və onun hüquqi varisi Bəşir İbrahimovla barışıq əldə etdiyindən və cinayət nəticəsində dəymiş zərərin 25%-ni dövlət xəzinəsinə ödədiyindən onu cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisinin təyin edilməsi haqında qərardan görünür ki, iş üzrə zərər çəkmiş şəxs X8 xx.xx.2024-cü il tarixdə öldüyündən oğlu - X8 onun hüquqi varisi təyin edilmişdir. İşdə olan zərərçəkmiş şəxs X2 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, 2016-cı ildə işlə əlaqədar Quba rayonuna gəlmiş, bir müddət tanışının evində qaldıqdan sonra ev almaq qərarına gəlmiş və 2017, ya da 2018-ci ildə Birinci Nügədi kənd sakini Coşqun adlı şəxsin evini bəyənmişdir. Coşqunun evi 0,10 ha torpaq sahəsi üzərində olmuş, bunun 0,08 ha hissəsinin sənədi olsa da, Coşqundan əvvəlki sahibinin adında olmuş, 0,02 ha hissəsinin isə ümumiyyətlə sənədi olmamışdır. Kənd yerlərində adətən, yol olmayan, dalan tipli yerləri camaat hasara alaraq öz ərazisinə qatmışdır. Söhbət əsnasında 42000 manata Coşqunla razılaşmışlar. Aralarında olan razılığa əsasən 0,08 ha torpaq sahəsinin və 0,02 ha torpaq sahəsinin sənədləşməsini özü etməli olmuşdur. Əslində 0,08 ha torpaq sahəsinin sənədləşməsi ilə əlaqədar elə bir çətinlik olmamış, əsas məsələ torpağın köhnə sahibini tapıb həmin şəxsdən razılıq alıb torpağı ada keçirmək lazım olmuşdur. O, işləri ilə əlaqədar vaxtı məhdud olduğu üçün bu işlərlə məşğul ola biləcək adam axtarmışdır. 2022-ci ildə kənddə söhbət əsnasında Qurayeş adlı şəxsin ev, torpaq, əmlak sənədləşdirmə işi ilə məşğul olmasını eşitmiş və Qurayeşə müraciət etmişdir. Qurayeşə 0,08 ha torpaq sahəsinin sənədinin köhnə ev sahibinin adında olmasını, 0,02 ha torpaq sahəsinin isə ümumiyyətlə sənədinin olmamasını bildirmiş və sənəd almaq istədiyini demişdir. Qurayeş evinə gələrək torpağa və evə yerində baxmış, həmçinin sənədlərinə baxmış və sənədləşdirə biləcəyini bildirmişdir. Sonradan Qurayeş 0.08 ha torpaq sahəsi ilkin kimin adındadırsa, həmin şəxslə, daha dəqiq Günəşli ailəsi ilə danışmasını, onların etibarnamə verməsi üçün 7000 manat pul istəməsini, əmlakın sonrakı sahibi Coşqunun isə 1000 manat pul istəməsini bildirmiş və ondan 0,08 ha torpaq sahəsinin sənədlərinin düzəldiməsi üçün ümumilikdə 8000 manat pul istəmişdir. O, əvvəlcə baha olduğunu bildirmiş və razılaşmamış, daha sonra isə razılaşmış və Qurayeşə 8000 manat pul vermişdir. Daha sonra Qurayeş 0,02 ha sənədsiz torpağı sənədləşdirmək üçün ondan 4000 manat istəmiş və o razılaşaraq həmin pulu verəcəyini bildirmişdir. Sonradan Qurayeş 1000 manatı onun yanında notariusda Coşqundan etibarnamə alan zaman vermiş, 7000 manatı isə dediyi kimi Günəşli ailəsinə verəcəyini demişdir. Bir müddət sonra Qurayeş ona 7000 manatın hamısı onlara verdiyini demişdir. O, sonradan Qurayeşin həqiqətən Günəşli ailəsinə 7000 manat verib-verməməsini maraqlanmamış, çünki ona əsas sənədinin alınması lazım olmuşdur. Lakin, təzəlikcə bilmişdir ki, Qurayeş onu həmin 7000 manatda da aldatmış, belə ki, Qurayeş torpağın əvvəlki sahibləri olan Günəşli ailəsinə cəmi 550 manat pul vermiş və bununla ona 6450 manat ziyan vurmuşdur. 0,08 ha torpaq sahəsinin və üzərindəki evin çıxarışını Qurayeş sonradan ona vermişdir. Bundan sonra, Qurayeş 0,02 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün ondan istədiyi 4000 manatı verməsini bildirmişdir. 16 sentyabr 2022-ci ildə Quba şəhəri, “Asan Xidmətin qarşısındakı avtomobil dayanacağında öz şəxsi avtomobilinin içərisində Qurayeşlə görüşmüşdür. Görüş zamanı sürücüsü Şahid2 də yanında olmuşdur. Ümumiyyətlə, Qurayeşlə bütün söhbətlərdə Həsən yanında olmuşdur. Belə ki, o bu söhbətlər zamanı Qurayeşin onu aldada biləcəyindən ehtiyat etmiş, bu səbəbdən də, bütün görüşlərə sürücüsü Həsənlə getmişdir. Görüş zamanı Qurayeşə 4000 manat pul vermiş, pulu verən zaman da sürücüsü Şahid2 də yanında olmuş və bütün danışıqlara şahid olmuşdur. Söhbət əsnasında Qurayeş Quba rayonu Birinci Nügədi bələdiyyəsi vasitəsilə ərazini sənədləşdirəcəyini, bu işdə icra nümayəndəsi olan Ceyhun adlı qohumunun kömək edəcəyini bildirmişdir. Lakin, bu günə qədər torpağı sənədləşdirməmiş və verdiyi pulu da geri qaytarmamışdır. Həmçinin, onunla görüşməkdən də imtina etmişdir. O, sonradan Ceyhun adlı şəxsi taparaq həm üzbəüz, həm də telefonla danışmışdır. X16 kənd icra nümayəndəsidir. O, Ceyhuna Qurayeşin ondan 4000 manat pul almasını, sənədləşdirmə işində Ceyunun köməklik edəcəyini bildirdiyini özünə demiş, söhbət əsnasında Ceyhun Qurayeşin ondan bələdiyyə ilə danışmasını xahiş etməsini və buna görə 470 manat pul verməsini etiraf etmişdir. Sonradan mobil telefonla danışan zaman Qurayeşin və Ceyhunun səsini qeyd etmişdir. Həmin səslərdə Qurayeşə dəfələrlə 0,02 ha torpaq sahəsinə görə 4000 manat verdiyini deyən zaman Qurayeş hər dəfə təkzib etməyərək onunla sonra danışmaq istədiyini bildirmişdir. X8 həmçinin ifadəsində Qurayeşin 4000 manat pulu həqiqətən almasaydı, telefonda danışan zaman bunu inkar edə biləcəyini, lakin, Qurayeşin həmin pulu həqiqətən aldığını, mobil telefonla danışan zaman da sonra danışarıq deyə-deyə söhbətdən qaçmağa çalışdığını, Ceyhunla olan telefon danışığı zamanı da Ceyhunun 470 manat almasını etiraf etdiyini, hətta söhbət zamanı Ceyhuna nə lazımdırsa eləməyə hazır olduğunu, torpağının sənədinin düzəldilməsini istədikdə, Ceyhunun “olsun ağsaqqal” deyərək razılaşdığını Təqsirləndirilən şəxs ümumilikdə 12000 manat pul verdiyini 4000 manat pulu 16 sentyabr 2022-ci ildə Quba şəhəri Asan Xidmət Mərkəzinin qarşısında Qurayeşə verdiyini, 4min manat pulun qarşılığında Qurayeşin Quba rayon Birinci Nügədi bələdiyyəsinin balanasında olan 0,02 ha torpaq sahəsini onun adına sənədləşdirib çıxarış almalı olduğunu, digər 8000 manat pulun qarşılığında isə yaşadığı evin çıxarış sənədlərini onun adına rəsmiləşdirməli olduğunu, həmin puldan ilk olaraq 3000 manat pulu 2022-ci ilin mart ayının sonlarında Quba rayonu Birinci Nügədi kəndində yerləşən yanacaq doldurma məntəqəsinin yanında, qalan 5000 manat pulu isə 2022-ci ilin aprel ayından sentyabr ayının əvvəllərinə qədər olan müddət ərzində hissə-hissə olmaqla yaşadığı kənddə müxtəlif yerlərdə verdiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs X2 ibtidai istintaq zamanı verdiyi notarial təsdiqli ərizəsindən görünür ki, o, sağlığında iş üzrə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 hüquqi varisi X9 bildirdi ki, məsələ ilə bağlı yanlız ibtidai istintaqda deyilənlərdən məlum olmuşdur. Atası ona bu barədə heç nə deməmişdir. Atasının kimə nə qədər pul verməsindən xəbəri olmamışdır. Pul atasına qaytarılmış, ona görə onun hər hansı şikayəti və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxs X2 hüquqi varisi X9 məhkəməyə ərizə təqdim edərək, iş üzrə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X5 2022-ci ildə tanımışdır. Mərhum atası Həsən Günəşli 2022-ci ildə 87 yaşında xəstəlikdən vəfat etmişdir. X14 Quba rayonu, Birinci Nügədi kəndində anasının adına torpaq sahəsi və üzərində iki mərtəbəli evi olmuşdur. Uzun illər əvvəl atası həmin torpağı və evi Quba rayonu Birinci Nügədi kənd sakini Coşqun adlı şəxsə satmışdır. Atasının həmin torpağı və evi hansı qiymətə satması barədə məlumatı olmamışdır. O, öz ailəsi ilə əvvəl 3 il həmin evdə qalmış, atası satdıqdan sonra o oradan çıxmış və Quba şəhərində yaşamağa başlamışdır. 2022-ci ildə atası yataq xəstəsi olan zaman Quba rayonu Birinci Nügədi kənd sakini Təqsirləndirilən şəxs qapısına gələrək atasının uzun illər əvvəl Coşqun adlı şəxsə satdığı evin və torpağın faktiki anasının adında olmasını, bu səbəbdən də, sənədləşmə edə bilmədiklərini bildirmiş və sənədləşmənin həyata keçməsi üçün etibarnamə vermələrini istəmişdir. Həmin vaxtlarda mərhum atası yataq xəstəsi olmuş və hərəkət edə və danışa bilməmiş, ev şəraitində qulluq edilmişdir. O və anası, atasının evi həqiqətən satmasını bilmişlər. Anası yaşlı olduğundan ora-bura getməsin deyə Qurayışla razılaşmışdır. Elə həmin gün, yəni Qurayeş qapılarına gələn gün anasını Quba şəhərində yerləşən “Asan Xidmət”ə aparmış və burada Qurayeşin adına etibarnamə vermişlər. Buna görə Qurayeş anasına 550 manat pul vermişdir. Onlar pul istəmədiklərini dedikdə, Qurayeş “halallıq” üçün həmin pulu verdiyini demişdir. Bundan sonra, baş verənlərdən onun məlumatı olmamışdır. Bu prosesdən sonra Qurayeşi, Coşqunu və Hamlet deyilən şəxsi görməmiş və onlarla hər hansı əlaqəsi olmamışdır. Bu hadisədən bir neçə il keçdikdən sonra 2024-cü ilin may ayında Qurayeş “729-90-01” mobil nömrəsi ilə onun istifadəsində olan “***-***-**-**” mobil nömrəsinə zəng edərək onunla hal-əhval tutmuş, görüşmək istədiyini demişdir. Quba şəhəri, Qəçrəş yolu yaşayış massivi yaxınlığında Qurayeşin avtomobilində görüşmüşlər, söhbət zamanı Qurayeş ona “ola bilsin ki, səni məhkəmədən çağıracaqlar, əgər soruşşasalar 10000 manat istəmisən və almısan deyərsən” demişdir. O, nəyə görə ondan belə bir şey istəməsini soruşmuş, Qurayeş isə probleminin olduğunu və ona köməklik etməsini xahiş etmişdir. O Qurayeşə heç bir söz verməmiş, “baxarıq” deyərək yola vermişdir. O, 10000 manat istəməmiş və almamışdır. Bu səbəbdən də, yalan ifadə verməyəcəyini qətiləşdirmişdir. Sonradan isə Qurayeşin kimisə aldadıb pulunu ələ keçirdiyini öyrənmişdir. Mərhum atasının satdığı evin sonradan sənədləşdirilməsi üçün o və ya anası heçkimdən 1 manat da olsa əlavə pul istəməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Quba rayonu, İkinci Nügədi kəndində "Macara" otelində sürücü işləyir. Hamlet İbrahimov oteldə müəyyən tikinti işlərinin görülməsinə rəhbərlik etmişdir. O, bəzən Hamleti ora-bura aparıb gətirmişdir. Hamlet İbrahimovla münasibəti normal olmuşdur. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, Qurayeşlə də həmkəndli kimi münasibəti normaldır. Hər iki şəxslə aralarında problem və ədavət olmamışdır. Hamlet İbrahimovun aldığı evin sənədlərində problem olmuşdur. Belə ki, bildiyinə görə Hamlet kimdənsə ev alsa da, rəsmi alqı-satqı olmamış və torpaq da, ev də başqa adamın adında qalmışdır. Sonradan "Baba" ləqəbi ilə tanınan həmkəndlisi Qurayeş Hamletə evin və torpağın sənədlərini düzəltmək üçün köməklik edəcəyini bildirmişdir. Hamlet Quba rayonunda "Asan Xidmətin qarşısında avtomobilin içərisində Qurayeşə 4000 manat onun yanında pul vermişdir. X7 4000 manat pul verən zaman həmin pulu sənədsiz 0,02 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün vermişdir. Belə ki, yanında olan söhbət zamanı Qurayeş Hamletdən 4000 manatı aldıqdan sonra 1-2 aya sənədsiz 0,02 ha torpaq sahəsini sənədləşdirərək sənədini verəcəyini söz vermişdir. Bundan sonra, baş verənlərdən məlumatı olmamışdır. Qurayeş 0,02 ha torpaq sahəsini sənədləşdirmə işlərini yubatmiş, Hamlet də narazı qalaraq rayon prokurorluğuna şikayət etmişdir. 12 oktyabr 2024-cü il tarixdə Hamlet İbrahimov ürək tutmasından vəfat etmişdir. Söhbət zamanı bilmişdir ki, digər 0,08 ha torpaq sahəsi və üzərindəki evə görə də Qurayeşə 8000 manat pul vermişdir Təqsirləndirilən şəxs 0,02 ha torpaq sahəsini hansı formada sənədləşdirəcəyini onun yanında deməmişdir. Sadəcə, sənədləri düzəldib verəcəyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, uzun illər əvvəl X17 rayonu, Birinci Nügədi kəndində 0,10 ha torpaq sahəsi və üzərində iki mərtəbəli fərdi yaşayış evi almışdır. 2016, ya da 2017-ci ildə həmin torpaq sahəsi və üzərindəki evi Hamlet İbrahimova satmışdır. Evi Hamletə satsa da, ev 4-5 il adında qalmışdır. Bu səbəbdən də, bir çox problemlərlə üzləşmişdir. Belə ki, pandemiya dövründə adında ev çıxdığı üçün 190 manat ödənişi ala bilməmişdir. Həmçinin, kommunallar da adında qalmışdır. Bu səbəbdən də, bu vəziyyətdən narazı qalmışdır. 2 il bundan əvvəl Qurayeş ona yaxınlaşaraq Hamletə satdığı evi sənədləşdirmək üçün etibarnamə verməsini xahiş etmiş, o da qeyd etdiyi səbəblərə görə narazı olduğundan etibarnamə verməmişdir. Narazılığının səbəbini bildirmiş, itirdiyi zərəri bərpa etmələrini xahiş etmişdir. Yekunda ona 1000 manat verəcəyini bildirmiş, 1000 manatı aldıqdan sonra Xaçmaz rayonunda yerləşən notariusda Hamletin sürücüsü Həsənə etibarnamə vermişdir. Bundan sonra baş verənlərdən xəbəri olmamışdır. Ev onun adında qaldığından o zərər görmüş, belə ki, pandemiyada 190 manatları adında ev olduğuna görə ala bilməmişdir. Həmçinin, adında ev olduğu üçün işsiz kimi qeydiyyata da düşə bilməmiş, bu kimi zərərlərə görə 1000 manat almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının 17-dən etibarən Quba RİHB-nın Birinci Nügədi İƏD üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs onun qohumudur. Belə ki, onun anasının anası ilə Qurayeşin atası xala oğlu xala qızıdırlar. Onunla münasibəti yaxşıdır, aralarında hər hansı problem olmamışdır. X8 ilə tanışlığı Qurayeşə görə yaranmışdır. Belə ki, Quba RİHB-nın Birinci Nügədi İƏD üzrə nümayəndəliyi və Quba rayonu, Birinci Nügədi bələdiyyəsi eyni inzibati binadadır. İnzibati bina iki mərtəbədən ibarətdir, Quba rayonu, Birinci Nügədi kəndində yerləşir, birinci mərtəbədə bələdiyyə, ikinci mərtəbədə isə nümayəndəlik yerləşir. 2023-cü ilin aprel ayında Qurayeş ona Hamlet adlı bir nəfərin istifadəsində olan torpaq sahəsinin 0,02 ha hissəsinin sənədinin olmamasını, zəbt kimi hasarının içərisində olmasını, həmin yerin sənədləşdirilməsinə köməklik etməsini xahiş etmişdir. O, Qurayeşə Hamletin yanına gəlməsini bildirmişdir. 01 may 2023-cü il tarixdə Hamlet nümayəndəliyə gəlmiş və yanında olmuşdur. O, Hamletə birinci mərtəbəyə düşməsini, bələdiyyəyə ərizə ilə müraciət etməsini və müraciəti əsasında sənədləşmə işlərinə başlanılacağını bildirmişdir. Hamlet birinci mərtəbəyə düşmüş və bundan sonra onun məlumatı olmamışdır. X18 arasında olan razılıqdan, haqq-heabdan məlumatı olmamışdır. Qurayeş sadəcə ondan sözlə xahiş etmişdir ki, Hamletin ərazisinin sənədləşdirilməsinə köməklik etsin. İcra nümayəndəliyinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsini sənədləşdirməklə əlaqədar səlahiyyəti yoxdur, bu səbəbdən də, o Hamletə birinci mərtəbəyə düşərək ərizə ilə bələdiyyəyə müraciət etməsini məsləhət görmüşdür. Proses belədir ki, hər hansı şəxs ərizə ilə bələdiyyəyə müraciət etdikdə həmin şəxsin ərizəsi bələdiyyənin iclasında müzakirə edilir və icraata başlanılması və ya başlanılmaması qənaətinə gəlinir. Danışıqlar onunla Hamlet arasında aparılmışdır. Hamlet İbrahimov onun yanına gələrək bələdiyəyə müraciətlə əlaqədar məsləhət etdikdən sonra Hamletlə kontaktı olmamışdır. Son 2-3 ay idi ki, tez- tez onu yığaraq işin nə yerdə olmasını soruşmuşdur. O, danışıq zamanı Hamleti başından eləmək üçün yalandan 470 manat ona pul verməsini demişdir. "Baba" ləqəbli Qurayeş ona hər hansı məbləğdə pul verməmişdir. Həmçinin, Hamlet də ona hər hansı məbləğdə pul verməmişdir. O, sadəcə Hamletin ondan əl çəkməsi üçün yalandan 470 manatın ona çatmasını bildirmişdir. Quba RİHB-nın Birinci Nügədi İƏD üzrə nümayəndəliyinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsini sənədləşdirməklə əlaqədar heç bir səlahiyyəti yoxdur. Bu bələdiyyənin səlahiyyətidir. Qurayeş ona Hamlet adlı bir nəfər olduğunu, torpağını sənədləşdirmək istədiyini, Hamletə istiqamət verməsini dediyi üçün Hamleti qəbul etmiş və bu məqsədlə bələdiyyəyə müraciət etməsini bildirmişdir. O, bələdiyyədən Hamlet İbrahimovun istifadəsində zəbt kimi olan 0,02 ha torpaq sahəsinin sənədləşdirilməsi ilə əlaqədar hər hansı xahiş etməmişdir. Bu barədə sonradan bələdiyyədən maraqlanmamışdır. Hamletin bələdiyyədə olan sənədləri artıq rəy verilməsi üçün Quba RİH-ə verilmişdir. Hamlet ona zəng edərək sənədlərinin orada olmasını, orada rəyin alınmasına köməklik etməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2005-ci ildən bələdiyyə üzvü olmuşdur. 2023-cü ilin aprel ayından etibarən bələdiyyə üzvlərinin səs çoxluğu ilə bələdiyyə sədri seçilmişdir. X8 ilə şəxsi tanışlığı olmamışdır. Hamletin Quba rayonu, Birinci Nügədi kəndində nə vaxt torpaq və ev almasını bilməmişdir. Təqsirləndirilən şəxs və Şahid3 Mais oğlu ilə şəxsi tanışlığı vardır. X11 kənd sakini kimi, Şahid3 isə Quba RİHB-nın Birinci Nügədi İƏD üzrə nümayəndəsi kimi tanımışdır. Hər ikisi ilə münasibəti normaldır. 01 may 2023-cü il tarixdə Hamlet İbrahimov istifadəsində olan 0,02 ha torpaq sahəsinin ona satılmasına köməklik edilməsi barədə ərizəsini bələdiyyənin binasına gətirərək orada işçilərə təqdim etmişdir. Hamlet İbrahimovun müraciəti bələdiyyə iclasında müzakirə edilmişdir. Həmin 0,02 ha torpaq sahəsi Hamletə məxsus evin yerləşdiyi 0,08 ha torpaq sahəsinə bitişikdir və Hamlet həmin yeri alanda sözügedən 0,02 ha torpaq sahəsi də hasarın içərisində olmuşdur. Sonradan Hamlet torpağa sənəd alan zaman ərazinin 0,08 ha olmasını bilmiş, 0,02 ha hissəni də sənədləşdirmək qərarına gəlmiş və bu məqsədlə bələdiyyəyə müraciət etmişdir. Əraziyə baxış keçirilmiş və sözügedən 0,02 ha torpaq sahəsinin Hamletin evinin hasarının içərisində olması müəyyən edilmişdir. Bələdiyyə iclasında Hamlet İbrahimovun ərizəsi müzakirə edilərək nəzərə alınması və alqı-satqı üçün icraata başlanması qəbul edilmişdir. İcraata başlandıqdan sonra DƏDRX-ə müraciət edilmiş, oradan gələrək ərazi ölçülmüş, müayinə-baxış aktı hazırlanmış, daha sonra sənədlər rəy verilməsi üçün Quba Rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. Bu müddət ərzində Hamlet İbrahimovla heç bir kontaktı olmamışdır. Sonradan Quba RİH-dən sənədlər rəy verilməyərək geri qaytarılmışdır. Bildiyinə görə, bələdiyyə sistemində elektronlaşmaya keçid nəzərdə tutulduğu üçün rəy verilməsi məsələsi saxlanılmış və hansısa torpağa münasibətdə rəy verilməsi dayandırılmışdır. Hamlet İbrahimovun torpaq sahəsinin sənədləşdirilməsi məqsədilə ona hər hansı məbləğdə pul verilməmişdir. Qurayeşin Hamletdən torpağın sənədləşdirilməsi adı ilə pul alıb-almamasını bilmir. Lakin, ona Qurayeş və ya başqası tərəfindən hər hansı məbləğdə pul verilməmişdir. Onun ümumiyyətlə Qurayeş və Hamletlə arasında həmin torpaq sahəsinə görə heç bir kontakt olmamışdır. Quba RİHB-nın Birinci Nügədi İƏD üzrə nümayəndəsi Şahid3 ondan sənədləşmə ilə əlaqədar nəsə xahiş etməmiş, Hamletin sənədləşməsi ilə əlaqədar nəsə soruşmamış, buna görə hər hansı məbləğdə ona pul verməmiş və ya verəcəyini vəd verməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, Hamletlə Qurayeş arasında olan pul söhbətindən xəbəri olmamışdır. Məhkəmə, cinayət işinin materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsəməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.” Eyni Qərarın 36-cı bəndi izah edir ki, «dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. İzah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir.» Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə iqtidarında olmadığı işi görəcəyinə dair yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və xeyli miqdarda əmlaklarını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə zərərçəkmiş şəxsin əmlakını ələ keçirmək olmuşdur. Nəticədə o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ibtidai istintaqdakı ifadəsi, sonuncunun hüquqi varisinin, şahidlərin ifadələri ilə tam təsdiqi tapır. Bununla da məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam təsdiqini tapır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Quba RİHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyindən alınmış xx.xx.2024-cü il tarixli 784 №-li arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, İ Nügədi kəndində yaşayır, evlidir, iki övladı, 6 nəvəsi vardır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət işi üzrə icraata xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ibtidai istintaqa və zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın iyirmi beş faizi miqdarında, yəni 2610 manat məbləğində pul vəsaitini hazırki cinayət işi ilə bağlı X1 hesabına ödənilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxsə tamamilə ödəməsini və onlarla barışmasını, habelə cinayət nəticəsində vurulmuş ziyanın 25%-ni dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. İbtidai istintaq zamanı xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Beləliklə məhkəmə hesab edir ki, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-1.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirləri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, cəmi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs оğlunun Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin və Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, cəmi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-17/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-17/2025
10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver