Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-171/2023 24.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, dövlət İttihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1992-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, fərdi əməklə məşqul olan, Quba rayonu, Alıc-Digah kəndində qeydiyyatda olmaqla Quba şəhəri, Aslan Aslanov küçəsi, ev 7-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdə təxminən saat 17:00 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadıqları Quba şəhəri, Aslan Aslanov küçəsi, ev 7-də aralarında yaranmış mübahisə zamanı sifətinə və bədəninin müxtəlif nahiyyələrinə yumruq və sillə ilə qəsdən bir neçə dəfə vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş baş beyin silkələnməsi ilə müşayiət olunan boynunda arxada, alnında ortada, sağ gözün altında, burnunun üstündə, sol qulaq seyvanında sıyrıq, sol bazunun orta 1/3nin bayır səthində və sağ baldırın yuxarı 1/3-nin arxa-bayır səthində qançırdan ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Onlar 2015-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahından 3 övladları dünyaya gəlmişdir. Son zamanlar ailədə müəyyən söz-söhbətlər yaranmış və nəticədə 2023-cü ilin avqust ayında məhkəmə qaydasında rəsmi boşanmışlar. Lakin buna baxmayaraq eyni ünvanda yaşayırlar. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində evdə olan zaman spirtli içki qəbul etmişdir. Sonra Pəricahana dayısı qızının toy məclisinə getməyəcəyini dedikdə aralarında mübahisə yaranmış və o, mübahisə zamanı sonuncunu yumruq, və sillə ilə vuraraq ona bədən xəsarətləri yetirmişdir. Həmin vaxtı yanlarında kənar şəxslər olmamış, aralarında yaranmış mübahisə yaşadıqları evdə baş vermişdir. Mübahisələri təxminən 5-10 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Onlar 2023-cü ilin avqust ayında məhkəmə qaydasında boşanmışlar. Lakin bir evdə yaşayırlar. Təqsirləndirilən şəxs mütəmadi spirtli içki qəbul edərək mübahisə yaratmış, sonuncu mübahisələri 20 sentyabr 2023-cü il tarixdə təxminən saat 17:00 radələrində baş vermişdir. Həmin vaxtı Yusif evdə spirtli içki qəbul etmiş, onu dayısı qızının toy məclisinə getməyə icazə verməyəcəyini bildirmişdir. Bu mövzu ətrafında aralarında mübahisə yaranmış və mübahisə zamanı Yusif onu yumruq, sillə ilə bədəninin müxtəlif nahiyyələrinə vuraraq bədən xəsartləri yetirmişdir. Mübahisə onların yaşadığı evin içərisində baş vermiş və həmin vaxt orada kənar şəxslər olmamışdır. Mübahisə və davadalaş təxminən 15 dəqiqə davam etmişdir Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxə qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 21 sentyabr 2023-cü il tarixli 725 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü X1 bədəni üzərində aşkar olunan xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan boynunda arxada, alnında ortada, sağ gözün altında, burnunun üstündə, sol qulaq seyvanında sıyrıq, sol bazunun orta 1/3nin bayır səthində və sağ baldırın yuxarı 1/3-nin arxa-bayır səthində qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 20 sentyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən, sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Alıc-Digah kəndində qeydiyyatda olmaqla Quba şəhəri, Aslan Aslanov küçəsi, ev 7-də yaşayın və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X8 Şəxs Quba Rayon X5 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, 18-1-56/2-1253/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon X2 şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır.. Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-171/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-171/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver