Məhkəmə qərarları › İş №1(027)-172/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-172/2024

28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-172/2024 28.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1952-ci ildə Quba rayonu, Əski-İqriq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, təqaüdçü, evli, əvvəllər məhkum olunmamış, Quba şəhəri Vaqif küçəsi ev 41 Q, mənzil 6-da qeydiyyatda olan, Quba rayonu Əski-İqriq kəndində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikası Quba rayon Bələdiyyəsinin Quba rayonu, Əski-İqriq kəndində yerləşən ərazisində 1 ədəd 12 sm diametrli göyrüç cinsinə mənsub, 1 ədəd 8 sm diametrli ağcaqayın cinsinə mənsub, 1 ədəd 17 sm diametrli ağcaqayın cinsinə mənsub, 2 ədəd 8 sm diametrli palıd cinsinə mənsub, 1 ədəd 10 sm diamterli palıd cinsinə mənsub, 2 ədəd 11 sm diametrli palıd cinsinə mənsub, 6 ədəd 12 sm diametrli palıd cinsinə mənsub, 7 ədəd 13 sm diamterli palıd cinsinə mənsub, 3 ədəd 14 sm diametli palıd cinsinə mənsub, 4 ədəd 15 sm diametrli palıd cinsinə mənsub, 6 ədəd 16 sm diametrli palıd cinsinə mənsub, 2 ədəd 17 sm diametrli palıd cinsinəmənsub, 2 ədəd 18 sm diametrli palıd cinsinə mənsub, 1 ədəd 19 sm diametrli palıd cinsinə mənsub, 1 ədəd 21 sm diametrli palıd cinsinə mənsub, 1 ədəd 22 sm diametrli palıd cinsinə mənsub, 2 ədəd 10 sm diamterli vələs cinsinə mənsub, 1 ədəd 14 sm diametrli vələs cinsinə mənsub, 1 ədəd 15 sm diametrli vələs cinsinə mənsub, 1 ədəd 16 sm diametrli vələs cinsinə mənsub olmaqla ümumilikdə bələdiyyə ərazisindən meşə fonduna daxil olmayan 46 ədəd yaş köküstə bitən ağacları qanunsuz kəsərək təbiətə xeyli miqdarda, yəni 6670 (altı min beş yüz əlli) manat ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Quba rayonu, Əski-iqriq kəndində ailəsi ilə birlikdə yaşayır və yaşadığı evdən təqribən 1-2 km məsafədə illər əvvəl icarəyə götürdüyü, lakin hazırda icrə müddəti bitmiş torpaq sahəsi var. Həmin torpaq sahəsində müxtəlif növ ağaclar bitmişdir. Həmin ağacların bir hissəsini 2024-cü ilin yanvar-fevral aylarında havaların soyuq olması səbəbi ilə kəsərək evdə odun kimi istifadə etmişdir. Belə ki, yaşadığı Quba rayonu Əski-iqriq kəndinə qaz verilmədiyi üçün əvvəllər icarə əsasında istifadəsində olan həmin torpaqda olan müxtəlif növ ağaclardan istifadə etmək hüququnun olmasını ehtimal etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, ağacları mişar aləti ilə kəsmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Quba rayon Bələdiyyəsinin Yerqurluşu üzrə mütəxəssisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 05 mart 2024-cü il tarixdə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Quba rayonu Əski-iqriq kəndində Quba rayon Bələdiyyəsinə məxsus torpaqda müxtəlif növ ağacların kəsilməsi faktı ilə bağlı yoxlama həyata keçirilmişdir. Belə ki, Quba rayonu Əski-iqriq kənd sakini Şahid2 tərəfindən həmin kənd ərazisində ona məxsus torpaq sahəsinin yaxınlığında Təqsirləndirilən şəxs tərəfindən 50-ə yaxın palıd ağacının kəsilməsi barədə daxil olmuş müraciət 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırıldıqda, həmin ərazidə köküstə yaş vəziyyətdə müxtəlif diametrli və cinsli 46 ədəd ağacın kəsilərək məhv edilməsi faktı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmişdir. Müvafiq yoxlamada həmçinin Baş Prokurorluğun əməkdaşları və o iştirak etmişdir. Yoxlama zamanı Quba rayonu Əski-iqriq bələdiyəsinin mülkiyyətində olan torpaq sahəsində meşə fonduna daxil olmayan müxtəlif diametrli və cinsli 46 ədəd ağacların qanunsuz kəsilməsi nəticəsində 6550 (altı min beş yüz əlli) manat olmaqla xeyli miqdarda ziyan dəymə faktı aşkar edilmiş və müvafiq aktla rəsmiləşdirilmişdir. Əməli törətmiş Quba rayonu Əski-iqriq kənd sakini Təqsirləndirilən şəxs əməlini səmimi şəkildə etiraf etmiş və faktla bağlı Ekologiya İdarəsi tərəfindən AR Baş Prokurorluğuna rəsmi müraciət edilmişdir. İfadəsinin sonunda dəymiş zərərin ödənilmədiyini bildirmişdir. İş üzrə şahidlər Şahid2 və Şahid1 məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclaslarına gəlməmiş, ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərin və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsini rəhbər tutaraq məhkəmə baxışının qeyd edilən şahidlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 oğlunun məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Quba rayonu Əski-iqriq kəndində ailəsi ilə birlikdə yaşayır və Əski-iqriq kəndində bələdiyyə tərəfindən ona verilə pay torpağında təsərrüfat fəaliyyətı ilə məşğul olur. Təqsirləndirilən şəxs ilə arasında hər hansı düşmənçilik və ədavətin olmadığını, Təqsirləndirilən şəxs əvvəllər onun torpaq sahəsinə bitişik ərazidə yerləşən və torpaq sahəsini icarə əsasında işlətdiyini bildirmişdir. Həmin torpaq sahəsinin hal-hazırda bələdiyyə mülkiyyətində olduğunu, 2024-cü ilin yanvar-fevral aylarında həmin torpağa bitişik olan pay torpağına gedən zaman bələdiyyə mülkiyyətində olan torpaqda müxtəlif növ ağacların kəsilərək doğrandığı və yerə qoyulduğunun şahidi olmuşdur. Bu halın bir neçə dəfə təkrarlandığını və ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsilərək apanldığının şahidi olmuşdur. Bu barədə Bəhramdan soruşduqda, torpağın əvvəllər onun istifadəsində olduğunu və torpaqda yerləşən ağacların ona aid olmasını cavab verdiyini bildirmişdir. Bununla əlaqədar 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ərizə ilə müraciət etmiş və ağacın kəsilməsi barədə bildirmişdir. Daha sonra 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi müvafiq akt tərtib etmişdir İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Xaçmaz rayonu Yeni-Həyat qəsəbəsində ailəsi ilə birlikdə yaşayır və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş məsləhətçisi-müfəttiş vəzifəsində işləyir. Tutduğu vəzifə ilə əlaqədar ximəti fəaliyyəti meşə qanunvericiliyinin tələblərinə riayət olunmasını təmin etmək, qanunsuz ağac kəsmə halları olduğu halda rəhbərliyə məruzə etmək, meşəqırma bileti ilə gələn şəxslərin sənədlərini yoxlamaq və s. daxildir. 05 mart 2024- cü il tarixində Şahid2 şikayəti əsasında Quba rayonu Əski-iqriq kəndi ərazisinə baxış keçirilərkən orada çoxlu sayda ağacların kəsilməsi faktını 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin digər əməkdaşları ilə birlikdə aşkar etmiş və bununla bağlı İdarənin əməkdaşları tərəfindən 84168 nömrəli akt tərtib olunmuşdur. Əməli törədən şəxsin Quba rayonu Əski-iqriq kən sakini Təqsirləndirilən şəxs olduğunun müəyyən edildiyini və sorğu zamanı öz əməlini səmimi şəkildə etiraf etdiyini bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasına dair 16 avqust 2024-cü il tarixli, 9/5459 nömrəli ekspert rəyində görünür ki, 1 ədəd 12 sm diametrli göyrüç cinsinə mənsub, 1 ədəd 8 sm diametrli ağcaqayın cinsinə mənsub, 1 ədəd 17 sm diametrli ağcaqayın cinsinə mənsub, 2 ədəd 8 sm diametrli palıd cinsinə mənsub, 1 ədəd 10 sm diamterli palıd cinsinə mənsub, 2 ədəd 11 sm diametrli palıd cinsinə mənsub, 6 ədəd 12 sm diametrli palıd cinsinə mənsub, 7 ədəd 13 sm diamterli palıd cinsinə mənsub, 3 ədəd 14 sm diametli palıd cinsinə mənsub, 4 ədəd 15 sm diametrli palıd cinsinə mənsub, 6 ədəd 16 sm diametrli palıd cinsinə mənsub, 2 ədəd 17 sm diametrli palıd cinsinə mənsub, 2 ədəd 18 sm diametrli palıd cinsinə mənsub, 1 ədəd 19 sm diametrli palıd cinsinə mənsub, 1 ədəd 21 sm diametrli palıd cinsinə mənsub, 1 ədəd 22 sm diametrli palıd cinsinə mənsub, 2 ədəd 10 sm diamterli vələs cinsinə mənsub, 1 ədəd 14 sm diametrli vələs cinsinə mənsub, 1 ədəd 15 sm diametrli vələs cinsinə mənsub, 1 ədəd 16 sm diametrli vələs cinsinə mənsub olmaqla ümumilikdə bələdiyyə ərazisindən meşə fonduna daxil olmayan 46 ədəd yaş köküstə bitən ağacları qanunsuz kəsərək təbiətə xeyli miqdarda, yəni 6670 (altı min altı yüz yetmiş) manat ziyan vurulması müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsərək xeyli miqdarda ziyan vurmaqla Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi qismən etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Quba şəhəri İƏD üzrə nümayəndəliyindən alınmış xx.xx.2024-cü il tarixli 1021 №-li arayışdan və 1021 №-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvandada yaşayır. O yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirini qismən etiraf etməklə səmimi peşmançılığı, ahıl olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 50 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir və xüsusi müsadirə olunası əmlak və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar