Məhkəmə qərarları › İş №1(027)-173/2025

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-173/2025

06.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-173/2025 06.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Quba rayonu, Kunxırt kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu, Güləzi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına aid original sürücülük vəsiqəsini əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilməklə qanunsuz hazırlanmış, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən hüquq verən rəsmi sənəd hesab olunan tam saxta Rusiya Federasiyasının “B, B1, C, C1, M” kateqoriyalı 99 38 715546 nömrəli saxta sürücülük vəsiqəsini 22 noyabr 2024-cü il tarixdə, saat 13 radələrində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X3 şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında fəaliyyət göstərən Quba regional “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, ekspertiza rəyi, maddi sübut və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin yay aylarında işsiz olduğuna görə Rusiya Federasiyasında sürücü işləmək qərarına gəlmiş, bunun üçün ona sürücülük vəsiqəsi lazım olmuş, bununla bağlı Rusiya Federasiyasında yaşayan dostları ilə soraqlaşmış, belə ki, o, Tatarıstan Muxtar Respublikasında Kazan şəhərində tikintidə hörgü və təmir işləri görən zaman Cəlilabad rayonundan Fuad adlı şəxslə tanış olmuş, Fuadla sürücülük vəsiqəsi barədə danışan zaman Fuad ona tanışının sürücülük vəsiqəsi təşkil edəcəyini demiş, Fuadın deməsinə görə sürücülük vəsiqəsini o, ümumilikdə 80.000 rus rublu ödədiyi halda əldə etmək mümkün olacaqmış, Fuad pulun bir hissəsini əvvəlcə, bir hissəsini isə sürücülük vəsiqəsini götürən zaman ödəyəcəyini demiş, Fuadla bu barədə ətraflı söhbət edərkən o, avtomobil sürücülük məktəbi oxumadığını, bu barədə ilkin sənədinin olmadığını demiş, Fuad ona narahat olmamasını, sənədin düzəldilib veriləcəyini demişdir. Rusiya ərazisində ona sürücülük vəsiqəsi lazım olduğuna görə o, həmin vəsiqəni əldə etmək istəmiş, bunun müqabilində Fuada hissə- hissə olmaqla ümumilikdə 80000 (səksən min) rus rublu pul vermiş, 80000 rus rublunu Fuada hissəhissə olmaqla sonuncu dəfə 50.000 rus rublunu 2023-cü ilin iyul ayının əvvəlləri nağd formada Kazan şəhərində təqdim etmiş, o, 50.000 rus rublunu Fuada verməzdən bir neçə ay öncə o, Rusiya Federasiyasından ölkəmizə deport edilmiş, o, Azərbaycanda olan zaman Fuad ona rus mobil operatoruna aid nömrə ilə zəng edərək onun sürücülük vəsiqəsinin hazır olmasını demiş, o, deport vaxtı bitdikdən sonra 2023-cü ilin may və ya iyun ayında yenidən Kazan şəhərinə getmiş, orada 1 ay işlədikdən sonra verilmə tarixi xx.xx.2023-cü il göstərilmiş, “RUS” yazılı, В, C, kateqoriyaları üçün nəzərdə tutulmuş, 99 38 715546 nömrəli sürücülük vəsiqəsini Fuaddan əldə etmiş, belə ki, Fuad ona “Opel” markalı maşının ona vəsiqəni verəcəyini demiş, həmin gün “katelnic” deyilən ərazidə “Opel” markalı maşın ona sürücülük vəsiqəsini vermiş və o, vəsiqəni götürmüşdür. Təxminən 20 noyabr 2024-cü il tarixdə Quba rayonuna gəlmiş, həmin saxta sürcülük vəsiqəsini Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi ilə dəyişdirmək qərarına gəlmiş, xx.xx.2024-cü il tarixdə Quba regional “Asan Xidmət”ə müraciət etmiş, həmin saxta sürücülük vəsiqəsini “Asan xidmət”ə təqdim etmiş, həmin sürücülük vəsiqəsini ondan təhvil alıb, verilmə tarixi xx.xx.2023-cü il göstərilmiş, “RUS” yazılı, В, C, kateqoriyaları üçün nəzərdə tutulmuş, 99 38 715546 nömrəli sürücülük vəsiqəsinin saxta olması bildirilmiş, buna görə də ondan həmin saxta vəsiqə götürülmüşdür. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onun, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində X7 Qeydiyyat İmtahan İdarəsinə sürücülük vəsiqəsi əldə etmək üçün müraciət etmədiyini, Fuad adlı şəxsin anket məlumatları barədə onun Cəlilabad rayonundan olduğunu, hazırda bildiyinə görə Ukraynada yaşadığını, onun soyadını bilmədiyini, Fuada fotoşəkilni, şəxsiyyət vəsiqəsinin hər iki üzünün fotoşəkillərini təqdim etdiyini, qanunvericiliklə tələb olunan başqa sənəd təqdim etmədiyini, sürücülük məktəbi bitirmədiyini, heç bir sürücülük məktəbində qeydi və nəticəsi barədə arayışı olmadığını, Fuadın rəsmi dövlət orqanı işçisi və ya vəzifəli şəxs olmadığını, onunla birlikdə tikintidə işlədiyini, saxta vəsiqə ilə nəqliyyat vasitəsi idarə etmədiyini, özü Azərbaycanda ola-ola adına Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsinin verilməsinin reallığı əks etdirmədiyini anladığını, yəni həmin sənədin qeyri-qanuni yolla hazırlandığını, “ASAN xidmət” mərkəzinə həmin saxta sənədi verməkdə məqsədinin Azərbaycan Respublikasına məxsus yeni sürücülük vəsiqəsi əldə etmək olduğunu, buna qədər ümumiyyətlə sürücülük vəsiqəsi olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Sənədlərin məhkəmə texniki ekspertizasının 10 aprel 2025-ci il tarixli, 5/255 nömrəli rəyindən görünür ki, təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs təqdim etdiyi 99 38 715546 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmişdir. Təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs təqdim etdiyi 99 38 715546 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-16/2-173733/2024 nömrəli məktubdan və həmin məktuba qoşma siyahı, sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs onun adına olan Rusiya Federasiyasına məxsus “B, B1, C, C1, M” kateqoriyalı sürücülük vəsiqəsini Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi ilə dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzinə müraciət etmişdir. “DİN-in X6 Sistemi” vasitəsilə əldə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs C03541357 nömrəli xarici pasportla xx.xx.2023-cü il tarixdə saat 18:59-da ölkə hüdudlarını “Heydər Əliyev” adına hava limanından Rusiya Federasiyası Minvod istiqamətində tərk etmək istəyərkən onun Rusiyaya girişi qadağan olduğu üçün o, Avia Kampaniya tərəfindən uçuşa buraxılmayıb. Digər sərhədkeçmə barədə sənəddən görünür ki, növbəti dəfə Təqsirləndirilən şəxs həmin xarici pasportla yalnız 6 ay sonra, yəni xx.xx.2023-cü il tarixdə ölkə sərhədlərini saat 14:08 dəqiqədə Rusiya Federasiyası, Ufa istiqamətində tərk etmişdir. Buna qədər isə Təqsirləndirilən şəxs 2018-ci ildən sonra ölkə hüdudlarını tərk etməmişdir. Göründüyü kimi saxta sürücülük vəsiqəsində əks edilmiş verilmə tarixi, yəni xx.xx.2023-cü il tarixdə, nə də həmin günlərədək olan müddətdə Təqsirləndirilən şəxs Rusiya Federasiyası ərazisində olmamışdır. Rusiya Federasiyasında xx.xx.2024-cü il tarixdə aparılmış yoxlamanın nəticəsi barədə məlumatdan görünür ki, Rusiya Federasiyasına aid 99 38 715546 nömrəli sürücülük vəsiqəsi barədə yoxlama aparılmış, lakin qeyd edilən sürücülük vəsiqəsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-25-14/2-6994 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Ordusunda hərbi qulluqçu qismində xidmət keçməsi barədə məlumat yoxdur. Məhkəmədə tədqiq olunan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən “Elektron məhkəmə” informasiya sistemindən əldə edilən məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı var. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 320.2-ci maddəsinə əsasən Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində bu cinayət əməli idarəetmə qaydası əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi idarəetmə faəliyyətini predmetləri vəsiqə və ya digər rəsmi sənədlərin, dövlət təltiflərinin, möhürlərin, ştampların və blankların hazırlanmasını, onlardan istifadənin və həmin predmetlərlə davranışın qanunverciliklə müəyyən olunmuş qaydası çıxış edir. Nəzərə alınmalıdır ki, dövlət əleyhinə olan cinayətlər ictimai təhlükəli əməllər hesab olunur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlini qismən etiraf edərək peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olması, ailəsinin yeganə gəlir gətirəni olması, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CMin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, islah işləri cəzası təqsirləndirilən Təqsirləndirilən şəxs fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 70 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod:210005, VÖEN**********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023cü il tarixli, 99 38 715546 nömrəli saxta sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, aylıq qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilkin tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023cü il tarixli, 99 38 715546 nömrəli sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 70 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod:210005, VÖEN**********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar