Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-174/2021 24.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Eyyub oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, 15.05.1985-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Pirvahid kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17.10.2021-ci il tarixdə, saat 20 radələrində yaşadıqları Quba rayon Pirvhid kəndində aralarında şəxsi münasibətlərlə bağlı yaranan mübahisə vaxtı Zərərçəkmiş şəxs Eyyub oğlu ilə əvvəlcə toy sahibi Yafətin evinin həyətində olan bağ sahəsində dalaşaraq başı ilə üzünə və yumruqla başına və bədəninə, sonradan yaşadığı evin qarşısında yenidən dalaşaraq yumruqla sifətindən və başından vuraraq ona-alının sol tərəfinin sıyrığı, üst dodağın qırmızı sahəsinin orta hissəsinin əzilmiş yarası, üst dodağın selikli qişasının qansızması, burnunun çapılmış yarası və hər iki orbiti ətrafının qançırları ilə nəticələnən və sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək sonuncunun qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Quba rayonunun Pirvahid kəndində yaşayır. Zərərçəkmiş şəxs onun uzaq qohumu olmaqla onunla bir kənddə yaşayır. Bəhlulla əvvəllər bir neçə dəfə mübahisə etdiyi üçün onunla münasibət saxlamır. 17.10.2021-ci il tarixdə, saat 16 radələrində dostu Lütviyarla Pirvahid kəndində qohumu Yafətin oğlunun toy şənliyində olarkən, qardaşı Sahilin Yafətin qardaşı Muxtarla sözlə mübahisəsi olduğunu eşidib mübahisə etməsinin səbəbini aydınlaşdırmaq üçün həmin vaxt toy şənliyinin keçirildiyi çadırın arxa hissəsindəki baxçada olan Muxtarın yanına gedib nə üçün mübahisə etdiklərini soruşduqda, Muxtar ona Sahilin onun tayı olmadığını və qardaşı Sahilin sərxoş olduğu üçün onunla sözlə mübahisə etdiyini bildirmişdir. Həmin vaxt Bəhlul onların yanına gələrək söhbətə müdaxilə etdiyi üçün ona iradını bildirmişdir. Bundan sonra, Bəhlul və Muxtar getmişlər. Bir qədər keçdikdən sonra o, Bəhlulu olduğu yerə çağırıb söhbətlərinə qarışma səbəbini öyrənmək istəyərkən, Bəhlul əl atıb onun yaxasından tutaraq, sən kimsən deyib köynəyini burduğuna görə o da onun yaxasından tutub başı ilə onun sifətinə vurmuş və bundan sonra bir-birlərini yumruqla vurmuşlar. Həmin vaxt orada olan bibisi oğlu Laçın onları ayırmışdır. O, da Laçınla toy həyətindən çıxıb Lütviyarın maşınına minərək evlərinə getmişdir. O, Lütviyarla evinin qarşısında dayandığı vaxt Bəhlul atası Eyyubun idarə etdiyi mikroavtobus ilə onun həyətinin qarşısına gəlmişdir. Həmin vaxt Bəhlulun qardaşı Elvin maşından düşərək onun üstünə hücüm etmək istəyərkən Lütviyar onun qarşısını kəsib onu kənara aparmışdır. Bəhlulda həmin vaxt onun üstünə gəlib ona yumruq atdıqda o, da həmin vaxt Bəhlulun sifət nahiyyəsinə yumruqla vurmuşdur. Bibisi oğlu Laçın və əmisi oğlu Ramin ora gəldiklərindən Eyyub və oğllanları Elvin və Bəhlul onların gəldiyini görüb maşınlarına minərək oradan çıxıb getmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, zərərçəkmişlə barışdığını bildirərək, barəsində 8 X15 münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Aktının tətbiq edilərək məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Eyyub oğlu göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumu olmaqla onunla bir kənddə yaşayır. Qohum olsalarda təxminən dörd il olar ki, Mahirlə münasibət saxlamır. 17.10.2021-ci il tarixdə, saat 20 radələrində həmkəndlisi Yafətin oğlunun toy şənliyində iştirak edərkən həmkəndlisi Muxtarla həyətində söhbət etdiyi vaxt Mahir onların yanına gəlib ona söyüşlə “sən kimsən ki bizim söhbətimizə qarışırsan” demişdir. Özü və Mahir içkili olduqları üçün o, həmin vaxt Mahirə bir söz demədən onun yanından uzaqlaşmışdır. Bir qədər sonra, həmkənlisi Laçın onu toy şənliyinin təşkil olunduğu çadırın arxa hissəsindəki bağçada olan Mahirin yanına aparmışdır. O, Mahirə onunla söyüşlə danışmasına etirazını bildirəndə Mahir yenidən ona söyüşlə cavab verdiyindən onun üzərinə getdiyi vaxt Mahir başı ilə və yumruqla sifətindən vurmuş, orada olan Laçın onu kənara çəkərək ayırmışdır. Mahir isə həmin vaxt Lütviyarın maşınına minib yaşadığı ev istiqamətinə getmişdir. Bundan bir qədər keçdikdən sonra, atası Eyyub Mahirlə mübahisə etdiyini eşidib qardaşı Elvinlə birlikdə onu aparmaq üçün toy şənliyinin olduğu yerə gəlmişdir. Atası Əyyubun maşını ilə Mahirin evinin qarşısından keçəndə Mahir bibisi oğlu Saleh, dayısı oğlu Şamo, Lütviyar və Laçınla evinin qarşısında dayandığını görüb atasından xahiş etmişdir ki, avtomaşını onların yanında saxlasın. Atası maşını saxladıqdan sonra, əvvəlcə qardaşı Elvin sonradan isə o, avtomaşından düşüb Mahirə yaxınlaşmışdır. Mahirə yaxınlaşaraq onu niyə vurduğunu soruşduqda, Mahir yenidən onu yumruqla sifətindən vurmuşdur. Orada olan Saleh, Lütviyar, Laçın və Şamo onları ayırmışlar. Atası Eyyub onu və qardaşını maşına mindirərək evlərinə aparıb bu barədə 102 xidmətinə zəng vurub məlumat vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Eyyub oğlu təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərmişdir ki, 17.10.2021-ci il tarixdə, saat 20 radələrində yaşadığı Quba rayonu, Pirvahid kəndində toy mərasimi keçirilən həyətdə oğlu Bəhlulun qohumları Mahir ilə mübahisə etdiyini eşidib həmin ünvana getmişdir. Həmin vaxtı digər oğlu Elvində orda olduğundan hər iki oğlunu evə aparmaq məqsədi ilə maşına mindirmişdir. Onların evinə gedən yol Mahir gilin küçəsindən keçdiyindən Mahiri oz evlərinin qarşısında görmüşdür. Bu zaman Mahirdən nə üçün oğlu Bəhlulla dava elədiyini soruşmaq məqsədi ilə maşını saxlamışdır. Maşını saxladığı vaxt kiçik oğlu Elvin Mahirin üstünə tərəf getmiş bu zaman oğlu Elvini orada olan Lütviyar kənara çəkərək dava etməyə qoymamışdır. Ani olaraq Mahir və Bəhlul bir birlərinə tərəf gələrək dava etmişlər. Kimin kimə necə və hansı nahiyyəsində vurmasını görməmişdir. Orada olan həmkəndliləri Saleh, Şamo və Laçın onları ayırmışlar. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 18.10.2021-ci il tarixli, 439 nömrəli rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Eyyub oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər alnın sol tərəfinin sıyrığı, üst dodağın qırmızı sahəsinin orta hissəsinin əzilmiş yarası, üst dodağın selikli qişasının qansızması, burnunun çapılmış yarası və hər iki orbiti ətrafının qançırları bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 17.10.2021-ci tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül dərəcəli xəsarət yetirməkdə təqsirli olması özünün və zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və iş materialları ilə də tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nin İkinci Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26.10.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Pirvahid kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Az İİ № 046232 saylı, Az İİ № 742212 saylı və Az İİİ № 928253 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15.07.2007-ci il təvəllüdlü X8, 23.12.2009-cu il təvəllüdlü X9 və 10.02.2017-ci il təvəllüdlü X11 adında üç azyaşlı övladları vardır. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən Məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə baxışında təqsirləndirilən Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməli etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu, zərəçəkmiş şəxslə barışdığını bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi X6 ərizəni müdafiə edərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı ərizənin təmin edilməsini təklif etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Eyyub oğlu ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə almasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Eyyub oğlunun izahatını və dövlət İttihamçısının ərizənin təmin edilməsinə dair rəyini dinləyib, məhkəməyədək sadələşdirilmiş icraat materialını, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq etməklə hesab edir ki, ərizə təmin olunmalı, Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndləri tətbiq edilərək, onun Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 5 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 344–348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndləri tətbiq edilərək, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-174/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-174/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver