Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-175/2022 29.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Quba rayonu, İspik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Quba rayonu, İspik kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan təsdbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1990-cı il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan təsdbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən X3 verilmiş ittihama görə X5 özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqacadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında vahid niyyətlə 2022-ci ilin aprel ayının əvvəllərindən aprel ayının ortalarınadək olan müddət ərzində Nümayəndə məxsus Quba şəhəri, Timiryazev qəsəbəsi ərazisində yerləşən “Daş çınqıl MMC”-nin karxanasının həyətindən 08 ədəd hər biri 150 manat dəyərində olmaqla 1200 manat dəyərində “Kamaz” markalı yük avtomoblinə məxsus təkəri, 08 ədəd hər biri 70 manat olmaqla 560 manat dəyərində “Kamaz” markalı yük avtomobilinə məxsus təkər diskini, 01 ədəd 600 manat dəyərində Ələk tipli avadanlığın motorunu, 100 metr uzunluqda 500 manat dəyərində qaynaq aparatının kabelini, 100 kub metr həcmində atsepi, ümumilikdə “Daş Çınqıl" MMCyə məxsus 4360 (dörd min üç yüz altmış) manat dəyərində əmlakı gizli yoll talayaraq oğurluq cinayəti törətmişdir. Bu hərəkətləri etdiyinə görə X5 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə ittiham olunaraq məhkəməyə verilmişdir. Həmçinin, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama görə Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqacadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında vahid niyyətlə 2022-ci ilin aprel ayının əvvəllərindən aprel ayının ortalarınadək olan müddət ərzində Nümayəndə məxsus Quba şəhəri, Timiryazev qəsəbəsi ərazisində yerləşən “Daş çınqıl MMC”-nin karxanasının həyətindən 08 ədəd hər biri 150 manat dəyərində olmaqla 1200 manat dəyərində “Kamaz” markalı yük avtomoblinə məxsus təkəri, 08 ədəd hər biri 70 manat olmaqla 560 manat dəyərində “Kamaz” markalı yük avtomobilinə məxsus təkər diskini, 01 ədəd 600 manat dəyərində Ələk tipli avadanlığın motorunu, 100 metr uzunluqda 500 manat dəyərində qaynaq aparatının kabelini, 100 kub metr həcmində atsepi, ümumilikdə "xxxx" MMC-yə məxsus 4360 (dörd min üç yüz altmış) manat dəyərində əmlakı gizli yoll talayaraq oğurluq cinayəti törətmişdir. Bu hərəkətləri etdiyinə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 13 İyul 2018-ci ildən 2022-ci ilin may ayınadək Quba rayonu, Timiryazev qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-nin karxanasında nəzarətçi vəzifəsində işləmişdir. Maddi vəziyyəti çətin olduğu üçün karxananın həyətindən oğurluq etmək qərarına gəlmiş, 2022-ci ilin aprel ayının əvvələrində saat 04 rədələrində işlədiyi karyerdə olarkən orada olan ələk tipli avadanlğın mühərrikini gizlicə oğurlamış və Quba şəhəri, Vaqif küçəsində yerləşən metal qəbulu sexinə aparıb 100 manata satmışdır. 2022-ci ilin aprel ayının ortalarında axşam saatlarında işlədiyi karxananın həyətindən iki ədəd “Kamaz” markalı avtomobilinin təkərini oğurlamaq qərarına gəlmiş və taksi sürücüsü işləyən tanışı Mehmanın yanına getmiş, iki ədəd təkəri sonuncunun avtomobili ilə karyerin ərazisindən çıxarılmasına və Quba rayonu, Vladimirovka kəndində olan tanışı Fuad adlı şəxsə aparılmasına köməklik göstərməsini istəmiş, Mehman isə razılaşmışdır. Mehman özünə məxsus “Vaz 2106” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun işlədiyi karyer ərazisinə gəlmişdir. O, əvvəldən “Kamaz” markalı avtomobilin iki ədəd təkərini çıxardıb karyerin girişinə qoymuş, Mehman gələndən sonra həmin iki ədəd təkərlərdən birini Mehmana məxsus avtomobilinin üst hissəsində quraşdırılmış yük yerinə, digərini isə avtomobilin baqaj hissəsinə qoyub Vladimirovka kəndində yaşayan Fuad adlı şəxsin yanına getmişlər. O, maşını Quba rayonu, Vladimirovka kəndi ərazisində yolun kənarında dayanmış “Kamaz” markalı avtomobilin yanında saxlatmış və Mehmanla birlikdə təkərləri maşından düşürmüşdür. Mehman təkərləri düşürdəndən sonra çıxıb getmiş, o isə tanışı Fuadla görüşüb, oğurladıqları təkərləri 150 manata Fuada satmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, hadisə olan gün gündüz saatlarından Mehman oğurlanmış təkərləri aparacağını bilmişdir. Başqa kimsənin bundan xəbəri olmamışdır. Onun Mehmana əvvəldən 15-20 manat borcu olduğu üçün, o Mehmana 50 manat vermiş, 20 manatı borcdan hesablamasını, 30 manatı isə təkərləri dediyi ünvana çatdırılması üçün vermişdir. Mehman da razılaşmışdır. Təkərlərin satışından əldə etdiyi pulları Quba şəhəri ərazisində xatırlamadığı mağazalardan ərzaq alıb istifadə etmişdir. Maddi vəziyyəti çətin olduğu üçün oğurluq etmək qərarına gəlmiş, oğurladığı əşyaları satıb pul əldə etmişdir. O, yalnız 02 ədəd təkər və ələk tipli avadanlğın mühərrikini oğurlamışdır. İttihamda qeyd olunan digər əşyaları oğurlamamışdır. Həmin əşyaları kim götürməsini bilmir. Belə ki, o, karxanada yeganə gözətçidir. İki növbə işləyir. Özünün şəxsi işi olan zaman iş yerini tərk etdiyi vaxtlar olmuş, həmin vaxtlarda kimsənin oğurluq etmə ehtimalı olmuşdur. O, ancaq iki təkər və bir ədəd ələk tipli avadanlğın mühərrikini oğurlamışdır. Mehmanın onun əvvəldən oğurladığı ələk tipli avadanlğın mühərrikindən xəbəri olmamış, yalnız iki ədəd təkərin oğurlanmasını bilmiş və həmin təkərləri onunla birlikdə Vladimirovka kəndi ərazisinə aparılmışdır. Hazırda əməlindən peşimandır. Maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilməmişdir. Göstərilənləri nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus Vaz 2106 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi kimi fəaliyyət ilə məşğul olur, eyni zamanda Quba şəhəri, Vaqif küçəsində avtomobillərin rənglənməsi sexində rəngsaz işləyir. Təqsirləndirilən şəxs1 təxminən 3 ildir ki, tanıyır. Sönməzi bir neçə dəfə taksi kimi müxtəlif ünvanlara aparmışdır. 2022-ci ilin aprel ayının ortalarında gündüz saatlarında o, işlədiyi sexdə olan zaman Sönməz sexə gələrək iki ədəd təkəri avtomobili ilə karyerin ərazisindən çıxarılmasına və Quba rayonu, Vladimirovka kəndində olan tanışı Fuad adlı şəxsə aparılmasına köməklik göstərməsini istəmiş, qarşılığında ona 30 manat pul verəcəyini bildirmişdir. Adətən həmin yolu 10 manata getmək olarsa, təkərlər ağır və həcmli olduğu üçün Sönməz ona 30 manat təklif etmiş, o da razılaşmışdır. Həmin gün axşam saat 9-10 radələrində o, Sönməzin işlədiyi karyerin yaxınlığına getmiş və karyerin girişində “Kamaz” avtomobilə məxsus iki ədəd təkəri görmüşdür. O, karyerin içərisinə girməmiş, Sönməzlə birlikdə həmin təkərləri karyerin girişindən götürüb birini idarə etdiyi avtomobilin baqaj hissəsinə, digərini isə avtomobilin üst hissəsində quraşdırılmış yük yerinə qoyub Vladimirovka kəndinə yola çıxmışlar. Yolda Sönməz ona 30 manat pul vermişdir. O, avtomobilini Sönməzin istəyi ilə Vladimirovka kəndinin ərazisində yolun kənarında dayanmış “Kamaz” markalı avtomobilin yanına saxlamış, onlar təkərləri maşından düşürdüb həmin “Kamaz”ın yanına qoymuşlar. Sonra o, avtomobili ilə Quba şəhərinə qayıtmış, Sönməz isə orada qalmışdır. Sonradan ona məlum olmuşdur ki, Sönməz həmin iki ədəd təkəri işlədiyi karyerdən oğurlamışdır. "xxxx" MMC-dən edilmiş digər oğurluqlar barədə xəbəri olmamışdır. Sönməz ona yalnız karyerin yanında iki ədəd “Kamaz” markalı avtomobilin təkərini götürmələrini bildirmişdir. O, Sönməzin həmin təkərləri oğurlamaq istədiyini bilməmişdir. Sönməz karyerdə mühafizəçi işləyir. Ona görə də onun karyerdən oğurluq etməsi barədə şübhələnməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs2 bildirdi ki, həmin gün gündüz saatlarında Sönməz onunla razılaşıb karyerin yaxınlığına gəlməsini demiş, lakin qabaqcadan ona pul verməmiş nə də, oğurluq etmək fikrində olması barədə heç nə deməmişdir. Axşam saat 9-10 radələrində o, təkərləri Vladimirovka kəndi ərazisində yolun kənarında düşürmüş, Sönməzi də orada qoyub evinə qayıtmışdır. Ona görə də, Sönməzin Fuad adlı şəxsə təkərləri satması, Fuadın ona pul verməsinin şahidi olmamışdır. O, əvvəllər də Sönməzi müxtəlif ünvanlara aparıb gətirsə də, cari ilin aprel ayında cəmi bir dəfə karyer ərazisində olmuş və bir dəfəyə cəmi iki təkərin daşınmasını həyata keçirmişdir. Hazırda əməlindən peşimandır. Göstərilənləri nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2014-cü ilin oktyabr ayından Quba rayonu Timiryazev qəsəbəsində yerləşən Daş Çınqıl MMC-nin direktor vəzifəsində işləyir. O, aprel ayının axırlarında karyerin ərazisinə baxış keçirən zaman 01 ədəd ələk tipli avadanlıqların motorunun, 100 metr uzunluqda qaynaq aparatının kabelinin, 03 yük maşını həcmində daş tozunun, 15 ədəd transportyorun rolikinin, 36/26 ölçüdə ələk tipli avadanlığın podşipnikin oğurlandığını görmüş və bu barədə əvvəlcə gözətçi işləyən Təqsirləndirilən şəxs1 sorğulamışdır. Təqsirləndirilən şəxs1 etiraf edərək, yalnız motoru oğurladığını bildirmiş və əməkhaqqı alan kimi dəymiş ziyanı ödəyəcəyi barədə vəd verərək ona bir həftə möhlət verilməsini xahiş etmişdir. O da razılaşmış və bu barədə polis orqanına şikayət etməmişdir. Bir neçə gün sonra o, Bakı şəhərindən olan bir nəfər şəxslə karyerin ərazisinə baxış keçirən zaman iki ədəd “Kamaz” markalı avtomobilin 8 ədəd təkərinin (iki “Kamaz” markalı avtomobilə məxsus, hər avtomobildən 4 ədəd təkər) oğrulandığını, yeni təkərlərin yerinə köhnə, yararsız təkərlərin quraşdırıldığını görmüşdür. Həmçinin karxanada olan çınqıl da oğurlanmış yerinə torpaq tökülmüşdür. Sonradan ona məlum olmuşdur ki, həmin oğurluqları karxanada mühafizəçi işləyən Təqsirləndirilən şəxs1 və yükləyici işləyən X7 törətmişlər. Sonradan Nail oğurladığı rolikləri və podşipnikləri ona qaytarmışdır. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi bildirdi ki, Təqsirləndirilən şəxs1 2019-cu il tarixdən 2022-ci ilin may ayının 6-dək karxanada mühafizəçi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs1 vəzifəsi karxanada olan bütün avadanlıqların mühafizəsini təmin etməkdən ibarət olmuşdur. Karxanada olan bütün əşyaların və avadanlıqların mühafizəsinə o, cavabdeh olmuşdur. Karxanadan çınqılı yalnız ekskavatorla yük maşınlarına yükləyib bir neçə reys etməklə aparmaq olardı. Nail Şıxməmmədov 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayınadək işlədiyi karxanada yükləyici avtomaşının sürücüsü vəzifəsində işləmişdir. Dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərin tutulmasını istəmir, lakin dəymiş ziyanın tam ödənilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özünə məxsus “Kamaz” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə müxtəlif karyerlərə daş, torpaq və çındıq daşıyır. Təqsirləndirilən şəxs1 tanıyır. “Kamaz” markalı avtomobilinə təkər lazım olduğu üçün tanışlara işlənmiş təkərlərin tapılmasında köməklik göstərməsini xahiş etmişdir. 2022-ci ilin aprel ayının ortalarında o, Quba şəhərindəki vulkanizasiya sexində olarkən Sönməz oraya gəlib ona iki ədəd “Kamaz” markalı avtomobil üçün təkər lazım olub-olmadığını soruşmuş, o da lazım olduğunu demişdir. Bir neçə saat sonra o, yaşadığı evdə olarkən Sönməz Mehmanla birlikdə ona məxsus Vaz 2106 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə onlara gəlmişlər. Həmin vaxt Sönməz və Mehman ona iki ədəd “Kamaz” markalı avtomobil üçün təkər göstərdmiş, o, həmin təkərləri onlardan 200 manata almışdır. 200 manat pulu Sönməzə vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona həmin təkərlərin özünə məxsus olduğunu demişdir. Sonradan o, bilmişdir ki, həmin təkərlər oğurlanmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər ona başqa əşyalar satmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə-əmtəəşunaslıq ekspertizası) xx.xx.2022-ci il tarixli, 9/6548 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4360 manat müəyyən edilir. O cümlədən 08 ədəd “Kamaz” markalı yük avtomobilinə məxsus təkər 1200 (8x150) manat, 08 ədəd “Kamaz” markalı yük avtomobilinə məxsus disk 560 (8x70) manat, 01 ədəd Ələk tipli avadanlığın mühərriki 600 manat, 100 metr uzunluqda qaynaq aparatının kabeli 500 (100x5), 100 kubmetr atsep 1500 manat müəyyən edilir. Beləliklə məhkəmədə tədqiq edilən sübutlarla X3 verilmiş ittihamda onun Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq oğurlanmasıgöstərilən əmlaklardan, Daş çınqıl MMC”-nin karxanasının həyətindən onların birlikdə “Kamaz” markalı avtomobilə məxsus 02 ədəd təkərlərin, Təqsirləndirilən şəxs1 tək özü olaraq isə ələk tipli avadanlğın mühərrikinin gizli yolla ələ keçirmələri tam təsdiqini tapır. İttihamda göstərilən digər əmlaklara gəldikdə, onların hazırki iş üzrə təqsirləndirilən şəxslər tərəfindən oğurlanmasına dair ittiham tərəfi məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və bu cür sübutlar iş materiallarında da mövcud deyildir. Belə ki, ittihamda göstərilən 06 ədəd “Kamaz” markalı yük avtomoblinə məxsus təkərlərin, 08 ədəd “Kamaz” markalı yük avtomobilinə məxsus təkər disklərinin, 100 metr uzunluqda qaynaq aparatının kabelininin, 100 kub metr həcmində atsepin həqiqətəndə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlandığını, bunu hansı şəraitdə etdiklərini, oğurlanmış əmlakların kimlərə satılmasını, 100 kub metr atsepin kim tərəfindən hansı yükləyici ilə yüklənməsini, hansı yük avtomobilləri ilə daşınmasını və hansı ünvana aparılmasını və s. təsdiq edə biləcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda təqsirləndirilən şəxslər də bu əmlakları oğurlamadıqlarını bildirmişlər. Onu da qeyd etmək lazımdır ki, zərərçəkmiş hüquqi şəsxin nümayəndəsi qeyd olunan əmlakların ümumiyyətlə mövcudluğuna, onların mühafizəyə təhvil verilməsinə dair (təhvil-təslim aktı, inventarizasiya sənədləri, çınqılın qanuni əsaslarla hasil edilib yığılması və həcminə) sənədləri müvafiq sənədləri də nə ibtidai istintaqa, nədə ki məhkəməyə təqdim etməmişdir. Karyerdə quraşdırılan videomüşfhidə kameralarının görüntülərinin də mövcud olmadığı onun tərəfindən məhkəməyə bildirilmişdir. Bundan başqa, ittihamda qeyd olunan ələk tipli avadanlğın mühərrikinin oğurlanmasıda Təqsirləndirilən şəxs2 hər hansı bir formada iştirakını sübut edə biləcək hallar da məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs2 karyerdən daşıdığı təkərlərin oğurluq olmasının bilməməsi barədə ifadəsini inandırıcı hesab etmir və buna tənqidi yanaşır. Belə ki, Təqsirləndirilən şəxs2 özü etiraf edir ki, gediş haqqı 10 manat olan yol üçün Sönməz ona 30 manat ödəmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 karyerdə gözətçi işlədiyini qabaqcadan bilmiş, onun karyerdən gecə vaxtı “Kamaz” markalı avtomobil təkərlərinin aparması onda şübhə yaratmalı və o bu barədə Sönməzdən soruşmalı idi. Lakin, məhkəmədə məlum olduğu kimi Mehman bu barədə Sönməzə sual verməmiş, təkərlərin kimə məxsus olduğunu və nəyə görə satdığını aydınlaşdırmamışdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə əsas verir ki, onlar qabaqcadan bu oğurluq barədə öz aralarında razılaşmış və Mehman bu oğurluqda köməkçi qismində iştirak etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, “mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir.” «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir.» Azərbaycan Respublikası CM 14.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin 223-cü maddəsinə görə, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. Bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində həmçinin cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Cinayət Hüququ ədəbiyyatına görə, cinayətin əsas əlamətləri bütün konkret cinayət tərkiblərinə daxil olan zəruri əlamətlərdir. Əlavə əlamətlər isə zəruri əlamətləri konkretləşdirir, ayrı-ayrı cinayət növlərinin xüsusiyyətlərini xarakterizə edir. Fakultativ əlamətlər cinayətin obyektində – əlavə obyekti, cinayətin predmetini; cinayətin obyektiv cəhətində – cinayətin üsulunu, cinayətin baş verdiyi məkanı və zamanı, cinayətin edilmə şəraitini; cinayətin subyektiv cəhətində – cinayətin motiv və məqsədini, emosional vəziyyəti; cinayətin subyektində – xüsusi subyekti səciyyələndirir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları haqqında Avropa Konvensiyasının presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, «əsaslı şübhə yeri qoymayan» sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 verilən ittihamdan “Quba şəhəri, Timiryazev qəsəbəsi ərazisində yerləşən “Daş çınqıl MMC”-nin karxanasının həyətindən 06 ədəd hər biri 150 manat dəyərində olmaqla 900 manat dəyərində “Kamaz” markalı yük avtomoblinə məxsus təkəri, 08 ədəd hər biri 70 manat olmaqla 560 manat dəyərində “Kamaz” markalı yük avtomobilinə məxsus təkər diskini, 100 metr uzunluqda 500 manat dəyərində qaynaq aparatının kabelini, 100 kub metr həcmində 1500 manat dəyərində atsepi, ümumilikdə "xxxx" MMC-yə məxsus 3460 (üç min dörd yüz altmış) manat dəyərində əmlakı gizli yoll talayaraq oğurluq etmə” ilə bağlı müddəalar xaric edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan “Quba şəhəri, Timiryazev qəsəbəsi ərazisində yerləşən “Daş çınqıl MMC”-nin karxanasının həyətindən 06 ədəd hər biri 150 manat dəyərində olmaqla 900 manat dəyərində “Kamaz” markalı yük avtomoblinə məxsus təkəri, 08 ədəd hər biri 70 manat olmaqla 560 manat dəyərində “Kamaz” markalı yük avtomobilinə məxsus təkər diskini, 01 ədəd 600 manat dəyərində Ələk tipli avadanlığın motorunu,100 metr uzunluqda 500 manat dəyərində qaynaq aparatının kabelini, 100 kub metr həcmində 1500 manat dəyərində atsepi, ümumilikdə "xxxx" MMCyə məxsus 4060 (dörd min altmış) manat dəyərində əmlakı gizli yoll talayaraq oğurluq etmə” ilə bağlı müddəalar xaric edilməldilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilir ki, X5 özgə əmlakını gizli olaraq talama məqsədi ilə Nümayəndə məxsus Quba şəhəri, Timiryazev qəsəbəsi ərazisində yerləşən “Daş çınqıl MMC”-nin karxanasının həyətindən vahid niyyətlə 2022-ci ilin aprel ayının əvvəllərində 01 ədəd 600 manat dəyərində ələk tipli avadanlığın mühərrikini, həmin ilin aprel ayının ortalarında isə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqacadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 02 ədəd hər biri 150 manat dəyərində olmaqla 300 manat dəyərində “Kamaz” markalı yük avtomoblinə məxsus təkəri ələ keçirərək, ümumilikdə “Daş Çınqıl" MMC-yə 900 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, X5 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqacadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2022-ci ilin aprel ayının ortalarında Nümayəndə məxsus Quba şəhəri, Timiryazev qəsəbəsi ərazisində yerləşən “Daş çınqıl MMC”-nin karxanasının həyətindən 02 ədəd hər biri 150 manat dəyərində olmaqla 300 manat dəyərində Kamaz markalı yük avtomoblinə məxsus təkəri ələ keçirərək, ümumilikdə “Daş Çınqıl" MMC-yə 300 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs X5 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X5 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X5 barəsində axtarış elan edimişdir; “axtarışda olan şəxsin tutulması haqqında barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Quba şəhərində saxlanılmış, Quba RPŞ-nə gətirilərək tutulmuş və MSY-nə təhvil verilmişdir; “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X5 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir; “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, X5 məhkumluğu olmayan şəxsdir; Quba RİHB-nın İspik İƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Quba rayonu, İspik kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan X5 evlidir, bir övladı var. X5 yaşayış yeri üzrə müsbət xarakterizə olunur; Doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə doğulmuş qızı vardır. Quba rayon mərkəzi xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X1 RMX-nın konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X2 ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli qismən etiraf edərək peşiman olmasını, himayəsində bir azyaşlı qızının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə təqsirləndirilən şəxs X2 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir; Quba RİHB-nın Quba şəhəri İƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs2 ailəsi həyat yoldaşı – Həbibə Məmmədova, atası Böyüağa Məmmədov və anası Sevinc Məmmədovadan ibarətdir. Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur; Məhkəmə elektron bazasından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2013-cü il təvəllüdlü Məryəm və xx.xx.2015-ci il təvəllüdlü Ömər adında yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli qismən etiraf edərək peşiman olmasını, himayəsində iki azyaşlı uşağın olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs2 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə X5 və Təqsirləndirilən şəxs2 – hər birinə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxslərin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. X2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. X2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş X5 və Təqsirləndirilən şəxs2 üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X5 və Təqsirləndirilən şəxs2 – hər birinin ayrı-ayrılıqda cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət işi üzrə keçirilmiş ekspertizaların xərci olan 50 (əlli) manat təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 verilən ittihamdan “Quba şəhəri, Timiryazev qəsəbəsi ərazisində yerləşən “Daş çınqıl MMC”-nin karxanasının həyətindən 06 ədəd hər biri 150 manat dəyərində olmaqla 900 manat dəyərində “Kamaz” markalı yük avtomoblinə məxsus təkəri, 08 ədəd hər biri 70 manat olmaqla 560 manat dəyərində “Kamaz” markalı yük avtomobilinə məxsus təkər diskini, 100 metr uzunluqda 500 manat dəyərində qaynaq aparatının kabelini, 100 kub metr həcmində 1500 manat dəyərində atsepi, ümumilikdə "xxxx" MMC-yə məxsus 3460 (üç min dörd yüz altmış) manat dəyərində əmlakı gizli yoll talayaraq oğurluq etmə” ilə bağlı müddəalar xaric edilsin. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdrıılması növündə cəza təyin edilsin. X2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X2 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. X2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan “Quba şəhəri, Timiryazev qəsəbəsi ərazisində yerləşən “Daş çınqıl MMC”-nin karxanasının həyətindən 06 ədəd hər biri 150 manat dəyərində olmaqla 900 manat dəyərində “Kamaz” markalı yük avtomoblinə məxsus təkəri, 08 ədəd hər biri 70 manat olmaqla 560 manat dəyərində “Kamaz” markalı yük avtomobilinə məxsus təkər diskini, 01 ədəd 600 manat dəyərində Ələk tipli avadanlığın motorunu,100 metr uzunluqda 500 manat dəyərində qaynaq aparatının kabelini, 100 kub metr həcmində 1500 manat dəyərində atsepi, ümumilikdə "xxxx" MMC-yə məxsus 4060 (dörd min altmış) manat dəyərində əmlakı gizli yoll talayaraq oğurluq etmə” ilə bağlı müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdrıılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizaların xərci olan 50 (əlli) manat təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-175/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-175/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver