Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-176/2022 16.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Quba rayon məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, ünvan 1 ünvanda yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə saat 22 radələrində sərxoş halda olarkən Quba şəhəri Vaqif küçəsində yerləşən “Oba market” adlanan mağazanın qarşısına gəlib orada yolda “Mersedes-Bens” markalı AZ **-BP-*** drovlət qeydiyyat nişanlı maşınını saxlamış Zərərçəkmiş şəxs maşınına yaxınlaşıb onunla heç bir əsaslı səbəb olmadan mübahisə edərək hüquq və qanuni mənafelərinə toxunan hər hansı bir qəsd mövcud olmadığı halda yaranmış cüzi narazılığı bəhanə gətirərək Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb onun maşınının qabaq sağ qapısını bərk örtməklə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını təmin edən qaydaları pozan, ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarını pozan qərəzli hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, həmçinin Zərərçəkmiş şəxs maşınının qarşısına keçib ondan avtomobildən düşməsini tələb etməsi ilə sonuncu maşından düşdükdən sonra isə onunla əlbəyaxa olub dalaşarkən onu yerə yıxaraq Zərərçəkmiş şəxs sağ saidın yuxarı 1/3-nin bayır səthində, sol saidin aşağı 1/3-nin bayır səthində, hər iki əlin arxa səthində, sağ və sol dizdə sıyrıqlardan ibarət, qəsdən sağlamlığına zərərvurmayan xəsarətlər yetirməklə, sonuncunun əynindəki 25 manat 50 qəpik dəyərində qara rəngli yay köynəyini çıraraq şəxs üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Quba şəhəri C.Cabbarl küçəsi ev 102-də yaşayır. Subaydır. Heç bir yerdə işləmir. 24 avqust 2022-ci il tarixdə Quba rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hazırda cəzasını Xəzər rayonu ərazisində yerləşən 17 saylı X3 çəkir. 14 iyun 2022-ci il tarixdə saat 22 radələrində o, sərxoş halda olarkən istədiyi Səkinəxanım adlı qızı qarşılamaq məqsədilə sonuncunun işlədiyi Quba şəhəri Vaqif küçəsində yerləşən “Oba market” adlı mağazanın qarşısına gəldikdə, orada Emin adlı tanışını maşınında oturan görüb ona yaxınlaşmışdır. O, Eminin maşınına yaxınlaşıb onun avtomobilin qabaq sağ qapısını açıb onunla salamlaşdıqdan sonra, qapını bərk örtdüyünə görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Eminlə əlbə-yaxa olaraq dalaşmışdır. Aralarındakı münaqişə təxminən 10-15 dəqiqə ərzində davam etmişdir. Bu zaman oraya gəlmiş Səkinəxanım, Murad və tanımadığıı digər şəxslər onları ayırmaq istəsələrdə münaqişə davam etmişdir. Bundan sonra hadisə yerinə gələn Elvin adlı polis əməkdaşı onları ayıraraq Quba RPŞ-nə aparmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus olan "Mersedes-Bens” markalı AZ **-BR-*** dövlət qeydiyyat nişanlı minik maşınında taksi fəaliyyəti ilə məşğul olur. 14 iyun 2022-ci il tarixdə saat 22 radələrində idarə etdiyi həmin maşınla Quba şəhəri Vaqif küçəsində yerləşən “Oba market” adlı mağazada işləyən Səkinəxanım adlı qızı evlərinə aparmaq məqsədilə həmin mağazanın qarşısına gəlmiş, orada maşını saxlayıb Səkinəxanımın işdən çıxmasını gözlədiyi zaman onun maşına əvvəldən tanıdığı Orxan adlı şəxs yaxınlaşaraq maşının qabaq sağ qapısın açmaqla onunla salamlaşıb maşına oturmaq istədikdə sonuncunun içkili halda olmasını görüb onun maşına qoymamışdır. Həmin vaxtı Orxan heç bir əsaslı səbəb olmadan nalayiq söyüşlər işlətməyə başlamış, o Orxana iradını bildirib ondan söyüş söyməməsini xahiş edərək “ayıbdır yaxından adamlar keçir” dedikdə, sonuncu cavabında yüksək tonda qışqıraraq ondan maşından çıxmasını tələb etməklə avtomobilinin qabaq sağ qapısını bərk vuraraq örtmüş və onun maşınının qarşısına keçmişdir. Həmin anda o, maşından düşərək “niyə görə qapını çırpmasını” ondan soruşduqda, Orxan üstünə gələrək onunla əlbəyaxa olub onunla dalaşmışdır. Qarşılıqlı dartışma zamanı Orxan əvvəlcə onun sağ qolundan və hər iki əllərindən yapışıb sıxarkən ona müxtəlif fiziki ağrılar yetirmiş, sonra onu yerə yıxdıqda sol qolundan və hər iki diz nahiyəsindən xəsarət almışdır. Eyni zamanda onu dartışdırıb yerə yıxdıqda əynindəki köynəyini də cırmışdır. Münaqişə olan vaxtı oraya yaxınlaşmış "Oba market” mağazasının işçiləri Səkinəxanım və Murad gəlib onları ayırmaq istəsələrdə Orxana onlara da məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Yalnız Elvin adlı polis əməkdaşı oraya gəldikdən sonra, Orxan sakitləşmişdir. Sonra hadisə yerinə gəlmiş polis əməkdaşları onları Quba RPŞ-nə aparmışlar. Polis şöbəsində o, hadisə ilə bağlı Orxandan şikayət ərizəsi yazmışdır. İfadəsinin sonunda Mirzəyev X1 aralarında yaranmış münaqişənin təxminən 10-15 dəqiqə davam etdiyini, həmin vaxtı Orxanı vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, hazırda təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba şəhəri Vaqif küçəsində yerləşən ‘‘Oba market” adlı mağazada baş satıcı işlədiyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Əfülfərz oğlunu tanıdığını, onlarla yaxın münasibəti, qohumluğu, şəxsi ədavət və düşmənçiliyi yoxdur. Həmçinin Orxanı iş yoldaşı Şahid2 dostu kimi tanıyır, Eminin isə taksi maşını sürüdüyü üçün həmişə işdən çıxanda onu evlərinə aparır. 14 iyun 2022-ci il tarixdə saat 22 radələrində iş yerində olarkən Emin telefonuna zəng edərək evə aparmaq üçün dalınca maşınla mağazanın qarşısına gəlib yolda onu gözlədiyi söylədikdən sonra, o hazırlaşıb mağazadan çıxdıqda içkili halda olan Orxanın Eminin maşınının qabaq sağ qapısını açıb onunla mübahisə etdiyini və nalayiq söyüşlər işlətdiyini görmüşdür. Həmin anda o, maşına əyləşmək istədikdə Orxana ona maşına oturmasına imkan verməmişdir. Bu zaman Orxan maşının qapısını bərk çırpıb örtmüş və Emindən maşından çıxmasını tələb etmişdir. Sonuncu maşında çıxdıqda onlar əvvəlcə maşından bir qədər irəlidə qaranlıq yerə çəkilib orada əlbəyaxa olub dartışmağa başlamış, həmin anda o və iş yoldaşı Şahid2 gəlib Orxanla Emini ayırmış, Emin onun istəyi ilə Orxandan aralaşıb öz maşınına minmək istədikdə Orxan əl çəkməmiş, Eminin arxasınca nalayiq söyüşlər işlətdiyinə və ona hücüm etdiyinə görə yenidən əlbəyaxa olmuşlar, o Muradla yenə araya girib onları ayırdıqda Orxan Eminə yumruq atmış, lakin onun yumruğu boşa çıxmış, hər ikisi yerə yıxılmışlar. Onların dartışaraq yıxılması zamanı Eminin köynəyi də cırılmışdır. Daha sonra həmin yerə Elvin adlı polis əməkdaşı gəlib onları ayıraraq Quba rayon polis şöbəsinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 oxşar məzmunlu ifadələr verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə məhkəmə-tibb ekspertizasının 16 iyun 2022ci il tarixli 396 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı onun bədənində üzərində müəyyən edilmiş xəsarət - sağ saidin yuxarı 1/3-nin bayır səthində, sol saidin aşağı 1/3-nin bayır səthində, hər iki əlin arxa səthində, sağ və sol dizdə sıyrıqlar olub, həmin xəsarətlər küt əşyanın təsirindən törənmiş və hadisənin baş verdiyi vaxta, yəni 14 iyun 2022-ci il tarixdə yetirilməyə uygun gəlir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığa zərərvurmayan olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və zərərçəkmiş şəxsin ifadələri, şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə tibb-ekspertizasının müvafiq rəyi və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Quba rayon məhkəməsinin hökmlərinin surətindən gürünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 21 aprel 2021 -ci İİ tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmiş, Quba rayon məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli 1427 №-li arayış və 1428 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs cinayətlərin məcmuyu qaydasında birinci hökmlə təyin edilmiş cəza hazırki hökmlı təyin olunmuş cəza ilə toplanılmaqla qəti cəza təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 88 manatın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 05 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan hadisə yerindəki müşahidə kamerasından götürülmüş 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza- çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-176/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-176/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver