Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-176/2023 01.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Quba rayonu Çarxaçu kəndində anadan Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu Çarxaçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Hacıqabul Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 iyun 2023-cü il tarixdə saat 15 radələrində BC 454016 nömrəli, B1,B, C1, C” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi VAZ 21214 markalı AZ **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba-Qonaqkənd yolunun Quba rayonu Qam-qam kəndi ərazisində Qonaqkənd kəndi istiqamətində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərini pozub avtomobilini 70 km/saat sürətlə hərəkət etdirən zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən hərəkət zamanı diqqətini avtomobilin idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmamalı, 1.1 üfüqi nişanlanma xəttini kəsib avtomobili qarşı əks hərəkət zolağına çıxarmamalı, qarşıdan əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamalı olduğu halda cinayətkarcasına etinasızlıq edərək qanunun qeyd olunan tələblərinə əməl etməyib həmin yolda Quba şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs3 Zeynal oğlunun idarə etdiyi VAZ 11183 markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı hərəkət zolağında toqquşmuş və nəticədə ehtiyyatsızlıqdan VAZ 11183 markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 alnın, sol dizin, sol baldırın orta 1/3-nin ön səthinin sıyrıqları, sol budun yuxarı 1/3-nin şişkinliyi, sol bud sümüyünün yerdəyişən sınığı olmaqla sağlamlığına az ağır, sərnişin Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün orta 1/3nin qapalı yerdəyişən sınığı və sol budun ön səthinin qançırı olmaqla sağlamlığına az ağır zərər və sürücü Zərərçəkmiş şəxs3 ağır dərəcəli travmatik şok, sol dizin ön səthinin əzilmiş yarası, sağ bud sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişmiş sınığı olmaqla sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 iyun 2023-cü il tarixdə səhər saatlarında özünə məxsus olan VAZ 21214 markalı **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobili Quba şəhərinə gəlib bazarlıq etdikdən sonra yenidən yaşadığı Çarxaçu kəndinə doğru yola düşmüşdür. Həmin günü Quba rayonu Qam-Qam kəndi ərazisində hərəkətdə olan zaman qarşıdan gələn avtomobilin yolun orta hissəsinə yaxın getdiyini görmüşdür. Həmin avtomobilin yanından ehtiyyatla keçmək üçün avtomobilimin əyləcini sıxmışdır. Bu zaman avtomobili sürüşmüş və qarşı hərəkət zolağı ilə hərəkət edən VAZ 11183 markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı VAZ 11183 markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü və iki nəfər sərnişin eləcədə onun özü müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hadisə baş verdikdən sonra xəsarət almış sürücünün və sərnişinlərin xəstəxana xərclərini qarşılamışdır. Bundan da əlavə olaraq mütəmadi olaraq həmin şəxslərlə görüşüb şəxsi ehtiyacları üçün pul da vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini bildirərək məhkəmədən onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 17 iyun 2023-cü il tarixdə ailə üzvləri və tanışları Şahid2la birlikdə qardaşı Eldənizin idarə etdiyi Lada Calina markalı avtomobillə Quba rayonu Cimi kəndinə yas mərasiminə getmişdir. Həmin günü yas mərasimində iştirak etdikdən sonra yenidən Quba rayonuna qayıtmaq istəmişdir. Yola düşməmişdən əvvəl digər tanışı Zərərçəkmiş şəxs2 da onların avtomobili ilə Qubaya qayıtmaq istədiyini bildirmiş və onların avtomobilinə əyləşmişdir. Bundan sonra qardaşı Eldənizin idarə etdiyi avtomobillə Quba rayonuna doğru yola düşmüşdür. Avtomobili qardaşı idarə etmiş, o, qabaq sağ sərnişin oturacağında əyləşmiş. Eldarla Şaiq isə arxa sərnişin oturacaqlarında əyləşmişlər. Quba rayonu Qam-Qam kəndi ərazisində Quba rayonundan doğru hərəkətdə olan zaman qarşıdan gələn Niva markalı avtomobilin yolda ziqzaqvari hərəkət etdiyini görmüşdür. Bu zaman həmin avtomobilin onların hərəkət istiqamətinə çıxdığını görmüşdür. Bu zaman qardaşı avtomobilimin əyləcini sıxsa da qarşıdan gələn VAZ 21214 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil onların hərəkət zolağında onların avtomobili ilə toqquşmuşdur. Toqquşmadan sonra təcili tibbi yardım avtomobili ilə o və qardaşı Quba RMX-na gəlmiş və həkimlər onlara ilkin tibbi yardım göstərmişlər. Hadisədən bir neçə gün keçdikdən sonra digər avtomobilin sürücüsünün Quba rayonu Çarxaçu kənd sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödəilməsini, onunla barışdığını və məhkəmədən təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 13 iyun 2023-cü il tarixdə Quba rayonu Cimi kəndinə getmişdir. Kənddə işlərini yekunlaşdıqdan sonra 17 iyun 2023-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs3 idarə etdiyi VAZ 11183 markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərinə doğru yola düşmüşdür. Avtomobili Eldəniz idarə etmiş, Eldənizin qardaşı Zeynal sağ qabaq sərnişin oturacağında əyləmiş, 0 isə Eldənizin arxasında sərnişin oturacağında əyləşmiş, digər tanışı Şahid2 isə onun yanında əyləşmişdir. Yolda olarkən, Quba rayonu Qam-Qam kəndi ərazisində qarşıdan gələn Niva markalı avtomobilin ziqzaqvari hərəkət etdiyini görmüşdür. Həmin avtomobil gah öz yolunda hərəkət edir, gah da onların yoluna çıxmışdır. Bu zaman Eldəniz avtomobilin əyləcini sıxmış və avtomobil sürətini azaltsada VAZ 21214 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili onların yolunda Eldənizin idarə etdiyi avtomobillə toqquşmuşdur. Toqquşmadan sonra onlar avtomobildən enmiş və bir qədər keçdikdən sonra təcili tibbi yardım avtomobili ilə onları Quba RDM-na aparmışlar. Xəstəxanada ona məlum olmuşdur ki, VAZ 21214 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobiliin sürücüsü Təqsirləndirilən şəxsdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödəilməsini, onunla barışdığını və məhkəmədən təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 17 iyun 2023-cü il tarixdə ailə üzvləri və tanışı Şahid2la birlikdə idarə etdiyi Lada Calina markalı avtomobili ilə Quba rayonu Cimi kəndinə yas mərasiminə getmişdir. Həmin günü yas mərasimində iştirak etdikdən sonra yenidən Quba rayonuna qayıtmaq istəmişdir. Yola düşməmişdən əvvəl digər tanışı Zərərçəkmiş şəxs2 da onun avtomobili ilə Qubaya qayıtmaq istədiyini bildirmiş və o da etiraz etməmişdir. Bundan sonra onun idarə etdiyi avtomobillə qardaşı Zeynal, Şaiq və Eldar Quba rayonuna doğru yola düşmüşdür. Avtomobili o idarə etmiş, qardaşı Zeynal qabaq sağ sərnişin oturacağında əyləşmiş. Eldarla Şaiq isə arxa sərnişin oturacaqlarında əyləşmişdir. Quba rayonu Qam-Qam kəndi ərazisində Quba rayonuna doğru hərəkətdə olan zaman qarşıdan gələn Niva markalı avtomobilin yolda ziqzaqvari hərəkət etdiyini görmüşdür. Bu zaman həmin avtomobilin onun hərəkət istiqamətinə çıxdığını görüb avtomobilinin əyləcini sıxsa da qarşıdan gələn Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21214 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkət zolağında idarə etdiyi avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə zamanı o, qardaşı Zeynal və sərnişin Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəlı bədən xəsarətləri almışlar.Toqquşmadan sonra, onları təcili tibbi yardım avtomobili ilə Quba RMX-na aparmışlar. Xəstəxanada həkimlər onlara ilkin tibbi yardım göstərmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödəilməsini, onunla barışdığını və məhkəmədən təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 17 iyun 2023cü il tarixdə günorta satlarında qardaşı Vüqar onunla əlaqə saxlayaraq Quba rayonu Qamqam kəndində yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. O, dərhal hadisə baş verən Quba rayonu Qam-qam kəndinə gəlmişdir. Hadisə yerinə çatdıqda qardaşının orada olmadığını görmüş və Quba RDM-na gəlmişdir. Quba RDM-da qardaşına və digər sürücü və sərnişinlərə tibbi yardım göstərildiyini görmüşdür. Hadisədən sonra qardaşı ilə birlikdə mütəmadi olaraq yol nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxslərin səhhəti ilə maraqlanmışdır. Qardaşının hadisədə günahkar olduğunu bildiyindən öz insanlıq borcunu yerinə yetirib digər sürücü və sərnişinlərin ümumilikdə 8085 manat xərcini qarşılamışdır. Həmçinin bundan da əlavə hadisədə günahsız olan digər sürücü Zərərçəkmiş şəxs3 da bir neçə ay 200 manatdan aylıq kredit ödənişlərini ödəmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə tibb ekspertizasının 18 iyun 2023-cü il tarixli 287 nömrəli rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar olunan xəsarətlər - ağır dərəcəli travmatik şok, sol dizin ön səthinin əzilmiş yarası, sağ bud sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişmiş sınığı bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH-si nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə tibb ekspertizasının 18 iyun 2023-cü il tarixli 288 nömrəli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alnın, sol dizin, sol baldırın orta 1/3-nin ön səthinin sıyrıqları, sol budun yuxarı 1/3-nin şişkinliyi, sol bud sümüyünün yerdəyişən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH-si nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə tibb ekspertizasının 17 avqust 2023-cü il tarixli 288 nömrəli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ bazu sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sımığı və sol budun ön səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH-si nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş və keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 24 avqust 2023-cü il tarixli 3-16-16/2- 8/2025 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1. Vaz- 21214 markalı 40-Bİ\/l-662 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Tağıyev maksimum hərəkət sürəti 3.24 «Maksimum məhdudlaşdırılması» qadağan nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Lada markalı **- RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarında olan BC seriyalı 454016 nömrəsli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs B1,B, C1,C kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum olunmamışdır. İş üzrə təyin edilmiş və keçirilmiş məhkəmə kimyəvi ekspertizasının 25 iyun 2023cü il tarixli 2193/K nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirtli aşakr edilmədi. Məhkəmə-kimya şöbəsində tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik vasitələrin və psixotrop maddələrin təyinatını aparmaq mümkün olmadı. Beləliklə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin, şahid ifadəsi, habelə məhkəmə tibb və yol-nəqliyyat hadisələri haqqında ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər subutlaral tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi zərəri tamamilə ödəməsini və onunla barışmasını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsini, onunla barışmalarını və ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, dövlət ittihamçısını və digər proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə görə cinayət qanununun 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törtəmiş şəxs zərərçəkmiş şəxslər barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin yazılı vəsatətlərindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tamamilə ödənilmiş və onlar barışmışlar. Zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məsələsi həll edilərkən qanunla nəzərdə tutulan əsaslarla yanaşı onun şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da məhkəmə tərəfindən araşdırılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RlHB-nın Xaltan kənd lƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Çarxaçu kəndində qeydiyyatda olmaqla yaşayır, arvadı X2 və qızı X1 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Quba RİHB-nın Xaltan kənd lƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən kürünür ki,Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə tutulmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə əsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-176/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-176/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver