Məhkəmə qərarları › İş №1(027)-177/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-177/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-177/2023 01.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxx 1964-cü il tarixdə Quba rayonu Qırmızı Sloboda qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, məhkumluğu olmayan, Quba rayonu Qırmızı qəsəbəsi Fətəlixan küçəsi ev 278-də daimi pasport qeydiyyatında olmaqla hərhin ünvanda yaşayan. barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, cəmisi 10,837 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq saxlamış, 12 avqust 2023cü il tarixdə saat 18:30 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu Qırmızı qəsəbəsində saxlanılararaq onun həmin qəsəbədə Fətəlixan küçəsi ev 278 ünvanında yaşadığı evə baxış keçirilərkən evin zal otağındakı daş kamin sobasının üstündəki siqaret qutusu içində gizlətdiyi 01 ədəd kibrit qutusunda təmiz çəkisi 9,458 qram, yaşadığı evin həyətindəki çardağın döşəməsi üzərində əzilmiş siqaret qutusunda gizlətdiyi 01 ədəd selofan bükülüdə təmiz çəkisi 0,984 qram və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,395 qram olmaqla ümumi çəkisi 10,837 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana kütlələri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, bədənində olan ağrılara görə hərdən-bir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə üdir. 11 avqust 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı qəsəbənin ərazisindəki küçədə təsadüfən siqaret qutusunun içində bir ədəd kibrit qutusu, iki ədəd sellofan və kağız bükümlərdə narkotik vasitə mariuxana kütlələri tapmıış və gələcəkdə çəkməsi üçün tapdığı narkotik vasitəni yaşadığı evə aparmışdır. Tapdığı kibrit qutusunda olan narkotik vasitəni evindəki daş kamin sobasının üstünə qoymuşdur. Digər iki xırda kütlələri isə boş siqaret qutusuna qoymaqla çardağın yerindəki divar küncünə atmışdır. 12 avqust 2023-cü il tarixdə saat 18:30 radələrində evdə olarkən qapısını döymüş polis əməkdaşları onu çölə çağırmış və özlərini təqdim edərək Quba RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrdən istifadə etməsində və saxlamağında şübhəli bilindiyini izah etmiş, ona hüquqlarının müdafiəsi üçün bir nəfər vəkil də təqdim etmişlər. Bundan sonra əvvəlcə videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparmışlar. Lakin onun üstündə qanunsuz heçnə aşkar edilməmişdir. Polis əməkdaşları ondan başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda, onlara evində narkotik vasitə saxladığı etiraf edərək polis əməkdaşlarını evinə baxış keçirməyə dəvət etmişdir. Videoçəkilişdən istifadə edilməklə yaşadığı evə və həyətyanı sahəyə baxış keçirərkən polis əməkdaşları evin zal otağındakı daş kamin sobasının üstündəki siqaret qutusu içində gizlətdiyi 01 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı və yaşadığı evin həyətindəki çardağın döşəməsi üzərində siqaret qutusunda kağız bükümdə gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananı aşkar edərək götürmüşlər. Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Baxış və şəxsi axtarış zamanı ona polis əməkdaşları tərəfindən heç bir təzyiq edilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və ayaqlarında və fəqərəsində ağrıların olmasını bildirib məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba rayonu Qırmızı qəsəbə Fətəlixan küçəsi ev 278-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana istifadə etməsi, daşıması və saxlaması barədə əldə olunmuş əməliyyat məlumatı ilə bağlı həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsində iştirak etmişlər. Belə ki o, əməliyyat qrupunun üzvləri ilə birlikdə 12 avqust 2023-cü il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə gələrək onu çölə çağırıb özlərini təqdim etmişlər. İlk olaraq onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib ona təqdim edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışlar. Şəxsi axtarış zaman Təqsirləndirilən şəxs üzərindən qanunsuz heçnə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs öz razılığı ilə onun yaşadığı evinə daxil olunmuş, yaşayış eviində baxış keçirilmişdir. Baxış zamanı evin zal otağındakı daş kamin sobasının üstündəki siqaret qutusunun içində olan 01 ədəd kibrit qutusunda, yaşadığı evin həyətindəki çardağın döşəməsi üzərində əzilmiş siqaret qutusunda 01 ədəd selofan bükülüdə və 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana kütlələri aşkar edərək götürmüşlər. Aşkar edilmiş narkotik maddə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra baxışı keçirən təhqiqatçı tərəfindən protokol tərtib edilmiş. protokoların məzmunu ilə tanış olduqdan sonra digər iştirakçılar kimi o da protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək və məhkəmə istintaqı zamanı təhqiq edilmiş göstərilən xususatları bir daha təsdiq etmişdir. Şahidlər Şahid4 və Şahid5 məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-bioloji ekspertizasının 13 avqust 2023-cü il tarixli 3-16-16/2- 7/1156 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 01 ədəd kağız bükülüdə təmiz çəkisi 0,395 qram, 01 ədəd selofan bükülüdə təmiz çəkisi 0,984 qram və 01 ədəd kibrit qutusunda 9,458 qram olmaqla ümumi çəkisi 10,837 qram olan tərkibində bitki mənşəli narkotik maddələr, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş cəmi 03 ədəd kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi - 10,837 qram, tədqiqata sərf edildi - 0,06 qram, (hər obyektdən 0,02 qram), qalıq - 10,777 qramdır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 14 sentyabr 2023-cü il tarixli 4553 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabionoidlərdən istifadə etmə halları olub, hal-hazırda onun müayinəsi zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. O, narkomaniya xəstəliyindən əzab çəkir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışı və yaşadığı Quba rayonu Qırmızı qəsəbə Fətəlixan küçəsi 278 saylı evə baxışın keçirilməsinin keçirilməsini özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Quba RPŞ-nin əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evin zal otağındakı daş kamin sobasının üstündəki siqaret qutusunun içində saxladığı 01 ədəd kibrit qutusunda və yaşadığı evin həyətindəki çardağın döşəməsi üzərində olan siqaret qutusundan 01 ədəd selofan bükülüdə və 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddəni aşkar edərək götürmüşlər. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının müvafiq rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Quba RİHB-nın Qırmızı Qırmızı qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli 198 №-li arayışdan və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 12 avqust 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsna xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 72 manatın Təqsirləndirilən şəxsndan tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 saat üçün Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,777 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72 manat Təqsirləndirilən şəxsndan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxsna xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, ekspertiza tədqiqatında sonra qalıq çəkisi 10,777 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar