Məhkəmə qərarları › İş №1(027)-178/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-178/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-178/2022 29.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Quba rayonunun, Susayqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Quba rayonu, Susayqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs hərəkətlərini bir biri ilə şüurlu surətdə uzlaşdırıb xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Quba rayonu Susayqışlaq kəndində yerləşən tanışı Zərərçəkmiş şəxs Yunis qızının işlətdiyi “ Kəndimiz “ kafesində pivə içən zaman o, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan insanların gözü qarşısında nalayiq ifadələr işlədib, gecə vaxtı insanların rahatlığını pozaraq yumruqla qəsdən Zərərçəkmiş şəxs Yunis qızının baş və sifət nahiyələrinə vuraraq sonuncuya sol gözünün altında qançır kimi xəsarət yetirməklə dərəcəsinə görə sağlamlığa zərər vurmaya aid olmayan bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba rayonu Susayqışlaq kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs ilə aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur. Zərərçəkmiş şəxs təxminən 2018-ci ilin sentyabr-oktyabr aylarından tanımış və elə həmin vaxtdan da onunla qeyri rəsmi münasibətdə yaşamışdır. Kamilə onun yaşadığı Susayqışlaq kəndi ərazisində yerləşən “Kəndimiz” kafesini icarəyə götürüb işlədir. O, mütəmadi olaraq həmin kafeyə gedib gəlirmiş. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində o, həmkəndliləri Niyam, Samir adlı şəxslərlə birlikdə “Kəndimiz” kafesinə getmişdir. Niyam və Samir başqa masada oturub özlərinə çay sifariş vermişlər. O, isə başqa masada əyləşib özünə piyvə sifariş verib 2-3 bakal piyvə işmişdir. Onlar kafeyə gələndən təxminən 10 dəqiqə sonra Kamilə kafeyə gəlmişdir. O, telefonunda mahnıya qulaq asaraq mahnının sözlərini özü bildiyi kimi nalayiq sözlərlə bəzəyib oxuyarkən Kamilə ona iradını bildirmişdir. İçkili olduğu üçün o, Kamilənin dediklərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdiyi üçün Kamilə ona və digər müştərilərə kafeni bağlamaq istədiyini bildirmişdir. O, həmin vaxt kafedən çıxıb getməyəcəyini bildirərək orada olan müştərilərə hesabı verməməyi tapşıraraq, hesabı verənin barəsində nalayiq söyüş söymüşdür. Kamilə inadla onun kafedən çıxıb ketməsini tələb etdikdə, əsəbləşib yumruqla onun üz nahiyyəsinə bir dəfə vuraraq onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt orada olan həmkəndliləri Niyam, Samir və kafedə olan digər müştərilər onu kefinin çölünə çıxarmışlar. Kamilədə onun ardınça çölə çıxdığı üçün orada da onların 5-6 dəqiqə sözlə mübahisələri olmuşdur. Bundan sonra Niyam və Samir onu evlərinə aparmışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışdığını və himayəsində iki azyaşlı uşağının olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə Quba RPŞ-nə Səxavətin onu döyməsi barədə özü müraciət etmişdir. O, Təqsirləndirilən şəxs 2018-ci ildən etibarən tanıyır, onunla qohumluq əlaqəsi və eləcdə arlarında heç bir ədavət və düşmənçilikləri yoxdur. O, Səxavətlə nigahdan kənar qeyri rəsmi münasibətdə yaşamışdır. Səxavətin yaşadığı Quba rayonunun Susayqışlaq kəndində yerləşən “Kəndimiz“ kafesini icarəyə götürərək işlədir. Səxavət mütəmadi olaraq onun işlətdiyi kafeyə gəlib gedirmiş. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində o, kafedə olmayanda Səxavət həmkəndliləri X6 adlı şəxslərlə birlikdə kafeyə gəlmişlər. Onlar kafeyə gəldikdən təxminən 10 dəqiqə sonra o, işlətdiyi kafeyə gəlib görmüşdür ki, Səxavət işkili vəziyyətdə telefonunda mahnı qoyub qulaq asır və mahnının sözlərini nalayiq ifadələrə çevirib oxuyur. Kafedə istirahət edən digər şəxsləri nəzərə alıb o, həmin vaxt Səxavətə iradını bildirmişdir. Lakin Səxavət ona məhəl qoymayaraq öz hərəkətlərinin davam etdirdikdə, kafedə olan müştərilərə və o, cümlədən də Səxavətə və onun yanında olan şəxslərə bildirmişdir ki, kafeni bağlayır. Həmin vaxtı Səxavət getməkdən imtina edərək, kafedə olan müştərilərə hesabı verməməyi tapşıraraq hesabı verənin üçvünınü nalayiq söyüşlər söymüşdür. Həmin vaxt onunla Səxavətin arasında mübahisə yaranmış və Səxavət ucadan onun ünvanına nalayiq ifadələr işlədib ona yaxınlaşaraq yumruqla onun sifət nahiyyəsinə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt orada olan kafenin işçiləri və kafedə olan müştərilər Səxavəti tutub kafenin çölünə çıxarmışlar. Səxavət təxminən 5-6 dəqiqədə kafenin çölündə onun ünvanına nalayiq ifadələr işlədərək kafenin normal iş ahənginə mane olmuşdur. Bundan sonra Səxavətin həmkəndliləri X6 Səxavəti maşına mindirib evlərinə aparmışlar. Bundan sonra o,Quba rayon polis şöbəsinə gedib hadisə barədə məlumat vermişdir.İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Sabir oğlu ifadəsində göstərdi ki o, Quba rayonu Susayqışlaq kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Səxavət onun həmkəndlisidir onu uşaqlıqdan tanıyır. Kamiləni isə təxminən 2-3 ildirki, tanıyır o, Səxavət ilə qeyri rəsmi münasibətdə yaşamışdır. Kamilə 2-3 ildirki, kəndlərində yerləşən “Kəndimiz” kafesini icarə əsasında işlədir. Onun Səxavət və Kamilə ilə qohumluq əlaqəsi və eləcədə düşmənçilik və ədavəti yoxdur.xx.xx.2022-ci il tarixdə axşam saat 20 radələrində “Kəndimiz“ kafesində həmkəndlisi Samir adlı şəxslə oturub çay içirmişlər. Səxavət isə həmin vaxt başqa masada oturub pivə içmişdir. Həmin vaxt Kamilə ilə Səxavətin arasınada, Səxavətin telefonda yüksək səslə mahnıya qulaq asdığı üçün mübahisə yarandı və onlar bir-birilərinin ünvanına nalayiq ifadələr işlədərək sözlə mübahisələri davam etdirdilər. Həmin vaxtı kafedə onlardan başqa tanımadığı bir neçə nəfər müştəridə olmuşdur. Bu zaman Kamilə kafedə olan bütün müştərilərə bildirmişdir ki, kafeni bağlayır və xahiş etmişdir ki, hamı kafeni tərk etsin. Bundan sonra, Səxavət kafedən getməyəcəyini bildirərək, kafedə olan müştərilərə hesabı verməməyi tapşırmışdır. Səxavətin bu hərəkətindən sonra, onların arasında olan mübahisə davam etmiş və onlar bir-birilərinin ünvanına nalayiq söyüşlər söyməyə davam etmişlər. O, və kafedə olan digər şəxslər Səxavətlə Kamiləni sakitləşdirməyə çalışmışlar. Həmin vaxt o, Kamiləni kafenin mətbəxinə aparmışdır. Orada olan şəxslər isə Səxavəti kafenin çölünə çıxarmışlar. Səxavət kafenin girişində bir neçə dəqiqə dayanıb Kamilənin ünvanına nalayiq ifadələr işlətsədə o.və Samir maşına mindirib onu evlərinə aparmışlar. Həmin vaxt Kamilə ilə Səxavəti sakitləşdirməyə çalışan başqa şəxslərində olduğu üçün aralıq qarışıq olmuş və o, Səxavətin Kamiləni vurub vurmadığını görməmişdir. Onların aralarında baş verən mübahisə təxminən 30 dəqiqəyə yaxın davam etmiş və orada tanımadığı bir çox insanlar olmuşdur. İşin materiallarında olan məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 170 saylı rəyindən görünür ki, 1984-cü təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gözün altında qançır, küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxtda yəni, xx.xx.2022-ci il tarixinə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri, şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Altuc Ərazi X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 199 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Aşağı Altuc kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materizallarında olan AZE-11772308 və AZE-11772325 saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci və xx.xx.2010-cu il təvvəlüdlü iki azyaşlı üşağı var. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutlmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 04 saat üçün 24 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, aylıq qazancından 15 (on beş) faiz dövlət nəfinə tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilkin tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar