Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-179/2021 22.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Quba şəhəri M.Hüseynzadə küçəsi ev 34-də daimi pasport qeydiyyatında olmaqla hazırda faktiki olaraq həmin ünvanda yaşayan, 18 avqust 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 05 ədəd bükümlərdə ümumi təmiz çəkisi 0,158 qramdan çox psixotrop maddə metamfetamini və 12 ədəd bükümlərdə ümumi təmiz çəkisi 0,228 qramdan çox narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq saxlamış, 16 avqust 2021-ci il tarixdə saat 15.20 radələrində Quba rayonu Qırmızı qəsəbəsi ərazisində xidmət aparan Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq onun üzərində şəxsi axtarış aparılarkən əynindəki idman şalvarının sağ cibində gizlətdiyi 01 ədəd “Maqna” kibrit qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 05 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,040 qram, 0,031 qram, 0,028 qram, 0,030 qram, 0,029 qram olmaqla ümumi təmiz çəkisi 0,158 qram təşkil edən, ağ rəngli kristallik formadakı xarici görünüşü əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin kütlələri və 12 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,028 qram, 0,025 qram, 0,016 qram, 0,011 qram, 0,026 qram, 0,010 qram, 0,012 qram, 0,019 qram, 0,028 qram, 0,014 qram, 0,012 qram və 0,027 qram olmaqla ümumi təmiz çəkisi 0,228 qram təşkil edən, qəhvəyi rəngli maddə, xarici görünüşü əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin kütlələri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulmamışdan əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində avtoyuma mərkəzində işləmişdir. Orada işlədiyi müddətdə avtoyuma mərkəzinin yaxınında olan zibil qablarının yanında selofan torbaya bükülmüş şəkildə cəmisi 21 ədəd bükülüdə, içərisində bir hissəsi narkotik vasitə heroin kütləsi və bir hissəsi psixotrop maddə metamfetamin kütləsi olduğu bağlamanı tapmışdır. O, tapdığı selofan torbadakı həmin bükümlərdən, biri heroin, digər biri metamfetamin olan iki ədəd bükümü Bakı şəhərində baxmaq üçün açdığı vaxt yerə dağıtmış və onlardan istifadə edə bilməmişdir. Yerdə qalanlarını isə bir müddət işlədiyi avtoyuma mərkəzində gizlətmişdir. Sonralar onları özü ilə götürüb üzərində daşıyaraq özündə saxlamış və həmin bükümlərdən, metamfetamin kütləsində olan bir ədədini Quba rayonu ərazisində istifadə etmişdir. O, Bakı şəhərindən Quba rayonuna tutulmasından təxminən 10 gün əvvəl gəlmişdir. 16 avqust 2021-ci il tarixdə tapdığı narkotik vasitəni istifadə etmək üçün Quba şəhəri, Qırmızı qəsəbə, Sahil küçəsinə gəlmişdir. Həmin vaxtı o, bir hasarın yaxınlığında çöməlib özündəki bükümlərdən birisini açıb onda olan metamfetamini istifadə etmək istədikdə ora təsadüfən polis əməkdaşları gəlmişlər. Bu məqamda o, istifadə etmək üçün əlində açdığı həmin bükümü yerə atmışdır. Həmin vaxtı polislər özlərini Quba rayon polis şöbəsinin əməkdaşı kimi təqdim edib ona yaxınlaşmışlar. Sonra polislər onun narkotik vasitələrin istifadəsində, üzərində gəzdirməkdə və saxlamaqda şübhəli olduğunu bildirib şübhəli şəxs kimi tutmaqla ona hüquqlarını izah edərək müdafiəçi qismində bir nəfər vəkili təqdim etmiş və onun üzərinə video çəkilişlə şəxsi axtarış aparmışlar. Həmin vaxtı polislər ona üzərində narkotik vasitənin olub-olmamasını soruşmuş və üzərindəki əşyaları çıxardıb təqdim etməsini təklif etmişlər. Bu zaman onun üzərində idman şalvarının sağ cibində bir ədəd “Magna” siqaret qutusu, həmin qutunun içərisində isə cəmisi 17 ədəd bükülüdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin kütlələri aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları ondan həmin bükümləri haradan aldığını soruşduqda onları Bakı şəhərində tapdığını etiraf etmişdir. Bundan sonra, aşkar edilmiş bükümlər onun iştirakı ilə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən 01 ədəd “Nokiya” markalı köhnə mobil telefon, 01 ədəd alışqan və 27 manat 20 qəpik pul vəsaiti də aşkar edilmişdir. Bundan sonra müvafiq protokol tərtib edilmiş, orada yazılanlarla tanış olub protokola imza etmişdir. Daha sonra, polis əməkdaşları onun Quba şəhəri, M.Hüseynzadə küçəsi ev 34də yaşadığı evinə də baxış keçirmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını göstərərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, hal-hazırda Quba RPŞ-nin CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. 16 avqust 2021-ci il tarixdə Quba RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 raportu əsasında Quba rayonu, Qırmızı qəsəbə, Sahil küçəsində saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ cibində bir ədəd “Magna” siqaret qutusu, həmin qutunun içərisindən isə 17 ədəd bükülü vəziyyətdə narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə oxşar kütlələri, bir ədəd alışqan, bir ədəd “Nokiya” telefonu, 27 manat, 20 qəpik pul aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş narkotik vasitələri haradan aldığı soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümləri Bakı şəhərində işlədiyi vaxt tapmışdır. Bundan sonra, aşkar edilmiş narkotik maddəyə bənzər kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Əməliyyat işinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən yaşadığı evə də baxış keçirilmiş, lakin qanunsuz heçnə aşkar edilməyərək protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid3 və Şahid4 oxşar məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə kimyəvi ekspertizasının 17 avqust 2021-ci il tarixli 6/3545 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmış, 05 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,040 qram, 0,031 qram, 0,028 qram, 0,030 qram, 0,029 qram olmaqla ümumi təmiz çəkisi 0,158 qram təşkil edən, ağ rəngli kristallik formada, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər 12 ədəd bükümlərdə ayrıayrılıqda çəkiləri 0,028 qram, 0,025 qram, 0,016 qram, 0,011 qram, 0,026 qram, 0,010 qram, 0,012 qram, 0,019 qram, 0,028 qram, 0,014 qram, 0,012 qram və 0,027 qram olmaqla ümumi təmiz çəkisi 0,228 qram təşkil edən, qəhvəyi rəngli maddə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadagan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadagan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1)Heroin ümumi təmiz çəkisi 0,228 qram təşkil edir, tədqiqata sərf edildi -- 0,06 qram, qalıq isə 0,168 qramdır. 2)Metamfetamin təmiz çəkisi 0,158 qram təşkil edir, tədqiqata sərf edildi -- 0,025 qram, qalıq isə 0,133 qramdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının 11 noyabr 2021-ci il tarixli 4424 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu etmə yəni narkomaniya xəstəliyi əlamətləri aşkar olunur. O, narkomaniya xəstəlyindən əzab çəkir, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində axtarışın və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, 16 avqust 2021-ci il tarixdə Quba rayonu Qırmızı qəsəbə Sahil küçəsində saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ cibindən bir ədəd “Magna” siqaret qutusunun içərisində 17 ədəd büküm , 01 ədəd alışqan, 01 ədəd “Nokiya” markalı telefon, 27 manat 20 qəpik pul aşkar edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 noyabr 2021-ci il tarixli 313 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri M.Hüseynzadə küçəsi ev 34-də yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 16.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində-həbs etmənin əvvəli 16.08.2021-ci il tarixdən hesablanmaqla Quba Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni quvvəyə minənədək dəyişdirilmədən qüüvvəsində saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 65 (altımış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, maddi subut olan və Quba rayon Polis şöbəsində saxlanılan narkotik vasitənin ekspert rəyindən sonrakı qalığı, yəni, 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, ekspertiza tədqiqatından sonra 05 ədəd bükümlərdə 0,133 qram çəkidə qalıq qalmış psixotrop maddə metamfetamin və 12 ədəd bükümlərdə 0,168 qram çəkidə qalıq qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altımış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, həmçinin iş üzrə maddi subut olan və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra, qalıq çəkiləri 0,133 qram çəkidə psixotrop maddə metamfetamin və 0,168 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-179/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-179/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver