Məhkəmə qərarları › İş №1(027)-18/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-18/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-18/2021 11.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə xx.xx.1977-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 7 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəlsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək CM-nin 67.1-ci maddəsinə əsasən 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli hökm ilə təyin eilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 il 7 ay 17 gün hissəsi 1 il 3 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, hazırda 14 saylı CÇM-də cəza çəkən, Quba şəhəri, Vaqif küçəsi, ev 91 ünvanında qeydiyyatda olmaqla yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayəti törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba rayon Məhkəməsində baxıldığı və iş üzrə hökm çıxarılmadığı halda təkrarən özgə əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək 2020-ci ilin iyun ayının ortalarında saat 09:30 radələrində Zərərçəkmiş şəxs məxsus Quba şəhəri, Qaqarin küçəsində yerləşən dülgər sexinin qapısından asılmış qıfılı dartıb açmaqla qanunsuz daxil olaraq bir ədəd 85,00 manat dəyərində, üzərində “Bosch GWS 10-125 professional” yazıları olan elektrik mişarını, bir ədəd 30,00 manat dəyərində, üzərində “Zubr 1800 Bt” yazıları olan elektrik mişarını, bir ədəd 150,00 manat dəyərində üzərində markalanma göstəriciləri olmayan elektrik mühərrikini, bir ədəd 70,00 manat dəyərində üzərində markalanma göstəriciləri olmayan elektriklə işləyən rəndəni, bir ədəd 40 manat dəyərində burğu alətini, ümumilikdə Zərərçəkmiş şəxs 375 (üç yüz yetmiş beş) manat dəyərində əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən 2020-ci ilin iyun ayının ortalarında saat 12 radələrində özgə əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs məxsus Quba şəhəri, Qaqarin küçəsində yerləşən dülgər sexinin qapısından asılmış qıfılı dartıb açmaqla qanunsuz daxil olaraq oradan bir ədəd 350,00 manat dəyərində üzərində “X4” yazıları olan elektrik generatorunu gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki o, heç bir yerdə işləmədiyinə görə ailəsini dolandırmaq üçün oğurluq etmək qərarına gəlmiş, yaşadığı məhəllədən iki küçə arxa tərəfdə yerləşən Qaqarin küçəsinin yuxarı hissəsində dülgər emalatxanasının olduğunu və həmin emalatxananın qapısında köhnə asma qıfılın olduğunu əvvəlcədən bilmiş, emalatxanada əvvəllər Laçın adlı tanışı işlədiyindən və Laçının yanına gedib-gəldiyindən emalatxanada olan əşyaların yerini bilmişdir. 2020-ci ilin iyun ayının ortalarında, səhər saat 09:30 radələrində emalatxana bağlı olduğu vaxt, ətrafda heç kimin olmadığını görüb yaxınlaşaraq asma qıfılı əli ilə dartıb açdıqdan sonra, qapını açaraq içəri daxil olmuş, emalatxananın içindən iki ədəd laqondanı, bir ədəd burğu alətini, bir ədəd elektrik mühərrikini və bir ədəd elektrik rəndəsini götürüb qapının qarşısına çıxararaq qapının qıfılını bağlamış, sonra gedib yoldan tanımadığı VAZ-2106 markalı taksi saxladıb əşyaları maşının baqaj hissəsinə yükləyib Quba rayonunun ərazisində metal tədarük edən Laçın adlı şəxsin metal qəbul etdiyi məntəqəyə aparmışdır. Laçının emalatxanasına çatıb elektrik mühərriki ilə elektrik rəndəsini Laçına 20 manata satmışdır. Oradan çıxıb həmin gün Hikmət adlı çilingər tanışına qırmızı rəngli laqondanı 15 manat satarq digər laqondanı burğu aləti ilə birlikdə Ərəstun adlı tanışına həmin gün 20 manata satmışdır. Əldə etdiyi pulları isə həmin gün siqaretə, çaya və digər zəruri ehtiyyaclarına xərcləmişdir. Pulu xərcləyib qurtardıqdan sonra, oğurluq üçün girmək yenidən həmin emalatxanaya qərara almışdır. Bu məqsədlə səhəri gün saat 12 radələrində eyni qaydada həmin emalatxanaya daxil olmuş və oradan sarı rəngli generator oğurlayıb yoldan keçən ağ rəngli VAZ- 2107 markalı taksiyə yükləyib avtobazaya gətirmişdir. Həmin generatoru avtobazada Şahin adlı şəxsə 70 manata satmışdır. Oğurladığı əşyaları satarkən Laçına, Hikmətə və Şahinə satdığı malların oğurlu olması barədə məlumat verməmişdir.İfadəsinin sonunda Təqsirləndirilən şəxs oğurladı əşyalar zərərçəkmiş şəxsə qaytaraq onunla barışıq əldə etdiyini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsin xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Quba şəhəri, Qaqarin küçəsində yerləşən emalatxana ona məxsusdur. Hazırda səhhəti ilə əlaqədar emalatxananı işlətmir. Emalatxananın qapı və pəncərələrində dəmir barmaqlıqlar olmuş və qapısı çin istehsalı olan asma- qıfılla bağlanmışdır. 2020-ci ilin iyun ayının ortalarında saat 17 radələrində qıfılı açıb emalatxanaya daxil olduqda emalatxadan özünə məxsus 2 ədəd laqondanın, 1 ədəd burğu alətinin (drel), 1 ədəd elektrik mühərrikinin, 1 ədəd elektrik rəndəsinin və 1 ədəd “Hoamax- Korea” markalı elektik generatorunun oğurlandığını görərək Quba rayon polis şöbəsinə müraciət etmişdir. Quba rayon polis şöbəsində aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, emalatxanadan oğurluq edən şəxs Quba rayon sakini Təqsirləndirilən şəxsdur.İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda oğurlanmış əşyalar ona tam olaraq qaytarıldığını bildirərək təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Quba şəhəri, 29-cu məhəllədə metal qəbulu məntəqəsi işlədir. xx.xx.2020-ci il tarixdə saat 09:56-da əvvəllər tanımadığı şəxs Təqsirləndirilən şəxs ona şəxsiyyət vəsiqəsi ilə metal kimi bir ədəd elektrik mühərriki və bir ədəd elektrik rəndəsi satmış, həmin əşyaları dəmir kimi çəkmiş və ikisi bir yerdə 32 kiloqram gəlmişdir. Həmin əşyaları Təqsirləndirilən şəxs 20 manat müqabilində almış, Əlidən həmin rəndə ilə mühərrikin haradan olmasını soruşanda Əli, həmin əşyaların ölmüş atasından qaldığını demişdir. Əlidən həmin əşyaları alanda öz jurnalında imza etdirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Quba şəhəri, avtobaza deyilən yerdə yerləşən avtotəmir emalatxanasında çilingər işləyir, 2020-ci ilin iyun ayının ortalarında günorta saatlarında iş yerinin həyətində olan “Tamerlan" kafesinin bayır tərəfinə qoyulmuş masada oturub çay içən vaxt Quba şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs yanına gələrək əlindəki bir ədəd laqondanı göstərib almaq istəyib istəmədiyini soruşmuş, Əli həmin laqondanı ona göstərəndə laqodanın işlək vəziyyətdə olmadığını, ehtiyyat hissə kimi işlədə biləcəyini bildirmiş, laqondanı neçiyə satdığını Əlidən soruşanda Əli həmin laqondanı 20 manata satdığını bildirmiş, laqondanın oğurluq olub-olmaması barədə Əlidən soruşanda Əli həmin laqondanın oğurluq olmadığını, öz həyətindən gətirdiyini demiş, laqonda qırmızı korpuslu olmuş, həmin laqondanın işlək vəziyyətdə olub- olmamasını yoxlamadan Əlidən 15 manata almış, qeyd olunan laqondanı təhqiqat araşdırması zamanı təqdim etmiş və Təqsirləndirilən şəxs laqondadan başqa ona hər hansı əşya satmamışdır. İşdə olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 9/3381 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 5 adda malların istifadə olunması nəzərə alınmaqla hazırkı vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 685,00 manat müəyyən edilir.-bir ədəd üzərində “Bosch GWS 10-125 professional” yazıları olan laqonda 85,00 manat,-bir ədəd üzərində“Zubr 1800 Bt” yazıları olan laqonda 30,00 manat,-bir ədəd üzərində markalanma göstəriciləri olmayan elektrik mühərriki 150,00 manat, -bir ədəd üzərində markalanma göstəriciləri olmayan elektriklə işləyən rəndə 70,00 manat-bir ədəd üzərində “X4” yazıları olan elektrik generatoru 350,00 manat dəyərindədir. İşdə olan Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 3007 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Mərkəzi X1 şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən, cinayət işinin materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü və xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 7 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 il 7 ay 17 gün hissəsi 1 il 3 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarınad olan xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 1 il 3 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərə alınmaqla onun barəsində qətimkan tədbiri seçilməmişdir. İşdə olan Quba RİHB-nın Quba şəhəri Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu ünvan 2 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan AZ-İİİN2763508 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü azyaşlı övladı vardır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Quba rayon Məhkəməsinə daxil olmuş ərizəsindən gürünür ki, ona məxsus olan elektrik avadanlıqları tam şəkildə ona qaytarıldığından Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, zərər çəkmiş şəxsin, şahidlərin ifadəsi, məhkəməəmtəəşunaslıq ekspertizasının rəyl və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü çıxarılmazdan əvvəl, yəni 2020-ci ilin iyun ayında törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs cinayətlərin məcmuyu qaydasında birinci hökmlə təyin edilmiş cəza hazırki hökmlı təyin olunmuş cəza ilə qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələriinin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəza Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il 03 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd üzərində “Bosch GVVS 10-125 professional” yazıları olan laqonda, bir ədəd üzərində “Zubr 1800 Bt” yazıları olan laqonda, bir ədəd üzərində markalanma göstəriciləri olmayan elektriklə işləyən rəndə, bir ədəd üzərində “X4” yazıları olan lektrik generatorunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır.. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 15 saat üçün 90 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il 03 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd üzərində “Bosch GVVS 10-125 professional” yazıları olan laqonda, bir ədəd üzərində “Zubr 1800 Bt” yazıları olan laqonda, bir ədəd üzərində markalanma göstəriciləri olmayan elektriklə işləyən rəndə, bir ədəd üzərində “X4” yazıları olan lektrik generatorunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar