Məhkəmə qərarları › İş №1(027)-180/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-180/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-180/2022 14.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X12 qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi X6 iştirakı ilə, xx xxxxxx 1966-ci il tarixdə Quba rayonu, Tülər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, “Quba Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın X5 məntəqə müdiri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Tülər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs “Quba Rayon Mərkəzi Xəstəxanası” X14 X5 məntəqə müdiri vəzifəsində işləyərkən 03 fevral 2022-ci il tarixdə səhər saatlarında Quba rayonu, Yuxarı Digah kənd sakini Zərərçəkmiş şəxs Quba rayonu, Digah kənd tibb məntəqəsində tibb bacısı vəzifəsinə işə qəbul edilməsində köməklik göstərilməsi barədə sonuncunun dayısı Şahid2 ona müraciətindən sonra aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək qərarına gəlib öz qulluq mövqeyindən istifadə edərək “Quba Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə guya işə qəbul etdirmək imkanına malik olmasını işlədiyi həkim məntəqəsində görüş zamanı ona yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən xəstəxanada yüksək vəzifəli şəxslərə Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə 1700 (min yeddi yüz) manat məbləğində pul vəsaitini birbaşa yolla özü vasitəsi ilə rüşvət qismində verilməsinin zəruri olduğunu Zərərçəkmiş şəxs aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşəndən sonra həmin gün saat 14 radələrində işlədiyi X5 öz xidməti otağında Zərərçəkmiş şəxs məxsus 1700 manat pul vəsaitini Şahid2 Şıxəli oğlundan alaraq öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs ziyan vurmaqla dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki o, 1996-cı ildən Quba rayonu, Tüləkəran kənd həkim məntəqəsinin müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun dayısı nəvəsidir. Onunla münasibətləri yaxşı olmuş, heç vaxt ədavət və düşmənçilikləri olmamışdır. 2022-ci ilin fevral ayında Gülminənin dayısı Süleyman ona müraciət edərək bacısı qızı Cülminəni tibb bacısı kimi işə düəltməyi ondan xahiş etmişdir. Pula ehtiyacı olduğu üçün həmin vaxt Süleymana bildirmişdir ki, 1700 manat pulun müqabilində o, Gülminəni tibb bacısı kimi işə düzəldə bilər. Süleymanla danışandan sonra, Süleyman, Gülminə və onun anası Zəminə həmin günü onun iş otağına gəlib onunla görüşmüşlər. O, Gülminənin sənədlərinə baxıb bildirmişdir ki, bir ay müddətinə Gülminəni Quba rayonu, Digah həkim məntəqəsində tibb bacısı kimi işə düzəldəcək və bunun müqabilində xəstəxananın rəhbər işçilərinə vermək adı ilə Süleymandan 1700 manat məbləğində pul almışdır. Gülminənin işlə təmin olunması üçün o, Quba rayon Mərkəzi Xəstəxanasının rəhbər işçiləri ilə söhbət aparmamışdır.. 2022-ci ilin aprel ayında Süleymanı məntəqəyə çağırıb aldığı 1700 manatın 500 manatını geri qaytarmış və Gülminəni tibb bacısı kimi işə düzəlməsi üçün diplomunun keçərli olmadığını və Təhsil Nazirliyinin həmin diplomu tanımadığını bildirmişdir. X10koloji xəstəlikdən əziyyət çəkdiyi üçün Süleymandan aldığı pulun 1200 manatını qohumunun müalicə xərclərinə sərf etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsinin bildirib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki o, Quba şəhərində 1 illik ilkin tibbi yardım kursu oxuyub sertifikat aldıqdan sonra, tibb bacısı kimi işləmək üçün «Quba Rayon Mərkəzi Xəstəxanası» X14 baş həkimi Şahid4 müraciət etmişdir. Şahid4 ona həmin sertifikatla işə düzəlməyin mümkün olmadığını və işə düzəlmək üçün müvafiq təhsilinin olmadığını demişdir. Buna baxmayaraq o tibb bacısı işləmək istədiyi üçün işi girməkdə köməklik göstərilməsi üçün dayısı Süleymana müraciət etmişdir. Dayısı Süleyman ona Quba rayonu, Tüləkəran həkim məntəqəsinin müdiri Təqsirləndirilən şəxs onların uzaq qohumu olduğunu və sonuncu ilə məsləhətləşib ona xəbər verəcəyini bildirmişdir. 03 fevral 2022-ci il tarixdə dayısı Süleyman Tüləkəran həkim məntəqəsinə gedərək Abdulla ilə görüşmüş, Abdulla Süleymana onu tibb bacısı kimi işə düzəldə biləcəyini bildirib işin düzəlməsi üçün 1700 manat pulun lazım olduğunu bildirmişdir. Bundan sonra, dayısı Süleyman zəng edərək bu barədə məlumat vermiş, o da anası Zəminə ilə "xxxx" ASC-nin Quba filialına gedərək anasının adına 2000 manat kredit götürmüşlər. Bundan sonra o, həmin gün yəni 03 fevral 2022-ci il tarixdə saat 14:00 radələrində anası Zəminə ilə birlikdə Süleymanla Quba şəhərində görüşüb, Quba rayonu, Tüləkəran kənd həkim məntəqəsinə gedib məntəqənin müdiri Təqsirləndirilən şəxsla görüşmüşlər. Təqsirləndirilən şəxs onun sənədlərinə baxıb onlara narahat olmamalarını, onu işə düzəldəcəyini, onlara özünün bu kimi işlərdə bacarıqlı olduğunu bildirmişdir. Daha sonra dayısı Sülyeman 1700 manat məbləğində pulu onların yanında Abdullanın masasının üzərinə qoymuş, Abdulla da pulu götürərək masanın dolabına atmışdır. Abdulla həmin vaxt onlara bildirmişdir ki, bir ay müddətində onun əmri veriləcək. Bundan bir ay keçdikdən sonra, Təqsirləndirilən şəxs zəng edərək ona bildirmişdir ki, əmri imzalanıb, artıq o, Digah tibb məntəqəsində tibb bacısı kimi işə düzəlib. Bir həftə sonra o, Abullaya zəng edib işi ilə maraqlandıqda , Abdulla ona tibb bacısı ştatının açılmadığını, əlavə ştat açmaq üçün çalışdığını bildirmişdir. Buna görə də Quba RMX-yə gedərək işə düzəlib-düzəlməməsini soruşmuş, xəstəxanadan isə onun xəstəxananın işçisi olmadığını, onun adına əmək haqqı kartının olmadığını bildirmişlər. Bir ay sonra yenə Abdullaya zəng etmiş, Abdulla məcbur qalaraq işin alınmadığını və onu xadiməçi kimi məntəqəyə düzəldə biləcəyini demişdir. O da buna razı olmamış, 4 ay keçəndən sonra Abdulla onu işə düzəldə bilmədiyini etiraf etmiş, o da Abdulladan pulu geri tələb etmişdir. Abdulla isə pulu ona geri qaytaracağını bildirsə də pulu ona qaytarmamışdır. O Abdullaya hüquq-mühafizə orqnalarına şikayət edəcəyini bildirəndən sonra Abdulla 500 manatı geri qaytarmış, qalan hissəsin isə sonradan qaytaracağını demiş və ondan heç bir yerə şikayət etməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ondan 1700 manat pul alan zaman onu Quba rayonu, Digah kənd tibb məntəqəsinə tibb bacısı kimi işə qəbul etdirəcəyini vəd etmişdir. Abdulla onu Quba RMX-nin müdiriyyəti vasitəsi ilə işə qəbul etdirəcəyini demiş, lakin konkret şəxsin adını çəkməmiş, aldığı pulu sadəcə müdiriyyətə verəcəyini demişdir. Təqsirləndirilən şəxs 1700 pulu 03 fevral 2022-ci il tarixdə saat 14 radələrində Quba rayonu, Tüləkəran kənd həkim məntəqəsinin inzibati binasında öz xidməti otağında nağd şəkildə almışdır. Pulu ona dayısı Süleyman vermişdir. Süleyman ona pul verən zaman otaqda dayısı Süleyman, o və anası Zəminə olmuşlar. 2022-ci ilin aprel ayında Abdulla Süleymana 500 manat pul qaytarmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şıxəli qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Qızı Gülminə ilkin tibbi yardım kursu keçərək sertifikat almışdır. Sertifikat aldıqdan sonra, Gülminə tibb bacısı kimi işə düzəlmək üçün Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkiminə müraciət etmişdir. Baş həkim Şahid4 Gülmirənin sənədlərinə baxaraq həmin tibbi sertifikatla tibb-bacısı kimi işə düzəlməyin mümkün olmadığını bildirmişdir. Bundan sonra o, Gülmirənin işlə təmin olunması üçün qardaşı Süleymana müraciət etmişdir. Süleyman ona Quba rayonu, Tüləkəran həkim məntəqəsinin müdiri işləyən Abdulla adlı həkimin olmasını və Abdullanın onlara kömək edə biləcəyini demişdir. 03 fevral 2022-ci il tarixdə Süleyman Abdulla həkim ilə görüşmüş, görüşdən sonra Süleyman ona Abdullanın 1700 manata qızını işə düzəldə biləcəyini demişdir. Abdulla həmin pulu saat 15.00-a kimi ona çatdırılmalı olduğunu bildirmişdir. Ona görə də o qızı ilə "xxxx" ASC-yə getmiş, öz adına 3000 manat məbləğində kredit götürmüş, həmin pulun 1000 manatı ilə əvvəlki kreditini bağlamış, qalanını isə Süleymana vermişdir. Həmin gün saat 12 radələrində o və qızı Gülminə Süleymanın avtomobili ilə Tüləkəran həkim məntəqəsinə getmiş, orada Abdulla həkimlə görüşmüş, Süleyman onların yanında Abdullaya 1700 manat pul vermiş, Abdulla da əvəzində Gülminəni işə düzəldəcəyini vəd vermişdir. Bir ay ərzində Abdulladan heç bir xəbər olmamışdır. Abdulla hərdən onlardan lazımsız arayışlar istəyərək vaxt uzatmışdır. Daha sonra Abdulla ona artıq Gülminənin əmrinin verildiyini və bir neçə günə əmək haqqı kartının alınacağını demişdir. Bir müddət sonra isə Abdulla tibb bacısı ştatının dolu olmasını və onun əvəzinə qızı Gülminəni xadimə kimi işə düzəldə biləcəyini demişdir. Lakin onlar aldadıldıqlarını biləndən sonra Abdulladan pullarını geri tələb etmişlər. Abdulla 500 manat məbləğində pulu geri qaytarsa da, pulun qalan hissəsini qaytarmamışdır. Təqsirləndirilən şəxs onlardan pulu alan zaman qızı Gülminəni Quba rayonu, Digah kənd tibb məntəqəsinə tibb bacısı kimi işə düzəldəcəyini bildirmişdir. Pulu alan zaman həmin pulun 1500 manatını Quba Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinə verəcəyini, 200 manatın isə müdiriyyətə qonaqlıq verəcəyini demişdir. Lakin Abdulla konkret şəxsin adını çəkməmişdir. Onun qızının işi alınmadığına görə o xəstəxananın müdiriyyəti ilə görüşməyə getmişdir. Xəstəxananın direktoru onu qəbul edə bilmədiyinə görə onu Elnur adlı həkim qəbul etmişdir. O Elnur həkimlə danışıb ona qızını işə düzəltmək istədiyini bildirmişdir. Elnur həkim də ona qızının sertifikatı ilə işə düzəlməyin mümkün olmadığını bildirmişdir. Elnurla görüşəndən sonra o Abdulla həkimin yanına gəlmiş, sonuncuya Elnurla görüşdüyünü, Elnurun qızının işinin alınmayacağını deməsini bildirmişdir. Abdulla da ona hər gün Elnur həkimlə söhbət etdiyini, Elnurun bu məsələdən xəbəri olduğunu, yaxın müddət ərzində qızının işə düzələcəyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şeydabəyov X3 Zəminə Şıxəli qızının göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki o, 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin «iqtisadiyyatın hüquqi tənzimlənməsi» fakültəsini bitirmiş, 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında X2 maqistr təhsili almış, 2020-ci ildən «Quba Rayon Mərkəzi Xəstəxanası» PHŞ-da İnsan resursları şöbəsinin müdiri vəzifəsində işləmiş, vəzifəsinə işçilərin işə qəbulu, işdən azad olunması, məzuniyyətlərin verilməsi və sair daxil olmuşdur. Xəstəxananın hazırda 1200-ə yaxın işçisi vardır. Rayonun ərazisində 18 həkim məntəqəsi və 91 tibb məntəqələri fəaliyyət göstərir. Həkim və tibb məntəqələrinin işçiləri xəstəxananın direktoru tərəfindən təyin edilir. 2022-ci ilin əvvələrində Quba rayon sakini Zərərçəkmiş şəxs ona müraciət edərək tibb bacısı kimi işə düzəlmək istədiyini bildirmişdir. O, Gülmirənin təqdim etdiyi sənədləri nəzərdən keçirib bildirmişdir ki, onun təqdim etdiyi diplom ilə tibb bacısı kimi işə düzəlmək mümkün deyil. Məhkəmə iclasında şahid qismində «Quba Rayonu Mərkəzi Xəstəxanası» PHŞ-nin baş həkimi vəzifəsində işləyən Şahid4 və həmin xəstəxananın direktoru vəzifəsində işləyən Şahid6 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işə düzəlməsi üçün onlara müraciət etmədiyini, həmçinin onlara maddi və sair nemət təklif etmədiyini bildirmişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-fonetik ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/1096 saylı rəyindən görünür ki, 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin ifadələri, şahid ifadələri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Quba RİHB-nın Tüləkəran kənd İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli 238/2 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Tülər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənildiyi üçün onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəməklə onunla barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmalarına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməyi əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərkən, az ciddi cəzanı daha ağır cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi hər bir maddənin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməklə cinayətlərin məcmuyu üzrə cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanunun müvafiq maddələrinin sanksiyasında müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda məhkəmə onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın mötivlərini göstərməlidirlər. Göstərinlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 27 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri olan 300 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. İş üzrə maddi subut olan 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qub rayon İcra və Probasiya şöbəsinə əlavə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 32,4 312.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 il müddətinə azadlğın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu, Tülər kəndində - yaşadığı evi axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri olan 300 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi subut olan 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar