Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-181/2022 29.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Ağdam rayonu, Muradbəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məcburi köçkün şəhərciyi 5 saylı evin 22 saylı mənzilində yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqinda iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 12 iyul 2022-ci il tarixdə, saat 13:30 radələrində AE 920421 nömrəli, “BC” dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Lada Granta” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobili “Quba-Xaçmaz” avtomobil yolunun 1-ci kilometrliyində, yolun Alekseyevka kəndi ərazisindən keçən hissəsində Quba şəhəri istiqamətində 65 km/saat sürətlə hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin (sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun) və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin (1.1 üfüqi nişanlanma xəttini kəsib keçmək qadağandır) tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qanunun qeyd olunan tələblərini və maksimum hərəkət sürəti 50 km/saat məhdudlaşdırılmış yol sahəsində avtomobili 65 km/saat sürətlə idarə edib həmin qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 Maksimum sürətin məhdudlaşdırılması qadağan nişanı) tələblərini cinayətkarcasına etinasızlıq etməklə pozaraq, diqqətini avtomobilin idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırdığına, eləcə də qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan avtomobil ilə ara məsafəsini bu avtomobilin sürücüsü sürətini kəskin azaltıqda və ya avtomobili gözlənilmədən dayandırdıqda idarə etdiyi avtomobili həmin avtomobilə çatmadan (bu avtomobillə toqquşmadan) öz hərəkət zolağında dayandırmağa imkan verməli həddə seçmədiyinə görə idarəetməni itirərək əks hərəkət zolağına çıxmış və idarə etdiyi avtomobilin qabaq-sol tərəfi ilə əks istiqamətdən gələn Şahid1 idarə etdiyi “Mıtsubıshı L 200” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq-sol tərəfindən toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yanında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs “uzunsov beynin, beyin kötüyünün və onurğa beyninin ödemi ilə müşayiət olunan V, Vİ boyun fəqərələri cisminin sınığı və onurğa beyninin boyun şöbəsinin zədələnməsi, sağ ağ ciyərin əzliməsi, sağ bazunun, sağ əlin, döş qəfəsinin ön səthinin sağ yarısının, sol budun, sol diz oynağı nahiyəsinin qançırları, alın, çənə, boyun və hər iki çiyin nahiyələrinin sıyrıqları”dan ibarət omaqla dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respubliksaı CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, səhər saatlarında idarə etdiyi “Lada Granta” markalı, **-EB-*** dövlət qeydiyyat nömrəli avtomobillə iş yoldaşı və eyni zamanda dostu, mərhum Zərərçəkmiş şəxs ilə birlikdə Quba rayonu, Bağbanlı kəndinə gəlmişlər ki, həmin kənddə yaşayan, təbii yolla müalicə aparan adını bilmədiyi şəxsin qəbuluna düşsünlər. Bağbanlı kəndinə çatdıqdan sonra, həmin gün müalicə aparan şəxsin müştəri qəbul etmədiyi öyrənib yenidən Bakı şəhərinə qayıtmalı olmuşlar. Nahar vaxtı olduğundan onlar qərara gəlmişlər ki, Quba rayonunun Qəçrəş kəndinə gedib orada olan yeməkxanalradan birində nahar edib sonra Bakı şəhərinə qayıtsınlar. Bu məqsədlə günorta saatlarında Quba rayonu, Bağbanlı kəndindən çıxaraq Qəçrəş kəndinə yola düşmüşlər. Saat 13:30 radələrində Quba-Xaçmaz avtomobil yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində yerləşən Dördyol adlanan yol ayrıcına çatmağa az qalmış görmüşdür ki, qarşısında gedən avtomobil sürətini azaldaraq dayanmaq istəyir. O, yanında əyləşmiş dostu Turalla söhbət etdiyi üçün, qarşısındakı avtomobilin sürətinin azalmasını vaxtında görə bilməmişdir. Qarşısında gedən avtomobilə təxminən 3-4 metr məsafə qalmış əyləc pedalını sıxsa da, əhəmiyyəti olmamış və idarəetmənin itməsi nəticəsində idarə etdiyi avtomobil sol tərəfə istiqamətlənərək əks hərəkət zolağına çıxmışdır. Nəticədə idarə etdiyi avtomobilin qabaq-sol tərəfi ilə əks istiqamətdən gələn “Mitsubishi L 200” markalı avtomobilin qabaq-sol tərəfindən vurmuşdur. Toqquşma əks hərəkətdə olan avtomobilin hərəkət zolağında baş vermişdir. Toqquşmadan sonra, zərbənin təsirindən həmin avtomobil özünə nisbətdə əvvəlcə yolun sağ tərəfində yerləşən ehtiyat yol tərəfə istiqamətlənərək getmiş, daha sonra yolun sol tərəfində yerləşən ehtiyat yol hissəsinə istiqamətlənərək dayanmışdır. Onun idarə etdiyi avtomobil isə yolun sağ ehtiyat hissəsinə istiqamətlənərək dayanmışdır. Həmin vaxt Tural ona demişdir ki, aldığı xəsarətlər nəticəsində qollarını və ayaqlarını hiss etmir. Bundan sonra, hadisə yerinə çağrılmış tibb işçiləri təcili tibbi yardım avtomobilində Turalı xəstəxanaya aparmışlar. Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən onun hadisə törədən vaxtı sərxoş olub-olmaması yoxlandıqdan sonra, hadisə yerinə onun və digər avtomobilin sürüçüsünün iştirakı ilə baxış keçirilmişdir. Bundan sonra o, Turala baş çəkmək üçün X3 getmişdir. Həmin gün axşam saatlarında Turala ixtisaslı yardım göstərilməsi üçün o, təcili tibbi yardım avtomobili ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Respublika Neyrocərrahiyə Xəsətəxanasına köçürülmüşdür. Dostu Tural baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən xx.xx.2022-ci il tarixdə, saat 14:30 radələrində X9 klinikasının Babək Filialında vəfat etmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində hadisə baş verən zaman avtomobili 65km/saat sürətlə idarə etdiyini, avtomobildə Turaldan başqa kənar şəxsin olmadığını, idarə etdiyi avtomobildə hər hansı bir yük, texniki nasazlıq və səhətində hər hansı narahatçılıq olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, məcburi köçkün olmasını, himayəsində üç azyaşlı uşağının və onkoloji xəstə atasının olmasını bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri,Yasamal rayonu, Yeni Yasamal - 1, ev 3, mənzil 32-də yaşayır. 12 iyul 2022-ci il tarixdə, saat 13:30 radələrində “Quba-Xaçmaz” avtomobil yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində 20 iyul 2022-ci il tarixdə X9 kilinikasının Babək filialında vəfat etmiş şəxs Zərərçəkmiş şəxs onun doğma oğludur. Oğlu Tural arvadı və azyaşlı uşaqları ilə birlikdə onlardan ayrı yaşamışdır. 12 iyul 2022 il tarixdə, saat 16 radələrində Turalın iş yoldaşı və eyni zamanda dostu olan Vüqar ona zəng edərək bildirmişdir ki, həmin günü, səhər saatlarında Turalla birlikdə onun (Vüqarın) idarə etdiyi avtomobillə Quba rayonuna təbii yolla müalicə aparan şəxsin yanına getmişlər. Saat 13:30 radələrində o, Quba rayonu ərazisində idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və avtomobildə sərnişinin kimi əyləşmiş Tural xəsarət aldığı üçün o, hal-hazırda xəstəxanadadır. Hadisə nəticəsində Turalın boyun fəqərələri sındığı üçün həmin gün axşam saatlarında onu təcili tibbi yardım avtomobil ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Respublika Neyrocərrahiyə Xəsətəxanasına göndərmişlər. O, ailə üzvləri ilə birlikdə Neyrocərrahiyə Xəsətəxanasına gedərək Turala baş çəkmişdir. Tural onlara Quba rayonuna getməsinin səbəbi və baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması barədə danışmışdır. Həmin gecə Turalın vəziyyəti ağırlaşdığı üçün əvvəlcə onu 1 saylı Şəhər Klinik Xəsətəxanasına, 13 iyul 2022-ci il tarixdə axşam saatlarına isə Turalı oradan X9 kilinikasının Babək filialına aparmışlar. Həkimlərin səylərinə baxmayaraq oğlu Tural 20 iyul 2022-ci il tarixdə, saat 13:30 radələrində yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən X9 kilinikasının Babək filialına vəfat etmişdir. Mərhum oğlunun meyiti müayinə olunmasından ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsinin müayinə otağına göndərilmiş, meyit müayinə olunduqdan sonra onlara təqdim olunmuşdur. Oğlu Turalı 20 iyul 2022-ci il tarixdə Müşfiqabad qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər. İfadəsinin sonuda X6 Təqsirləndirilən şəxs tərəfindən onlara maddi köməklik göstərildiyini və buna görədə onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Quba rayonunu, Alekseyevka kəndində yaşayır. Fərdi əməklə məşğul olur. 12 iyul 2022-ci il tarixdə, günorta saatlarında Quba şəhərindən tikinti materialları alaraq idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan əmisi Şahid2 məxsus “Mıtsubıshı L 200” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərindən yaşadığı kəndə yola düşmüşdür. Həmin vaxt avtomobilin sahibi Afiq onun yanında olmuşdur. Saat 13:30 radələrində “Quba-Xaçmaz” avtomobil yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində yerləşən dördyol adlanan yol ayrıcını keçib avtomobili 60 km/saat sürətlə idarə edərkən əks istiqamətdən gələn avtomobilin arxasından “Lada Granta” markalı avtomobil qəflətən onun hərəkətdə olduğu zolağa çıxmışdır. Həmin vaxt o, idarə etdiyi avtomobili sağa çəksə də, toqquşma qaçılmaz olmuş və nəticədə “Lada Granta” markalı avtomobilin qabaq-sol tərəfi onun idarə etdiyi avtomobilin qabaq-sol tərəfinə çırpılmışdır. Toqquşma onun hərəkət zolağında baş vermişdir. Toqquşmadan sonra, zərbənin təsirindən onun idarə etdiyi avtomobil əvvəlcə yolun sağ tərəfində yerləşən ehtiyat hissəsinə istiqamətlənərək getmiş, qabaq-sol təkər cırılaraq boşaldığı üçün daha sonra yolun sol tərəfində yerləşən yolun ehtiyat hissəsinə istiqamətlənərək dayanmışdır. Onun avtomobili ilə toqquşmuş avtomobil isə özünə nisbətdə yolun sağ ehtiyat hissəsinə istiqamətlənərək dayanmışdır. “Lada Granta” markalı avtomobilin qabaq oturacaqda olan sərnişin xəsarət aldığı üçün hadisə yerinə gəlmiş tibb işçiləri təcili tibbi yardım maşını ilə onu xəstəxanaya aparmışlar. Hadisə zamanı o, və yanında olan əmisi Şahid2 xəsarət almamışlar. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Lada Granta” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına çıxması ilə toqquşma (hərəkət) təhlükəsi yaranan zaman aralarında 3 (üç) metr məsafə olmuşdur. Toqquşma təhlükəsi yaranan anda olduğu yerdən toqquşma yerinə kimi təxminən 2 (iki) metr məsafə qət etmişdir.Toqquşma təhlükəsi yaranan zaman bunun qarşısını almaq üçün avtomobilin sükanını sağa çəksə də, əhəmiyyəti olmamışdır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmətibb ekspertizasının 20 avqust 2022-ci il tarixli, 66/MEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı bədənində aşkar edilmiş xəsarətlər – “uzunsov beynin, beyin kötüyünün və onurğa beyninin ödemi ilə müşayiət olunan V, Vİ boyun fəqərələri cisminin sınığı və onurğa beyninin boyun şöbəsinin zədələnməsi, sağ ağ ciyərin əzliməsi, sağ bazunun, sağ əlin, döş qəfəsinin ön səthinin sağ yarısının, sol budun, sol diz oynağı nahiyəsinin qançırları, alın, çənə, boyun və hər iki çiyin nahiyələrinin sıyrıqları” bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, 12 iyun 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsində avtomobil salonunda əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünün bilavasitə səbəbi V, Vİ boyun fəqərələri cisminin sınığı və onurğa beyninin boyun şöbəsinin zədələnməsi ilə əlaqədar inkişaf edən uzunsov beynin, beyin kötüyünün və onurğa beyninin ödemi olmuşdur. Ölüm 20 iyul 2022-ci il tarixdə, saat 13:30 radələrində X9 xəstəxanasında baş vermişdir. İş üzrə təyin edilib keşirilmiş və məhəkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 22 avqust 2022-ci il tarixli, 8/2120 saylı rəyindən görünür ki, “Lada Granta” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. O, maksimum hərəkət sürəti 50 km/saat məhdudlaşdırılmış yol sahəsində avtomobili 65 km/saat sürətlə idarə etdiyindən hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 Maksimum sürətin məhdudlaşdırılması qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan BB N 247462 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Lada Granta” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarında olan 12 iyul 2022-ci il tarixli alkoqolun miqdarının ölçülməsi qəbzindən görünür ki, Təqsirləndirilən şəxs spirtli içki qəbul etməmişdir. İş materiallarında olan AE 920421 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B”, “C”, kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materialında olan Quba RPŞ-nin, DYPB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs adına AE 920421 nömrəli, “B”, “C” dərəcəli sürücülük vəsiqəsi var və o, sürücülük hüququndan məhrum edilməmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə istintaqı zamnaı tədqiq edilmiş digər sübutlarla tam subuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialında olan Bakı şəhəri, Qaradağ rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Ağdam rayonunun Muradbəyli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs məcburi köçkün kimi ünvan 1 ünvanında müvvəqəti qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AA 2799561, AA ******* və AA ******* saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il, xx.xx.2017-ci il və xx.xx.2022-ci il təvəllüdlü 3 (üç) azyaşlı uşağı var. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək C15.0-Qida borusunun xərçəngi, cT3NİM0, mərhələ İİİ diaqnozu ilə həmin mərkəzdə müalicə olunmuşdur. İş materialında olan zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barış əldə etməsini, məcburi köçkün olmasını, himayəsində üç azyaşlı uşağının və onkoloji xəstə atasının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və cavan olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin ehtiyatsızlıqdan törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayət olmasını, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 22 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcəyini nəzərə alıb hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub, dövlət nəfinə keçirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 04 saat üçün 24 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi subut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə müsadirə olunası əmlak, maddi ziyan və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xərci olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə müsadirə olunası əmlakın, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-181/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-181/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver