Məhkəmə qərarları › İş №1(027)-182/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-182/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-182/2022 30.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Zərərçəkmiş şəxs1 nümayəndəsi X5 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Quba rayonunun, Muçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Quba rayonunun, Muçu kəndində qeydiyyatda olmaqla Quba rayonunun Xaltan kəndində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, 17 iyul 2022-ci il tarixdə, saat 18:30 radələrində AF 304177 nömrəli, “BC" dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi "UAZ-31514” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ‘Quba- Qonaqkənd” avtomobil yolunun 40-cı kilometrliyində, yolun Quba rayonu, Xırt kəndi ərazisində keçən hissəsində Qonaqkənd kəndi istiqamətində 50 km/saat sürətlə hərəkət etdirərkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və ya başqa əmlakına zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qanunun qeyd olunan tələblərini və avtomobili duracaq tormoz sistemi nasaz vəziyyətdə İdarə edib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (1 saylı Əlavənin 1-ci hissəsinin 5-ci bəndinin) tələblərini cinayətkarcasına etinasızlıq etməklə pozaraq, həmin yol sahəsindəki sərt enişi düşərkən idarəetməni əvvəlcədən nəzarətdə saxlamadığı üçün avtomobilin hərəkət hissəsindən çıxaraq su arxının əmələ gətirdiyi dərəyə (yatağa) aşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobildə sərnişin qismində əyləşmiş X4 “gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, sol təpə nahiyəsinin əzilmiş- cırılmış yarası, təpə-ənsə nahiyəsinin geniş əzilmiş-cırılmışsoyulmuş yarası, sifətin çoxlu qançırları, alt çənənin əzilmiş-cırılmış yarası, sağ bazu və saidin çoxlu əzilmiş-didilmiş yaraları, başın yumşaq toxumalarının alt səthində geniş qansızma, sol təpə sümüyünün basılmış qəlpəli sınığı və baş beyin toxumasının həmin sahədə əzilib dağılması, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma”dan ibarət omaqla dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa ağır zərər vurmaya, sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 “müştərək travma - AKBT, baş beyin silkələnməsi ilə müşayiət olunan alın sümüyünün basılmış qəlpəli sınığı, qapalı onurğa travması - aşağı paraparez ilə müşayiət olunan L-1, L-2 fəqərə cisminin kompressiaon qəlpəli sınığı, sol körpücük sümüyünün qapalı yerini dəyişən sınığı, sol oturaq sümüyünün və sirkə kasasının sıntqları,’dan ibarət olmaqla dərəcəsinə görə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa ağır zərər vurmaya və sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 "baş beyin silkələnməsi, ikitərəfli hemopnevmotoraks, ağır dərəcəli onurğa beyinin əzilməsi və çanaq üzvlərinin funksiyasının pozulması ilə müşayiət olunan sağ tərəfdən qabırğaların çıxsaylı sınığı, döş və bel fəqərələrinin çoxsaylı sınıqları, hər iki aşağı ətrafda hissiyyat pozğunluğu paraplegiya”dan ibarət olmaqla dərəcəsinə görə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol hərəkəti və nəqliyyat vasitələrinin İstİsman qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki o, ailəsi ilə birlikdə Quba rayonunun, Xaltan kəndində yaşayır. Özünə məxsus olan “UAZ-31514” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba-Xaltan yolunda taksi fəaliyyəti ilə məşqul olaraq ailəsini dolandırır.17 iyul 2022 İl tarixdə, saat 17:30 radələrində, Quba şəhərində yerləşən "Əfqan" marketin qarşısında idarə etdiyi ‘UAZ-31514’1 markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanıb müştəri gözləyərkən uzaq qohumu olan Quba rayonu, Çarxaçu kənd sakini X7 və onun oğlu Zərərçəkmiş şəxs2 yaşadıqları kəndə getmək üçün onun olduğu yerə gələrək idarə etdiyi avtomaşına minmişlər. Məxfurə avtomobilin arxa sol, Aqamirzə isə qabaq oturacaqda əyləşmişdir. Onların gəlişindən 5 dəqiqə sonra, Quba rayonu, Nütəh kənd sakini Zərərçəkmiş şəxs1 onların yanına yaxınlaşaraq yaşadığı kəndə getmək üçün ona məxsus olan avtomobilin arxa sol oturacağında əyləşmişdir. Bundan sonra o, avtomobili işə salaraq yola düşmüşdür. Saat 18:30 radələrində Quba-Qonaqkənd avtomobil yolunun Quba rayonu, Xırt kəndi ərazisindən keçən hissəsində sərt enişi avtomobilin sürətlər qutusunun 2-ci ötürməsi ilə düşmüş və əyləc pedahnı az-az sıxaraq avtomobilin sürətlənməsinin qarşısını almışdır. Yolun enişinin 3/1 hissəsini düşəndə əyləc pedalını sıxarkən boşa getməsini və əyləc sisteminin işləmədiyini hiss etmişdir. Ona görə də o, duracaq tormoz sistemindən istifadə etmiş, lakin bu tormoz sistemi də avtomobili dayandırmamışdır Nəticədə avtomobil sürətlənərək yolun sağa tərəf olan sərt döngəli hissəsində yolun hərəkət hissəsindən çıxıb sola tərəf istiqamətlənərək hərəkət hissəsindən yolun çınqıl örtükdən ibarət olan ehtiyat hissəsinin üzərinə çıxmış və avtomobil çınqıl örtüyün üzərində sürüşərək su arxının əmələ gətirdiyi dərəyə (yatağa) aşmaqla sağ-arxası üstə dayanmışdır. Avtomobil sağ-arxası üstə dayandığı üçün o, sağ tərəfində əyləşmiş Ağamirzənin üstünə, Sahibə isə Məxfurənin üstünə düşmüşdür. Ağamirzə və Sahibənin səsləri eşidilsə də, Məxfurədən heç bir səs eşidilməmişdir. Təxminən 5 dəqiqə sonra 5-6 nəfər şəxs köməyə gələrək qabaq sol qapını açıb onu avtomobildən çıxarmışlar. Digər qapılar açılmadığı üçün aşmış avtomobili çevirməklə düz vəziyyətə gətirdikdən sonra, arxa sağ qapını açaraq Məxfurənı avtomobildən çıxaranda nəfəsinin kəsildiyini görüb başa düşmüşdür ki, Məxfurə artıq ölüb. Sonra arxa sol qapını açıb Sahibəni avtombildən çıxaranda sağ vəziyyətdə olmasını görmüşdür. Daha sonra qabaq sağ qapını lomla sındırıb açaraq Aqamirzəni çıxarda görmüşdür ki, Aqamirzə xəsarət alsada, sağdır. Hadisə yerinə gəlmiş tibb işçiləri təcili tibbi yardım maşınında Sahibəni və Aqamirzəni xəstəxanaya aparmışlar. Sonra onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və alkotestr vasitəsilə sərxoşluğu yoxlanılmışdır. O, hadisə yerinə baxış keçirilməsi haqqında protokola və hadisə yerinin tərtib edilmiş sxeminə imza edərək doruluğunu təsdiq etmişdir. Hadisə baş verən zaman avtomobili 50 km/saat sürətlə idarə etmiş, avtomobildə qeyd etdiyi şəxslərdən başqa sərnişin qismində heç kəs olmamışdır. Avtomobilin işçi tormoz sistemi (ayaq tormozu) və duracaq tormoz sistemi (əl tormozu) işləməmişdir. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Hadisə vaxtı səhhətində hər hansı narahatçılıq olmamışdır. Həmin vaxt enişin 3/1 hissəsini düşəndə hər iki tormoz sisteminin işləmədiyini hiss edərkən hərəkət üçün təhlükə yaranmış və bu zaman yolun sağa tərəf olan sərt döngəli hissəsi ilə arasında 20 (iyirmi) metr məsafə olmuşdur. Hərəkət üçün təhlükə yaranan andan avtombilin aşdığı yerə kimi 50 (əlli) metr məsafə qət etmişdir. Hərəkət üçün təhlükə yaranan zaman, yəni hər iki tormoz sistemi işləmədiyi vaxtdan təhlükənin qarşısını almaq üçün sükan vasitəsilə avtomobilin yoldan çıxmasının qarşısını almağa çalışmışdır. Avtomobil sürətləndiyi üçün sərt döngədə yolun hərəkət hissəsindən çıxmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini bildirib məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Quba rayonu, Çarxaçu kəndində qızı Mənzurə və oğlu Aqamirzə ilə birlikdə yaşayır. 17 İyul 2022-ci il tarixdə, saat 18:30 radələrində Quba- Qonaqkənd avtomobil yolunun 40-cı kilometrliyində, yolun Quba rayonunun Xırt kəndi ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən sərnişin X7 onun arvadıdır. 17 iyul 2022 il tarixdə, səhər saatlarında mərhum arvadı Məxfurə oğlu Aqamirzə ilə birlikdə Xudat şəhərində yaşayan bacanağı Əlifin evinə qonaq getmişlər. Saat 15 radələrində “UAZ-31514” markalı avtomobil ilə Quba-Xaltan yolunda fərdi taksi kimi işləyən Təqsirləndirilən şəxs zəng edərək harada olduğunu soruşmuşdur. Akif Quba şəhərində dayanıb müştəri gözlədiyini və saat 17-18 radələrində Quba şəhərindən çıxacağını bildirdikdə, Akifdən iki yer saxlamasını xahiş etmişdir. Akiflə danışdıqdan sonra, oğlu Aqamirzəyə zəng edərək məlumat vermişdir ki, Xudat şəhərindən Quba şəhərinə gələrək, oradan da Akifin avtomobilinə minib evə gəlsinlər. Saat 18:30 radələrində evdə olarkən Akif ona zəng edərək bildirmişdir ki, "Quba-Qonaqkənd avtomobil yolunun Quba rayonunun Xırt kəndi ərazisindən keçən hissəsində avtomobili aşırıb. Bundan sonra o,dərhal evdən çıxaraq hadisə yerinə yola düşmüşdür. Yolda gələrkən oğlunun mobil telefonundan zəng gəlmiş və özünü təcili yardımın işçisi kimi təqdim edən şəxs bildirmişdir ki, oğlu X6 Mərkəzinə aparırlar. Bundan sonra o, birbaşa həmin xəstəxanaya getmişdir. Xəstəxanada ona məlum olmuşdur ki, hadisə nəticəsində oğlu ciddi şəkildə xəsarət alıb, arvadı isə aldığı xəsarətlərə görə elə hadisə yerində ölüb. İfadəsinin sonunda X8 Təqsirləndirilən şəxs bağışladığını, onun barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 nümayəndəsi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 17 iyul 2022-ci il tarixdə Quba rayonunun Xırt kəndi ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. Arvadı Sahibə 17 iyul 2022-ci il tarixdə, günorta saatlarında, Quba rayonunun Nütəh kəndində yaşayan qardaşı oğlunun kiçik toy məclisində iştirak etmək üçün Sumqayıt şəhərindən Quba rayonuna getmişdir. Sahibə Sumqayıt şəhərindən şıxdıqdan sonra, qaynatası Akif Quba şəhərində yerləşən "Əfqan" marketin qarşısında idarə etdiyi “UAZ-31514” markalı avtomobillə Quba-Xaltan yolunda fərdi taksi kimi işləyən, Quba rayonu, Xaltan kənd sakini Təqsirləndirilən şəxs zəng edib danışaraq onun üçün yer saxlatdırmışdır. Sahibə həmin gün 17:30 radələrində, Quba şəhərində yerləşən "Əfqan" marketin qarşısına gələrək Quba rayon sakini Təqsirləndirilən şəxs məxsus “UAZ-31514” markalı avtomobilə minib Quba rayonunu Nütəh kəndinə yola düşmüşdür. Onlar yola düşdükdən bir saat sonra ona məlum olmuşdur ki, Quba-Qonaqkənd avtomobil yolunun Quba rayonunun, Xırt kəndi ərazisində Akif idarə etdiyi maşını aşırdıb və maşında olan arvadı xəsarət alıb. Hadisə eşitdikdən sonra o, Quba şəhərinə gəlmişdir. Quba Rayon Müalicə Diaqnostika Mərkəzində təxminən 4 saat qalandan sonra vəziyyəti ağır olduğundan, Sahibəni Bakıdan çağırılan təcili yardım maşını ilə Bakı şəhərində yerləşən 1 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Sahibə həmin xəstəxanada bir ay müalicə aolunduqdan sonra Quba şəhərinə qayıdaraq müalicəsini Quba Rayon Müalicə Diaqnostika Mərkəzinə davam etdirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Quba rayonu, Çarxaçu kəndində atası Altay və bacısı Mənzurə ilə birlikdə yaşayır. 17 iyul 2022 il tarixdə, səhər saatlarında anası Məxfurə ilə birlikdə evdən çıxaraq Xudat şəhərində yaşayan xalası evinə qonaq getmişlər. Həmin gün günortadan sonra, atası Altay zəng edərək bildirmişdir ki, Quba şəhərində yerləşən "Əfqan" marketin qarşısında dayanıb idarə etdiyi “UAZ-31514” markalı avtomobillə Quba- Xaltan yolunda fərdi taksi kimi işləyən, Quba rayonu, Xaltan kənd sakini Təqsirləndirilən şəxs zəng edib danışaraq onlar üçün iki yer saxlatdırıb. O, anası ilə birlikdə Xudat şəhərindən çıxaraq saat 17:30 radələrində, Quba şəhərində yerləşən "Əfqan" marketin qarşısına gəlmişdir. Həmin vaxt o, Akifə məxsus avtomobilin qabaq oturacağında, anası isə arxa sağ oturacağında əyləşmişdir. Bir neçə dəqiqə sonra, əslən Quba rayonunun Nütəh kəndindən olan Zərərçəkmiş şəxs1 da müştəri kimi gələrək avtomobilin arxa sol oturacağında əyləşmiş və bundan sonra Akif avtomobili işə salaraq yola çıxmışdır. Saat 18:30 radələrində Quba-Qonaqkənd avtomobil yolunun Quba rayonu, Xırt kəndi ərazisindən keçən hissəsində sərt enişi düşərkən sürücü Akif onlara demişdir ki, avtomaşının əyləci işləmir. Avtomobil sürət aldıqdan sonra, yolun sərt döngəli hissəsinə çatanda yolun hərəkət hissəsindən çıxıb sola tərəfə istiqamətlənərək yolun çınqıl örtükdən ibarət olan ehtiyat hissəsinin üzərinə çıxmışdır. Avtomobil çınqıl örtüyün üzərində sürüşərək su arxının əmələ gətirdiyi dərəyə (yatağa) aşmaqla sağ- arxası üstə dayanmışdır. Hadisəni görüb köməyə gələn şəxslər qapılar açılmadığı üçün onları çıxara bilməmiş və aşmış avtomobili çevirib düz vəziyyətə gətirərək onları avtomobildən çıxarmışlar. O, aldığı xəsarətlərə görə özündə olmamışdır. Bir gün Quba Rayon Müalicə Diaqnostika Mərkəzində müalicə olunduqdan sonra, vəziyyəti ağır olduğu üçün onu Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Baş vermiş hadisə nəticəsində anasının ölməsini atası ona təxminən iki həftə sonra demişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs bağışladığını, onun barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki ,ailəsi ilə birlikdə Quba rayonunun, Xırt kəndində yaşayır. 17 iyul 2022 il tarixdə axşam saatlarında həmkəndliləri ilə birlikdə Quba-Qonaqkənd avtomobil yolunun kəndlərinin ərazisindən keçən hissəsində olarkən “UAZ-31514” markalı avtomobil yolun kənarında yerləşən su arxının əmələ gətirdiyi dərəyə (yatağa) aşqığını görüb, hadisə yerinə getmişlər. Aşan maşının yanına yaxılaşıb oradan sürücünü və avtomaşında olan üç nəfər sərnişini maşından çıxarmışlar. Sərnişinlərdən ikisi qadın, biri isə 16-17 yaşlarında oğlan olmuşdur. Qadınlardan biri aldığı xəsarətlərdən vəfat etmişdir. O, əvvələcə təcili tibbi yardıma xidmətinə, sonra isə DİN-nin "102" xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 10 avqust 2022-ci il tarixli, 48 satlı rəyindən görünür ki, X2 meyitinin xarici müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - “gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, təpə-ənsə nahiyəsinin geniş əzilmiş-cırılmışsoyulmuş yarası, sifətin çoxlu qançırları, alt çənənin əzilmiş-cırılmış yarası, sağ bazu və saidin çoxlu əzilmiş-didilmiş yaraları, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində geniş qansızma, sol təpə sümüyünün basılmış qəlpəli sınığı və baş beyin toxumasının həmin sahədə əzilib dağılması, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma” aşkar edilmişdir ki, bunlar da həyati ölümdən az əwəl yetirilməyə uyğundur, 17 iyul 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa AĞİR zərər vurma əlamətlərinə malikdir. Meyitdən götürülən qanda məhkəmə-kimyəvi müayinə zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir, ölümə səbəb baş vermiş yol-nəqliyyat hadisəsi zamanı başın küt travmasından sol təpə sümüyünün basılmış qəlpəli sınığı nəticəsində baş beyin toxumasının əzilib dağılması və baş beyin toxumasına qansızma olmuş, ölüm meyit müayinə olunan vaxtdan 4-6 saat əvvəl baş verməyə uyğundur. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 19 sentyabr 2022-ci il tarixli, 890 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-“müştərək travma - AKBT, baş beyin silkələnməsi ilə müşayiət olunan alın sümüyünün basılmış qəlpəli sınığı, qapalı onurğa travması - aşağı paraparez İlə müşayiət olunan L-1, L-2 fəqərə cisminin kompressiaon qəlpəli sınığı, sol körpücük sümüyünün qapalı yerini dəyişən sınığı, sol oturaq sümüyünün və sirkə kasasının sınıqları” küt əşyanın (əşyaların) təsirindən törənməklə yerinə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 17 İyul 2022- ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa AĞİR zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 19 sentyabr 2022-ci il tarixli, 894 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - “baş beyin silkələnməsi, ikitərəfli hemopnevmotoraks, ağır dərəcəli onurğa beyinin əzilməsi və çanaq üzvlərinin funksiyasının pozulması İlə müşayiət olunan sağ tərəfdən qabırğaların çıxsaylı sınığı, döş və bel fəqərələrinin çoxsaylı sınıqları, hər iki aşağı ətrafda hissiyyat pozğunluğu - paraplegiya” küt əşyanın (əşyaların) təsirindən törənməklə yerinə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 17 iyul 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa AĞİR zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 26 avqust 2022-ci il tarixli, 8/2121 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “UAZ-31514" markalı, **-CZ-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. O, avtomobili duracaq tormoz sistemi nasaz vəziyyətdə idarə etdiyindən hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-cİ maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (1 saylı Əlavənin 1-ci hissəsinin 5-ci bəndinin) tələblərinə uyğunsuzluq olmuşdur. İş materillarında olan Quba RPŞ-nin X16 Bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs AF №304177 saylı, BC dərəcəli sürücülük vəsiqəsi vardır və o, sürücülük hüququndan məhrum edilməmişdir. İş materiallarında olan sərxoşluq halının təyini məqsədilə alkotester vasitəsilə keçirilmiş müayinənin nəticəsinə dair xx.xx.2022-ci il tarixli 03003 saylı qəbzdən gürünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən sərxoş olmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X1, zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs1 Quba rayon məhkəməsinə təqdim etdikləri ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin cinayət tərkibi var. Belə ki, məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Göründüyü kimi iş üzrə toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs istinad olunan, Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58, 59, 60, 61-ci maddələrinin tələblərini, o cümlədən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Quba Rayonu İcra Hakimiyyəti başçısının Xaltan kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən götünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Muçu kəndində qeydiyyatda olmaqla Quba rayonu Xaltan kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 sentyabr 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcəyini nəzərə alıb hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub, dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs hazırki iş üzrə istintaqla Azərbaycan Respublikası CM-in 99- 1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi ziyan və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il, 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, maddi sübutun və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar