Məhkəmə qərarları › İş №1(027)-189/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-189/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-189/2022 20.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkən şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1988-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı. Azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olan və Quba rayonu, Pirvahid kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdə saat, 16 radələrində Quba şəhəri. Vaqif küçəsində yerləşən “Qızıl Tac“ şadlıq sarayında keçirilən toy şənliyində olan zaman o, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərib, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan insanların gözü qarşısında nalayiq ifadələr işlədib, insanların rahatlığını pozaraq aralarında yaranmış mübahisə nəticəsində qəsdən Zərərçəkmiş şəxs yumruqla üz nahiyyəsindən bir dəfə, baş nahiyyəsindən isə 2 dəfə zərbə vuraraq sonuncuya baş beyin silkələnməsi ilə müşayiət olunan sağ göz orbiti ətrafında qançır-hematoma, burun qanaxması ilə müşayiət olunan burunun üstündə sağda qançır kimi xəsarət yetirməklə dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, onunla aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. xx.xx.2022-ci il tarixdə qardaşı Namirlə birlikdə Quba rayonunda yerləşən “Qızıl Tac“ şadlıq evində həmkəndlisi Fazil adlı şəxsin övladının toyunda iştirak etmişdir. Onlarla bərabər toyda Zərərçəkmiş şəxsda iştirak etmişdir. O, qardaşı Namir ilə birlikdə Müşfiqin əyləşdiyi masada əyləşmişdir.Onlardan başqa həmin masada bir neçə nəfər tanımadıqları insanlarda əyləşmişdir. Şadlıq sarayının foyesində olarkən sərxoş olduqları üçün Müşfiq ilə aralarında sözlə mübahisə yaranmış və bu zaman onlar bir birinin yaxasından tutmuşlar. O, həmin vaxtı yumruqla Müşviqin sifət nahiyyəsinə vurmuş, baş vermiş səsə-küyə şadlıq sarayında olan insanlar ora toplaşaraq onları ayırmışlar. Təxminən 2-3 dəqiqə sonra, Müşfiq yenidən sarayın qarşısında ona yaxınlaşaraq onunla mübahisə etməyə başlamışdır. O, isə yenidən bir dəfə yumruqla Müşviqi vurmuş, həmin vaxtı orada adını bilmədiyi şəxslər onları arala.dırmışlar. Sonra isə qardaşı Namir onun yanna gəlib onu öz evinə aparmışdır. Aralarındakı mübahisə sarayın həyətində təxminən 10 dəqiqəyə yaxın davam etmiş, orada bir çox insanlar olmuşdur. Müşfiq ilə onun aralarındakı dava dalaşa səbəb onları spirtli içki qəbul edib sərxoş olmaları olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tutduğu əməldən peşiman olmasını və zərərçəkmiş şəxslə barışmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki o, xx.xx.2022-ci il tarixdə Quba rayonunda yerləşən “Qızıl Tac“ şadlıq evində həmkəndlisi Fazil adlı şəxsin övladının toyunda iştirak etmişdir. Onunla bərabər həmin toyda Təqsirləndirilən şəxs də iştirak etmişdir. O, Namiqi tanısada onunla heç bir əlaqəsi, ədavəti və düşmənçiliyi olmamışdır. O, sarayın içərisində olan zaman dostu Asif adlı şəxs ilə eyni masada əyləşmişdir. Az sonra isə Təqsirləndirilən şəxs gəlib onlarla eyni masada əyləşmişdir. Namiq masada oturduqdan sonra, dostu Asif ilə söhbət etməyə başlamış, söhbət zamanı Asifə Namiqin arasında mübahisə yaranmışdır. Az sonra Asif onların masalarından durub sinif yoldaşlarının oturduğu masaya getmişdirki, onlarla görüşsün, o, dərhal öz oturduğu stoldan durub Asifin yerinə keçmişdir ki. Asif gələndə Namiqin yanında oturmasın. Təxminən 5-6 dəqiqədən sonra onunla eyni masada oturmuş şəxslər hamısı ayağa durub çölə çıxmışlar. O, şadlıq evinin çölündə əl üzünü yumağa getmiş, həmin vaxtı görmüşdür ki Namiq, arxasında dayanıb ona baxır. O, getmək istəyəndə Namiq demişdirki, onunla söhbəti var o, isə ona demişdirki, bura söhbət yeri deyil söhbəti başqa vaxtı edərik. Namiq isə o, getmək istəyəndə qəflətən üstünə cumub əlini köynəyindən tutmaq istəmiş, o isə bunu görüb onu dərhal əli ilə itələyib özündən kənarlaşdırmışdır. Namiq isə yenidən onun üstünə gəlmiş, həmin vaxtı kənardan toy sahibinin qardaşı Osman kiş onlara yaxınlaşıb Namiqi onun yanından uzaqlaşdırmışdır. O, isə yenidən saraya daxil olmuş və görmüşdür ki. sarayın içərisində camaat rəqs edir bir neçə adamlar isə onlara baxırlar. Həmin vaxt o, Kamil adlı həmkəndlisinin əyşəşdiyi masada oturaraq toya baxmışdır. Bu vaxtı Namiq onun yanına gəlib yenidən onunla mübahisə etməyə başlayaraq üstünə gəlib onu vurmaq istəmişdir. O, oturduğu yerdə onu əli ilə itələmiş, Namiq bir az geri gedib sonra irəli gəlmişdir. O, isə ona əhəmiyyət verməmişdir. Həmin vaxt Namiq qəflətən yumruqla onun sağ gözünün kənarından 1 dəfə vurmuş və onun burnundan qan açılmışdır. Kənarda olan şəxslər isə Namiqi tutub çölə çıxartmışdırlar. O, isə yenə çölə çıxıb gedib əl üzünü yumuş sonra isə DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. :Aralarmnda kı mübahisə təxminən 8-10 dəqiqə davam etmiş, yanlarında isə bir çox insanlar olmuşdur. Həmin vaxtı orada toy sahibləri, Osman, dostu Şahid3 və Kamil adlı şəxs olmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Quba rayonunda yerləşən “ Qızıl Tac “ şadlıq evində həmkəndlisi Fazil adlı şəxsin övladının toyunda o qardaşı Namiqdə birlikdə iştirak etmişdir. Onlarla bərabər toyda Zərərçəkmiş şəxsda iştirak etmişdir. O, qardaşı Namiq ilə birlikdə Müşfiqin əyləşdiyi masada əyləşmişdir. Onlardan başqa həmin masada bir neçə nəfər tanımadığı şəxslərdə əyləşmişlər. Toyda oturduqdan bir qədər sonra siqaret almaq mqsədi ilə o, şadlıq sarayını tərk etmişdir. Təxminən 20 dəqiqə sonra mağazadan gəlib şadlıq evinin həyətində görmüşdür ki, qardaşı Namiq ilə Müşviq mübahisə edib və orada olan adamlar onları ayırıblar Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdi ki, xx.xx.2022-ci il tarixdə Quba şəhərində yerləşən “Qızıl Tac” şadlıq sarayında sinifyoldaşı Fazilin qızının toy mərasimində onunla bərabər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirak etmişlər. Namiq ilə Müşfiq onunla eyni masada əyləşmişdirlər. İlkin olaraq həmin masada o, Müşfiq ilə birlikdə oturmuş sonra isə Namiq tanımadığı bir neçə nəfərlə birlikdə gəlib orada oturmuşdur . Təqsirləndirilən şəxs spirtli işki içəndən sonra onunla sözlə mübahisə etməyə başlamışdır. Mübahisə böyüməsin deyə həmin vaxt o, sinif yoldaşlarının oturduğu masaya keçmişdir. Qonşu masada bir qədər oturduqdan sonra yenidən öz əyləşdiyi masaya qayıdıb görmüşdür ki, Müşviqlə Namiq mübahisə edirlər. Ancaq, söhbətin nədən getdiyini bilməmiş sonra isə o, yenə başqa masaya gedib orada əyləşmişdir. Bir qədər keçdikdən sonra, görmüşdür ki, toyda işyirak edən şəxslər saraydan çölə çıxırlar bunları görüb onlarla birlikdə o, da çölə çıxıb görmüşdür ki, Müşfiqlə Namiq dalaşıblar artıq onları orada olan şəxsiyyətlərini dəqiq bilmədiyi insanlar onları ayırmışlar. Həmin vaxtı Müşfiqin burnundan qan gəldiyini görüb ondan nə olduğunu soruşduqda, mMüşviq bildirmişdir ki, Namiq yumruqla onu vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Ərəbov X1 Asif Abduləziz oğlunun göstərdiyi xususatları təsdiq edərək onunla euni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 19 iyul 2022-ci il tarixli 564 nömrəli rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- baş beyin silkələnməsi ilə müşayiət olunan sağ göz orbiti ətrafında qançır-hematoma, burun qanaxması ilə müşayiət olunan burunun üstündə sağda qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxtda yəni, 18 iyul 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən gürünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan Quba Rayonu İcra Hakimiyyəti başçısının İkinci Nügədi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarekterizə olunur. İşdə olan Quba Rayonu İcra Hakimiyyəti başçısının İkinci Nügədi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Xınalıq kəndində qeydiyyatda olmaqla, Quba rayonu Pirvahid kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Baratova Nümunə, xx.xx.2012-ci il təvəllüdlü Baratova Nuray, xx.xx.2015- ci il təvəllüdlü Baratova Aylin və xx.xx.2019cu il təvəllüdlü Baratov Ramiz adlı övladları vardır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məçmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nətiçəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi edilmiş digər subutlara tam subuta yetirilir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ücün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd nəfər azyaşlı övladının olmasını, təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiq hesab edir. Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli qərarının üçüncü bəndinin ikinci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 sentyabr 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seıilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzası təyin ediləcəyindən onu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınmaldır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPМ-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzanın əvvəli, Təqsirləndirilən şəxs, qazancından 20 (iyirmi) faiz məbləğində pulun dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti vermək olar. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar