Məhkəmə qərarları › İş №1(027)-19/2020

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-19/2020

16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-19/2020 16.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X4, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1982-cı ildə Şabran rayonu, Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Günəşli kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədəksadələşdirilmiş icraat materialınaaçıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talama məqsədilə, vahid niyyətlə xx.xx.2019-cu il tarixdə saat 12:25 radələrində Quba şəhəri, C.Cabbarlı küçəsində yerləşən “Ağ Məscid”-də yerə döşənmiş, məscidin imamı Zərərçəkmiş şəxs məxsus 20,00 (iyirmi) manat dəyərində bir ədəd üzərində markalanması olmayan, 90x150sm ölçüdə, istifadə edilmiş, açıq qəhvəyi rəngli divar xalçasını, xx.xx.2019-cu il tarixdə saat 09:47 radələrində 60,00 (altmış) manat dəyərində bir ədəd üzərində markalanması olmayan, 160x260sm ölçüdə, istifadə edilmiş, üzərində köhnə modelli xalçaların naxışları olan döşəmə palazını, xx.xx.2019-cu il tarixdə saat 10:20 radələrində 180,00 (yüz səksən) manat dəyərində bir ədəd üzərində markalanması olmayan, 145x240sm ölçüdə, üzərində köhnə modelli xalçaların naxışları olan istifadə edilmiş döşəmə xalçasını, xx.xx.2019-cu il tarixdə saat 10:33 radələrində 350,00 (üç yüz əlli) manat dəyərində bir ədəd üzərində markalanması olmayan, 175x100sm ölçüdə, az İstifadə edilmiş, üzərində köhnə modelli xalçaların naxışları olan qalın divar xalçasını, xx.xx.2019-cu il tarixdə saat 10:30 radələrinde 250,00 (iki yüz ətli) manat deyərində bir ədəd üzərində markalanması olmayan, 240x145sm ölçüdə, istifadə edilmiş, üzərində köhnə modelli xalçaların naxışları olan, qara qırmızı rəngli döşəmə xalçasını, ümumilikdə Zərərçəkmiş şəxs 860,00 (səkkiz yüz altmış) manat deyərində əmlakını gizli olaraq talamaqla oğurluq cinayəti törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Quba şəhəri, C.Cabbarlı küçəsində yerləşən Ağ Məscidə bir neçə dəfə gedib gəlmiş, məsciddə olanda yerdə sərilmiş xalçaları görüb hamısını oğurlamaq qərarına gəlmiş, xalçalar ölçülərinə görə böyük olduğundan xalçaları bir-bir oğurlayaraq aparmaq istəmiş, maddi vəziyyəti yaxşı olmadığından qeyd olunan xalçaları oğurladıqdan sonra sataraq pul əldə etmək niyyəti olmuş, bu münvanla xx.xx.2019-cu il tarixdə günorta saatlarında “Ağ Məscid”-də olarkən ətrafda heç kimin olmamasından istifadə edib yerə döşənmiş, bir ədəd kənarları saçaqlı, işlənmiş, açıq qəhvəyi rəngli nazik divar xalçasını, xx.xx.2019-cu il tarixdə saat 09-10 radələrində bir ədəd kənarları yun saçaqlı, işlənmiş, döşəmə palazını, xx.xx.2019-cu il tarixdə saat 10:30 radələrində bir ədəd, kənarları pambıq saçaqlı, işlənmiş, kənarları göy, ortası qırmızı rəngli, döşəmə xalçasını, xx.xx.2019-cu il tarixdə saat 10:30 radələrində bir ədəd kənarları yun saçaqlı, az işlənmiş qalın divar xalçasını və xx.xx.2019-cu il tarixdə saat 10:30 radələrində bir ədəd, kənarları yun saçaqlı, işlənmiş, qara qırmızı rəngli, döşəmə xalçasını gizli şəkildə oğurlayıb Şabran rayonu, Günəşli kəndində yerləşən evinə aparmışdır. Sonradan xalçaları satmağa imkan tapmamış və polis əməkdaşları gələrək Günəşli kəndində yerləşən evindən həmin xalçaları aparmışlar. Xalçaları ona oğurlamaqda heç kim köməklik etməmiş, məsciddən xalçalardan başqa bir şey oğurlamamış, məsciddə olan imamların əbalarının ciblərinə baxsa da, oradan heçnə tapmamışdır. Hazırda tutduğu əməldən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X5 bildirdi ki,təmsil etdiyi şəxs Molla Hacıbaba-Axund məscidinin imamı,QMİ-nin Quba rayonu üzrə səhaliyyətli nümayəndəsi kimi fəaliyət göstərmiş, bundan başqa Quba şəhəri, C.Cabbarlı küçəsində yerləşən “Ağ-Məscid”-də imam kimi fəaliyyət göstərmiş, həmçinin həmin məsciddə dini ayinlərin icrasına nəzarət etmişdir. Məscid 3 mərtəbəli olmaqla təhlükəsizlik kameraları quraşdırılmış, məscid kişi və qadın bölmələrindən ibarət olmuşdur. Məscidin hər iki bölməsinin döşəməsində xalçalar sərilmiş, qeyd olunan xalçaların çoxunu özü illər əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən almış, məsciddən oğurlanmış 5 ədəd xalça da, həmçinin ona məxsus olmuşdur, qeyd olunan xalçaları illər əvvəl Bakı şəhərindən tanımadığı şəxslərdən almış, bir müddət həmin xalçalar evində qalsa da, sonradan “Ağ-Məscid”-ə lazım olduğundan, yəni məsciddə xalçaların sayı az olduğundan müvəqqəti olaraq həmin xalçaları məsciddə yerə sərdirmişdir. Niyyəti sonradan həmin xalçaları yenidən öz evinə aparmaq olmuş, məsciddə işləyən işçilərin heç biri həmin xalçaların ona məxsus olduğunu bilmişlər. Məsciddən oğurluq anının görüntüləri əks olunmuş video diskdə məscidin pəncərəsinin yanında qadının paltarları səliqə ilə qatlayaraq özünə götməsi ilə bağlı, qeyd olunan paltarlar 2-ci əl istifadə edilmiş, müxtəlif imkanlı insanlar tərəfindən məscidə verilməklə ehtiyyacı olan adamlar üçün nəzərdə tutulmuşdur. Həmin paltarları ehtiyyacı olan insanlar sərbəst şəkildə, əvvəlcədən orada işləyən Mehraca məlumat vermək şərtilə götürmüş, oğurluq edən qadın da, qeyd olunan paltarları götürmək üçün əvvəlcədən məlumat versə də, xalçaları götürəcəyi barədə heç bir məlumat verməmişdir. Bir ədəd kənarları saçaqlı, xarici açıq qəhvəyi rəngli, nazik divar xalçasını illər əvvəl Bakı şəhərindən tanımadığı bir dükandan təxminən 25 manata, bir ədəd kənarları yun saçaqlı, üzərində xalça naxışları olanpalazı təxminən 70 manata, bir ədəd kənarları pambıq saçaqlı, göy rəngli, ortası qırmızı rəngli, üzərində xalça naxışları olan döşəmə xalçasını təxminən 200 manata, bir ədəd kənarları yun saçaqlı, üzərində xalça naxışları olan qalın divar xalçasını təxminən 400 manata, bir ədəd kənarları yun saçaqlı, üzərində xalça naxışları olan, qara qırmızı rəngli xalçanı 300 manata almış, xalçaları çoxdan aldığından onların dəqiq qiymətlərini xatırlaya bilməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, dəymiş ziyan aradan qaldırıldığından ona qarşı şikayət və tələbləri yoxdur, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısıdır, təxminən 3 il bacısı Lalə azyaşlı uşağı ilə birlikdə onunla yaşayıb. 2019-cu ilin təxminən avqust ayı ərzində 5 ədəd müxtəlif ölçülü xalçaları evə gətirmiş, bu barədə Lalədən soruşduqda tanımadığı bir qadının ona lazımsız olduğu üçün istifadə etməsi məqdəsilə verdiyini bildirmiş, həmin qadının Quba şəhərində məsciddə molla işlədiyini demiş, xalçaları Lalənin oğurlaması barədə məlumatı olmamış, Quba şəhərinə gələrkən uşağını həkimə aparacağını demiş, Lalənin əvvəllər oğurluq etməsi barədə məlumatı olmamış, bu barədə polis əməkdaşlarından eşitmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 Şahid2 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq edərək, Şahid2 ifadəsini təsdiq etmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair Ədliyyə Nazirliyinin MEM-in “ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi ekspertizası” şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli, 22945 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, ekspertizaya təqdim edilen xalçaların, qərarın təsviri hissəsində olan məlumatlara və keçirilmiş ekspert baxışının nəticələrinə əsasən, xx.xx.2019-cu il tarixə, respublikadaxili orta bazar satış ümumi qiyməti təxminən 860,00 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxsəvvəllər məhkum olunmamışdır. İşdə olan Şabran RlHB-nın Ağalıq inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışından görünür ki, Şabran rayonu, Günəşli kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi, anası-xx.xx.1964-cü il təvəllüdlü X1 ibarətdir. İşdə olan Şabran RlHB-nın Ağalıq İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1982-ci il tarixdə anadan olmuşdur. Şabran rayonu, Günəşli kəndində yaşayır və nümayəndəliyə onun barəsində heç bir şikayət və narazılıq daxil olmamışdır. İşdə olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X3 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və təbləri yoxdur. Onu bağışlamışlar. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məçmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nətiçəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında özünün səmimi etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ücün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarı 2-ci maddəsinin 4cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının secilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsin tutduğu əməldən səmimi peşman olmuşdur.Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun, törətdiyi əməli səmimi etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13, 59.2-ci maddələrinə əsasən cəzasınıyüngülləşdirənhallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən X7 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyası həddində ictimai işlər cəzasına məhkum edilməli,ictimai işləri yerinə yetirdiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıCPМ-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxsAzərbaycan RespublikasıCМ-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib420 (dörd yüz iyirmi) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ictimai işləri yerinə yetirdiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs75 (yetmiş beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut olan,bir ədəd üzərində markalanması olmayan, 90x150sm ölçüdə, istifadə edilmiş, açıq qəhvəyi rəngli divar xalçası, bir ədəd üzərində markalanması olmayan, 160x260sm ölçüdə, istifadə edilmiş, üzərində köhnə modelli xalçaların naxışları olan döşəmə palazı, bir ədəd üzərində markalanması olmayan, 145x240 sm ölçüdə, üzərində köhnə modelli xalçaların naxışları olan istifadə edilmiş döşəmə xalçası,bir ədəd üzərində markalanması olmayan, 175x100sm ölçüdə, az İstifadə edilmiş, üzərində köhnə modelli xalçaların naxışları olan qalın divar xalçası,bir ədəd üzərində markalanması olmayan, 240x145sm ölçüdə, istifadə edilmiş, üzərində köhnə modelli xalçaların naxışları olan, qara qırmızı rəngli döşəmə xalçasıZərərçəkmiş şəxs qaytarılsın. İş üzrə mülki iddia yoxdur Hökmdən elan olunduğu andan 20 (iyirmi) günmüddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti vermək olar. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar