Məhkəmə qərarları › İş №1(027)-19/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-19/2021

12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-19/2021 12.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Atamoğlanov Elxan Elman oğlunun katibliyi, Dövlət ittihamçısı X3, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1, Müdafiəçi X4 iştirakı ilə, xx.xx.1999-cu ildə Quba rayonu, Vəl-vələ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Quba rayonu, Vəl-vələ kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, xx xxxxxx 2020-ci il tarixdə Quba rayonu, Mirzəqlışlaq kəndində Zərərçəkmiş şəxs yaşadığı evdə ailədaxili yığıncaq edib sonuncu ilə qeyri-rəsmi nikaha daxil olaraq həmin gün gecə saatlarında on altı yaşına çatmayan, xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə onun razılığı əsasında təbii yolla cinsi əlaqədə olmaqla Zərərçəkmiş şəxs qızlıq bəkarətinin anatomik tamlığını pozmuşdur. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs təqsirini etiraf edərək qeyd etmişdir ki, 2020-ci ilin yanvar ayında Quba rayonu, Mirzəqışlaq kəndində yaşayan Zərərçəkmiş şəxs görüb sevdiyindən öz anasını elçi göndərmiş, 2020-ci ilin aprel ayında isə anası nədənsə Rəmidə ilə ailə qurmağına razı olmadığından nişanı geri qaytarmış, o, da, həmin vaxt anası ilə mübahisə edərək yaşadığı Quba rayonu, Vəlvələ kəndində yerləşən evindən çıxıb Rəmidənin Quba rayonu, Mirzəqışlaq kəndində yerləşən evinə gələrək sonuncun ailəsinin razılığı ilə onlarla bir evdə yaşamağa başlamış, həmin vaxt bu məsələyə anası əsəbiləşərək Quba RPŞ-yə ərizə ilə müraciət etmiş və bununla bağlı Quba RPŞ-də araşdırma aparılmışdır. xx.xx.2020-ci il tarixdə axşam yaşadıqları evdə Rəmidənin ailə üzvləri ilə birlikdə Rəmidə ilə aralarında kiçik yığıncaq olmuşdur. O, vaxtdan etibarən Rəmidə ilə bir ailə kimi yaşamağa başlamışlar. xx.xx.2020-ci il tarixdə yaşadıqları Quba rayonu, Mirzəqışlaq kəndində yerləşən Rəmidənin evində sonuncunun və ailə üzvlərinin razılığı ilə Rəmidə ilə ilk dəfə təbii yolla cinsi əlaqədə olmuş və həmin gündən etibarən Rəmidə ilə bir həyat yoldaşı kimi demək olar ki, hər gün cinsi əlaqədə olmuşdur. Rəmidə ilə ilk dəfə cinsi əlaqədə olanda Rəmidənin 15 yaşı olduğunu bilmişdir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, hazırda Rəmidə ilə ailə kimi yaşadığını, onu çox sevdiyini bildirərək barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 2020-ci ilin yanvar ayında Quba rayonu, Vəlvələ kənd sakini Təqsirləndirilən şəxs ilə bir-birlərini sevdiklərindən 2020ci ilin yanvar ayının 25-də nişanlanmışlar, sonradan Aqanın anası Xuramə nədənsə onun Aqa ilə ailə qurmasına razı olmadığından nişanı geri qaytarmış, lakin buna baxmayaraq Aqa ilə ailə qurmaq istəmişlər. xx.xx.2020-ci il tarixdə onun ailə üzvlərinin və özünün razılığı ilə evlərində kiçik yığıncaq edib Aqa ilə qeyri rəsmi nikaha girmiş, sonra da, həyətlərində yeni tikdikləri evlərində hazırladıqları otaqda yatıb ilk dəfə Aqa ilə cinsi əlaqədə olmuşlar. Həmin gündən etibarən Aqa ilə bir həyat yoldaşı kimi demək olar ki, hər gün cinsi əlaqədə olmuşdur. xx.xx.2005-ci təvəllüdlü olsa da, Aqanı sevmiş və Aqa ilə öz razılığına əsasən ailə quraraq cinsi əlaqədə olmuşdur. Aqa onunla ilk dəfə cinsi əlaqədə olanda Aqa onun 15 yaşının olduğunu bilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Quba rayonu Vəlvələ kənd sakini Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayında öz anası ilə birlikdə qızı xx.xx.2005-ci il təvəllüdlü Rəmidə üçün elçi gəlmiş, həmin vaxt qızı Rəmidə azyaşlı olduğundan Rəmidəni Aqaya nişanlasalar da, toyun qızının 17 yaşı tamam olduqdan sonra olmasına razılaşmışlar. 2020-ci ilin aprel ayında Aqanın anası Xuramə onunla telefon əlaqəsi saxlayıb qızının nişanını qaytarmasını demiş, bundan sonra Aqa qızını sevdiyindən və ayrılmaq istəmədiyindən anası ilə mübahisə edərək yaşadığı Quba rayonu, Vəlvələ kəndində yerləşən evindən çıxaraq onların yaşadıqları Quba rayonu, Mirzəqışlaq kəndində yerləşən evlərinə gəlmiş və onlarla birlikdə yaşamağa başlamışdır. Həmin vaxt Aqa onların evində yaşasa da, qızı ilə arasında heç bir yaxınlıq olmamış, hətta həmin dövrdə 2020-ci ilin aprel ayının sonu may ayının əvvəllərində Şahid2 Quba RPŞ-yə şikayət edərək guya həmin vaxt Aqanın yaşı tamam olmayan qızı ilə cinsi əlaqədə olduğunu bildirmiş, lakin həmin dövrdə Quba RPŞ tərəfindən aparılmış araşdırmanın nəticəsində məlum olmuşdur ki, qızının bəkarəti pozulmamışdır. xx.xx.2020-ci il tarixdə yaşadıqları evdə kiçik bir yığıncaq etdikdən sonra qızı Rəmidənin Aqa ilə cinsi əlaqədə olmasına icazə vermiş, hazırda Rəmidə ilə Aqa bir ailə kimi bir yerdə yaşayırlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, dörd oğlu olmaqla Təqsirləndirilən şəxs onun sonuncu övladıdır. Aqa 2020-ci ilin aprel ayında Quba rayonu, Mirzəqışlaq kənd sakini Şahid1 qızı Rəmidə ilə ailə həyatı qurmaq istədiyindən o, elçi getmişdir. Rəmidənin 15 yaşının olduğunu bilib sonra həmin evə getməmiş, lakin Aqa onunla müahisə edərək Quba rayonu, Vəlvələ kəndində yerləşən evlərindən çıxıb Rəmidənin Quba rayonu, Mirzəqışlaq kəndində yerləşən evinə gədərək sonuncun ailəsinin razılığı ilə Rəmidə ilə bir evdə yaşamağa başlamışdır. Həmin vaxt bu məsələyə əsəbiləşərək Quba RPŞ-yə ərizə ilə müraciət etmiş, bununla bağlı Quba RPŞ-də araşdırma aparılmış, xx.xx.2020-ci il tarixdə Aqa ilə Rəmidənin sonuncunun ailə üzvləri ilə birlikdə kiçik yığıncaq olması və həmin vaxtdan etibarən Rəmidə ilə bir ailə kimi yaşamağa başlaması barədə məlumatı olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Quba rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 937 nömrəli ekspert rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bəkarətinin anotomik tamlığı pozulmuş, müddəti xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmamışdır. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olunmasını göstərən xarakterik marfoloji dəyişikliklər yoxdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Quba rayon şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, 1131 nömrəli ekspert rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmadı, onun xarici cinsiyyət üzvü sahəsində cinsi əlaqədə olmağa maneçilik törədə biləcək hər hansı yara, xora, anomalik törəmə və.s. aşkar olunmamışdır. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi məhkəmə psixiatrik ekspertiza mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 2004 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs özündən uydurmağa, təlqinə qapılmağa meyillilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri qeydə alınmadı. Zərərçəkmiş şəxs əqli və psixi inkişafına görə hadisə zamanı ona qarşı edilən hərəkətləri qavramaq, həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan DİN-in Baş Əməliyyat və X2 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Vəlvələ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özünü cəmiyyət arasında çox pis aparmış, yaşadığı ərazidə valideynlərinə münasibəti yaxşı olmamış, yaşadığı ərazinin ictimai işlərində heç bir fəallıq göstərməmiş, yaşadığı ərazidə onun barəsində icra nümayəndəliyinə bir neçə dəfə şifahi olaraq şikayət xarakterli müraciət daxil olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsinin cinayət tərkibi var. Çünki məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs avqust 2020-ci il tarixdə Quba rayonu, Mirzəqlışlaq kəndində Zərərçəkmiş şəxs yaşadığı evdə ailədaxili yığıncaq edib sonuncu ilə qeyri-rəsmi nikaha daxil olaraq həmin gün gecə saatlarında on altı yaşına çatmayan, xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə onun razılığı əsasında təbii yolla cinsi əlaqədə olmaqla Zərərçəkmiş şəxs qızlıq bəkarətinin anatomik tamlığını pozması sübuta yetirilmişdir. Göründüyü kimi iş üzrə toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs istinad olunan, CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməli, CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidadi istintaqda müdafiə edilməsinə görə 15 saat üçün 90 manat və X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 16 saat üçün 96 manat olmaqla ümumilikdə 31 saat üçün 186 (bir yüz səksən altı) manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Quba rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidadi istintaqda müdafiə edilməsinə görə 15 saat üçün 90 manat və X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 16 saat üçün 96 manat olmaqla ümumilikdə 31 saat üçün 186 (bir yüz səksən altı) manat dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar