Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-19/2022 16.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X18 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs X8 və onun müdafiəçisi X9 iştirakı ilə, xx.xx.1977-ci ildə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba rayonu, Növdün kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş- X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 cavabdeh kimi ondan, 22 yanvar 2010-cu il tarixdən hesablanmaqla, övladları, 17 sentyabr 2006-cı il təvəllüdlü X2 və 31 avqust 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq Şadiyeva (Mirzəməmmədova) Cəmalə Ağakərim qızının xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 2(067)-213/2010 saylı, 22 fevral 2010-cu il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən 16.07.2021-ci il tarixədək 10132,00 manat məbləğində aliment borcunu tələbkar Şadiyeva (Mirzəməmmədova) Cəmalə Ağakərim qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X14 ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 22 yanvar 2010-cu il tarixdən hesablanmaqla, övladları 17 sentyabr 2006cı il təvəllüdlü X2 və 31 avqust 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq Şadiyeva (Mirzəməmmədova) Cəmalə Ağakərim qızının xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 2(067)-213/2010 saylı, 22 fevral 2010-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Fərdi əməklə məşğul olmaqla aylıq qazancının 200,00-300,00 manat olması ilə əlaqədar qətnamədə göstərilən məbləği Cəmalə Şadıyevaya ödəyə bilməmişdir. Dəfələrlə Quba rayon icra və probasiya şöbəsinə çağrılıb icra məmuru tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq qətnamədə təyin olunmuş 100 manat məbləğində pulu Cəmalə Şadıyevaya ödəməmişdir. İcra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Cərimə olunduqda sonra, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən 16.07.2021-ci il tarixədək 10132,00 manat məbləğində aliment borcunu tələbkar Şadiyeva (Mirzəməmmədova) Cəmalə Ağakərim qızının xeyrinə ödəməmişdir. İfadəsinin sonunda X14 əməlindən səmimi peşman olduğunu, aliment borcunu işləməməsi ilə əlaqədar ödəmədiyini bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs 22 yanvar 2010-cu il tarixdən başlayaraq 17 sentyabr 2006-cı il təvəllüdlü X2 və 31 avqust 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 22 fevral 2010-cu il tarixli qətnaməsinin icrası yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə olunmuşdur. İcra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs dəfələrlə icra şöbəsinə dəvət olunaraq alimentin ödənilməsi tələb olunsada Təqsirləndirilən şəxs ona hər hansı bir məbləğdə aliment pulu ödəməmişdir. Alimenti ödəməməsi ilə əlaqədar Quba Rayon Məhkəməsinin 08 iyun 2020ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Zaman Mirzəmmədov Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq o, təqdimat verilən 16.07.2021-ci il tarixədək 10132,00 manat məbləğində aliment borcunu fərdi əməklə, yəni fəhləliklə məşğul olmaqla qazanc əldə etməsinə baxmayaraq, qərəzli olaraq ödəməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Zaman Mirzəmmədov barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinin xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 22 yanvar 2010-cu il tarixdən hesablanmaqla, övladları, 17 sentyabr 2006-cı il təvəllüdlü X2 və 31 avqust 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq Şadiyeva (Mirzəməmmədova) Cəmalə Ağakərim qızının xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 2(067)-213/2010 saylı, 22 fevral 2010-cu il tarixli qətnaməsinin icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Qətnamənin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs dəfələrlə şöbəyə dəvət olunaraq qanuni qüvvəyə minmiş qətnaməni icra edilməsi təklif olunsada Təqsirləndirilən şəxs üzürsüz səbəbdən qətnaməni icra etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə X21 Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə olunduqdan sonra, ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq o, şəxsi maraq niyyətilə təqdimat verilən 16.07.2021-ci il tarixədək 10132,00 manat məbləğində aliment borcunu tələbkar Şadiyeva (Mirzəməmmədova) Cəmalə Ağakərim qızının xeyrinə qərəzli olaraq ödəməmişdir. Bu səbəbdən də toplanmış materiallar 16.07.2021-ci il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmədə digər şahid Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 də şahid X1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 22.02.2010-cu il tarixli, 2(067)- 213/2010 saylı qətnaməsi və 29.03.2010-cu il tarixli, 2(067)-213/2010 saylı icra sənədindən görünür ki, X7 17.09.2006-cı il təvəllüdlü X2 və 31.08.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 22.10.2010-cu il tarixdən başlayaraq, hər uşağa görə hər ay 50 manat olmaqla, dörd uşaq üçün hər ay 100 manat sabit pul məbləğində aliment tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş materiallarında olan Quba rayon İcra Şöbəsinin icra məmuru Elçin Hacıyevin icraata başlamaq haqqında qərarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 22.02.2010-cu il tarixli, 2(067)-213/2010 saylı icra sənədi üzrə icraat başlanılmış və borclu X11 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 3(027)-437/2020 saylı, 08.06.2020-ci il tarixli qərarından görünür ki, X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 8(027)-170/2012 saylı, 16.04.2012-ci il tarixli qərarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 22.02.2010-cu il tarixli, 2(067)-213/2010 saylı icra sənədinə əsasən iş üzrə borclu X8 Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan 23.07.2020-ci il tarixli, 101704/20-07 saylı bildirişdən görünür ki, inzibati məsuliyyətə cəlb edildikdən sonra, X11 Xaçmaz Rayon Məhkəməsinin 22.02.2010-cu il tarixli, 2(067)-213/2010 saylı icra sənədinin icrası üçün 15 gün olmaqla yeni müddət təyin edilmişdir. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri, şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, X19 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, X14 oğlunun oğlunun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, X14 oğlunun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs oğlu X19 oğlunun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X11 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən görünür ki, X14 məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Şuduq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, X5 rayonu, Növdün kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxs X11 cəza təyin edərkən onun əməlindən peşman olmasını Azərbaycan Respublikası 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən cəza təyin edilərkən təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri X8 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə X11 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxs zərər çəkmiş şəxslə barışmamış, dəymiş zərəri aradan qaldırmamış və bunlara heç bir cəhd göstərməmiş, bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq qanuni qüvvəyə minmiş qətnamənin icrasını təmin etməmiş və bununla da törətdiyi əmələ biganə yanaşmışdır. Bu, isə öz növbəsində zərər çəkmiş şəxsin pozulmuş hüququnun bərpasını və dəymiş zərərin ödənilməsini mümkünsüz etmiş, ədalət mühakiməsinin fəaliyyəti nəticəsiz qalmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi isə məhkəmə orqanlarını nüfuzdan salaraq cəmiyyətdə qanunla qorunan hüquq və mənafelərin müdafiəsi ilə əlaqədar inamsızlıq yaradır və zərərçəkənlərin hüquqlarını pozur. Bununla da, məhkəmə həmin şəxsin cəmiyyətdən təcrid olunmaqla azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını, sosial ədalətin bərpa olunmasını, həmçinin onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını və bununla da cəzanın məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Əksinə, məhkəmənin qənaətinə görə bu, onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da ədalət mühakiməsinin təmin edilməsi və qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər və bununla da, digər yüngül cəzanın təyin edilməsi cəzanın məqsədlərinin təmin olunması üçün effektli olmaz. Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyi üçün 20 sentyabr 2021-ci il tarixdə onun barəsində axtarış elan edilərək cinayyət işiinin icraatı dayandırılmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04.11.2021-ci il tarixdə Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq Bakı şəhəri, Nərimanov RPİ-nin X17 təhvil verilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 06.11.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə X8 barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. X14 məhkəmədən yayındığına görə Quba rayon Məhkəməsinin 1(027)-19/2022 saylı, 12.01.2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 01.02.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X14 01.02.2022-ci il tarixdə tutulmuşdur. Məhkəmə hesab edir ki, X11 azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından X8 04 noyabr 2021-ci il tarixdən 06 noyabr 2021-ci il tarixədək tutulduğu 02 gün müddət təyin olunacaq cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, X14 Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 01.02.2022-ci il tarixdən hesablanmalıdır. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilməlidir. X8 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülməldir. İş üzrə maddi sübut, müsadirə olunası əmlak, ekspertiza xərci və mülki iddianın olmaması nəzərə alınmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X14 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X8 ibtidai istintaq zamanı 04.11.2021-ci il tarixdən 06.11.2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. X14 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01.02.2022-ci il tarixdən hesablansın. X8 barəsində seçilmiş “həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. X8 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut, müsadirə olunası əmlak, ekspertiza xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-19/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-19/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver