Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-19/2023 31.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cü ildə Quba rayonunun Alekseyevka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 170.1, 185.2.1, 185.2.2, 28,185.2.1 və 29,185.2.2-ci maddələri ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 22 (iyirmi) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, Quba şəhəri, H.Əliyev prospekti 177A ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 02 ədəd bükümdə 0,277 qram çəkidə ağ rəngli, kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə 0,603 qram çəkidə qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxlamış, 20 sentyabr 2022ci il tarixdə, saat 19 radələrində Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Quba şəhərində yerləşən Meydan adlanan ərazidə saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən 02 ədəd bükümdə də ayrı-ayrılıqda çəkiləri 0,120 qram və 0,157 qram olmaqla ümumi təmiz çəkisi 0,277 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə 0,603 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 28 mart 2022-ci il tarixdə 16 saylı cəzaçəkmə müəssiəsindən şərti azadlığa buraxılmışdır. 20 sentyabr 2022-ci il tarixdə doğum günü olduğundan ad günündə narkotik vasitələrdən istifadə etmək qərarına gəlmişdir. Ona görə də 18 sentyabr 2022-ci il tarixdə Xaçmaz rayonundan olan tanımadığı İsmət adlı şəxsin kartına pul yükləmişdir. Həmin şəxs də 2 büküm psixotrop maddə metamfetamini və bir büküm nanarkotik vasitələri Xaçmaz rayonu, İzmailovka kəndində dəmir yolunun kənarına atdığını bildirdikdən sonra həmin yerə gedərək narkotik vasitələri oradan götürmüşdür. 20 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Quba şəhəri Meydan adlanan ərazidə yerləşən köşkdə dostu Elçinlə birlikdə narkotik vasitə qəbul etmək istəyərkən onlara Quba rayon poliş şöbəsinin əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğunu və bununla əlaqədar üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Bundan sonra, onların yanlarına əlavə olaraq polis əməkdaşları gəldikdən ona vəkil təqdim edildikdən sonra, üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Xaçmaz şəhərindən alıb üzərində saxladığı iki büküm psixotrop maddə metamfetamin və bir büküm harkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar edilib götürülmüş narkotik vasitələr elektron tərəzidə çəkildikdən sonra zərfə doyularaq qablaşdırılmışdır. Bundan sonra, polis əməkdaşları tərəfindən tanışı Elçin Əliyevin üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Elçinin üzərindən dövriyyəsi qadağan edilmiş əşya və predmentlər aşkar edilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu və cavan olmasını bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X13 qardaşıdır. Quba şəhəri Meydan adlanan ərazidə yerləşən əyləncə mərkəzinə nəzarət edir. 20 sentyabr 2022-ci il tarixdə axşam saatlarında qardaşı Elçinin tanışı Təqsirləndirilən şəxs onun iş yerinə gəlmişdir. Bir qədər keçdikdən sonra qardaşı Elçin də onların yanlarına gəlmişdir. Bu zaman Quba rayon polis şöbəsinin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq qardaşı ilə Talehin narkotik vasitələrdən istifadə etmələrində şübhəli olduğuqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları vəkilin iştirakı ilə Talehin üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Talehin əynində olan şalvarının cibindən bir büküm içərisində narkotik maddə heroinə bənzər maddə iki büküm isə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan başqa Talehin üzərindən narkotik narkotik vasitə qəbul etmək üçün hazırladığı trubka, Leobank kredit kartı, iki ədəd folqa aşkar edilmişdir. Bunlardan başqa Talehin üzərindən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilməmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkildikdən sonra zərflərə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, polis əməkdaşları vəkilin iştirakı ilə qardaşı Elçinin üzərində şəxsi axtarış aparılmışlar. Axtarış zamanı Elçinin üzərindən dövriyyəsi qadağan edilmiş əşya və predmentlər aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə Quba şəhər sakini Təqsirləndirilən şəxs və X10 qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə ondan, Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı Fərid Rəcəbovdan, NMQ-nun baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid4 və KTQ-nın baş inspektor kriminalisti Fuad İslamovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində Quba şəhəri, Meydan adlanan ərazidə Təqsirləndirilən şəxs və X12 şübhəli şəxs qismində saxlayıb üzərlərində şəxsi axtarış keçirmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman şalvarının cibindən bir büküm içərisində narkotik vasitə heroinə bənzər maddə, iki büküm içərisində metamfetaminə bənzər maddə, narkotik vasitə qəbul etmək üçün trubka, iki ədəd falqa və digər əşyalar aşkar edilmişdir. Bunlardan başqa Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilməmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə ölçülmüş və iki bükülüdə metamfetaminin çəkisi 0,3 qram bir ədəd bükülüdə heroin isə 0,8 qram gəlmişdir. Sonra isə aşkar edilmiş kütlələr qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Elçin Əliyevin üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən dövriyyəsi qadağan edilmiş əşya və predmentlər aşkar edilməmişdir. Sonra isə əyləncə mərkəzinin yanında olan kioska da baxış keçirilmiş, lakin oradan da qanunsuz əşya və predmentlər aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid4, X4 Vüsal Azad oğlunun göstərdiyini xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə kimyəvi və bioloji ekspertizasının 21 sentyabr 2022-ci il tarixli 6/5371 nömrəli rəyindən görünür ki: - Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №67” dairəvi möhür əksi və “Vət. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 3 ədəd kütlələr... Təqsirləndirilən şəxs-imza; Tərtib etdi :F.Rəcəbov-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki iki ədəd bükümlərdəki təmiz çəkiləri – 0,157 qram, 0,120 qram, ümumi təmiz çəkisi- 0,277 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; bir ədəd bir bükümdəki təmiz çəkisi – 0,603 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir; - Tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №67” dairəvi möhür əksi və “...Quba şəhəri Meydan adlnana ərazidə aşkar edilərək götürülmüş 1 ədəd kristalşəkilli kütlə, 1 ədəd sınıq ampula şüşə, 1 ədəd şprisdə maye məhlul; Tərtib etdi: F.Rəcəbov- imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd şprisin , 01 ədəd sınıq şüşə ampulanın içərisində və 01 ədəd bükümdə təmiz çəkisi- 29,721 qram ağ rəngli xırda ölçülü toz şəkilli maddənin tərkibində narkotik, psixotrop, gücülü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur. - Tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №67” dairəvi möhür əksi və “Vət. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən götürülmüş falqa kağızı və 1 ədəd trubka ... Təqsirləndirilən şəxs- imza; Tərtib etdi : F.Rəcəbov – imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 ədəd gümüşü rəngli falqa və 01 ədəd pul əskinasından hazırlanmış borucuqda heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. - Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) metamfetamin - “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in İ siyahısına daxildirlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının 10 noyabr 2022-ci il tarixli 6707 saylı rəyindən gürünür ki, X1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, X2 törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, X2 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X5 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X3 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İnzibati Ərazi dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qusar şəhəri H.Əliyev prospekti 177A ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır İşdə olan Quba RİHB-nın Quba şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyətnamədən gürünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Quba Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 185.2.1, 185.2.2, 29,185.2.1 və 29,185.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 71.5-ci maddələrinə əsasən 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 (on bir ) ay 22 (iyirmi) gününü vaxtından əvvəl şərti azadlığa buraxılmışdır. İş materiallarında olan Quba rayon İcra və Probbasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 22 (iyirmi) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmamışdır. Göründüyü kimi, vaxtından əvvəl şərti azad olunmuş Təqsirləndirilən şəxs hazırki iş üzrə törətdiyi cinayət əməllini 20 sentyabr 2022-ci tarixdə, yəni vaxtından əvvəl şərti azad olunduğu müddətdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş məhkum cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 76.6.3 və 67.1-ci maddələrinin tələblərinə uyğun qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayəti residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmamış yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin resedivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır, xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Məhkəmə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 76.6.3-ci maddəsinə əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 11 ay 22 gün vaxtından əvvəl şərti məhkum etmə ləğv edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Quba Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətində azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 11 ay 22 gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin haqqında qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Quba rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 20 sentyabr 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən onun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi müəyyən edilir. Yuxarıda göstərlənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs 164 (yüz altmış dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 6 saat üçün 36 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,237 qram psixotrop maddə metamfetamin, 0,553 qram narkotik vasitə heroin, 02 ədəd gümüşü rəngli falqa və 01 ədəd borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün icrası Quba Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsun 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə cəzadan vaxtından əvvəl şərti azad edilməsi haqqında Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qərarı ləğv edilsin və CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs üzərində qalan 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 20 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 164 (yüz altmış dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,237 qram psixotrop maddə metamfetamin, 0,553 qram narkotik vasitə heroin, 02 ədəd gümüşü rəngli falqa və 01 ədəd borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-19/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-19/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver