Məhkəmə qərarları › İş №1(027)-19/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-19/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-19/2024 27.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Müdafiəçi2 iştirakı ilə, xx xxx 1980-cıil tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Xaçmaz rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3cü maddəsinə əsasən 02 il 05 ay 26 gün azadlığın məhudlaşdırılması cəzasına məhkum olunmuş, Xaçmaz rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsindən azad edilmiş, Xaçmaz şəhəri, R.Rza küçəsi, ev 8-də qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının ortalarından həmin ilin may ayının ortalarına kimi olan müddət ərzində Xaçmaz rayonu ərazisində X2 məxsus ümumilikdə 2100 manat manat pulu ələ keçirməklə dələduzluq edərək Azərbaycan Respublikası CM-nin 178.1 -ci maddəsi ilə törətdiyi cinayətə görə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olmadan və ya həmin əmələ görə cinayət məsuliyyətindən azad olunmadan, yenidən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə hər hansı səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs 2-ci Qarabağ müharibəsində yaralanaraq xəsarət alması ilə əlaqədar əlillik təqaüdünün verilməsinə köməklik göstərəcəyi barədə yalandan vəd verməklə 5000 manat istəmiş, onlar aralarında əldə edilmiş razılaşmaya əsasən 14 oktyabr 2022-ci il tarixdə, Quba şəhərində görüşmüş və o, həmin tarixdə, günorta saatlarında "xxxx" ASC-nin Quba şəhərində yerləşən Quba fillialının qarşısında dayısı Şahid4 ilə birlikdə gəlmiş Zərərçəkmiş şəxs dayısından 5000 manat götürərək Zərərçəkmiş şəxs məxsus həmin məbləğdə pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Qusar rayon sakinləri Şahid1 və Zərərçəkmiş şəxs dostu Şahid2 vasitəsilə tanmışdır. 14 oktyabr 2023-ci il tarixdə, səhər saatlarında İlkin ona zəng edərək, nömrəsini Rasimdən götürdüyünü və Qusar rayonundan olan döyüş yoldaşı Məclum adlı şəxsə əlillik qrupu almaq lazım olduğunu və bu işdə Məcluma kömək etmək üçün əvvəlcə Rasimə zəng etdiyini, Rasim imtina etdiyindən, ona təklif etdiyini bildirmişdir. Həmin vaxtlarda pula ehtiyacı olduğundan İlkinə 5000 manat müqabilində əlillik qrupu almaq üçün sənəd düzəltməyə köməklik edəcəyini təklif etmişdir. İlkin 1 saat sonra ona Məclumun razı olduğunu bildirdikdə, o pulu götürmək üçün İlkini Məclumla birlikdə Quba şəhərində yerləşən “Əli Ticarət Mərkəzi” adlanan yerdə görüş barədə razılaşmışlar. Həmin günü onun xahişi əsasında Rasim öz avtomobili ilə onu Quba şəhərində yerləşən “Əli Ticarət Mərkəzi”nə aparmışdır. Kafedə Məclum adını Jamiddin kimi bildiyi atası, dayısı Nüsrət və İlkin ilə birlikdə gəlmiş, Məcluma Qarabağ döyüşündə iştirakı ilə əlaqədar əlillik pensiya düzəldəcəyi barədə yalandan söz vermişdir. Onları inandırmaq üçün Məclumun atası və dayısına sosial müdafiə nazirliyində işləyən tanışının köməkliyi ilə Məcluma əlillik düzəldəcəyini və pensiya alacağını bildirmişdir. Həmin günü, yəni 14 oktyabr 2022-ci il tarixdə, günorta saatlarında Quba şəhərində yerləşən "xxxx" ASC-nin Quba filialının qarşısında Məclumun dayısı Nüsrət 5000 manat pulu ona vermiş, pul ona verilərkən Rasim və İlkin orada olmuşdur. Pulu alandan sonra Məcluma 2023-cü ilin yanvar ayına kimi əlillik pensiyası veriləcəyini bildirmişdir. Şübhə yaranmaması üçün Məclumdan hərbi biletini və hərbi hospitalda müalicəsi ilə əlaqədar ona verilmiş sənədləri götürmüşdür. Aldığı 5000 manatı öz maddi ehtiyaclarına xərcləmişdir. Sonradan dəfələrlə Məclum ona zənglər edərək pulunu geri tələb etsə də, o, zənglərə cavab verməyərək telefonunu söndürmüşdür. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, himayəsndə azyaşlı övladlarının olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2-ci Qarabağ müharibəsində iştirak etmiş və döyüşlərdə sifət nahiyyəsindən 2-ci dərəcəli yanıq xəsarəti almışdır. Müharibədə xəsarət alması ilə əlaqədar özünə əlillik pensiyası almaq istəmiş, bir neçə dəfə lazımi qurumlara müraciətlər etmiş, lakin imtina olunmuşdur. 12 oktyabr 2022-cü il tarixdə, dostu Şahid1 Rasim adlı şəxsə əlillik avtomobili alması üçün 2500 manat pul vediyini və Rasim sənədləri düzəltməsi ilə təzə ilin yanvar ayına kimi ona “Xəzər” markalı əlil avtomobilini alacağını bildirmişdir. İlkin ona bildirmişdir ki, Xaçmaz şəhərində yaşayan Rasimin dostu Təqsirləndirilən şəxs onun üçün də əlillik pensiyası düzəldə bilər. İlkin onun yanında Raufla telefon əlaqəsi yaratmış və Quba şəhərində görüş barərə razılaşmışlar. O atası Şahid3 bu barədə danışmış və 14 oktyabr 2022-ci il tarixdə, o, atası Şahid3, dayısı Şahid4 və dostu Şahid1lə birlikdə Təqsirləndirilən şəxs onları dəvət etdiyi Quba şəhərində yerləşən “Əli Ticarət Mərkəzi”ndə kafedə görüşmüşlər. Raufla birlikdə dostu Rasim adlı şəxs də gəlmişdir. Təqsirləndirilən şəxs dayısı Şahid4 və atası Şahid3 əmin etmişdir ki, nazirlikdə yaxın dostları çalışır və birbaşa həmin dostları vasitəsilə onun əlillik pensiyasını həll edəcəkdir. Lakin nazirlikdə işləyən adını çəkmədiyi dostları üçün 5000 (beş min) manat hörmət etməli olduqlarını bildirmişdir. Onlar razılaşmış və həmin gün, yəni 14 oktyabr 2022-ci il tarixdə dayısı Şahid4 faizlə 5000 manat pul taparaq Quba şəhərində yerləşən "xxxx" fillialının qarşısında Təqsirləndirilən şəxs vermişdir. Dayısı Nüsrət pulu Raufa onun, dostu Şahid1 və atası Jamiddinin yanında vermişdir. Həmçinin Raufun yanında gələn Rasim də pulun verilməsini görmüşdür. Təqsirləndirilən şəxs söz vermişdir ki, 2023-cü ilin yanvar ayına kimi onun üçün əlillik düzəldəcək və o da pensiya alacaqdır. Lakin sonradan Rauf vədinə əməl etməmiş və ona əlillik pensiyasını düzəltməyərək, aldığı 5000 manat pulu da qaytarmamışdır. Dəfələrlə, o, atası Jamiddin, dayısı Nüsrət və dostu Şahid1 Raufa zənglər etsələr də, Rauf telefonu söndürərək zənglərinə cavab verməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və onunla barışıq əldə etdiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Şahid1 məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclaslarına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsini rəhbər tutaraq məhkəmə baxışının şahidin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 oğlunun məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o zərər çəkmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 14 oktyabr 2022-ci il tarixdə, İlkin ona zəng edərək Qusar rayonundan olan döyüş yoldaşı Məclum adlı şəxsə əlillik qrupu alınması üşün köməklik etməsini xahiş etmişdir. Həmin vaxt o, həmin məsələnin həllində tanışı Raufun onlara köməklik göstərə biləcəyini bildirib İlkinə tanışı Raufun mobil nömrəsini vermişdir. 14 oktyabr 2022-ci il tarixdə Rauf ondan xahiş edərək təklif etmişdir ki, Məclumla görüşmək üçün bir yoldaş kimi avtomobili ilə onu Quba şəhərinə aparsın. Raufa etiraz etməmiş və həmin günü Quba şəhərində yerləşən “Əli Ticarət Mərkəzi” adlanan yerdə yerləşən adını bilmədiyi kafedə görüşmüşlər. Məclum adını Jamiddin kimi bildiyi atası, dayısı Nüsrət və İlkin ilə birlikdə gəlmişdir. Kafedə söhbət zamanı X9 döyüşündə iştirakı ilə əlaqədar əlillik pensiyası düzəldəcəyinə söz vermişdir. Rauf Məclumun atası və dayısı Nüsrətə izah etmişdir ki, onun sosial müdafiə nazirliyində işləyən tanışları var və onların köməyi ilə Məclum üçün əlillik dərəcəsi düzəldəcək ki, Məclum pensiya alsın. Onlar da Raufun dediklərinə inanmışlar. Həmçinin o, özü də Raufun Məcluma pensiya işində həqiqətən kömək edərək həll edəcəyinə inanmışdır. Həmin günü, yəni 14 oktyabr 2022-ci il tarixdə, günorta saatlarında Quba şəhərində yerləşən "xxxx" filialının qarşısında Məclumun dayısı Nüsrət 5000 manat pulu sayaraq Raufa vermişdir. Məclumun dayısı Nüsrət 5000 min manat pulu Raufa verərkən yanlarında İlkin və Məclumun atası Jamiddin də olmuşdur. Rauf pulu alandan sonra Məcluma söz vermişdir ki, 2023-cü ilin yanvar ayına kimi əlillik pensiyası veriləcəkdir. Həmçinin Məclumdan işin həllinə görə lazım olacaq hərbi biletini və hərbi hospitalda müalicəsi ilə əlaqədar verilmiş sənədləri götürmüşdür. Sonradan eşitmişdir ki, Rauf, Məclumun işini həll etməmişdir. Cinayət işinə əlavə edilmiş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarının surətindən göründüyü kimi, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının ortalarından həmin ilin may ayının ortalarına kimi olan müddət ərzində Xaçmaz rayonu ərazisində X2 məxsus ümumilikdə 2100 manat manat pulu ələ keçirməklə dələduzluq etməsilə bağlı barəsində Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmiş, o, həmin Məcəllənin 178.1-ci maddəsi ilə CM-nin 73.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində aparılan cinayət təqibinə xitam verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Cinayət Məcələsinin 178.2.2-ci maddəsi ilə ittihamın verilməsində nəzərə alınmış əvvəllər törətdiyi X2 məxsus ümumilikdə 2100 manat manat pulu ələ keçirməklə dələduzluq etməsilə bağlı cinayətə görə barəsində qanuni qüvvəyə minmiş qərar qəbul olsa da, qeyd edilən əməl hazırki ittiham üzrə də nəzərə alınmaqla 5000 manat məbləğdə pulu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldatmaqla ələ keçirməsi təkrar dələduzluq kimi tövsif olunmuşur. Azərbayacan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət təqibi üzrə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs əmlakını ələ keçirməklə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi üz etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən və iş materiallarında olan qərar və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə cinayət işinin icraatına Qusar RPŞ-nin İstintaq bölməsinin 23 sentyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xaçmaz rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsindən azad edilmiş, Sumqayıt Ağır Cinayətlər məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 178.1 və 32.4 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatıana xitam verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 tərəfindən zərər şəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tam şəkildə ödənilərək onunla barışıq əldə edilməsi, hazırki cinayət işi üzrə icraatın xitam olunmasına əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 1 ünvanında ailəsi ilə yaşayır və müsbət xarekterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, 59.2-ci maddəsinə əsasən təqsirini etiraf etməklə səmimi peşmançılığı, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və himayəsində yetkinlik yaşına çatmayan uşaqların olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərarı ilə həbs etmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı 16 avqust 2023-cü il tarixdən hesablanmaqla barəsində 02 ay 13 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. 14 sentyabr 2023-cü il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və onun ev dustaqlığında saxlama müddəti 01 oktyabr 2023-cü il tarixədək müəyyən edilmişdir. 01 oktyabr 2023-cü il tarixdə ev dustaqlığının müddətinin başa çatması ilə əlaqədar həmin tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün Quba rayon məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2024-cü il tarixdə tutularaq Quba rayon polis şöbəsinin MSY təhvil verilmişdir. Quba rayon məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci və 158.2.2-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət, ev dustaqlığından saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, qanunvericiliyin qeyd edilən tələbi baxımından Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu cəmi 01 ay 15 gün müddət, eləcədə 06 fevral 2024-cü il tarixdən 27 may 2024-cü il tarixədək həbsdə və ev dutaqlığında olduğu 03 ay 21 gün müddət, cəmi isə 05 (beş) ay 06 (altı) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. İş üzrə mülki iddia verilməmişdir, madi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu, eləcədə 06 fevral 2024-cü il tarixdən 27 may 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu cəmi 05 (beş) ay 06 (altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 (dörd) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Xaçmaz rayonu, Quba rayonu, Şabran rayonu və Qusar rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar