Məhkəmə qərarları › İş №1(027)-190/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-190/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-190/2023 20.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı -"xxxx" MMC-nin nümayəndəsi X2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Quba rayon Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Quba rayonu, Amsar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evil, məhkum olunmamış, işləməyən ,Quba rayonu, Amsar kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdən 28 mart 2023-cü il tarixədək Zərərçəkmiş şəxs MMC-də sürücü-qrup rəhbəri vəzifəsində işləyərkən həmin Cəmiyyətlə aralarında bağlanmış 09 sentyabr 2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə, həmin tarixli əmək müqaviləsi və vəzifə təlimatına əsasən Zərərçəkmiş şəxs MMC-nin, biznes əməkdaşlığı haqqında 25 fevral 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nin və "xxxx" MMC-nin sürücüləri tərəfindən yükdaşıma fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar sifarişlərin icrasından əldə edilərək Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə mədaxil edilməsi üçün ona təhvil verilən gəlirlərin tam, əskiksiz formada qəbul edilərək aidiyyəti üzrə xəzinəyə təhvil verilməsi, Cəmiyyətə məxsus əmlakın saxlanılması, daşınması, maddi sərvətlilərin təhlükəsizliyinin təmin edilməsi və vurulan zərərə görə məsuliyyət daşınması kimi öhdəliklərə malik tam maddi-məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgə əmlakını vahid qəsdlə talama məqsədilə sürücü kimi özünün 1190 (min yüz doxsan manat) məbləğində sifarişlər icra edərək müştərilərdən həmin məbləğdə ödənişləri qəbul etməsi, qrup rəhbəri kimi isə sürücü Şahid7 500 (beş yüz) manat, sürücü Şahid4 335 (üç yüz otuz beş) manat, sürücü Şahid1 1125 (min yüz iyirmi beş) manat, sürücü Şahid2 1450 (min dörd yüz əlli) manat, sürücü Şahid3 1975 (min doqquz yüz yetmiş beş) manat, sürücü Şahid5 1625 (min altı yüz iyirmi beş) manat, sürücü Şahid6 695 (altı yüz doxsan beş) manat, sürücü Şahid8 1575 (min beş yüz yetmiş beş) manat olmaqla ümumilikdə 9280 (doqquz min iki yüz səksən) manat məbləğində pul vəsaitini Quba rayonu ərazisində qəbul edərək nəticədə Cəmiyyətin xəzinəsinə təhvil verməli olduğu cəmi 10470 (on min dörd yüz yetmiş) manat pul vəsaitindən xəzinəyə mədaxil edilməsi üçün Cəmiyyətin direktor müavini Şahid9 4104 (dörd min yüz dörd) manat, Cəmiyyətinin qaraj müdirinin müavini Şahid11 1142 (min yüz qırx iki) manat olmaqla cəmi 5246 (beş min iki yüz qırx altı) manat verməsi nəzərə alınaraq, ümumilikdə 5224 (beş min iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaitini Cəmiyyətin xəzinəsinə mədaxil etməyərək ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələrilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 11 may 2013-cü ildən etibarən sifarişlər əsasında yükdaşıma fəaliyyətinin həyata keçirən Zərərçəkmiş şəxs MMC-də sürücü kimi işə başlamış, 2014-2016-cı və 2020-2023-cü illərdə MMC-də həm qrup rəhbəri, həm də sürücü kimi işləmişdir. Həmçinin, Zərərçəkmiş şəxs MMC-nin "xxxx" MMC və "xxxx" MMC ilə biznes əməkdaşlığı haqqında müqavilələri olmuş, müqavilələrə əsasən ödənişlər isə Zərərçəkmiş şəxs MMC-nin xəzinəsinə mədaxil edilmişdir. İşlədiyi dövrdə onunla əmək və tam maddi məsuliyyət haqqında müqavilələr imzalanmış, müqavilələrə əsasən şirkətin əmlakına tam maddi məsul şəxs olmuşdur. Sürücü kimi müştərilərin sifarişlərinə əsasən ölkə daxilində ünvanlara gedərək müştərilərin sifarişlərini icra etmiş, qrup rəhbəri kimi isə ona təhkim olunan sürücülərdən sifarişlərin ödənişlərini toplayaraq 15 gündən bir MMC-nin xəzinəsinə təhvil vermişdir. Ümumilikdə 8 sürücü - Şahid2, Şahid5, Şahid1, Şahid7, Şahid8, Şahid6, Şahid4, Şahid3 ona təhkim edilmişdir. Onların göstərdikləri xidmət nəticəsində əldə etdikləri pulu toplamış və MMC-nin xəzinəsinə mədaxil etmişdir. İş fəaliyyəti zamanı müştərinin sifarişi ilə daşımımalar edilmiş və əksər hallarda ödənişlər nağd qaydada, çox az hallarda bank kartı vasitəsilə aparılmışdır. İş qaydasına əsasən sürücülər 15 gün ərzində sifarişləri icra etmiş, hər 15 gündən bir pulları ona təhvil vermişlər. Quba şəhəri, “Köhnə Avtovağzal” dairəsi yaxınlığında "xxxx"nin içərisində MMC-nin ofisi olmuş və həmin ofisdə qrup rəhbəri kimi işini icra etmişdir. Adətən, sürücülər pulları həmin ofisə gələrək təhvil vermişlər. Bəzən sürücülər Quba rayonuna gələn hər hansı şəxslə pulu çatdırmış, bəzən isə onlara verdiyi bank kartlarına onlayn göndərməklə çatdırmışlar. Hər bir halda pullar Quba rayonu ərazisində ona təhvil verilmişdir. Həmin 8 sürücünün sifarişlərinin pulu qrup rəhbəri kimi onun adından kassaya mədaxil edilmişdir. Sürücülərin özlərinin birbaşa kassaya pul mədaxil etmək səlahiyyətləri olmamışdır. O, 28 mart 2023-cü il tarixdən etibarən işdən çıxmaq istəmiş, səbəbi iş rejiminin qənaətbəxş olmaması olmuşdur. 28 mart 2023-cü il tarixdən etibarən bütün əməliyyatları dayandırmışdır. Sürücülərin 28 mart 2023-cü il tarixə qədər etdikləri əməliyyatların pulu onda olmuş, konkret nə qədər pul vəsaiti toplanmasını xatırlamamışdır. O işdən çıxdığını bildirdikdən sonra MMC-nin direktor müavini Şahid9, qaraj müdiri Şahid10 və qaraj müdirinin müavini Şahid11 Quba şəhəri, "xxxx"nin içərisində olan ofisə gələrək ondan xəzinəyə ödəməli olduğu məbləği tələb etmiş, o da sürücülər tərəfindən ona verilmiş xatırlamadığı məbləğdə pul vəsaitini və ona təhkim olunan avtomobilin açarını Şahid9 vermiş, 1 gün sonra Bakı şəhərində Şahid11lə görüşərək ona xatırlamadığı məbləğdə əlavə pul vermişdir. Sonradan Zərərçəkmiş şəxs MMC tərəfindən rayon prokurorluğuna onun 5224 manat məbləğində pul vəsaitini mənimsəməsi barədə müraciət edilmişdir. Özü hesab aparan zaman MMC-yə məxsus təxminən həmin məbləğdə pul vəsaitini təhvil verməməsini aşkar etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək barışıq əldə etdiyini və vurmuş olduğu ziyanın 25% məbləğində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək bildirərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs -"xxxx" MMC-nin nümayəndəsi X5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC eyni zamanda partnyorluq əsasında "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC ilə işləmişdir. Zərərçəkmiş şəxs MMC-nin əsas fəaliyyəti yükdaşıma fəaliyyətinin həyata keçirilməsindən ibarətdir. İş fəaliyyəti zamanı müştərinin sifarişi əsasında daşımalar edilmiş və pul əksər hallarda nağd qaydada ödənilmiş, çox az hallarda bank kartı vasitəsilə ödənilmişdir. Hər bir halda sürücülər tərəfindən edilən sifarişlərin icrası nəticəsində toplanan məbləğ sürücülər tərəfindən müəyyən müddətdən bir, 3 gün, 5 gündən bir qrup rəhbərlərinə verilmiş və qrup rəhbərləri də 15 gündən bir toplanmış vəsaiti MMC-nin Bakı şəhərində yerləşən xəzinəsinə təhvil vermişlər. Hər bir əməliyyat sürücü tərəfindən icra edildikdən sonra proqram təminatında bu barədə qeydiyyat aparılmış və həmin əməliyyatlar ümumilikdə MMC-nin Bakı şəhərində olan ofisində cəmlənmişdir. Bunun vasitəsilə də MMC-nin rəhbər vəzifəli şəxsləri ölkə ərazisində edilən bütün əməliyyatlara rahat nəzarət edə bilmişlər. Qrup rəhbərləri tərəfindən toplanan vəsait xəzinəyə mədaxil edildikdən sonra hər bir sürücünün etdiyi sifarişlər sıfırlanmışdır. Təqsirləndirilən şəxs MMC-nin həm sürücüsü, həm də qrup rəhbəri olmuş, Quba şəhəri, “Köhnə Avtovağzal dairəsi” yaxınlığında, "xxxx"nin içərisində ofisi olmuşdur. Elşənə MMCyə məxsus avtomobil təhkim edilmişdir. Elşənin işi həm sürücü kimi sifarişləri icra etmək, həm də ona təhkim olunmuş 8 sürücünün etdiyi sifarişlərin məbləğini toplayaraq xəzinəyə mədaxil etmək olmuşdur. Şahid5, Şahid1, Şahid6, Şahid2, Şahid3, Şahid4, Şahid8, Şahid7 Elşənə təhkim olunmuş sürücülər olmuşlar. Elşənlə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən Elşən MMC-nin mallarına tam maddi məsul şəxs olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən 01-15 mart 2023-cü il tarixlərdə sürücülər tərəfindən edilmiş sifarişlərin məbləği tam sıfırlanmışdır. 16 mart 2023-cü il tarixdən isə sürücülər tərəfindən edilən sifarişlərin məbləği 31 mart 2023-cü il tarixdə, yəni ay sonunda sıfırlanmalı olmuşdur. Lakin, Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdən etibarən mobil telefonlara cavab verməmiş və 16-28 mart 2023-cü il tarixlərdə sürücülər tərəfindən ona verilən və MMC-nin xəzinəsinə ödənilməli olan vəsaiti xəzinəyə təhvil verməkdən yayınmışdır. Bu məqsədlə, MMC-nin direktor müavini Şahid9, qaraj müdiri Şahid10, qaraj müdirinin müavini Şahid11 Quba rayonuna getmiş və GPS izləmə cihazı vasitəsilə Elşəni ofisdə tapmışlar. Elşənin 28 mart 2023-cü il tarixə xəzinəyə təhvil verməli olduğu məbləğ 10470 manat olmuşdur. Belə ki, həm sistem çıxarışlarına əsasən, həm də sürücülərinə deməsinə əsasən sürücülər tərəfindən Təqsirləndirilən şəxs verilən pul vəsaiti 9280 manat olmuş, Elşənin özünün sürücü kimi icra etdiyi sifarişlər nəticəsində topladığı məbləğ 1190 manat olmuş, nəticədə təhvil verməli olduğu məbləğ ümumilikdə 10470 manat olmuşdur. Buna baxmayaraq, Təqsirləndirilən şəxs Şahid9 cəmi 4104 manat pul vermiş, 1 gün sonra isə Bakı şəhərində Şahid11lə görüşərək ona 1142 manat pul vermişdir. Nəticədə, 5224 manat Təqsirləndirilən şəxs əskiyi yaranmışdır. Sürücülər tərəfindən 28-31 mart 2023-cü il tarixlərdə icra edilmiş sifarişlərin pulu Şahid12 və Şahid10 tərəfindən toplanmış 4715 manat pul, Elşənin verdiyi 4104 və 1142 manatla birlikdə 9961 manat olmaqla mühasib Şahid13 təhvil verilmişdir. Elşənə əskik məbləği ödəməsi təklif olunsa da, o müxtəlif bəhanələrlə dəymiş maddi ziyanı ödəməkdən yayınmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs "xxxx" MMC mülki iddia təqdim edərək təqsirləndirilən şəxs Məmmədov X6 6488 manat maddi ziyanı tutularaq şirkətin xeyrinə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İfadəsinin sonunda X5 məhkəmə istintaqının gedişi zamanı təqsirləndirilən şəxs tərəfindən təmsil etdiyi şirkətə vurulmuş maddi ziyan tam şəkildə ödənildiyini ona qarşı şikayət və tələbinin olmadığını, mülki iddadan imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, əmək müqaviləsi bağlanmaqla "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. Ona MMC tərəfindən “İsuzu 156” markalı, “**-JE-***” dövlət qeydiyyat nişanlı avtomobil təhkim edilmişdir. Müştərilərin sifarişlərinə əsasən ünvana gedərək müştərinin daşıma üzrə sifarişlər icra etmişdir. Müştərilər tərəfindən pul əksər hallarda nağd qaydada ödənilmiş, çox az hallarda bank kartı vasitəsilə ödənilmiş, belə olan halda qrup rəhbərinə bu barədə məlumat vermiş və müştərin ödədiyi məbləğ qrup rəhbərinin məsləhət bildiyi bank kartına göndərilmişdir. Bundan sonra isə mobil telefonun tətbiqetməsində müştərinin sifarişinin bitməsinə dair əməliyyat icra etmiş və avtomatik tətbiqetmədə onun icra etdiyi sifarişlər görünmüşdür. Hər bir əməliyyat MMC-nin mərkəzində cəmlənmiş, həm qrup rəhbəri, həm də MMC-nin rəhbər vəzifəli şəxsləri bütün əməliyyatları görmüşlər. Hər bir sürücünün tətbiqetmədə öz şəxsi istifadəçi adı və şifrəsi olmuş, onun etdiyi əməliyyatları digər sürücülər görə bilməmiş, yalnız qrup rəhbəri və MMC-nin səlahiyyətli vəzifəli şəxsi bunu görə bilmiş, onun əməliyyatlarını görmələri üçün qeyd etdiyi şəxslərin tətbiqetmədə xüsusi icazəsi olmuşdur. Həmçinin, qrup rəhbərində onun tabeçiliyində olan bütün sürücülərin istifadəçi adı və şifrəsi olmuş, qrup rəhbəri dəyişən zaman sürücülərin istifadəçi adları və şifrələri dəyişilmişdir. İş qaydasına əsasən sürücülərin topladığı pullar həftəlik və ya 15 gündən bir qrup rəhbərinə təhvil verilmiş, qrup rəhbəri isə toplanmış pulları MMC-nin Bakı şəhərində yerləşən xəzinəsinə təhvil vermişdir. Hər dəfə pullar təhvil verildikdən sonra icra edilən əməliyyatlar sıfırlanmış və bunu sistemdə görə bilmişlər. "xxxx" MMC və "xxxx" MMC partnyorluq əsasında Zərərçəkmiş şəxs MMC ilə qarşılıqlı şəkildə işləmişlər. Onun dislokasiya yeri Xaçmaz rayonu, Xudat şəhəri olmuş, bəzən sifariş olanda ölkə daxilində də sifariş icra etmişdir. Sifarişin məbləği yekunda operator tərəfindən sistemə işlənmiş və bu formada hər bir sürücünün icra etdiyi əməliyyatın növü, məbləği açıq-aydın sistemdə olmuşdur. Təqsirləndirilən şəxs işlədiyi dövrdə onun qrup rəhbəri olmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs sürücü də işləmişdir. Ona şirkət tərəfindən avtomobil təhkim edilmişdir. Təqsirləndirilən şəxs həm qrup rəhbəri, həm də sürücü olduğundan həm müştərilərin sifarişlərini icra etmiş, həm də o da daxil olmaqla tabeçiliyində olan digər sürücülərin ona verdiyi pulları toplayaraq xəzinəyə təhvil vermişdir. Təqsirləndirilən şəxs tabeçiliyində o da daxil olmaqla 8 sürücü olmuşdur. Elşən Quba şəhəri, “Köhnə Avtovağzalda” dairəsi, "xxxx"nin içərisində ofisdə oturaraq işləmişdir. 01-15 mart 2023-cü il tarixlərdə etdiyi əməliyyatların pulunu tam şəkildə Elşənə vermiş və həmin dövr sıfırlanmışdır. 16-27 mart 2023-cü il tarixlərdə 1125 manatlıq əməliyyat icra etmiş, həmin pulun da hamısını Elşənə vermişdir. Elşən 28 mart 2023-cü il tarixdən etibarən işləməmişdir. Pulları ya Quba rayonuna gələrək Elşənin oturduğu ofisdə, ya da Qubada Elşənlə əvvəlcədən razılaşdıqları bir yerdə görüşməklə Elşənin özünə əlbəəl vermişdir. Bəzən isə Qubaya gedən tanış adamlarla, taksilərlə Elşənin özünə çatdırmışdır. Hər bir halda 16-27 mart 2023-cü il tarixlərdə etdiyi 1125 manatlıq əməliyyatın pulunu tam şəkildə Elşənə vermişdir. Elşən 28 mart 2023-cü il tarixdən etibarən işləməmişdir, şirkətdən daha Elşənin işləməyəcəyi, bu səbəbdən də, növbəti sifarişlərin pulunu Elşənə verməməsi bildirilmişdir. 28-31 mart 2023-cü il tarixlərdə 685 manatlıq sifariş icra etmiş, Elşən işləmədiyi üçün həmin dövrün pulunu yeni qrup rəhbəri Şəhriyara vermişdir. Gördüyü hər bir əməliyyat sistem çıxarışlarında da əks olunmuşdur. Məhkəmədə şahid qismində dinidirilmiş Şahid6 və Şahid8 Şahid1 göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, 2013-cü ilin dekabr ayından etibarən Zərərçəkmiş şəxs MMC-də direktor müavini vəzifəsində işləyir. Zərərçəkmiş şəxs eyni zamanda partnyorluq əsasında” "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC şirkətləri ilə işləmişdir. Zərərçəkmiş şəxs MMC-nin əsas fəaliyyəti respublika ərazisində yükdaşıma fəaliyyətinin həyata keçirilməsindən ibarətdir. Şirkətin özünün avtomobilləri vardır və həmin avtomobillər MMC-lərin sürücülərinə təhkim etmişdir. İş fəaliyyəti zamanı müştərinin sifarişi əsasında iş icra edilmiş və ödənişlər əksər hallarda nağd qaydada aparılmış, çox az hallarda bank kartı vasitəsilə ödənilmişdir. Hər bir halda sürücülər tərəfindən edilən sifarişlərin icrası nəticəsində toplanan məbləğ sürücülər tərəfindən müəyyən müddətdən bir, 3 gün, 5 gündən bir qrup rəhbərlərinə verilmiş və qrup rəhbərləri də 15 gündən bir toplanmış vəsaiti MMC-nin Bakı şəhərində yerləşən xəzinəsinə təhvil vermişlər. Hər bir əməliyyat sürücü tərəfindən icra edildikdən sonra proqram təminatında bu barədə qeydiyyat aparılmış və həmin əməliyyatlar ümumilikdə MMC-nin Bakı şəhərində olan ofisində cəmlənmişdir. Bunun vasitəsilə də, MMC-nin rəhbər vəzifəli şəxsləri ölkə ərazisində icra edilən bütün əməliyyatlara rahat nəzarət edə bilmişlər. Qrup rəhbərləri tərəfindən toplanan vəsait xəzinəyə mədaxil edildikdən sonra hər bir sürücünün etdiyi sifarişlər sıfırlanmışdır. Təqsirləndirilən şəxs MMC-nin qrup rəhbəri olmuş, Quba şəhəri, “Köhnə Avtovağzal dairəsi” yaxınlığında, "xxxx"nin içərisində ofisi olmuşdur. Təqsirləndirilən şəxs eyni zamanda sürücü də işləmişdir. Elşənə MMC-yə məxsus avtomobil təhkim edilmişdir. Elşənin işi həm sürücü kimi sifarişləri icra etmək, həm də ona təhkim olunmuş 8 sürücünün etdiyi sifarişlərin məbləğini toplayaraq xəzinəyə mədaxil etmək olmuşdur. Şahid5, Şahid1, Şahid6, Şahid2, Şahid3, Şahid4, Şahid8, Şahid7 Elşənə təhkim edilmiş sürücülər olmuşlar. Elşənlə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən Elşən MMC-nin əmlakına tam maddi məsul şəxs olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən 01-15 mart 2023-cü il tarixlərdə sürücülər tərəfindən edilmiş sifarişlərin məbləği tam sıfırlanmışdır. 16 mart 2023-cü il tarixdən isə sürücülər tərəfindən edilən sifarişlərin məbləği 31 mart 2023-cü il tarixdə, yəni ay sonunda sıfırlanmalı olmuşdur. 27 mart 2023-cü il tarixdə Elşən “Whatsapp” sosial şəbəkəsində mobil nömrəsinin dəyişilməsinə dair “status” qeyd etmiş, bu vəziyyətdən şübhələnmiş və Elşənə zəng etmiş, lakin, Elşən zənglərə cavab verməmişdir. Bundan sonra, MMC-nin digər işçiləri Elşənə zəng etsə də, Elşən telefonlara cavab verməmişdir. Bu səbəbdən də, qaraj müdiri Çingiz vasitəsilə sürücülərə daha sifarişlərin məbləğinin Elşənə verilməməsini bildirmişdir. 29 mart 2023-cü il tarixdə Elşəni tapmaq üçün o, qaraj müdiri Şahid10 və qaraj müdirinin müavini Şahid11lə birlikdə Quba rayonuna gəlmiş, Elşən mobil telefonlara cavab vermədiyi üçün ona təhkim olunmuş avtomobilin “GPS” izləmə tətbiqi vasitəsilə onu izləmiş və Quba şəhəri, “Köhnə Avtovağzal dairəsi” adlanan yerdə Elşəni tapmışlar. Elşənin oturduğu "xxxx"nin içərisində yerləşən ofisə daxil olmuşlar. Elşəndən nə baş verməsini, telefonlara nəyə görə cavab verməməsini soruşmuş, Elşən işləmək istəməməsini, işdən çıxmaq istəməsini bildirmişdir. Bu zaman ona haqq-hesab etməsini, pulları təhvil verməsini bildirmiş, Elşən pul olmamasını, pullarla dostu ilə birlikdə mal almasını və pulların mallarda olmasını bildirmişdir. Onunla bir xeyli söhbətdən sonra Elşən harasa gedərək ümumilikdə 4104 manat pul gətirmiş, pul Elşənin, onun, Çingizin və Eminin iştirakı ilə ofisdə sayılmış, 4104 manat olması dəqiqləşmiş və bunun təsdiqlənməsi məqsədilə tərəfindən akt tərtib edilmişdir. Aktı o, Çingiz və Emin imzalamış, lakin Elşən heç bir əsaslı səbəb göstərmədən aktı imzalamaqdan imtina etmişdir. Elşənlə haqqhesab etməyə gəlməmişdən əvvəl sürücülərdən 16-28 mart 2023-cü il tarixlərdə edilən sifarişlərlə əlaqədar Elşənə verdikləri pullar barədə soruşmuş, həmçinin sistem çıxarışlarına əsasən sürücülərin icra etdikləri sifarişlərə baxmışdır. Sürücülərin həmin tarixlərdə icra edərək Elşənə verdikləri məbləğ 9280 manat, Elşənin özünün sürücü kimi sifarişləri icra edərək əldə etdiyi məbləğ 1190 manat olmuş, nəticədə Elşənin xəzinəyə ödəməli olduğu məbləğ 10470 manat olmuşdur. Elşən isə cəmi 4104 manat pul vermişdir. Elşənə pulun az olmasını bildirsə də, Elşən əsaslı bir cavab verə bilməmişdir. Əlavə olaraq, Elşən 30 mart 2023-cü il tarixdə Bakı şəhərində Eminlə görüşərək 1142 manat da ona əlavə pul vermiş və artıq bütün pulu verməsini bildirmişdir. Əlavə olaraq, sürücülər tərəfindən 28-31 mart 2023-cü il tarixlərdə edilmiş sifarişlərin 4715 manat məbləği Çingiz və yeni qrup rəhbəri Şəhriyar tərəfindən toplanmışdır. Elşənin ilkin verdiyi 4104 manat, sonradan Emin vasitəsilə göndərdiyi 1142 manat, sürücülərin 28-31 mart 2023-cü il tarixlərdə etdiyi əməliyyatların pulu olan 4715 manat toplanmış və Elşənin qrup rəhbəri olaraq 15 günlük ödənişi kimi ümumilikdə 9961 manat pul vəsaiti mühasib Şahid13 təhvil verilmişdir. Bu səbəbdən də, xəzinəyə Elşənin adından mədaxil edilən məbləğ 9961 manat olsa da, əslində bunun yalnız 5246 manatı Elşənin verdiyi pul olmuşdur. Halbuki, Elşənin əslində təhvil verməli olduğu məbləğ 10470 manat olmuşdur. Sərbəst audit keçirilmiş və Elşənin 5224 manat çatışmazlığının olması müəyyən edilmişdir. Bundan sonra, hüquq-mühafizə orqanlarına müraciət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Şahid9 göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 09 sentyabr 2022-ci il tarixli yazılı əmək müqaviləsindən (kontraktından) görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs MMC arasında əmək müqaviləsi bağlanmış və tərəflər bir-birinin əmlakına vurulan ziyana görə qarşılıqlı maddi məsuliyyət daşımışlar. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xxxxxxx000201 №-li əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdən etibarən Zərərçəkmiş şəxs MMC-də sürücü vəzifəsində işləmiş və buna dair məlumatlar “Əmək müqaviləsi bildirişi” altsisteminə yüklənmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 09 sentyabr 2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə məxsus əmlakın saxlanılması, daşınması, maddi sərvətlilərin təhlükəsizliyi üzrə tam maddi məsul şəxs olmuş və vurduğu zərər görə tam maddi məsuliyyət daşımışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Sürücü-qrup rəhbərinin vəzifə təlimatından görünür ki, sürücü-qrup rəhbəri sifarişlərin icrasından əldə edilən gəlirlərin sürücülərdən tam, əskiksiz formada qəbul edilərək aidiyyəti üzrə təhvil verilməsinə məsul şəxs olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 25 fevral 2020-ci il tarixli biznes əməkdaşlığı haqqında müqavilədən görünür ki, Zərərçəkmiş şəxs MMC ilə "xxxx" MMC arasında biznes əməkdaşlığı haqqında müqavilə imzalanmış, müqaviləyə əsasən Zərərçəkmiş şəxs MMC sifarişləri "xxxx" MMC-yə yönəltməyi, "xxxx" isə sifarişləri yüksək səviyyədə və lazımi şəkildə icra etməyi öhdəsinə götürmüş, müqaviləyə əsasən "xxxx" MMC sifarişlərin icrası nəticəsində müştərilərdən ödənişi götürməyi, həftə ərzində əldə edilmiş bütün gəlirləri hər həftənin sonuncu günü Zərərçəkmiş şəxs MMC-yə təqdim etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 25 fevral 2020-ci il tarixli biznes əməkdaşlığı haqqında müqavilədən görünür ki, Zərərçəkmiş şəxs MMC ilə "xxxx" MMC arasında biznes əməkdaşlığı haqqında müqavilə imzalanmış, müqaviləyə əsasən Zərərçəkmiş şəxs MMC sifarişləri "xxxx" MMC-yə yönəltməyi, "xxxx" isə sifarişləri yüksək səviyyədə və lazımi şəkildə icra etməyi öhdəsinə götürmüş, müqaviləyə əsasən "xxxx" MMC sifarişlərin icrası nəticəsində müştərilərdən ödənişi götürməyi, həftə ərzində əldə edilmiş bütün gəlirləri hər həftənin sonuncu günü Zərərçəkmiş şəxs MMC- yə təqdim etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 16-31 mart 2023-cü il tarixli sifarişlər üzrə sistem çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs sürücü kimi 16-27 mart 2023-cü il tarixlərdə etdiyi əməliyyatların ümumi məbləği 1190 manat olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 16-31 mart 2023-cü il tarixli sifarişlər üzrə sistem çıxarışlarından görünür ki, sürücü Şahid1 16-28 mart 2023-cü il tarixdə 1125 manat, 28-31 mart 2023-cü il tarixlərdə 685 manat olmaqla ümumilikdə 1810 manat məbləğində sifariş icra etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 16-31 mart 2023-cü il tarixli sifarişlər üzrə sistem çıxarışlarından görünür ki, sürücü Şahid2 16-28 mart 2023-cü il tarixdə 1450 manat, 28-31 mart 2023-cü il tarixlərdə 385 manat olmaqla ümumilikdə 1835 manat sifariş icra etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 16-31 mart 2023-cü il tarixli sifarişlər üzrə sistem çıxarışlarından görünür ki, sürücü Şahid3 16-28 mart 2023-cü il tarixdə 1775 manat, 28-31 mart 2023-cü il tarixlərdə 200 manat olmaqla ümumilikdə 1975 manat məbləğində sifariş icra etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 16-31 mart 2023-cü il tarixli sifarişlər üzrə sistem çıxarışlarından görünür ki, sürücü Şahid4 16-28 mart 2023-cü il tarixdə 1335 manat, 28-31 mart 2023-cü il tarixlərdə 500 manat olmaqla ümumilikdə 1835 manat məbləğində sifariş icra etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 16-31 mart 2023-cü il tarixli sifarişlər üzrə sistem çıxarışlarından görünür ki, sürücü Şahid5 16-28 mart 2023-cü il tarixdə 1625 manat, 28-31 mart 2023-cü il tarixlərdə 825 manat olmaqla ümumilikdə 2500 manat məbləğində sifariş icra etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 16-31 mart 2023-cü il tarixli sifarişlər üzrə sistem çıxarışlarından görünür ki, sürücü Şahid6 16-28 mart 2023-cü il tarixdə 695 manat, 28-31 mart 2023-cü il tarixlərdə 245 manat olmaqla ümumilikdə 940 manat məbləğində sifariş icra etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 16-31 mart 2023-cü il tarixli sifarişlər üzrə sistem çıxarışlarından görünür ki, sürücü Şahid7 16-28 mart 2023-cü il tarixdə 575 manat, 28-31 mart 2023-cü il tarixlərdə 50 manat olmaqla ümumilikdə 625 manat məbləğində sifariş icra etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 16-31 mart 2023-cü il tarixli sifarişlər üzrə sistem çıxarışlarından görünür ki, sürücü Şahid8 16-28 mart 2023-cü il tarixdə 1575 manat, 28-31 mart 2023-cü il tarixlərdə 950 manat olmaqla ümumilikdə 2475 manat məbləğində sifariş icra etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 29 mart 2023-cü il tarixli yazılı aktdan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin direktor müavini Şahid9, MMC-nin qaraj müdiri Şahid10 və qaraj müdirinin müavini Şahid11 iştirakları ilə Təqsirləndirilən şəxs xəzinəyə mədaxil edilməsi üçün 29 mart 2023- cü il tarixdə 4104 (dörd min yüz dörd) manat pul vəsaiti verməsinə dair akt tərtib edilmiş, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb göstərmədən 29 mart 2023-cü il tarixli aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 781681 №-li mədaxil qəbzindən görünür ki, sürücü-qrup rəhbəri Təqsirləndirilən şəxs adından Zərərçəkmiş şəxs MMCnin xəzinəsinə 9961 (doqquz min doqquz yüz altmış bir) manat pul vəsaiti mədaxil edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 25 aprel 2023-cü il tarixli 25/23 №-li auditor rəyindən görünür ki, Təqsirləndirilən şəxs çatışmazlığı 5224 (beş min iki yüz iyirmi dörd) manat olmuşdur. İş üzrə təyin edilərək keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməmühasibatlıq ekspertizasının 22 sentyabr 2023-cü il tarixli 9/6528 №-li rəyindən görünür ki, 16 mart 2023-cü il tarixdən 30 mart 2023-cü il tarixədək icra edilmiş sifarişlər haqqında sistemdən çıxarış məlumatları, kassa ödənişi qəbzi məlumatları və 25 aprel 2023-cü il tarixli müstəqil auditor rəyinin tədqiqinə əsasən Təqsirləndirilən şəxs 5224 (beş min iki yüz iyirmi dörd) manat çatışmazlığı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 10 oktyabr 2023-cü il tarixli, 18-1-xx/xx-1117/2023 nömrəli məktubundan görünür ki, Quba rayonu, Amsar kənd sakini xx xxxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Həmçinin, ambulator və stasionar qeydiyyatda olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Quba RPŞ-nin 24 oktyabr 2023-cü il tarixli, 91/2-13743 nömrəli məktubu ilə daxil olmuş 23 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində əməliyat-sorğu kartotekasında onun məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixli ərizəsindən, ərizəyə əlavə olunmuş qəbzdən və həmin tarixli vəsaitin depozit hesabda saxlanılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs dəymiş maddi ziyanın müvafiq olaraq 4200 (dörd min iki yüz) manatını Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödəmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadəsilə yanaşı zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi və məhkəmə mühasibatlıq ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələrilə düzgün tövsif olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 14 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə vurduğu ziyan tam şəkildə ödənildiyi üçün "xxxx" MMC-nin Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. İş materiallarında olan 8339 və 18571 nöməli mədaxil qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin hesabına cəmi 1306 manat (min üç yüz altı) manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Quba RİHB-nın Amsar İƏD üzrə nümayəndəliyinin 17 oktyabr 2023-cü il tarixli, 421 №-li arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Amsar kəndində arvadı və 3 övladı ilə birlikdə yaşayır. Yaşadığı müddət ərzində nümayəndəliyə barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Seriya Aze 11617737, Seriya Aze 11617730, Seriya Aze 11617789 №-li şəxsiyyət vəsiqələrinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 noyabr 2010-cu il təvəllüdlü X8, 08 yanvar 2014-cü il təvəllüdlü X9, 26 iyun 2015-ci il təvəllüdlü X10 olmaqla 3 azyaşlı uşaq vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tamamilə ödənilməsini, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əmələ görə cinayət məsuliyyətindən azad edilməli və onun, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Qeyd edilən Məcəllənin 45.5-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraata cinayət təqibini istisna edən hallara, cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallara, habelə cinayət təqibinin həyata keçirilməsinə mane olan hallara görə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə xitam verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hal olduğundan, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri xitam olunmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili X11 oğlu tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 5 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 100 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs "xxxx" MMC-nin cavabdeh X3 qarşı mülki iddia təqdim edərək Təqsirləndirilən şəxs 6488 manat maddi ziyanı tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcələnin 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Daha sonra mülki iddiaçı "xxxx" MMC məhkəməyə 14 dekabr 2023-cü il tarixli ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən zərərin tam ödənildiyini və Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 4200 (dörd min iki yüz) manat "xxxx" MMC-nin hesabına keçirilməklə mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. İş üzrə maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işi üzrə üzrə icraata xitam verilsin və o, cinayət məsuliyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Dəymiş zərər üzrə ödənilmiş və Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 4200 (dörd min iki yüz) manat "xxxx" MMC-nin hesabına keçirilsin. İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı maddi zərərin tutulması ilə bağlı iddia üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar