Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-195/2022 28.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1990-cı il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, himayəsində 1 azyaşlı uşağı olan, Quba şəhəri, H.Əliyev prospekti 227 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, himayəsində 1 azyaşlı uşağı olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 21 avqust 2022-ci il tarixdə Quba şəhərində “Alma” restoranının qarşısında tanışı Təqsirləndirilən şəxs2 ilə görüşərək sonuncuya 30 manat pul verib həmin pulun müqabilində Bakı şəhərindən psixotrop maddə metamfetamin alıb ona göndərməsini xahiş etmiş, 22 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib taksi kimi fəaliyyət göstərən Quba şəhər sakini Şahid3 vasitəsilə ona göndərdiyi şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,330 qram çəkidə ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini həmin tarixdə saat 15 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində “Asan xidmət" mərkəzinin qarşısında Şahid3 götürərək satış məqsədi olmadan qanunsuz olaraq əldə edib idarə etdiyi “Opel Astra” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqla daşımış, həmin günü saat 15 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri, Z.Bünyatov küçəsində yol kənarında saxlanılaraq avtomobilinə baxış keçirilən zaman avtomobilin qabaq sağ sərnişin oturacağının üzərində olan ağ rəngli sellofanın içərisindəki qara rəngli gödəkcənin papağının astarının içərisindən bir ədəd bükümdə, ümumi təmiz çəkisi 0,330 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 21 avqust 2022-ci il tarixdə Quba şəhərində “Alma” restoranının qarşısında tanışı Təqsirləndirilən şəxs1 ilə görüşərək sonuncunun verdiyi 30 manat pulun müqabilində Bakı şəhərindən psixotrop maddə metamfetamin alıb Təqsirləndirilən şəxs1 göndərmək üçün razılaşdıqdan sonra 22 avqust 2022-ci il tarixdə məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,330 qram çəkidə ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan yerə qədər daşımış, həmin metamfetamini qara rəngli parça materialdan olan gödəkcənin papağının astarının içərisində gizlədib taksi kimi fəaliyyət göstərən Quba şəhər sakini Şahid3 vasitəsilə tanışı Quba şəhər sakini Təqsirləndirilən şəxs1 Qabil oğluna göndərmiş və həmin günü saat 15 radələrində Təqsirləndirilən şəxs1 Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri, Z.Bünyatov küçəsində yol kənarında saxlanılaraq avtomobilinə baxış keçirilən zaman avtomobilin qabaq sağ sərnişin oturacağının üzərində olan ağ rəngli sellofanın içərisindəki qara rəngli gödəkcənin papağının astarının içərisindən bir ədəd bükümdə, ümumi təmiz çəkisi 0,330 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməlində cinayət tərkibi vardır, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 tanıyır. Murad onun sinif yoldaşı olmuşdur. Bir dəfə birlikdə narkotik vasitədən istifadə etmişlər. 21 avqust 2022-ci il tarixdə Murad Quba şəhərinə gəlmiş və görüş zamanı Murad ondan 30 manat borc pul istəmiş, o da vermişdir. Murad Bakı şəhərinə getmişdir. Həmin gün o Murada Bakı şəhərindən ona narkotik vasitə alıb göndərməsini xahiş etmiş, 22 avqust 2022-ci il tarixdə saat 12 radələrində Murad taksi sürücüsü vasitəsilə narkotik vasitəni Bakı şəhərindən ona göndərmişdir. Həmin gün saat 15 radələrində Quba şəhərində Asan Xidmət mərkəzinin qarşısında taksi sürücüsü ilə görüşmüş, sürücü ona ağ sellofanda gödəkcə vermişdir. O, həmin sellofanı avtomobilinin qabaq sağ sərnişin oturacağının üzərinə qoyub hərəkətə başlamış və 100-200 metr yol getmişdir ki, yolda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları dəvət edilmiş vəkilin də iştirakı ilə üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirmişlər. Şəxsi axtarış zamanı üzərindən dövriyyəsi qadağan olunmuş əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı o, avtomobilində narkotik vasitə olduğunu demişdir. Daha sonra idarə etdiyi “Opel Astra” markalı avtomobilə baxış zamanı avtomobilinin sağ ön oturacağının üzərində yerləşən sellofanı polis əməkdaşlarına təqdim etmiş və sellofanın içərisində olan qara rəngli gödəkcənin papağının astarında olan psixotrop maddə metamfetamini polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər cəmi bir dəfə Muradla narkotik vasitədən istifadə etmişlər. Murad Bakı şəhərində yaşayır və arada Qubaya gəlir. Görüş zamanı Murad maşınına yanacaq vurmaq üçün 30 manat pul istəmiş, Bakıya qayıdandan sonra qaytaracağını bildirmişdir. Həmin gün Murad Bakıya qayıtmışdır. Həmin gün axşam saatlarında o, Muradla danışıb onun üçün narkotik vasitə tapıb Qubaya göndərməsini xahiş etmişdir. Murad Qubada olan zaman aralarında narkotik vasitə ilə bağlı danışıqlar olmamış, hər hansı razılığa gəlməmişlər. Bu barədə kimsə bilməmişdir. Murad ondan pulu borc kimi almışdır. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməli dərk etdiyini və əməlindən peşiman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanıyır. 21 avqust 2022-ci il tarixdə Quba şəhərinə gəlmiş, həmin gün Quba şəhərində Mahirlə görüşmüşdür. Mahirlə söhbət edən zamanı Bakıya qayıtmaq üçün maşınında yanacağın bitdiyini bildirmiş və yanacaq vurmaq üçün Mahirdən 30 manat pul almışdır. Bakıya qayıdandan sonra Mahir ona zəng edib narkotik vasitə Bakı şəhərindən narkotik vasitə tapıb göndərməsini xahiş etmişdir. Onun Mahirə 30 manat borcu olduğu üçün, tanıdığı narkotik vasitə satan şəxslərdən 30 manatlıq metamfetamin alıb öz gödəkcəsinin papağının astarına qoymuş və gödəkçəni sellofana qoyub taksi ilə Quba şəhərində Mahirə göndərmişdir. Taksi sürücüsünə 5 manat vermiş və gödəkçəni Mahirə verməsini demişdir. O, gödəkcənin içərisində metamfetamin olmasını taksi sürücüsünə deməmişdir. 23 avqust 2022-ci il tarixdə Bakı şəhərində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq Quba RPŞ-nə dəvət etmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq bildirdi ki, Mahir onun dostudur. O, Mahirdən 30 manat pulu borc kimi almışdır. 30 manat pulu Mahirdən narkotik vasitə almaq üçün almamışdır. O, Qubada olan zaman aralarında narkotik vasitə ilə bağlı danışıqlar olmamış, hər hansı razılığa gəlməmişlər. Narkotik söhbəti sonradan, o, artıq bakıda olan zaman olmuşdur. Bakı şəhərində müəyyən yerlər var ki, oradan narkotik vasitə əldə etmək olur. O da bunu bildiyi üçün gedib həmin yerdən almışdır. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməli dərk etdiyini və əməlindən peşiman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, özünə məxsus “Mercedes” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti göstəriri. 22 avqust 2022-ci il tarixdə Bakı şəhərində yerləşən Şamaxinka adlanan ərazidə olan zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq Quba rayonuna çanta göndərmək istədiyini demişdir. O da razılaşmışdır. Həmin şəxs ona sellofanın içərisində gödəkcə vermiş və qarşılığında ona pul veriləcəyini demişdir. Bundan sonra onun mobil nömrəsini götürmüş və gödəkcəni götürəcək şəxsin onunla əlaqə saxlayacağını demişdir. Yolda tanımadığı telefonuna zəng gəlmiş və Quba rayonuna çatan zaman Bakıdan verilən çantanı götürəcəyini demişdir. Bundan sonra Quba şəhərində yerləşən Asan Xidmət mərkəzinin qarşısında ona zəng edən nömrəyə yığmış və Quba şəhərində olduğunu demişdir. Bir qədər sonra həmin şəxs ona yaxınlaşıb Bakı şəhərindən verilən sellofan torbanı götürmüş və yol pulu kimi ona 4 manat pul vermişdir. Onun Bakı şəhəridən Quba şəhərinə gətirdiyi çantanın içərisində narkotik vasitə olması barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 22 avqust 2022-ci il tarixdə Quba şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 22 avqust 2022-ci il tarixdə saat 15 radələrində Quba şəhəri, Z.Bünyatov küçəsində Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrdən istifadə etməsində şübhəli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş və üzərindən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 avtomobilində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 avtomobilin qabaq sərnişin oturacağının üzərindəki sellofanı açaraq gödəkcəni təqdim etmiş və həmin gödəkcəninin içərisində narkotik vasitə olduğunu bildirmişdir. Baxış zamanı gödəkcənin papağının astarının içərisindən bir ədəd bükümdə narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni tanışı Murad adlı şəxsdən aldığını, Murad adlı şəxsə 30 manat pul verdiyini, Muradın da tanımadığı taksi sürücüsü vasitəsi ilə həmin narkotiki ona göndərdiyini bildirmişdir. Baxış zamanı avtomobildən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilməmişdir. Aşkar edilmiş narkotik vasitə elektron tərəzidə ölçülmüş və çəkisi 0,5 qram gəlmişdir. Sonra həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclaslarda iştirak etməmişdir. İş üzrə Şahid1 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, o da digər Şahid2 göstərdikləri ilə analoji ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri və onların təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsini özündə əks etdirən videoçəkilişə məhkəmədə baxılarkən müəyyən edildi ki, Quba RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Mübariz Zəkəryəyev və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, NMQnun əməliyyat müvəkkili Şahid2, Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 yol kənarında dayanmışlar. Mübariz Zəkəryəyev özünü və iştirakçıları təqdim etdikdən sonra Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində şübhəli olmasını bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi qadağan edilmiş əşya və predmentlərin olmadığını bildirir. Şəxsi axtarış zamanı Ağakişiyevin üzərindən dövriyyəsi qadağan edilmiş əşya və predmentlər aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 avtomobilində narkotik vasitə olduğunu bildirir. Daha sonra Təqsirləndirilən şəxs1 avtomobilin qabaq sərnişin oturacağının üzərindəki sellofanı açaraq gödəkcəni təqdim edir. Həmin gödəkcənin içərisində narkotik vasitə olduğunu bildirir. Baxış zamanı gödəkcənin papağının astarının içərisindən bir ədəd bükümdə narkotik vasitə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni tanışı Murad adlı şəxsdən aldığını, Murad adlı şəxsə 30 manat pul verdiyini, Muradında tanımadığı taksi sürücüsü vasitəsi ilə həmin narkotiki ona göndərdiyini bildirir. Bundan başqa baxış zamanı avtomobildən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilmir. Aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə ölçülür və çəkisi 0,5 qram gəlir və qablaşdırılır. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-cı il tarixdə təxminən saat 15:35-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Quba şəhəri, H. Əliyev prospekti, 227 ünvanında yaşayan, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 Quba şəhəri, Z.Bünyatov küçəsində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Üzərinə şəxsi axtarış keçirildiyi zaman əynində olan göy rəngli cins şalvarın sol cibindən bir ədəd “Samsung” markalı telefon, 3 manat pul aşkar edilmiş və həmin pul yənidən sahibinə geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitələri avtomobilində saxladığını bildirmişdir; “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-cı il tarixdə təxminən saat 15:30-də narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Quba şəhəri, H. Əliyev prospekti, 227 ünvanında yaşayan, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 Quba şəhəri, Z. Bünyatov küçəsində saxlanılaraq tutulmuş, xx.xx.2022-ci il tarixdə, saat 15:40-da Təqsirləndirilən şəxs1 məxsus “Opel Astra” markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilə onun icazəsi əsasında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 avtomobilin sağ qabaq oturacağında olan ağ rəngli sellofanı göstərərək onun içərisində olan qara rəngli gödəkçənin içərisində olduğunu bildirmiş və həmin psixotrop vasitəyə oxşar kütləni gödəkçənin papaq hissəsindən çıxararaq təqdim etmişdir. Aşkar edilmiş kütlə “CONSTANT 14192-33” markalı elektron vasitəsilə ölçülmüş, bu vaxt kağızın üzərində olan psixotrop vasitəyə bənzər kütlənin ümumi çəkiləri 0,5 qram olduğu müəyyən olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, qara rəngli gödəkçə Murad adlı şəxsə məxsusdur və Murad gödəkçəni ona adını bilmədiyi taksi ilə göndərmişdir. Qeyd olunan psixotrop vasitəni Murad adlı şəxsdən 30 manata almış, qeyd olunan pulu xx.xx.2022-ci il tarixdə Murad Quba rayonunda olduğu zaman özünə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 məxsus avtomobildən aşkar edilərək götürülmüş psixotrop vasitə tərəziyə qoyulub çəkilmişdir. Sonra həmin kütlələr zərfə qoyulub Azərbaycan Respublikası Ədiyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-kimyəvi ekspertizası) 23 avqust 2022-ci il tarixli 6/4453 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz 0,330 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbayan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotop maddələr”-in siyahısına (Siyahı İ) daxildir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-kimyəvi ekspertizası) 20 sentyabr 2022-ci il tarixli 6/4878 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №67” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd salfetdə olan bir ədəd gümüş rəngli folqa kəsiyi və avtomobil lampasının üzərində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbayan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotop maddələr”-in siyahısına (Siyahı İ) daxildir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 (ambulator məhkəmə-narkoloji ekspertizası) 14 sentyabr 2022-ci il tarixli 5195 nömrəli rəyindən görünür ki, X1 və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 (ambulator məhkəmə-narkoloji ekspertizası) 26 oktyabr 2022-ci il tarixli 6329 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilinə baxış aparılması həmçinin Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması istintaq hərəkətinin görüntülərini əks olunmuş 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş, təqsirləndirilən şəxslərin ifadəsi ilə yanaşı, 22 avqust 2022ci il tarixli şəxsi axtarış və baxış protokolu, 23 avqust 2022-ci il tarixli şəxsi axtarış protokolu və əlavə edilən DVD disk, şahid ifədələri, məhkəmə kimyəvi, məhkəmə-narkoloji ekspertizasının rəyləri, telefon danışıqlarına baxış protokolu, mobil telefonlara baxış protokolları, maddi sübutlar və digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut kimi qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminə oxşar kütlənin elektron tərəzidə çəkilərkən çəkisinin 0,5 qram olması, məhkəmə kimyəvi ekspertizasının 23 avqust 2022-ci il tarixli 6/4453 nömrəli rəyində isə həmin metamfetaminin 0,330 qram olması tərəzi fərqi kimi qiymətləndirilmiş, 22 avqust 2022-ci il tarixli protokollarla qablaşdırılmış Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilən zaman aşkar edilərək götürülmüş narkotik vasitənin ekspert rəyindən sonrakı qalığı, yəni 0,280 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 23 avqust 2022-ci il tarixli protokolla qablaşdırılaraq götürülmüş kimyəvi ekspertiza tədqiqatından sonra qaytarılan gümüşü rəngli folqa kəsiyi və avtomobil lampası cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Quba RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid3 əməlində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsiri onların hər birinin etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə görə narkotik vasitə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Azərbaycan Respublikasının CM-nın 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan yerə qədər daşımış olduğu və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə metamfetaminin xalis çəkisi 0,330 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar hər ikisinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 aprel 2012-ci il tarixli qərarında qeyd edilir ki, “məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasını reallaşdırarkən həll etdiyi məsələlərin dairəsi məhkəmə baxışının hədləri ilə müəyyən edilir. Məhkəmə baxışının hədlərini müəyyən edən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ümumiyyətlə, cinayət prosesində hədd kateqoriyası prosessual şərt kimi çıxış edir. Məhkəmə baxışının hədləri isə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəmədə müdafiə edilən ittihamla şərtlənən məhkəmə tədqiqatının və qərarının qanunla müəyyən edilmiş sərhədləridir. Məhkəmə baxışının hədlərinin belə məhdudlaşdırılması cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsindən irəli gəlir. Bu baxımdan məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir.” Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” 22 avqust 2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 24 avqust 2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nın 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir; Quba rayon Mərkəzi xəstəxanasının sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayon Mərkəzi xəstəxanasının Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetində qeydiyyatda yoxdur; Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba şəhəri, H.Əliyev prospekti 227 ünvanında qeydiyyatdadır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur; məhkəmənin elektron portalından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2021-ci il təvəllüdlü Mələk adında uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağın olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs1 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” 23 avqust 2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 22 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25 avqust 2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nın 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir; Quba rayon Mərkəzi xəstəxanasının sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayon Mərkəzi xəstəxanasının Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetində qeydiyyatda yoxdur; Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur; məhkəmənin elektron portalından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2019-cu il təvəllüdlü Nuray adında uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 1 ayzaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs2 əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, onların hər birinə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs1 22 avqust 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 23 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,280 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, gümüşü rəngli folqa kəsiyi və avtomobil lampası məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, 55 (əlli beş) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 22 avqust 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 23 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,280 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, gümüşü rəngli folqa kəsiyi və avtomobil lampası məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizaların xərci olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, 55 (əlli beş) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. (VÖEN **********, AZ34CTRE********************, X3, Kod: 210005, VÖEN **********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-195/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-195/2022
28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver