Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-199/2022 20.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Şahid, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1980-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, Quba rayonu, Barlı kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 08 noyabr 2022-ci il tarixdə saat 23 radələrində Quba rayonu. Barlı kəndində birgə yaşadıqları evdə aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı oğlu Zərərçəkmiş şəxs yumruqla sifətinə və çiyninə vuraraq ona sağ göz orbiti ətrafında və sifətində sağda qançır-hematoma, sol çiynində qançırla nəticələnən qəsdən sağlamlığa qısa müddətə pozğunluq törədən yüngül dərəcəli xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. O, həyat yoldaşı Şahid, övladları-Zərərçəkmiş şəxs və X4 ilə birlikdə Quba rayonunun Barlı kəndində yaşayır. 08 noyabr 2022-ci il tarixdə, təxminən saat 23 radələrində evdə yemək yeyib bir şüşə araq içəndən sonra siqaret almaq üçün kəndlərində ki mağazaya getmişdir. Siqaret alıb evə qayıtdıqdan sonra, həyat yoldaşı Təranədən ona mürəbbə ilə çay verməsini xahiş etmişdir. Lakin Təranə ona çay verməmiş və gedib divanda uzanmışdır. O, da Təranənin bu hərəkətlərindən əsəbləşib yemək masasını qaldırıb çevirmişdir. Bu zaman oğlu Zərərçəkmiş şəxs yuxudan oyanıb onun qabağına gəlib iradını bildirərək, «niyə bizi yatmağa qoymursan»-demişdir. O, da oğlu Məhəmmədə «sən bizim işimizə qarışma»-deyərək sifətindən əllə vurmuşdur. Sonra həyat yoldaşı Təranə araya girib onları ayırmışdır. O, da bayıra çıxıb siqaret çəkməyə başlamışdır. Ondan sonra oğlu Məhəmməd də bayıra çıxıb harasa getmişdir. Sonradan bilmişdir ki. Məhəmməd DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib məhkəmədən onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası Azad son vaxtlar tez-tez spirtli içki qəbul edərək hər dəfə evdə mübahisə yaratmış, onu və anasını söyüb təhqir etmişdir. 08 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində atası sərxoş vəziyyətdə evə gəlib anası Təranəyə ona çay verməsini demiş, anası da ona, kürəyi ağrıdığını deyib, bir azdan ayağa qalxıb çay verəcəyini demişdir. Atası isə anasını söyüşlə «sən yalandan deyirsən, məni yola verirsən»-deyib onu söyməyə başlamışdır. O, da atasının sərxoş olduğunu və anasını vuracağını görüb yatdığı yerindən qalxıb onu sakitləşdirmək üçün atasının yanına gəlmişdir. Həmin vaxt atası Azad əli ilə onun əvvəlcə onun sifətinə sifətinə vurmuş, daha sonra təpiklə dizinə vuraraq onu yerə yıxmışdır. O, atasını sakitləşdirə bilmədiyindən 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını bildirib, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 09 noyabr 2022-ci il tarixli 959 nömrəli rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- sağ göz orbit ətrafında və sifətində sağda qançır-hematoma, sol çiynində qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 08 noyabr 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozgunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Quba RMX-nin Konsultativ Poliklinika şöbəsinin 10 noyabr 2022-ci il tarixii, PHŞ/6.56-2- 2022-918 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İşdə olan Quba rayon İHB-nın Zərdabi qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Barlı qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək əməlindən peşman olduğunu və Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-199/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-199/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver