Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-20/2020 12.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X4, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci ildə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan və yaşayan,barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Təqsirləndirilən şəxs, xx.xx.2019-cu il tarixdə saat 01 radələrində özgə əmlakını talama niyyəti ilə tanışı Zərərçəkmiş şəxs2 məxsus Quba şəhəri 29-cu məhəllədə yerləşən əlvan metal qəbulu məntəqəsinə yaxınlaşıb yerdən tapdığı dəmir parçası ilə öncə məntəqənin giriş şüşəli plastik qapının şüşəsini sındırmış, daha sonra qapını əhatə edən qoruyucu dəmir lövhənin qıfıl bağlanmış halqasını sındırmaqla binaya qanunsuz daxil olaraq, içəridə divara bərkidilmiş saxlanc yeri hesab edilən şkafdakı sellofan torbaya yığılmış, Zərərçəkmiş şəxs2 məxsus 110 manat məbləğində qəpik pulları gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2019-cu il tarixdə saat 04 radələrində özgə əmlakını talama niyyəti ilə Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Quba rayonu Talabıqışlaq kəndində yerləşən ərzaq mağazasına gələrək mağazanın dəmir barmaqlı qapısının asma qıfıllarını özü ilə gətirdiyi dəmir ling vasitəsi ilə qırmaqla mağazanın ehtiyat anbarı kimi istifadə edilən üstü qapalı həyətinə qanunsuz daxil olaraq,oradan mağazanın qıfıllanmamış örtülü plastik qapısını əli ilə açmaqla içəri daxil olub saxlanc yeri hesab olunan kassa aparatının siyirməsindən qəpik və kağız pullardan ibarət cəmi 50 (əlli) manat pulu, mağazanın rəfində qoyulmuş bir qutusunun qiyməti 1,5 manat olmaqla 15 manat dəyərində 10 qutu “Kent” markalı, bir qutusunun qiyməti 2,2 manat olmaqla 19,80 manat dəyərində 9 qutu “LD” markalı siqaretləri də bir ədədinin qiyməti 9,5 manat olmaqla 28,50 manat dəyərində 3 ədəd “Mamedov” markalı araqları, Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 113 (yüz on üç) manat 30 (otuz) qəpik dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin177.2.2 və177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs2n üzdən tanımış və hər-hansı düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2019-cu il tarixdə səhər saatlarında Quba şəhər bazarına işləmək üçün gedərək, orada fəhləlik edib 20 manat pul qazanmışdır. Qazandığı pulla bazar ərazisində kafelərin birində əyləşərək spirtli içki qəbul etmiş və sərxoş olmuşdur. Həmin gün saat 00:00 radələrinədək müxtəlif kafelərdə oturmaqla əlavə pivə də içmiş və daha da sərxoş olmuşdur. Daha sonra pulu bitdiyindən, oğurluq etmək qərarına gəlmiş və gecə yarısı, yəni xx.xx.2019-cu il tarixdə saat 01 radələrində oğurluq etmək üçün əvvəlcədən tanıdığı Quba şəhəri 29-cu məhəllədə yerləşən əlvan metal alqı-satqısı həyata keçirilən məntəqəyə tək yaxınlaşmışdır. Oranın plastik qapısı dəmir barmaqlı qapı ilə əhatə olunaraq qıfılla bağlı vəziyyətdə olmuş, pəncərələri də şüşədən olmaqla bağlı olmuşdur. O içəri girmək üçün yol axtarmış, içəri girməyə yer tapa bilmədiyindən, yerdən dəmir parçası taparaq öncə plastik qapının şüşəsini sındırmış, daha sonra dəmir parçası ilə qapını əhatə edən dəmir barmaqlı qapının qıfıl bağlanmış çərçivəsini qıraraq dəmir barmaqlı qapını açmış və daxili açarla bağlanmış plastik qapının, sındırmış olduğu şüşə hissəsindən içəri girmişdir. Məntəqənin içərisi qaranlıq olmuş, üzərində olan alışqanın işığı vasitəsi ilə ətrafı gəzməyə başlamış, məntəqənin içəri giriş hissənin sağ tərəfində divara bərkidilmiş şkaf İ görmüşdür, həmin şkafın örtülü qapılarını əli ilə açmış, şkafın içərisində olan sellofan paketdə dəmir pullar aşkar etmişdir. Onları sellofan paketlə birlikdə götürərək, məntəqəyə girdiyi qapıdan çölə çıxmışdır. Çölə çıxarkən sol yuxarı küncdən işıq saçaraq onu video görüntüyə çəkən müşahidə kamerasını görmüşdür, özünün gizliliyini saxlamaq üçün həmin müşahidə kamerasını sındırmaq qərarına gəlmiş və müşahidə kamerasına yaxınlaşmaqla kərpic divara qalxaraq kameranı əli ilə dartıb yerindən qoparmış və məntəqənin ərazisindəki dəmir parçalarının arasına tullamışdır. Sonra ərazidən çıxaraq Quba şəhər köhnə avtovaqzal ərazisinə gələrək tanımadığı yol taksisi ilə yaşadığı evinə getmişdir. Həmin gün səhər saatlarında qəpik pulları götürərək bir hissəsini Quba şəhərində tanımadığı mağazada dəyişdirərək 7 manat kağız pul almış, qalan qəpik pulları da iz itirmək üçün Xaçmaz şəhərinə gedib, orada tanımadığı mağazada dəyişdirib 103 manat kağız pul əldə etmişdir. Yəni qeyd etdiyi əlvan metal alqı-satqısı həyata keçirilən məntəqədən cəmi 110 manat pul oğurlamışdır. xx.xx.2019-cu il tarixdə Quba şəhərində olarkən, polis əməkdaşları onu saxlayaraq Quba RPŞ-yə gətirmişdir, o da olanları tam etiraf etmişdir.Bundan başqa o, xx.xx.2019-cu il tarixdə axşam saatlarında yaşadığı evdə spirtli içki qəbul edib sərxoş olduqdan sonra əvvəlcədən gördüyü qaynatasının yaşadığı Quba rayonunun Talabıqışlaq kəndinin giriş hissəsində yerləşən sahibinin sonradan Zərərçəkmiş şəxs1 olduğunu bildiyi mağazadan oğurluq etmək qərarına gəlmişdir. Həmin gün həmkəndlisi Sadifə qaynatasının evinə gedəcəyini bildirərək atını götürmüşdür. Mağazanın giriş qapısını açmaq üçün özü ilə evdən qulpu əyri olan demir ling də götürmüş və xx.xx.2019-cu il tarixdə gecə yarısı, saat təxminən 01-02 radələrində oğurluq etmək niyyəti ilə atla Quba rayonu Talabıqışlaq kəndinə getmişdir. Artıq saat 04 radələri olmuşdur. O, atı yolun kənarındakı ağaca bağlayıb, dəmir lingi götürüb mağazanın dəmir barmaqlıqlı qapısına yaxınlaşmışdır. Ətrafa göz gəzdirdikdən sonra heç kimin olmamasından istifadə edib, demir barmaqlıqlı qapının yuxarı və aşağı hissəsindəki qıfılları dəmir lingin vasitəsi ilə qırmış, iki ədəd qırılmış qıfılları mağazanın ətrafından keçən su arxına atmışdır. Daha sonra dəmir barmaqlıqlı qapını açaraq içəri girmişdir. Mağazanın giriş qapısına yaxınlaşmış və əli ilə bağlı olmayan örtülü plastik qapını açaraq mağazaya daxil olmuşdur. İlk öncə mağazada hərəkətlərinin görüntülərini qeydə alan stolun üzərindəki manitoru yerindən ayıraraq götürüb çölə çıxmış və monitoru da su arxına atmışdır. Məqsədi oğurluq edərkən gizliliyini qorumaq üçün görüntülərinin başqasının əlinə keçməməsi olmuşdur. Yenidən mağazaya girərək, kassa aparatının siyirməsindən müxtəlif sayda qəpiklər, bir və beş manatlıq kağız pulları götürmüş, sonra rəflərdə düzülmüş “Kent” markalı siqaretlərdən 10 qutu, “LD” markalı siqaretərdən 9 qutu və 03 ədəd 1 litrlik “Mamedov” markalı: araqlardan götürüb mağazaya daxil olduğu yerdən çölə çıxmışdır. İstifadə etdiyi dəmir lingi də su arxına atmışdır. Sonra ata yaxınlaşmış və ata minərək oğurladığı pul, siqaret və araqlarla birlikdə yaşadığı evinə getmişdir. Evdə qəpik və kağız əskinaslı manatlıqları saymış və onlar cəmi 50 manat olmuşdur. Hansından nə qədər olması yadında qalmamışdır. Oğurladığı siqaret və araqları özü istifadə etmişdir. 50 manat qəpik və kağız əskinaslı manatlıqlardan ibarət pulun bir hissəsini şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurluq puldan onda qalan iki ədəd beş manatlıq və on bir ədəd bir manatlıq olmaqla cəmi 21 manat pulu isə istintaq orqanına təqdim etmişdir. İfadəsinin sonunda Ramin Teymurxanov törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəyərək onlarla barışıq əldə etdiyini bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Quba şəhəri 29-31-ci məhəllədə ona məxsus əlvan metal alqı-satqısı məntəqəsi yerləşir. Həmin sexi 2010-cu il tarixdən istifadə etmiş, dəmir, mis, aliminium və. s kimi metalları satın alaraq, Bakı və Sumqayıt şəhərlərində satışını həyata keçirmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Asəflə düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2019-cu il tarixdə saat 23 radələrində həmin məntəqənin içərisinin işıqlarını söndürüb şüşəli plastik giriş qapısını açarı ilə və onu əhatə edən dəmir lövhəni isə qıfılla divara bərkidilmiş halqaya bağlayıb, evinə getmişdir. Növbəti gün, yəni xx.xx.2019-cu il tarixdə saat 09 radələrində məntəqəyə gələndə və giriş qapısına yaxınlaşanda görmüşdür ki, qapının şüşəsi sındırılmış, dəmir lövhəsinin qıfıllanmış halqası qoparılmış və dəmir lövhə açılmış vəziyyətdə olmuşdur. O da dərhal içəri daxil olmuş və qəpiklər yığdığı divara bərkidilmiş şkafa baxanda içərisində cəmi 110 manat qəpik saxladığı sellofan torbanın olmadığını görmüşdür. Anlamış ki, işlətdiyi məntəqədən naməlum şəxs oğurluq etmişdir. Bundan sonra içəridə müşahidə aparmış, başqa heç bir şey sınmamış və oğurlanmamışdır. Sonra məntəqənin çölünü gəzmiş və müşahidə kamera qoyulmuş yerə gedən zaman həmin kameranın sındırılaraq yerə atıldığını görmüşdür. O, kameranın içərisində yerləşdirilmiş baza aparatını yoxlamış və görüntülərin olmadığını müəyyən etmişdir. Cinayət nəticəsində 70 manat dəyərində müşahidə kamerası və 5 manat dəyərində də qapının şüşəsi sındırılmışdır. Həmin gün şəxsi işləri olduğu üçün polis şöbəsinə müraciət etməmiş, növbəti gün isə Quba RPŞ-yə gələrək, faktla bağlı ərizə ilə müraciət etmişdir. Sonradan öyrənmişdir ki, ona məxsus 110 manat qəpik pulları Quba rayon Rustov kənd pakini Təqsirləndirilən şəxs oğurlamışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını məhkəməyə bildirdi. Məhkəmədə zərərməkmiş şəxs Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxs tanımamışdır. 2018-ci ilin əvvəllərindən həmkəndlisi Seyidağa adlı şəxsdən şifahi razılıqla sonuncuya məxsus yaşadığı Quba rayonu Talabıqışlaq kəndində yerləşən bir mərtəbəli ərzaq mağazasını icarəyə götürərək işlətmişdir. Mağazanın kassa aparatı, yəni VÖEN-i qardaşı Əflatunun adına rəsmiləşdirilsə də, mağazadakı əmlak ona məxsus olmuşdur. Çünki o çox zaman Bakı şəhərinə gedib-gəldiyindən, mağazada satıcı kimi Əflatun fəaliyyət göstərmişdir. Həmin mağazada müxtəlif növ ərzaq məhsullraı, spirtli içkilər, şirin sular və siqaretlər satılmışdır. Mağazanı hər gün saat 08 radələrində açmış və saat 23 radələrində bağlayaraq evinə getmişdir. xx.xx.2019-cu il tarixdə də eyni qayda ilə saat 23 radələrində mağazanı öndən əhatə edən və anbar kimi istifadə etdiyi dəmir barmaqlıqlı talvarın giriş qapısını, yuxarı və aşağı hissədən iki asma qıfıl vasitəsi ilə bağlayaraq evinə getmişdir. Növbətə gün, yəni xx.xx.2019-cu il tarixdə saat 08 radələrində mağazaya gəldikdə aşkar etmişdir ki, dəmir giriş qapının asma qıfıllarını hər ikisi qırılmışdır və qapı açıq vəziyyətdə qalmışdır. Dərhal içəri daxil olmuş, mağazanın əsas hissəsinə əvvəlcədən hər-hansı açarla bağlmayan örtülü plastik qapısını açaraq girmiş və müəyyən etmişdir ki, kassa aparatından müxtəlif sayda qəpik və kağız pullardan ibarət cəmi 50 manat pul, bir ədəd 46 dioqanallı, 2018-ci il tarixdə satın alınmış “DELL” markalı monitor və mağazanın rəfində saxlanılan 10 qutu “Kent” markalı, 9 qutu “LD” markalı siqaretlər və 3 ədəd “Mamedov” markalı araqlar yoxdur. Yəni həmin monitor, siqaret və araqları naməlum şəxs və ya şəxslər mağzanın dəmir qapısının qıfıllarını qıraraq qanunsuz içəri daxil omaqla oğurlamışlar. Bu barədə həmin tarixdə DİN-in 102 zəng-mərkəzi xidmətinə məlumat vermiş və Quba RPŞ-yə ərizə ilə müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə Quba RPŞ-dən məlumat almışdır ki, mağazasından oğurluq edən şəxs Quba rayonu Qam-Qam kənd sakini Təqsirləndirilən şəxs olmuşdur. Bu yaxınlarda mağazada quraşdırılmış videomüşahidə kamerasını yoxlayarkən, cinayət törədilən şəxsin mağazaya daxil olma görüntüsünü aşkar etmiş və həmin görüntünün olduğu hissəni 4 GB-lıq, “Transcend” markalı fleşkartına yükləyərək istintaq orqanına təqdim etmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını bildirdi. Məhkəmə iclasında Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs tanımamışdır. 2018-ci ilin əvvəllərindən qardaşı Zərərçəkmiş şəxs1 həmkəndlisi Seyidağa adlı şəxsdən şifahi razılıqla sonuncuya məxsus yaşadığı Quba rayonu Talabıqışlaq kəndində yerləşən bir mərtəbəli ərzaq mağazasını icarəyə götürərək işlətmişdir. Mağazanın kassa aparatı, yəni VÖEN-i onun adına rəsmiləşdirilsə də, mağazadakı əmlak qardaşı Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Ona görə ki, Rəşid çox zaman Bakı şəhərinə gedib-gəldiyindən, orada satıcı kimi özü fəaliyyət göstərmişdir. Həmin mağazada müxtəlif növ ərzaq məhsulları, spirtli içkilər, şirin sular və siqaretlər satılır. Mağazanı hər gün saat 08 radələrində açmışlar və saat 23 radələrində bağlayaraq evlərinə getmişlər. Mağaznı qardaşı Rəşidlə növbəli olaraq işlətmişlər. xx.xx.2019-cu il tarixdə də qardaşı Rəşid eyni qayda ilə saat 23 radələrində mağazanı öndən əhatə edən və anbar kimi istifadə edilən dəmir barmaqlıqlı talvarın giriş qapısını, yuxarı və aşağı hissədən iki asma qıfıl vasitəsi ilə bağlayaraq evinə getmişdir. Rəşid, növbəti gün, yəni xx.xx.2019-cu il tarixdə saat 08 radələrində mağazaya gəldikdə dəmir girş qapının asma qıfıllarının hər ikisinin qırıldığını və qapının açıq vəziyyətdə olduğunu görmüşdür. Rəşid müəyyən etmişdir ki, kassa aparatından müxtəlif sayda qəpik və kağız pullardan ibarət cəmi 50 manat pul, bir ədəd 46 dioqanallı, 2018-ci il tarixdə satın alınmış “DELL” markalı monitor və mağzanın rəfində saxlanılan 10 qutu “Kent” markalı, 9 qutu “LD” markalı siqaretlər və 3 ədəd “Mamedov” markalı araqlar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Həmin vaxt Rəşid bu barədə mobil telefon vasitəsi ilə ona bildirmiş və o da dərhal mağazaya gəldikdə oğurluq cinayətinin baş verdiyini və qapı qıfıllarının qırılaraq yuxarıda qeyd edilən əşyaların oğurlandığını müəyyən etmiş və Rəşid DİN-in 102 zəng-mərkəzi xidmətinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra Rəşid, Quba RPŞ-yə ərizə ilə müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə Quba RPŞ-dən məlumat almışlar ki, mağazasından oğurluq edən şəxs Quba rayonu Qam-Qam kənd sakini Təqsirləndirilən şəxs olmuşdur. İş üzrə təyin edilib keçirilmiş iş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının" xx.xx.2019-cu il tarixli, 27069 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2019-cu il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu təxminən 143,30 manatdır. Belə ki,10 qutu Kent markalı siqaretlər-15.00 (10x1,50) manat; 9 qutu LD maqrkalı siqaretlər-19,80 (9x2.20) manat; 3 ədəd 1 litrlik 40 faizli , “Mamedov” adlı araqları-28,50 (3x9,50) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, Quba rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan respublikası CM-| in (köhnə redaksiyası ilə) 143 M, 4 His .AR maddələri ilə 05 il azadlıqdan məhrum edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə 03 il azadlıqdan məhrum edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə 03 il 06 ay azadlıqdan məhrum edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il İ tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə barəsində xitam verilmişdir və hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan Quba rayon Rustov kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 1168 saylı arayışında Təqsirləndirilən şəxs Quba rayonunun Rustov kəndində daimi qeydiyyatda olması və həmin kənddə arvadı-xx.xx.1996-cı il təvəllüdlü Ocaqova Gözəl Rauf qızı ilə və oğluxx.xx.2018-ci il təvəllüdlü X7 ilə birlikdə yaşaması göstərilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV 131329 saylı doğum haqaında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü azyaşlı oğlu- X7 vardır. İş materialında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin177.2.2 və177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Quba RPŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2020-ci il tarixdə saxlanması üçün 3 sayı istintaq təcridxanasına gətirilmişdir. İş materialında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və buna görədə ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun öz ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının müvafiq rəyi, eləcədə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olubolmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir.Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: Təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrəTəqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini, himayəsində azyaşlı uşağının olmasını və tutduğu əməldən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıCPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) ay 10 gün - Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla, 04 (dörd) ay 20 (iyirmi) gün müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 01 (bir) ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayon İcra və probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan 07:00-dək yaşadığı Quba rayonu Rustov yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ gərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-20/2020
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-20/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver