Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-20/2024 10.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 18 avqust 1968-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi qaydada işləyən, subay, məhkumluğu olmayan, Xaçmaz şəhəri, Ş.Sultanov küçəsi, ev 55-də qeydiyyatla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs oğlu 23 iyul 2023-cü il tarixdə, saat 14:00 radələrində AE604591 nömrəli, “B” dərəcəli sürücülük vəsiqəsi ilə və ayıq vəziyyətdə idarə etdiyi “Mercedes” markalı **- UF-*** dövlət qeydiyyat nişanlı avtomobili Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində Quba şəhəri istiqamətində 80 km/saat sürətlə hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmçinin "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox yəni 80 km/saat sürətlə idarə etməklə cinayətkarcasına etinasızlıq edərək qanununun qeyd olunan tələblərini pozması X2 idarə etdiyi "VAZ 2107” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasına və avtomobildə sərnişin Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsinə, sərnişin Zərərçəkmiş şəxs2 sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsinə, həmçinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 23 iyul 2023-cü il tarixdə qohumu Yeganə onu, Zərərçəkmiş şəxs1, Qəmərin qızı İlahə Axundovanı və İlahənin körpə oğlu X6 rayon Bağbanlı kəndinə aparmağını xahiş etmişdir. Razılaşaraq növbəti gün, yəni 23 iyul 2023-cü il, saat 13 radələrində idarə etdiyi “Mercedes” markalı avtomobillə Quba rayonu, Bağbanlı kəndi istiqamətində birlikdə yola düşmüşlər. Xaçmaz şəhəri ərazisində çörək almaq və yanacaq doldurmaq üçün avtomobili yolun kənarında saxlamışdır. Sonra Quba rayonu, Barlı kəndindən Zərdabi qəsəbəsinin arasında yolda hərəkətdə olarkən qarşıdan təxminən 30 metr məsafədən qara rəngli “Vaz 2107” markalı avtomobil qarşısındə heç bir maneə olmadığı halda onun hərəkət zolağına çıxmış, daha sonra onun hərəkət zolağının ehtiyat hissəsinə çıxmış və təxminən onun idarə etdiyi avtomaşına 15 metr məsafə qalmış yenidən onun hərəkət zolağına qayıtmışdır. Bu zaman o, toqquşmadan qaçmaq üçün idarə etdiyi avtomobili sola doğru yəni digər hərəkət zolağına çəkib əyləci sıxsa da, həmin avtomobillə toqquşmadan qaça bilməmiş və nəticədə toqquşmuşdur. Daha sonra o, avtomobildən düşərək avtomobilində olan sərnişinlərə kömək etmiş və xəstəxanaya getmişdir. Onun idarə etdiyi avtomibillə toqquşmuş "VAZ 2107” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Firuz Yusifov isə aldığı xəsarət nəticəsində hadisə yerində vəfat etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs onkoloji xəstəlikdən əziyyət çəkdiyini, əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etdiyini bildirib ona yüngül cəza verilməsi xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X5 ifadəsində bildirmişdir ki o, ailəsi ilə birlikdə Quba rayonunun Zərdabi qəsəbəsində yaşayır. Yaşadığı ev Quba- Xaçmaz yolunun kənarında yerləşir. 23 iyul 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evin həyətində olarkən yol tərəfdən avtomobil toqquşması səsi eşitmişdir. Həmin vaxt böyük qardaşı Şakir Yusifov onun mobil telefonuna zəng edərək, qardaşı Firuzun avtomobil qəzasına düşməsi barədə məlumat vermişdir. Xəbəri aldıqdan sonra, özünə məxsus olan “Qazel” markalı avtomobilə əyləşərək Xaçmaz istiqamətində yola düşmüş bir qədər getdikdən sonra qardaşı Firuzun idarə etdiyi “Vaz 2107” markalı avtomobilin “Mercedes” markalı avtomobillə toqquşduğunun şahidi olmuşdur. Qardaşı Firuzun ətrafda olan kənar şəxslər tərəfindən avtomobildən çıxarıldığını görüb qardaşına yaxınlaşsada qardaşı Firuz həmin vaxt aldığı xəsarətlər nəticəsində onun gözləri qarşısında vəfat etmişdir. İfadəsinin sonunda X5 qardaşının idarə etdiyi avtomobillə toqquşmuş “Mercedes” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisədən xeyli müddət sonra onların evinə gələrək onun ailə üzvlərinə başsağlığı verərək barışıq əldə etməyə cəhd göstərdiyini bildirsə də, Təqsirləndirilən şəxs bağışlamadığını və ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 23 iyul 2023-cü il tarixdə qızı Şahid, bibisi qızı Zərərçəkmiş şəxs2 və beş aylıq nəvəsi David Mirzəyev ilə birlikdə Quba rayonu Bağbanlı kəndinə getmək üçün Yeganənin qohumu Azər adlı şəxsin idarə etdiyi “Mercedes” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yola çıxmışlar. O, qızı və nəvəsi avtomabılin arxa oturacağında əyləşlər. Quba- Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində təxminən 80 km\saat sürətlə hərəkətdə olduqları zaman qarşıdan “Vaz 2107” markalı avtomobilin onların yoluna çıxaraq yüksək sürətlə onların üzərinə gəldiyini görmüşdür. Onların olduqları avtomobili idarə edən Azər toquşmadan qaçmaq üçün avtomobili yolun digər zolağına çıxarmış və sonra həmin avtomobil öz yoluna qayıtmaq istədikdə, avtomobillər toqquşmuşlar. Toqquşmadan sonra ətrafda olan şəxslərin köməkliyi ilə avtomobildən çıxarılmışlar. Sonra təcili yardım avtomobili gəlmiş və onlar xəstəxanaya aparılmışlar. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 23 iyul 2023-cü il tarixdə Xaçmaz rayonu, Nabran kəndindən Quba rayonu, Bağbanlı kəndində getmək üçün qohumu Azər Xantəmırova zəng edərək dayısı qızı Zərərçəkmiş şəxs1, Qəmərin qızı Şahid, və İlhənin oğlu David Mirzəyev ilə birlikdə onları aparmasını xahiş etmişdir. Azər idarə etdiyi “Mercedes” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları götürmüş və yola düşmüşlər. Qabaq sərnişin yerində o, arxa oturacaqlarda isə digər sərnişinlər əyləşmişdir. Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində təxminən 80 km\saat sürətlə hərəkətdə olduqları zaman qarşıdan gələn “VAZ 2107” markalı avtomobil onların idarə etdiyi avtomobilin yoluna çıxaraq onların olduqları avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o, avtomobildə olan qohumu Zərərçəkmiş şəxs1 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 23 iyul 2023-cü il tarixli, 35 nömrəli nömrəli rəyindən görünür ki, X2 meyitinin xarici müayinəsi zamanı başın və bədənin çoxlu sıyrığı, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində alın nahiyyəsində solda məhdud qansızma, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma. sol və sağ tərəfdən qabırğaların çoxlu qapalı sınıqları, sol ağciyərin toxumasının cırılıb dağılması və sol ağciyərin toxumasına qansızma, qaraciyərin toxumasının cırılıb dağılması, döş və qarın boşluğunda birlikdə 1200 ml-ə yaxın sərbəst qan aşkar edilmişdir ki, bunlarda həyatı olub 23 iyul 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Meyitdən götürülən qanda məhkəmə-kimyəvi müayinə zamanı 3% etil spirti aşkar edilmiş və narkotik maddələr aşkar edilməmişdir. Aşkar edilmiş etil spirti canlı şəxslərdə güclü dərəcəli alkohol sərxoşluğu vəziyyətinə uyğun gəlir. Ölümə səbəb baş vermiş yolnəqliyyat hadisəsi zamanı döş qəfəsinin küt travmasındarı qabırğaların hər iki tərəfdən çoxsaylı sınması nəticəsində sol ağciyərin toxumasının cırılıb dağılması, qaraciyərin toxumasının cırılıb dağılmasından törənən kəskin daxili qanaxma olmuş, ölüm meyit müayinə olunan vaxtdan 6-8 saat əvvəl baş verməyə uyğundur. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş canlı şəxsin məhkəmə-tibb ekspertizasının 24 iyul 2023-cü il tarixli, 487 nömrəli nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - "sol göz orbiti ətrafında qançırhematoma, sağ qaşında, sağ qulaqönündə və sağ əlin arxa səthində əzilmiş-cırılmış yara, sağ dizdə sıyrıq, sol baldırda öndə qançır” küt əşyanın (əşyaların) təsirindən törənməklə yerinə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 23 iyul 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş canlı şəxsin məhkəmə-tibb ekspertizasının 24 iyul 2023-cü il tarixli, 484 nömrəli nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - “sağ bazu sümüyünün orta 1/3-dən qapalı yerini dəyişən sınığı, sağ dizdə sıyrıq, sol dizdə və sol baldırın aşağı 1/3-də qançıı" küt əşyanın (əşyaların) təsirindən törənməklə yerinə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 23 iyul 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş canlı şəxsin məhkəmə-tibb ekspertizasının 24 iyul 2022-ci il tarixli, 485 nömrəli nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - “baş beyin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan sağ qaşın bayırucağında əzilmiş-cırılmış yara, burnunun ucunda və alt çənədə qançır, döş qəfəsinin sağ tərəfindən 1-ci və 4-cü qabırğaların qapalı sınığı, sağ saidin hər iki sümüyünün qapalı yerini dəyişən sınığı, sağ dizdə sıyrıq, sağ bud sümüyünün qapalı sınığı” küt əşyanın (əşyaların) təsirindən törənməklə yerinə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 23 iyul 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş canlı şəxsin məhkəmə-tibb ekspertizasının 24 iyul 2023-cü il tarixli, 486 nömrəli nömrəli rəyindən görünür ki, Şahid bədəni üzərində aşkar edilmiş xəsarətlər- “sifətində solda və sol bazuda nçır, sağ və sol dizdə sıyrıq” küt əşyanın (əşyaların) təsirindən törənməklə yerinə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 23 iyul 2023- cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilər, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 02 noyabr 2023- cü il tarixli, 8/2957 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes Benz” markalı, **-UF-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmçinin istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Vaz-2107” markalı, **-BV- *** qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X7 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs AE N 604591 nömrəli, “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır və o, sürücülük hüququndan məhrum edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, nəqliyyat vasitəsini idarə edən Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığa az ağır zərər vurmulmasına, Zərərçəkmiş şəxs2 sağlamlığa az ağır zərər vurmulmasına və X2 ölümünə səbəb olmuş və bununla da Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadələri, iş üzrə keçirilmiş məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Xaçmaz Rayonu İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Ş.Sultanov küçəsi, ev 55-də qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarekterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli X4 surətindən göründüyü kimi, Təqsirləndirilən şəxs bronxların və ağciyərin yuxarı payının bədxassəli yeniyötəməsi cT4N0M0 İİİA mərhələsi əsas diaqnozu qoyulmuş və diaqoz qeydi: sol ağ ciyər xərçəngi kimi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslərə yardım göstərməsini, dəymiş ziyanın qismən ödənilməsi məqsədilə digər hərəkətlər etməklə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onkoloji xəstəliyin İİİA mərhələsində olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli həmin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında 12 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 128 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarına müdafiə edilməsinə görə Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat dövlət büdcəsindən tutulub Quba rayon Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-20/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-20/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver