Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-201/2022 27.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, himayəsində 2 azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Binəqədi Rayon Məhkməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1, 177.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyətilə və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 iyul 2022-ci il tarixdə, saat 13 radələrində yaşadığı evin həyətində yerləşən özünə məxsus hamam otağı tikilisinin dam örtüyünün üzərinə qalxıb oradan bu tikili ilə dam örtükləri bitişik vəziyyətdə olan qonşusu - Quba şəhəri, Xətai küçəsi, 21 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan birmərtəbəli fərdi evin həyətində yerləşən hamam otağı tikilisinin dam örtüyünün üzərinə keçmiş, Təqsirləndirilən şəxs2 əvvəlcədən aralarında əldə edilmiş rolların bölgüsünə əsasən baş verəcək təhlükə barədə qabaqcadan məlumatlandırmaq məqsədilə Zərərçəkmiş şəxs məxsus hamam otağı tikilisinin dam örtüyünün üzərində dayanıb onun xalçaları evdən götürməsini gözləyərək ətrafa nəzarət etmiş, o, həmin tilinin dam örtüyünün üzərindən aşaraq qonşunun həyətinə keçmiş və həyətdən evin mətbəx otağının həyətə çıxışı olan kilidlənməmiş qapısını açaraq içəri - yaşayış sahəsinə qanunsuz olaraq daxil olmuş və evin qonaq otağında bükülmüş vəziyyətdə saxlanılan xalçaları, yəni 01 ədəd istifadədə olmuş 1x1,5 metr ölçülü, toxunma, saçaqlı 500 manat dəyərində xalçanı və 01 ədəd istifadədə olmuş 1,5x2,5 metr ölçülü, toxunma, saçaqlı 750 manat dəyərində xalçanı götürüb həyətə çıxmış, xalçaları aparıb yaşadığı evin qarşısında saxladığı “VAZ 2107” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilimin yük yerinə qoymasından ötrü onu gözləyən Təqsirləndirilən şəxs2 verərək zərərçəkmiş şəxsə məxsus ümumilikdə 1250 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyətilə və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 iyul 2022-ci il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evə məxsus həyətində yerləşən hamam otağı tikilisinin dam örtüyünün üzərinə qalxıb oradan bu tikili ilə dam örtükləri bitişik vəziyyətdə olan qonşusu Təqsirləndirilən şəxs1 qonşusu - Quba şəhəri, Xətai küçəsi, 21 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan birmərtəbəli fərdi evin həyətində yerləşən hamam otağı tikilisinin dam örtüyünün üzərinə keçmiş, o, əvvəlcədən aralarında əldə edilmiş rolların bölgüsünə əsasən baş verəcək təhlükə barədə qabaqcadan məlumatlandırmaq məqsədilə Zərərçəkmiş şəxs məxsus hamam otağı tikilisinin dam örtüyünün üzərində dayanıb Təqsirləndirilən şəxs1 xalçaları evdən götürməsini gözləyərək ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 həmin tikilinin dam örtüyünün üzərindən aşaraq qonşunun həyətinə keçmiş və həyətdən evin mətbəx otağının həyətə çıxışı olan kilidlənməmiş qapısını açaraq içəri - yaşayış sahəsinə qanunsuz olaraq daxil olmuş və evin qonaq otağında bükülmüş vəziyyətdə saxlanılan xalçaları, yəni 01 ədəd istifadədə olmuş 1x1,5 metr ölçülü, toxunma, saçaqlı 500 manat dəyərində xalçanı və 01 ədəd istifadədə olmuş 1,5x2,5 metr ölçülü, toxunma, saçaqlı 750 manat dəyərində xalçanı götürüb həyətə çıxmış, xalçaları aparıb yaşadığı evin qarşısında saxladığı “VAZ 2107” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilimin yük yerinə qoymasından ötrü ona verərək zərərçəkmiş şəxsə məxsus ümumilikdə 1250 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməlində cinayət tərkibi vardır, onların hər birinin törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, birlikdə oğurluq etdiyi Təqsirləndirilən şəxs2 onun tanışıdır. O, Təqsirləndirilən şəxs2lə əvvəl avtoyuma məntəqəsində işləmiş, o vaxtdan münasibətləri olmuşdur. Evindən oğurluq etdiyi Zərərçəkmiş şəxs isə onun hasar qonşusudur. xx.xx.2022-ci il tarixdə Naillə Quba şəhəri, meydan adlı yerdə görüşmüşlər və o, Naili evlərinə dəvət etmişdir. Birlikdə həyətdə oturub söhbət edib çay içdikdən sonra o, həyətdən iyi gəldiyini bildirərək evin damına çıxmışdır. Evin damında pişiyin öldüyünü görmüş və Naildən həyətdən süpürgə götürüb evin damına qalxmasını demişdir. Nail dama qalxmış, o isə qonşusu Qəmərxanımın həyətinə nəzər yetirmiş və evdə kimsənin olmadığını görüb qonşusunun həyətinə düşmüşdür. Oradan evin taxtadan olan açıq qapısından evə daxil olmuş və mənzilin sonuncu otağında olan 2 ədəd xalçanı götürərək həyətə çıxmışdır. Həmin xalçaları evin damında olan Nailə ötürmüş, sonuncu da xalçaları onun həyətinə atmışdır. Sonra o, yenidən evin damına qalxaraq yaşadıqları həyətə qayıtmışdır. Naillə birlikdə hər iki xalçanı qatlayaraq ona məxsus olan “Vaz 2107” markalı, **-LT-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə qoyaraq Ağacan adlı şəxsin mağazasına aparıb ikisini cəmi 370 manata satmışlar. Həmin puldan 20 manat bir və 20 manatda bir Nailə vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, xalçaları Ağacan adlı şəxsə ikisini 370 manata satmışdır. Ağacana xalçaları verən zaman özlərinə məxsus olduğunu bildirmişlər. Əvvəllər o, nə Ağacana nə də başqa şəxsə xalça satmamışdır. Qonşusu Qəmərxanımın evində xalçaların olmasını əvvəldən bilməmiş, həyətə daxil olanda evdə kimsənin olmadığını müəyyən etmiş və evə daxil olandan sonra xalçaları görmüşdür. Xalçaları oğurladıqları gün satmışlar. Zərərçəkmiş şəxsə dəymiş ziyan onlar tərəfindən ödənilmiş olmasa da, xalçaların satıldığı yer müəyyən edildikdən sonra sahibinə, yəni qonşusuna qaytarılmışdır. Hazırda o, törətdiyi əməldən peşmandır. Sonda Təqsirləndirilən şəxs1 vurduğu ziyanın ödənildiyini, himayəsində 2 azyaşlı uşağının olmasını bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə Quba şəhərində meydan adlanan yerdə tanışı Təqsirləndirilən şəxs1lə görüşmüşlər. Tərlan onu yaşadığı evə qonaq çağırmış, evin həyətində oturub çay içib söhbət etmişlər. Tərlan həyətdən iyi gəldiyini bildirərək evin damına çıxmış, evin damında pişiyin öldüyünü demiş və ondan dama qalxıb pişiyi götürməyə köməklik etməsini demişdir. O, dama qalxmış, Tərlan isə damdan qonşusu Qəmərxanımın evində kimsənin olmadığını görüb sonuncunun həyətinə düşmüş və oradan da evin taxtadan olan açıq qapısından evə daxil olub 2 ədəd xalça götürüb çıxartmışdır. Həmin xalçaları evin damına ona ötürmüş, o da xalçaları Tərlanın həyətinə atmışdır. Sonra Tərlan eyni qaydada evin damına qalxaraq yaşadığı evin həyətə qayıtmışdır. O, Tərlanla birlikdə hər iki xalçanı qatlayaraq Tərlana məxsus “Vaz 2107” markalı, **-LT-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə qoyaraq Ağacan adlı şəxsin mağazasına aparıb ikisini cəmi 370 manata satmışlar. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, Tərlan evdən oğurluq edən zaman o, özü damda olmuşdur. Xalçalar evin içərisində olmuşdur. Qapı açıq olduğundan Tərlan evə qapıdan daxil olub xalçaları çıxartmışdır. Oğurluq etdikləri xalçaları satdıqdan sonra əldə etdikləri pulu yarı-yarı bölmüşlər. O, törətdiyi əməldən peşmandır. Sonda Təqsirləndirilən şəxs2 vurduğu ziyanın ödənildiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğurluq olunan ünvan 3 ünvanda yerləşən ev ona atasından miras qalmışdır. Tək olduğu üçün adətən bacısı ilə birlikdə yaşayır. Hərdən öz evinə gəlib nəzarət edir. 20 iyul 2022-ci il tarixdə o, evin həyətində olan otu biçmək üçün getmiş və həmin vaxt evdə olan xalçalardan birinin olmadığını müəyyən etmiş və bu barədə polis şöbəsinə məlumat vermişdir. Sonradan o, bacısı ilə bilrikdə həmin evin otağında hadisədən təxminən 10 gün əvvəl çəkilən şəkillərə diqqətlə baxan zaman bir ədəd deyil, iki ədəd xalçanın olmadığını müəyyən etmişdir. Mətbəx otağının həyətə açılan və kilidlənməyən qapısından evə naməlum şəxslərin daxil olduğunu və iki ədəd xalçanı oğurladığını anlamışdır. O, bacısı Dilbərə zəng edərək oğurluq barədə demiş, sonra DİN-nin "102" xidmətinə məlumat vermişdir. Polis şöbəsində araşadırma aparılan zaman çəpər qonşusu Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə evindən oğurluq etdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə hər hansı düşmənçilik və ya ədavəti olmamışdır. Tərlan qonşusudur, Naili isə ümumiyyətlə tanımamışdır. Sonda zərərçəkmiş şəxs bildirdi ki, xalçalar ona qaytarılmış, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərin həbs olunmasını istəmir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirdi ki, xalçalar ona qaytarılmış, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 zərərçəkmiş şəxslə eyni məzmunlu ifadə verərək bildirdi ki, bacısı atasından miras qalmış evdə deyil, onunla birlikdə yaşayır. Lakin arada evinə gedib nəzarət edir. 20 iyul 2022-ci il tarixdə bacısı həmişəki kimi evə gedib nəzarət edən zaman evdə olan xalçalardan birinin olmadığını müəyyən etmiş və bu barədə polis şöbəsinə məlumat vermişdir. Sonradan o, bacısı ilə bilrikdə həmin evdə hadisədən təxminən 10 gün əvvəl çəkilən şəkillərə diqqətlə baxan zaman iki ədəd xalçanın oğurlandığını müəyyən etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, o, Quba şəhəri, H.Əliyev prospektində, "xxxx" ASC-nin Quba filialının yanında yerləşən “Əntiq əşyaların alışı və satışı” yerini işlədir. Əşyaları aldığı şəxslərdən şəxsiyyət vəsiqəsi tələb edərək surətini çıxarmaqla özündə qeydiyyat aparır. 18 iyul 2022-ci il tarixdə, saat 14 radələrində işdə olan zaman taksi sürücüsü kimi əvvəllər tanıdığı Quba şəhər sakini Tərlan adlı şəxs yanında bir nəfər tanımadığı şəxslə gələrək satılıq işlənmiş iki ədəd xalça olduğunu bildirmişlər. O xalçaların haradan olduğunu soruşmuş, Tərlan xalçaların Təqsirləndirilən şəxs2 məxsus olduğunu və Nailə təcili pul lazım olduğundan satdığını bildirmişdir. O, Tərlanı taksi sürücüsü kimi əvvəldən tanıdığı üçün şübhələnməmişdir. O, Tərlana böyük ölçüdə xalça üçün 300, kiçik ölçüdə xalça üçün 70 manat, ümumilikdə 370 manat təklif etmiş, Tərlan da razılaşmışdır. Tərlan ona özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O, Tərlanın şəxsiyyət vəsiqəsinin surətini götürmüş, Tərlan kserosurətlərin arxasına iki ədəd xalçanın özünə məxsus olmasını, oğurluq olmadığını yə satıb əvəzində 370 manat götürdüyünü yazaraq imza etmişdir. Onlar həmin gün saat 17 radələrində 370 manat pulu götürüb getmişlər. Üç gün sonra Tərlan və Nail polis əməkdaşaları ilə birlikdə onun işlədiyi yerə gələn zaman həmin xalçaların ikisi tərəfindən oğurlandığını öyrənmişdir. Polis əməkdaşları tərəfindən Tərlan və Nailin iştirakı ilə onun işlədiyi yerə baxış keçirilən zaman o, xalçaları polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, xalçaları alarkən oğurluq olması barədə məlumatı olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 - hər birinin ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan və əlavə olunmuş tədqiqat sənədlərindən görünür ki, təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADlS-in məlumat bankında olan şəxslərin və təqdim edilmiş şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 02 ədədi (ADİS-in məlumat bankına Quba RPŞ-dən daxil olmuş) xx.xx.1983-cü ildə Quba rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin böyük (02 dəfə) barmağının əksi ilə eynilik müəyyən edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-əmtəəşünaslıq ekspertizası) 07 sentyabr 2022-ci il tarixli, 9/5754 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş xalçaların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyul ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1250 manat (01 ədəd 1x1,5 metr ölçülü, toxunma, saçaqlı xalça - 500 manat, 01 ədəd 1,5x2,5 metr ölçülü, toxunma, saçaqlı xalça – 750 manat) müəyyən edilmişdir; - İş materiallarında əlavə olunmuş əlyazmalardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsinin 02 vərəqdə olan ksero-surətlərin arxasına hər birində ayrıayrılıqda növbəti yazılar qeyd olunmuşdur. Bir vərəqdə olan ksero-surətin arxasına “xx.xx.2022 1 ədəd qalın bir xalça öz malımdı özüm satdım əvəzində 300 manat aldım oğurluq deyil” sözləri, digər vərəqin arxasında isə “xx.xx.2020 bir ədəd xalça öz malımdı özüm satdım əvəzinə 70 manat aldım oğurluq deyil” sözləri yazılmış və hər birində imza edilmişdir. - “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyi, maddi sübutlar və istintaq digər sənədləri sübut kimi qiymətləndirilmiş, hadisə yerindən götürülmüş əl izlərinin olduğu 1 (bir) ədəd zərf və eyniləşdirməyə dair 1 (bir) vərəq çıxarış maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli, 9/5754 nömrəli ekspert rəyi sübut kimi qiymətləndirilərək zərərçəkmiş şəxsə dəymiş ümumi maddi ziyanın məbləği 1250 (min iki yüz əlli) manat hesab edilmiş, Zərərçəkmiş şəxs məxsus oğurlanmış və sonradan tapılaraq maddi sübut qismində götürülmüş iki ədəd xalça cinayət işi üzrə maddi sübut hesab edilmiş, həmin xalçaların saxlanmasına zərurət olmadığından onun özünə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan birmərtəbəli fərdi evin həyətində yerləşən hamam otağı tikilisinin dam örtüyünün üzərində dayanıb gözləyərək ətrafa nəzarət etməsi “cinayətin icraçısı” kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri oğurluq əməli Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi” kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərkən əməllərinə tövsifedici əlamət olaraq “qanunsuz daxil olma” kimi qiymət verilməsi nəzərə alınmış, təqsirləndirilən şəxslərin əməllərinə oğurluğun Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş “xeyli miqdarda ziyan vurmaqla törədilməsi” tövsifedici əlaməti kimi qiymət verilməməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs1 qonşusunun evindən iki ədəd xalça oğurlaması barədə onun ailə üzvlərinin məlumatı olub-olmaması xüsusatı üzrə sonuncular barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Qərarın 11-ci bəndində qeyd edilir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.» «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən hesab edir ki, aşağıda qeyd olunanlar həmçinin nəzərə alınmalıdır. İş materiallarında olan: - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur; - “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Qusar Rayon Məhkməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanuna əsasən xx.xx.2017-ci il tarixli hökümlə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 03 ilə endirilmiş, xx.xx.2018-ci il tarixdə həmin məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 513 və 520-ci maddələrinə əsasən cəzasının çəkilməmiş qalan 07 ay 05 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Hazırda Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. - Qusar Rayon Məhkməsinin xx.xx.2017-ci il tarixli 1(029)-3/2017 saylı hökümndən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba şəhəri, Ə.Nərimanov küçəsi, ev 82-də qeydiyyatdadır. Təqsirləndirilən şəxs1 yaşayış yer üzrə müsbət xarekterizə olunur; - AZE12658849 nömrəli və AA2178374 nömrəli şəxsiyyət vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2009-cu il təvəllüdlü Ayşə adında qızı, xx.xx.2020ci təvəllüdlü İmran adında oğlu vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan 2 uşağının olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, vurulmuş zərərin tam ödənilməsini onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdırar halların olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən hesab edir ki, aşağıda qeyd olunanlar həmçinin nəzərə alınmalıdır. İş materiallarında olan: - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur; - “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Əliyev X2 Rayon Məhkməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1, 221.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir; - Bakı şəhəri Binəqədi Rayon Məhkməsinin xx.xx.2017-ci il tarixli 1(001)-42/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3, 177.1 və 221.1-ci maddələri ilə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Dnayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanaraq, Təqsirləndirilən şəxs2 ğlunun üzərində qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; - Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanında yaşayır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, vurulmuş zərərin tam ödənilməsini onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 əvvəlki məhkumluğu (Binəqədi Rayon Məhkməsinin xx.xx.2017-ci il tarixli 1(001)- 42/2017 hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzasını çəkib qurtardığı vaxtdan, yəni 21 iyul 2020-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini 18 iyul 2022-ci il tarixində törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». Azərbaycan Respublikası CM-nin 65-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələri nin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Həmçinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. İş materiallaraından göründüyü kimi, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi mövcuddur və onun əvvəlki cəzası azadlıqdan məhrumetmə ilə bağlı olmuşdur. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 27 dekabr 2022ci il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 hazırki hökmlə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Hazırki hökmlə barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış - hadisə yerindən götürülmüş əl izlərinin olduğu 1 ədəd zərf və eyniləşdirməyə dair 1 vərəq çıxarış cinayət işinin materiallarında saxlanılmalı, 2 ədəd xalçanın zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 27 dekabr 2022-ci il tarixindən hesablanmaqla, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış - hadisə yerindən götürülmüş əl-barmaq izlərinin olduğu 1 ədəd zərf və eyniləşdirməyə dair 1 vərəq çıxarış cinayət işinin materiallarında saxlanılsın; 2 ədəd xalçanın zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Quba rayon İcra və probasiya şöbəsinə, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması ilə bağlı hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-201/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-201/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver