Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-204/2023 29.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müdafiəçi Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Quba rayonu, Ördüc kəndində anadan olmuş, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, Ördüc kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsrləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində sərxoş vəziyyətdə Quba rayonu, Ördüc kəndində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs qəsdən dirsəyi ilə sol göz nahiyyəsindən vuraraq ona sağlamlığının qısa müddətdə pozulmasına səbəb olmuş sol göz orbiti ətrafında qançır-hematomadan ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla aralarında qohumluq əlaqələri vardır. Aralarında əvvəllər heç bir ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında həmkəndlisi Kamil ilə yaşadıqları kəndin ərazsinində rastlaşmışdır. Həmin vaxt Kamil ona kənd yaxınlığında ov etməsinə görə öz iradını bildirmişdir. Sərxoş olduğu üçün Kamilin iradı qəbul etməyib onunla sözlə mübahisə etmişdir. Bundan sonra Kamil öz əkin sahəsinə getmişdir. Həmin gün saat 12 radələrində yaşadığı kəndin yuxarı hissəsində olan yaylaqda Kamillə yenidən görüşmüşlər. Sərxoş olduğu üçün Kamilin ona səhər saatlarında etdiyi irad yadına düşdüyü üçün onunla yenidən mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o, dirsəyi ilə Kamilin sol gözündən vuraraq ona xəsarət yetirmişdir. Daha sonra ata minərək oradan çıxıb evinə getmişdir. Kamillə dalaşan zaman ətrafda heç kim olmamış, münaqişə təxminən iki-üç dəqiqə davam etmişdir.İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla münasibətləri normal olmuş, aralarında heç bir ədavət olmamışdır. Rahib son vaxtlar spirli içkiyə qurşandığı üçün bir neçə dəfə kənd sakinləri ilə mübahisə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində özünə məxsus olan iribuynuzlu malları evə gətirərkən yolda Rahib qarşılaşmışdır, Onun yaşadığı ev kəndin kənarında yerləşdiyi üçün o, həmin vaxt onun evinin yaxınlığında ov edən Rahibə öz iradını bildirmişdir. Həmin vaxt Rahiblə onun arasındsa sözlü mübahisə yaranmışdır. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə Rahib səhər saatlarında onun yenidən qarşısına çıxmış, gecə baş verən hadisəni yada salaraq ona kənddə heç kimin təsir edə bilməyəcəyini demişdir. Buna görə ona əhəmiyyət verməyib yoluna davam etməklə kartof məhsulunu yığmaq üçün kəndlərinin yuxarı hissəsində olan əkin sahəsinə getmişdir. Həmin gün saat 12 radələrində Rahib sərxoş vəziyyətdə atla onun əkin sahəsinə gəlib onunla yenidən mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Rahib onun ünvanına nalayiq ifadələr işlədərək dirsəyi ilə onun sol göz nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Həmin vaxt o, Rahibi vurmamış, ona xəsarət yetirməmişdir. Münaqişə yaylaq adlanan ərazidə ona məxsus əkin sahəsində baş vermişdir. Münaqişə baş verən zaman ətrafda kənar şəxslər olmamıdır və münaqişə təqribən 5 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışqdığını bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 01 noyabr 2023-cü il tarixli 889 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sol göz orbiti ətrafında qançır-hematoma küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 31 oktyabr 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RMX-nın Publik Hüquqi şəxsin məktubundan görünür ki. Təqsirləndirilən şəxs Quba RMX-nın narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarından olan uba RİHB-nın Qonaqkənd qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Ördüc kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. . Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 5 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-204/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-204/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver