Məhkəmə qərarları › İş №1(027)-21/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-21/2021

24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-21/2021 24.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məsləhətçi məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci ildə Quba rayonu, Zərdabi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Quba rayonu, Zərdabi kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 13 radələrində, Quba rayon Zərdabi kəndi ərazisində, həmkəndlisi Zərərçəkmiş şəxs mağaza qarşısında, üstündə açarla işlək vəziyyətdə nəzarətsiz qoyduğu “Vaz 2112” markalı, H708XX/05 dövlət-qeydiyyat nişanlı avtomobilini ondan icazəsiz, talama məqsədi olmadan qanunsuz olaraq ətə keçirib idarə edərək şəxsi işlərinin ardınca Xaçmaz rayonuna gedib geri qayıdanda Xaçmaz rayon Arzu kəndi ərazisində saxlayıb uzaqlaşmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 13 radələrində aptekdən dərman almaq üçün Xaçmaz rayonuna getmək istəyirmiş. Bu məqsədlə kəndin mərkəzinə çıxarkən Səmayənin mağazasının qarşısında, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs “Vaz 2112” markalı, rus nömrəli avtomobilini görmüşdür. Avtomobil işlək vəziyyətdə idi, içində heç kəs yox idi. Anarı da yaxınlıqda, ətrafda görməmişdir. Fikirləşmişdir ki, Anarın avtomobili ilə gedib gəlsin. Amma Anara deməyə çəkinmişdir ki, birdən etiraz edər. Anarla münasibəti yaxşı olduğu üçün ərkyana onun avtomobilinə əyləşib Xaçmaz rayonu istiqamətinə sürmüşdür. Fikirləşmişdir ki, Anar avtomobili axtaranadək gedib qayıdar. Avtomobili tərpətdikdən sonra öz mobil telefonu ilə Anarın atası Fikrətin mobil telefonuna zəng vurub məlumat vermişdir. Quba rayon Hacıhüseynli kənd yolu ilə Xaçmaz rayonuna gedərək dərmanı alıb geri qayıdanda Arzu kəndi ərazisində benzin qurtarmışdır. Həmin vaxt avtomobildə olan Anarın mobil telefununa zəng gəlirdi, cavab vermişdir, Anarın özü idi və avtomobilin yerini deyib, açarlarını də üstündə saxlayaraq piyada öz evinə qayıtmışdır. O, yalnız avtomobili idarə etmişdir, avtomobildən heç nə götürməmişdir, heç bir əşyaya toxunmamışdır. Avtomobili idarə etdiyi vaxt ayıq vəziyyətdə olmuşdur. Öz əməlindən peşmandır, bu barədə Anara üzrxahlıq etmişdir. Anarın avtomobilini sürəndə yolda arxa nömrə nişanının bir tərəfi açılıb sallandığı üçün arxadan gələn bir avtomobil işıqlarla işarə verirdi, buna görə də nömrəni açıb salona, öz oturacağının yanına qoymuşdur. Anarla və ya ailə üzvləri ilə düşmənçiliyi və ədavəti olmamışdır və yoxdur. Əvvəllər Zərərçəkmiş şəxs avtomobilini idarə etməmişdir. Hazırda etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb, məhkəmədən onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs izahatında göstərdi ki, “Vaz 2112” markalı, H708XX05 dövlətqeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən bu günə kimi istifadəsindədir, etibarnamə ilə idarə edir. xx xxxxxx 2020-ci il tarixdə, saat 13 radələrində həmin avtomobili ilə, yaşadığı Quba rayon Zərdabi kəndi ərazisində, kəndin mərkəzində yerləşən mağazaya gələrək, avtomobilin mühərriki söndürmədən, açarı üzərindən çıxarmadan aşağı enib mağazaya daxil olmuşdur. Bir neçə dəqiqədən sonra mağazadan çıxarkən bir nəfər tanımadığı şəxsin avtomobilə əyləşərək sürüb uzaqlaşdığını görmüşdür. İlk öncə yoldan avtomobil saxladaraq öz avtomobilinin arxasınca getmişdir, lakin tapa bilməyib 102 xidmətinə zəng etmiş və avtomobilinin tapılmasını və qaçıran şəxsin tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Avtomobilində benzin az idi, həm də avtomobilində mobil telefonu var idi, zəng etmişdir, ilk öncə götürən olmamışdır. Bir neçə saat sonra mobil telefonuna atası Fikrət zəng vuranda cavab verən şəxs bildirmişdir ki, həmkəndliləri Təqsirləndirilən şəxsdur, avtomobili sürüb Xaçmaz rayon Arzu kəndi ərazisində saxlayıb. Polis əməkdaşları ilə gedib Xaçmaz rayon Arzu kəndi ərazisindən keçən Xaçmaz-Quba avtomobil yolunun kənarında avtomobilini tapmışdır. Avtomobilinin açarları üstündə idi, amma benzini qurtarmışdı. Avtomobilini tapanda əziyi yox idi, telefonu və sənədləri də maşında idi. Raminlə düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs heç vaxt onun avtomobilini idarə etməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığını bildirib, məhkəmədən Təqsirləndirilən şəxs oğlunun barəsində olan işin icraatına xitam verilməsini xahiş edərək, bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmədə Şahid göstərdi ki, xx xxxxxx 2020- ci il tarixdə, saat 13 radələrində oğlu Anar mağazaya getdikdən bir neçə dəqiqə sonra başqa nömrə ilə ona zəng vurub demişdir ki, idarə etdiyi “Vaz 2112” markalı, H708XX05 dövlət-qeydiyyat nişanlı avtomobili kimsə qaçırıb, mobil telefonu da da maşında qalıb. Oğlu Anarın mobil telefonuna zəng vurmuşdur, cavab verən şəxs, Zərdabi kənd sakini Təqsirləndirilən şəxs olduğunu bildirib maşını aptekə getmək üçün götürdüyünü və qaytarıb gətirəcəyəni bildirmiş və polisə məlumat verməməsini xahiş etmişdir. O, isə demişdir ki, artıq oğlu Anar polislərə məlumat vermişdir. Bir saat sonra yenidən zəng vurduqda Ramin cavab verib demişdir ki, maşını Xaçmaz rayon Arzu kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yolunun kənarında saxlayıb getmişdir. Bu barədə polislərə məlumat vermişlər və gedib Raminin dediyi yerdən oğlu Anarın avtomobilini tapmışlar. Raminlə düşmənçilikləri və ədavətləri olmamışdır, yaxın münasibətləri də yoxdur və heç vaxt ona avtomobil idarə etməyə verməmişlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün etirafı, zərərçəkmiş şəxsin və şahid ifadəsi ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşdə olan Quba RİHB-nin Zərdabi kənd tƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Zərdabi kəndində yaşayır, yaşadığı ünvanda müsbət xarakterizə olunur, iki azyaşlı övladı vardır. İşdə olan Quba RMX-nın xx xxxxxx 2020-ci il tarixli, 4020 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nın Konsultativ Poliklinika şöbəsinin psixatrik kabinetində qeydiyyatda yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-yə verilmiş sorğuya cavabdan görünür ki, X1 Rayon Məhkəməsinin 15.12.201 5-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası MM-nin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 4cü bəndinə əsasən cəzası 6 ay azaldılmış və 01 il 5 ay 29 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, özünü təqsirli bilir və Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir iddiası və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikasının CM-nin 73-1.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 178.1,179.1,185.1,186.1,187.1,187.2,189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar