Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-212/2022 20.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1 Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, 06.07,2001-ci ildə Quba şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Quba şəhəri Fətəlixan küçəsində Zərərçəkmiş şəxs məhəlləarası yolda şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla sifət nahiyyəsindən bir dəfə vuraraq ona baş-beyin silkələnməsi ilə müşayiət olunan hər iki göz orbiti ətrafında qançırhematoma, burnunun üstündə qançır, burun sümüyünün qapalı yerini dəyişən az sınıqları, alın cibinin ventral divarının sınığıdan ibarət olan və sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində idarə etdiyi VAZ 21014 markalı ** RD *** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba şəhəri Fətəlixan küçəsi ilə hərəkətdə olaraq həmin küçədə yerləşən ərzaq dükanının qarşısında saxlamış, ev heyvanı üçün yem alaraq yenidən avtomaşına əyləşib evə doğru gedərkən məhəlləarası yol ilə sağa doğru dönən anda məktəbli yaşında olan bir nəfər şəxsin yolu keçməsini görüb sürətini azaltmışdır. Adının Hacıbaba olduğunu bildiyi şəxs bir qədər asta yerişlə yolu keçdiyi üçün maşını saxlayaraq ona yolu cəld keçməyi tövsiyə etmişdir. Hacıbala ona “əccəb edirəm” dediyi üçün avtomaşını bir qədər irəlidə saxlayıb avtomaşından düşüb Hacıbabanın üzərinə gedərək yumruqla onun burun nahiyyəsindən vuraraq avtomaşınına əyləşib oradan uzaqlaşmışdır. Münaqişə zamanı ətrafda heç kim olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını bildirib məhkəmədən onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Quba şəhərində yerləşən Vegas kurs mərkəzində hazırlıq dərsi başa çatdığı üçün məhəlləarası küçə ilə piyada şəhərin aşağı hissəsinə doğru gedərkən bu zaman digər küçə ilə kəsişmədə irəlidən VAZ 21014 markalı ** RD *** nömrəli qırmızı rəngli avtomaşının sürücüsü dönmə əməliyyatını yerinə yetirmiş, artıq yolu keçərkən avtomaşın az qala ona toxunacağı üçün bundan yayınmışdır. Bu zaman sürücü Ənvər avtomaşını saxlamış, düşmədən pəncərədən “bir az tez keç” demişdir. Buna görə aralarında mübahisə yaranmışdır. Həmin vaxt Ənvər idarə etdiyi avtomaşını bir qədər irəlidə saxlayıb maşından düşərək onun üstünə gəlib yumruqla onun sifətinə bir zərbə vurmuşdur. üzərinə gəlməklə gözləmədən yumruqla bir dəfə sifətinə vurmuşdur. Ənvər onu vurduqdan sonra. avtomaşınına minib oradan uzaqlaşmışdır. Münaqişə Fətəlixan küçəsində baş vermiş və 1-2 dəqiqə davam etmişdir. Ətrafda həmin vaxt digər şəxslər olmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 24 noyabr 2022-ci il tarixli, 1001 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-baş-beyin silkələnməsi ilə müşayiət olunan hər iki göz orbiti ətrafında qançır hematoma, burnunun üstündə qançır, burun sümüyünün qapalı yerini dəyişən az sınıqları, alın cibinin ventral divarının sınığı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 21 noyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 5 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-212/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-212/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver