Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-22/2021 30.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafisəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Xaçmaz rayonu Yergüc kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 01 sentyabr 2020-ci il tarixdə saat 03 radələrində Quba şəhəri, H.Əkiyev prospektində yeriəşən “Univermaq” mağazasının qarşısında Zərərçəkmiş şəxs 110 manat dəyərində “Hisense” markalı ‘F-27” modelli mobil telefon aparatını danışmaq adı ilə aldıqdan sonra Zərərçəkmiş şəxs telefonu qaytarması barədə tələbinə məhəl qoymayaraq qaçıb oradan uzaqlaşmaqla özgənin əmlakını açıq talayaraq zərərçəkmiş şəxsə 110 manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Mənkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki o, 31.08.2020-ci il tarixdə saat 20 radələrində yaşadığı Xaçmaz rayonu Yergüc kəndində yerləşən yolun kənarındakı kafedə araq və bir neçə bakal pivə içdikdən sonra, oradan tanımadığı yol maşını ilə Quba şəhərində yerləşən Birja adlanan əraziyə gəlmiş, oraya gəldikdən sonra “Badə” adlanan kafedə oturub yenidən pivə içmiş, daha sonra gecə saatlarında kafeyə tanımadığı bir nəfər oğlan gələrək küçələrdə süpürgəçi işlədiyini demiş, həmin oğlanla bir masada oturaraq bir ədəd “Bizon” içkisi almış, cavan oğlan onunla bir qədər oturduqdan sonra saat təxminən 3 radələrində, yəni 01.09.2020-ci il tarixi gecə saat 03 radələrində birlikdə kafedən çıxmışlar. Kafedən çıxdıqdan sonra, adının İsmayıl olduğunu öyrəndiyi həmin oğlandan danışmaq üçün mobil telefonunu istəmiş, İsmayıl özünə məxsus qara rəngli “Hisense” markalı mobil telefonunu Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Univermaq” mağazasının qarşısında ona vermişdir. Telefonu götürdükdən sonra sərxoş olduğundan yadında qalmayan nömrəyə zəng etmiş, mobil telefonla danışa-danışa İsmayıldan aralanmışdır ki, telefonla birlikdə aradan çıxa bilsin. Sonra İsmayıl ona yaxınlaşaraq mobil telefonunu geri almaq istəyəndə İsmayıldan yaxa qurtarmaq üçün Xaçmaz istiqamətində gedən nömrəsini xatırlamadığı qırmızı rəngli Opel markalı avtomobili əl edib saxlamış və həmin avtomobillə yaşadığı Quba rayonu, Yergüc kəndinə getmişdir. Səhəri gün onun yaşadığı ünvana polis əməkdaşları gəlib polis şöbəsinə dəvət etmişlər. Hadisə zamanı İsmayıla heç bir zor tətbiq etməmiş və zor tətbiq edəcəyi ilə hədələməmiş, maddi vəziyyəti yaxşı olmadığından telefonu satmağı planlaşdırmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tğrətdiyi əməldən peşiman olmasını və zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alıb, məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsi xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki o, 01.09.2020-ci il tarixdə saat 03 radələrində Quba rayonu, Bazar ərazisində yerləşən Birja adlanan yerdə küçəni süpürən vaxt yolun kənarındakı “Badə” kafesinin zibillərini atmış, kafeyə daxil olduqda bir nəfər, adının sonradan Ədalət olduğunu bildiyi şəxsin oturub spirtli içki qəbul etdiyini görmüşdür. Ədalət ondan nə iş gördüyünü soruşduqda o, süpürgəçi işlədiyini demiş, daha sonra həmin şəxs ona bir ədəd “Bizon” enerji içkisi almışdır. Söhbət zamanı Ədalətin sərxoş olduğunu hərəkətlərindən hiss etmiş, sonra artıq gec olduğundan Ədalətlə birlikdə kafedən çölə çıxmış, Kafedən çıxdıqdan sonra Ədalət bazar istiqamətində hərəkət etmiş, o, isə H.Əliyev prospektindəki “Univermaq” mağazasının qarşı tərəfini süpürməyə başlamışdır. Bu zaman Ədalət ona yaxınlaşaraq evlə əlaqə saxlamaq istədiyini deyib mobil telefonunu istəmiş o, da, özünə məxsus “Hisense” markalı mobil telefonunu Ədalətə vermiş və Ədalət onun yanında mobil telefon vasitəsi ilə kimləsə danışmışdır. Ədalət mobil telefonla danışıb qurtardıqdan sonra mobil telefonu cibinə qoymuşdur. O, Ədalətdən telefonun ona məxsus olduğunu deyərək telefonu geri istədikdə, Ədalət telefonu ona qaytarmayaraq ondan aralanaraq piyada H.Əliyev prospekti ilə aşağı istiqamətdə getməyə başlamışdır. Ədalətin arxasıyca düşərək mobil telefonunu geri istəsə də, Ədalət ona telefonu verməyəcəyini demişdir. Bundan sonra Ədalət Quba-Xaçmaz yolu ilə Alekseyevka kəndi istiqamətində getməyə başlamış və “Ülviyyə” şadlıq sarayının qarşısında nömrəsini və rənginə fikir vermədiyi “Opel” markalı avtomobili saxlatdırıb həmin maşına minərək Xaçmaz rayonu istiqamətinə getmişdir. Bundan sonra o, tanımadığı Vaz-2106 markalı avtomobili saxlatdırıb Xaçmaz rayonu istiqamətinə getsədə həmin Ədaləti tapmamışdır. Sonra o, Quba şəhərinə qayıdıb tanışının mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs polis əməkdaşları tərəfindən ona məxsus “Hisense” markalı mobil telefon qaytarıldığını bildirib təqsirləndirilən şəxsə qarşı qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə şahid qismində qindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2020-ci il tarixdə icraatına, Quba RPŞ-nin TQ-nın təhqiqatçısı X3 şəhər sakini Zərərçəkmiş şəxs məxsus bir ədəd “Hisense” markalı, “F27” modelli mobil telefonunun Quba şəhər ərazisində Ədalət adlı şəxs tərəfindən soyğunçuluq yolu ilə ələ keçirilməsi və sonuncunun mobil telefonu ələ keçirdikdən sonra Xaçmaz istiqamətində getməsi barədə raportu daxil olmuşdur. Qeyd olunan raportun icrası ilə bağlı tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirildikdən sonra, müəyyən olunmuşdur ki, soyğunçuluq hadisəsini Xaçmaz rayonu Yergüc kəndində yaşayan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs törətmişdir. Məlumatı dəqiqləşdirmək üçün Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Yergüc kəndində yerləşən evinə getmiş, Ədalət həmin vaxt evdə olduğundan Ədaləti bayıra dəvət edərək bu barədə sonuncundan soruşmuş, Ədalətlə söhbət zamanı hər şeyi etiraf edərək soyğunçuluq əməlini törətdiyini bildirmiş, ələ keçirdiyi mobil telefonu ona təqdim elmişdir. O, da, mobil telefonun markasına və modelinə baxdıqda həmin telefonun “Hisense” markalı, “F27” modelli mobil telefon olduğunu görmüşdür. Sonra o, Ədalət ilə birlikdə Quba rayon polis şöbəsinə gələrək mobil telefonla birlikdə təhqiqatçıya təqdim etmişlər. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 sentyabr 2020-ci il tarixli, 9/3405 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və işlənmiş mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdime edilmiş istismarda olmuş “Hisense” markalı F-27 modelli mobil telefonun hazırki işlənmiş vəziyyətdə 01 sentyabr 2020-ci il tarixə, istismar müddətini, təyinatı üzrə istifadəyə yararlığını, hadisə vaxtı üstündə satış üçün telefonun komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və fiziki köhnəlməsini, eləcə də, mərkəzin sənədlərin texniki ekspertiza şöbəsinin kompüter-texniki ekspertizasının 23 sentyabr 2020-ci il tarixdə verilmiş 5/632 nömrəli ekspert rəyinin nəticələrini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 110,00 manat müəyyən olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizalarının müvafiq rəyl və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarınad olan Xaçmaz RİHB-nın Yergüc kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05.09.2020-ci il tarixli, 965 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Yergüc kəndində qeydiyytada olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seşilməsi haqqında 13.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 14.04 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 may 2020-ci il tarixdə tutularaq Quba RPŞ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən onun barəsində seşilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli 03 may 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 75 (yetmiş beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış) manat məbləğində pul dövlət büdcəsindən təqsirləndirilən şəxsə münasibətdə tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan”Hisense” markalı, F27” modelli mobil telefonun Zərərçəkmiş şəxs oğluna qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin, çəzaçəkmə müddətinin əvvəli 03 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 75 (yetmiş beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış) manat məbləğində pul dövlət büdcəsindən təqsirləndirilən şəxsə münasibətdə tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan ”Hisense” markalı, F27” modelli mobil telefonun Zərərçəkmiş şəxs oğluna qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Quba rayon polis şobəsinə və Azərbaycan Respublikası Penitensiar Xidmətinin İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-22/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-22/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver