Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-220/2024 24.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafisəi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1962-ci il tarixdə Quba şəhərində anadan olan, orta təhsilli, evli, təqaüdçü, məhkum olunmayan, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, Əski-İqriq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 noyabr 2024-cü il tarixdə, saat 10 radələrində Quba rayonu, Vladimirovka kəndi ərazisində aralarında ailə münasibətləri zəmnində yaranmış mübahisə zamanı gəlini Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruqla vurub əli ilə sonuncunun sağ əlinin barmaqlarını geri qatlayaraq ona döş qəfəsində öndə solda və sol bazuda hərəsində bir yerdə qançır kimi dərəcəsi təyin olunmayan xəsartlər, sağ əlin İİ barmağında yumşaq toxumaların əziyi və qançırından ibarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş yüngül dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, gəlini Zərərçəkmiş şəxs təxminən 3 ay bundan əvvəl nəvələrini yaşadıqları evdən götürərək çıxıb getmişdir. 27 noyabr 2024-cü il tarixdə o, nəvələrini görmək məqsədilə Quba rayonu Vladimirovka kəndi ərazisində yerləşən məktəbin qarşısına getmiş, məktəbin xadiməsi dərs vaxtı uşaqlar ilə görüşün mümkün olmadığını bildirmişdir. O kənarda dayanıb dərs vaxtının qurtarmağını gözləyən zaman gəlini Elminz məktəbin qarşısına gəlmişdir. Bu zaman aralarında söz mübahisəsi baş vermiş, mübahisə zamanı keçmiş gəlini onun üstünə hücum etmiş o da gəlininin sağ əlindən tutub arxaya burmaqla onu özündən ayırmışdır. Mübahisə və dava-dalaş onunla keçmiş gəlinin arasında olmuş, həmin vaxt qızı Aygün gəlini Elminazı vurmamış, mübahisə 3-5 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirirək məhkəmədən yaşlı olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 27 noyabr 2024-cü il tarixdə saat 10 radələrində yaşadığı evdə olan zaman Vladimirovka kənd orta məktəbinin müəllimi ona zəng edərək qaynanası və baldızının övladını görməkdən ötrü məktəbə gəlməsini bildirmiş, o da məktəbin qarşısına yaxınlaşan zaman qaynanası ilə aralarında söz mübahisəsi baş vermiş, həmin vaxt qaynanası yumruqla onun bədəninin müxtəlif nahiyyələrindən vuraraq sağ əlinin barmaqlarını sıxıb bədəninin arxa tərəfinə burmuş, nəticədə o sağ əlindən və bədəninin müxtəlif nahiyyələrindən xəsarət almışdır. Mübahisə Quba rayonu, Vladimirovka kəndi ərazisində təxminən 3-5 dəqiqə davam etmişdir. Həmin vaxt orada keçmiş qayanası, keçmiş baldızı və bir nəfər tanımadığı şəxs olmuşdur. İfadəsinin sonunda zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını bildirib, məhkəmədən onun qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid eyni məzmunlu ifadə verərək anası Təqsirləndirilən şəxs göstərdiyi halları təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 27 noyabr 2024-cü il tarixli 992 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - döş qəfəsində öndə solda və sol bazuda hərəsində bir yerdə qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 27 noyabr 2024-cü il tarixə uyğun gəlir, müxtəlif vəziyyətlərdə və şəraitdə, o cümlədən qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığlarından dərəcəsi təyin olunmayan xəsartlər növünə aiddir, baş nahiyyəsində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmamışdır, sağ əlin İİ barmağında yumşaq toxumaların əziyi və qançırı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta yəni 27 noyabr 2024-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tbb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi edilmiş digər subutlaral tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın Təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-56/2-1510/2024 nömrəli məktubundan görünür ki, Quba rayonu Əski-İqriq kəndində yaşayan Təqsirləndirilən şəxs RMX-nin X1 narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş Quba RİHB-nm Quba şəhər İƏD üzrə nümayəndəliyinin 06 dekabr 2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Əski-İqriq kəndində yaşamaqla müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxsin ilk dəfə böyük ictimai təhlükə törtəməyən cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və yaşlı olmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü- islah işləri cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə islah işləri cəzasının təyin edilməsinə maneə deyildir, belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə əsasən işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə ilkin tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsaitin Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, qazancından 10 (on) faiz dövlət nəfinə pul tutulmaqla 08 (səkkiz) ay müddətinə islah işləri növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından 10 (on) faiz dövlət nəfinə pul tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seşilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-220/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-220/2024
24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver