Məhkəmə qərarları › İş №1(027)-23/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-23/2021

25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-23/2021 25.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1993-cü ildə Quba rayonu, Mirzəmmədkənd kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, taksi faəliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu, Mirzəmmədkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan xx xxxxxx 2020ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Quba-Qusar-Quba marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olması ilə əlaqədar Quba şəhəri, 223-cü atıcı diviziya küçəsində taksi dayanacağında olarkən bir nəfər qadının digər taksi sürücüsü Zərərçəkmiş şəxs avtomobilinə əyləşməsini görüb həmin sərnişini özünün aparmasını Zərərçəkmiş şəxs xahiş etdikdə sonuncunun razılaşmamasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, bununla bağlı aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş еtdirərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə Zərərçəkmiş şəxs məxsus “VAZ 21074” markalı ** LK *** qeydiyyat nişanlı avtomobilin arxa sol qapısına təpik zərbəsi ilə vurub əzərək 150 manat məbləğində maddi ziyan vurmuş, Zərərçəkmiş şəxs avtomobildən düşdükdən sonra onun üzərinə hücum edib vurmağa cəhd göstərərək şəxslər üzərində zor tətbiq olunması hədəsi və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkət etməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs təqsirini etiraf edərək qeyd etmişdir ki, idarə etdiyi “Opel-Astra” markalı ** TP *** qeydiyyat nişanlı avtomobillə xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Quba şəhəri 223-cü atıcı diviziya küçəsində dayanıb müştəri gözləyən zaman üç nəfər tanımadığı şəxs avtomobilinə əyləşmiş və onları Qusar şəhərinə hər adama görə bir manat qarşılığında aparmağı razılaşmışdır. Bu zaman idarə etdiyi avtomobilin yanında dayanaraq taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə bir nəfər qadın müştərinin əyləşməsini görmüşdüt. O, Zərərçəkmiş şəxs həmin müştərinin onun aparmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs buna etiraz etdiyindən o da sonuncunun bu hərəkətindən əsəbiləşmiş və geri dönüb gedən zaman əlində olan günəbaxan tumlarını onun idarə etdiyi avtomobilin qarşı tərəfinə və alın şüşəsinə çırpmışdır. Bu vaxt Zərərçəkmiş şəxs öz avtomobildən çıxaraq onu təhqir etmişdir. O da sonuncunun dediklərinə cavab olaraq onu təhqir etmiş və ona tərəf getmişdir. Onun idarə etdiyi avtomobilə sükan tərəfdən yaxınlaşıb bir dəfə ayaq zərbəsi ilə sonuncunun avtomobilinin arxa sol qapısından vurmuşdur. Orada olan Rəhman adlı şəxs onu sakitləşdirərək kənara aparmışdır. Daha sonra təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən səmimi peşman olmasının nəzərə alınmasını və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin təqsirini etiraf etməsinin, zərərçəkmiş şəxslə barışmasını, əməlindən səmimi peşman olmasının, azyaşlı uşaqlarının olmasını nəzərə alınmasını və məhkəmədən təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, VAZ 21074 markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Həmin avtomobillə Quba-Qusar istiqamətində fərdi qaydada sərnişin daşıma faəliyyəti ilə məşğul olmuşdur. Əsasən Quba şəhəri Heydər Əliyev prospektində idarə etdiyi avtomobillə müştəri götürüb Qusar şəhəri istiqamətində hərəkət etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində idarə etdiyi avtomobillə Quba şəhəri Heydər Əliyev prospektində dayanıb müştəri gözləyən zaman bir nəfər tanımadığı qadın, idarə etdiyi avtomobilə müştəri kimi əyləşərək onu Qusar şəhərinə aparmağı xahiş etmişdir. Bu zaman onunla birlikdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs ona yaxınlaşaraq həmin müştərinin onun aparmasını xahiş etmişdir. O Kamrana etiraz etdikdə Təqsirləndirilən şəxs geri dönüb öz avtomobilinə tərəf gedərkən əlindəki günəbaxan tumlarını onun avtomobilinin ön tərəfinə və alın şüşəsinə çırpmış, Kamranın bu hərəkətinə cavab olaraq o, avtomobildən çıxaraq Kamrana mədəniyyətsizlik etməməsi barədə irad tutmuşdur. Bundan əsəbləşən Təqsirləndirilən şəxs ona qarşı nalayiq ifadələr işlədərək onun üzərinə gəldikdə o, qorxudan avtomobilinə əyləşmiş, avtomobildə olarkən Təqsirləndirilən şəxs, onun avtomobilinin sol arxa qapısından təpiklə vurmuş və vurduğu yer içəriyə doğru deformasiya olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs onu təhqir etməyə davam etmiş, bu zaman ətrafda olan Rəhman adlı şəxs Təqsirləndirilən şəxs oradan uzaqlaşdırmışdır. Təqsirləndirilən şəxsla aralarında olan mübahisə 10-15 dəqiqə davam etmiş, hadisə zamanı o, heç bir xəsarət almamış, Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobilin arxa sol qapısını təpiklə vurması nəticəsində avtomobilin qapısı içəriyə doğru deformasiya olunmuş və ona maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ifadəsində və məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, VAZ 21074 markalı ** BT *** qeydiyyat nişanlı avtomobili ilə Quba-Qusar istiqamətində taksilərin toplandığı yerə mütəmadi olaraq tanışları ilə görüşmək üçün gəlir. xx xxxxxx 2020-ci il tarixində saat 11 radələrində Quba şəhərində yuxarıda qeyd olunan ərazidə olmuşdur. Həmin vaxt əvvəlcədən tanıdığı Quba-Qusar istiqamətində taksi fəaliyyəti ilə məşğul olan Şəmsəddin adlı şəxslə söhbətləşmişdir. Bu zaman Şəmsəddinin idarə etdiyi VAZ 21074 markalı ** LK *** qeydiyyat nişanlı avtomobilə bir nəfər yaşlı qadın yaxınlaşaraq əyləşmiş, taksi yola düşəcəyi üçün oradan aralanan zaman qırmızı rəngli “Opel-Astra” markalı avtomobili idarə edən Kamran adlı taksi sürücüsünün Şəmsəddinin idarə etdiyi avtomobilə yaxınlaşaraq əlindəki günəbaxan tumlarını sonuncunun avtomobilinin alın şüşəsinə atdığını gördükdə o, Kamrana yaxınlaşaraq “ayıb deyilmi sənə, yaşlı kişidir, danışıq yaratma” deyərək Kamranı dartaraq oradan öz maşınına tərəf uzaqlaşdırmışdır. Lakin Kamran yenidən Şəmsəddinə hücum çəkdiyindən, onun hücumunun qarşısını almağa çalışsa da, Kamran, gənc və fiziki cəhətdən ondan güclü olduğundan Kamranın hücumunun qarşısını ala bilməmiş və Kamran, onun əlindən çıxaraq Şəmsəddinin maşınına sol tərəfdən yaxınlaşaraq qabaq yan şüşəsi açıq hissəsindən aqressiv əl-qol hərəkətləri edərək sürücünü vurmaq istəsə də, o, Kamranın Şəmsəddini vurmaq istəyinin qarşısını almış, lakin Kamran ayağı ilə Şəmsəddinin avtomobilinə təpik vurmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 9/3986 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə xx xxxxxxxx 2020-ci il tarixli qüsur aktı məlumatlarına əsasən “VAZ 21074” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hadisə baş verən tarixə, yəni 2020-ci ilin avqust ayına olan təmir-bərpa xərci təxminən 150,00 manat müəyyən edilmişdir.. İş materiallarında olan Quba rayon Mərkəzi xəstəxanasının xx xxxxxxx 2020-ci il tarixli 3189 nömrəli məktubundan görünür ki, Quba rayonu Mirzəməmmədkənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xəstəxananın Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Vladimirovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş ailə tərkibi haqqında arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı xx.xx.1993-cü təvəllüdlü X4, azyaşlı qızları xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 ibarətdir. Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyyətnamədən görünür ki, Quba rayonu, Mirzəmmədkənd kəndində yaşayan xx xxxxxx 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2015-ci il tarixli AZ-İİİ 552694 nömrəli doğum haqqında şəhadətnaməsi ilə xx xxxx 2015-ci il təvəllüdlü Nərmin Şahbazovanın və xx.xx.2015-ci il tarixli AZ-İİİ 106114 nömrəli doğum haqqında şəhadətnaməsi ilə xx xxx 2018-ci il təvəllüdlü Xədicə Şahbazovanın Təqsirləndirilən şəxs azyaşlı uşaqları olması müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara, onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var. Göründüyü kimi iş üzrə toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs istinad olunan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin törədilməsi, yəni xuliqanlıq cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, himayəsində azyaşlı uşaqlarının olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiq hesab edir. Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli qərarının üçüncü bəndinin ikinci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs cinayəti törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşman olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli bilindiyi əməldən sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətməmiş, işin ədalətli, tam və obyektiv araşdırılmasına heç bir maneçilik törətməmişdir. Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, bu hallar Təqsirləndirilən şəxs ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyinin göstəriciləridir. Həmçinin, himayəsində azyaşlı övladları vardır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manatın Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib aylıq qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs islah işləri cəzasının icrasının başlanğıcı aylıq qazancından tutulmaların başlandığı tarixdən (gündən) hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ**********9350293257, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar