Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-23/2022 02.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi oğlunun iştirakları ilə, xx.xx.1977-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində 23.08.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 8,108 qram narkotik vasitə olan qurudulmuş marixuananı, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,601 qram olan ağ kristal şəkilli psixotrop maddə metamfetamin əldə edib daşıyaraq, tanışı X6 şəhəri, Qəçrəş yolu y/m-də yerləşən fərdi yaşayış evinin həyətində yardımçı otaqda gətirib saxlamış, 21.08.2021-ci il tarixdə saat 18:50 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X6 şəhəri, Qəçrəş yolu y/m-də yerləşən fərdi yaşayış evinin həyətində yardımçı otaqda saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əl çantasından 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,768 qram narkotik vasitə olan qurudulmuş marixuana, masanın üzərində 02 ədəd gümüşü rəngli kağız bükülüdə ayrıayrılıqda təmiz çəkiləri 0,328 və 0,257 qram narkotik vasitə qurudulmuş marixuana, tanışı Şahid7 istifadə etmək üçün götürüb saxladığı əl çantasından 01 ədəd kibrit qutusunun içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,720, 0,256, 0,258, 0,240 və 0,281 qram olmaqla 05 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və stolun üzərindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,601 qram olan ağ kristal psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, 20.08.2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhərində Babək prospektində olan zaman yolun kənarında olan reklam lövhəsinin altında bir ədəd şəffaf rəngli sellofana bükülmüş bağlama tapmışdır. Bağlamanı açdıqda içərisində 02 ədəd kibrit qutusunda qurudulmuş marixuana və bir ədəd bükümdə metamfetamin olduğunu görmüşdür. Narkotik vasitələrdən istifadə etdiyi üçün tapdığı narkotik vasitələr olan həmin sellofanı özü ilə götürüb avtomobilində saxlamış və 21.08.2021-ci il tarixdə saat 18 radələrində Quba şəhərində yaşayan tanışı Şahid7 yaşadığı evə gələn zaman həmin narkotik vasitələri üzərində olmuşdur. Sərxanın evində əvvələr tanımadığl Əfsanə və Həmidə adlı qızlar olmuşdur. Sərxanın həyətində olan yardımçı tikilidə istirahət edən zaman, özü ilə gətirdiyi narkotik vasitələr olan sellofan bükülünü çıxarıb stolun üzərinə qoymuşdur. Sellofan bükülüdən narkotik vasitələri çıxarmış və papiros borucuqdan istifadə etməklə “nəşə”-ni doldurmağa başlamışdır. Həmin vaxt Həmidə də onların yanlarına gəlmiş və masanın üstündə olan “nəşəni” siqaret borusuna doldub çəkmişdir. Həmin vaxt Sərxanda bir ədəd siqaret borucuğundan istifadə edərək “nəşəni” doldurub istifadə etmişdir. Onlar evdə olan zaman Quba rayon polis şöbəsinin əməkdaşları Sərxanın yaşadığı evə gəlmişlər. Polis əməkdaşları onların narkotik vasitələr istifadə etməkdə və saxlamaqda şübhəli olduqlarını bildirmişdirlər. Bundan sonra onların hər birinə müdafiəçi təqdim edilmişdir. Həmin vaxt onun hüquqlarını İbrahim Ağamov adlı vəkil müdafiə etmişdir. Bundan sonra onların üzərlərinə baxış keçirilmişdir. Baxış zamanı, polis əməkdaşı üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olmasını soruşduqda, çantasının içərisində olan bir kibrit qutusu qurudulmuş marixuana çıxarıb təqdim etmişdir. Həmçinin stolun üzərində olan bükünün içərisində olan narkotik vasitə metamfetaminin qalıqlarının və iki büküm qurudulmuş marixuananında ona məxsus olduğunu etiraf etmişdir. Aşkar olunmuş narkotik vasitələr polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra, qablaşdırılmışdır. Həmçinin polis əməkdaşları onun, Sərxanın və Həmidənin istifadə etdikləri içərisində qurudulmuş marixuana olan papiros borucuqları da götürmüşlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və xəsdə olamasını nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Bakı şəhərində qeydiyyatda olsa Quba şəhərində Qəçrəş yolunda olan fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs onun tanışıdır. 20.08.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhərində yaşayan tanışları Həmidə və Əfsanə onun evinə qonaq gəlmişlər. 21.08.2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs da onun yaşadığı evə qonaq gəlmişdir. Elxan evə gələn zaman Həmidə və Əfsanə evdə olmuşdur. Elxanla həyətində olan yardımçı tikilidə oturub istirahət edən zaman o, özü ilə gətirdiyi sellofan bükülünü çıxarıb stolun üzərinə qoymuşdur. Elxan sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuana və metamfetamini çıxarıb, metamfetamini kağızdan düzəldiyi borucuqa doldurduqdan sonra, onlar birlikdə həmin narkotik vasitəni istifadə etmişlər. Həmin vaxt evdə olan Həmidə onların yanına gələrək narkotik vasitədən istifadə etmişdir. Onlar birlikdə borucuqa doldurmaqla təxminən 2-3 dəfə narkotik vasitə istifadə etmişlər. Sonra o, Elxanın gətirdiyi içərisində narkotik vasitələ olan bir ədəd kibrit qutusunu şəxsi istifadəsi üçün götürüb əl çantasına qoymuşdur. Evdə olan zaman Quba rayon polis şöbəsinin əməkdaşları onun evinə gəlmişlər. Polis əməkdaşları onlara narkotik vasitələri istifadə etməkdə və saxlamaqda şübhəli olduqlarını bildirdikdən sonra, hər birinə müdafiəçi təqdim edərək üzərlərinə baxış keçirmişlər. Polis əməkdaşı ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya olmasını soruşduqda, o çantasında olan bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı onlara təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmçinin Elxanın üzərində şəxsi axtarış aparılmışdır. Baxış zamanı Elxan da çantasında olan bir kibrit qutusu marixuananı və masaının üzərində olan bükümdə qalmış narkotik vasitə olan metamfetaminin qalıqlarını və masanın üzərində olan iki büküm qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmidə də istifadə etdiyi narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitələr polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra, qablaşdırılmışdır. Daha sonra onun iştirakı ilə yaşadığı evə baxış keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Quba şəhərində işləri olduğu üçün 20.08.2021-ci il tarixdə günorta saatlarında tanışı Əfsanə ilə birlikdə Quba şəhərində yaşayan tanışı Şahid7 evinə qonaq gəlmişlər. 21.08.2021-ci il tarixdə evdə olan zaman saat 18 radələrində evdən çıxıb həyətdə olan yarımtikiliyə gəlmişdir. Həmin vaxt ev sahibi Sərxan, adını sonradan öyrəndiyi Elxan adlı tanışı ilə yarımtikilidə oturub istirahət edirdilər. Masanın üzərində bükümlərdə qurudulmuş marixuana və bir bükümdə narkotik vasitə olan metamfetamini görüb, bir ədəd bükümdə olan “nəşəni” götürüb siqaret borusuna doldurub çəkmişdir. Həmçinin Sərxanda bir ədəd siqaret borucuğundan istifadə edərək “nəşəni” doldurub istifadə etmişdir. Həmin vaxt Quba rayon polis şöbəsinin əməkdaşları onların olduqları həyətə gəlmişlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra, onlra narkotik vasitələri istifadə etməkdə və saxlamaqda şübhəli olduqlarını bildirmişdirlər. O, həmin vaxt istifadə eidiyi və masanın üzərində olan içərisində tütünə qarışığı olan narkotik vasitə qurudulmuş marixuana doldurduğu papirosu göstərib narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Polis əməkdaşları tərəfindən Elxanın üzərinə baxış keçirilərkən, Elxan özünə məxsus olan əl çantasından bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin Elxan masanın üzərində olan iki bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın və bir bükümdə olan narkotik vasitə olan ağ kristal şəkilli metamfetaminin qalıqlarınında ona məxsus olmasını etiraf etmişdir. Sonra polis əməkdaşları tərəfindən Sərxanın üzərinə baxış keçirilmişdir. Baxış zamanı Sərxan əl çantasından içərisində qurudulmuş marixuanaya bənzər maddə olan bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları tərəfindən aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə çəkildikdən sonra, zərflərə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Elxan, Sərxan və Həmidə adlı şəxslərin qanunsuz olaraq üzərlərində narkotik vasitə gəzdirmələri və Quba şəhəri ərazisində Sərxana məxsus evdə narkotik vasitələrdən istifadə etmələri barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs, Şahid7, Şahid8 və Şahid9 21.08.2021-ci il tarixdə, saat 18 radələrində Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində Şahid7 yaşadığı evdə saxlanılmışdırlar. Saxlanılan hər bir şəxsə vəkil təqdim edildikdən sonra onların üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs çantasından içərində qurudulmuş marixuanaya bənzər bir ədəd kibrit qutusu çıxarıb onlara təqdim etmişdir. Kibrit qutusu açıldıqda içərisində narkotik maddə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmçinin masanın üzərində olan iki büküm qurudulmuş marixuananın və bir bükümdə olan narkotik vasitə metamfetaminin qalıqlarının da ona məxsus olduğunu etiraf etmişdir. Şahid7 üzərinə baxış keçirilən zaman o, əl çantasından bir ədəd içərisində narkotik vasitə marixuanaya bənzər kibrit qutusunu çıxarıb təqdim etmişdir. Baxış zamanı Şahid8 da masanın üzərindəki içərisində narkotik vasitə qurudulmuş marixuana doldurduğu papirosu göstərib həmin papirosdan istifadə etdiyini etiraf etmişdir. Aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Daha sonra Şahid7 icazəsi və iştirakı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı onun evindən qanunla qadağan olunan hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin əməkdaşları Şahid3 və Şahid4 eyniməzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizsının 22 avqust 2021-ci il tarixli, 6-3639 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N 67 dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş üç zərfdə olan: -üzərində “Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ağ kristal şəkilli kütlə” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.601 qram olan ağ kristal maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir: -üzərində “Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu üçün istifadə etdiyi şüşə əşyanın hissəcikləri” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan üç ədəd şüşə qırıntısında və üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 07 ədəd trupka” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 07 ədəd kağız borucuqda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. Qeyd Metamfetaminin təmiz çəkisi – 0.601 qram, qədqiqata sərf edildi 0.05 qram. Qalıq- 0.551 qram. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-bioloji ekspertizsının 22 avqust 2021-ci il tarixli, 7- 823 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs əl çantasından aşkar edilərək götürülmüş...” sözləri yazılmış 1 nömrəli zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,768 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmş- marixuanadır.
2. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Şahid7 əl çantasından aşkar edilərək götürülmüş...” sözləri yazılmış 2 nömrəli zərfdə kibrit qutusunun içərisində 04 (dörd) ədəd gümüşü rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 0,720 qram, 2) 0,256 qram, 3) 0,258 qram, 4) 0,240 qram və bir ədəd göy rəngli kağız bükülüdə təmiz çəkisi 0.281 qram, üzərində “Vət. Şahid7 yaşadığı evdən aşkar edilmiş..” sözləri yazılmış 3 nömrəli zərfi açdıqda kibrit qutusunun içərisində 02 ədəd gümüşü rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1) 0.328 qram, 2) 0.257 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 2.340 qramdır.
3. Təqdim olunmuş 3 nömrəli zərfdə bir ədəd qara rəngli kağız bükülüdə tütün 2.1 Təqdim hissəcikləri və təmiz çəkisi 0.067 qram olan bitki hissəcikəri narkotik tərkibli çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın hissəcikləridir. -Tədqiqata təqdim olunmuş üzərində “Vət. Şahid8 istifadə etdiyi ona məxsus..” sözləri yazılmış 4 nömrəli zərfdə düzəldilmiş papirosun içərisində ümumi çəkisi 0,426 qram və üzərində “Vət. Şahid7 istifadə etdiyi özünə məxsus..” sözləri yazılmış 5 nömrəli zərfdə düzəldilmiş papirosun içərisində ümumi çəkisi 0,776 qram olan tütünlə qarışıq narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananın hissəcikləri vardır. - Həmin hissəciklər cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Qeyd: 1. Marixuananın ümumi çəkisi 8,175 qram, cəmi tədqiqata sərf edildi 0,24 qram, qalıq 7,935 qramdır.
2. bitki mənşəli ümumi çəkisi 1,202 qram, cəmi tədqiqata sərf edildi 0,1 qaram, qalıq 1,102 qramdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 11 sentyabr 2021 -ci il tarixli, 3381 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannaboidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı axtarış və baxış keçirilməsi istintaq hərəkətlərinin görüntüləri əks olunmuş iki ədəd ümumi tutumu 4,23 GB olan DVD disklərə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxsn üzərinə və Şahid7 üzərinə və yaşadığı evə baxış keçirilən zaman, Təqsirləndirilən şəxsa məxsus əl çantasından 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana bənzər maddə, masanın üzərində 01 ədəd sellofan ağ kristal şəkilli psixotrop maddə mütamfetaminə bənzər maddə, masanın üzərində 02 ədəd gümüşü rəngli kağız bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, Şahid7 əl çantasından 05 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana bənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli 3982 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ-İİ № 242061 saylı nikah haqqında şəhadətnəmənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 ilə rəsmi nikaha daxil olmuşdurlar. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 21.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 23.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 21 avqust 2021-ci il tarixdən 23 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin olunacaq cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02.03.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs, 154 (yüz əlli dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 72 (yetmiş iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut olanbir iki ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatında sonra qalıq çəkisi 0,551 qram metamfetamin, 7,935 qram qurudulmuş marixuana, 1,102 qram bitki mənşəli kütlə, borucuqları və şüşə qırıntıları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 21.08.2021-ci il tarixdən 23.08.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 02 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 154 (yüz əlli dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,551 qram metamfetamin, 7,935 qram qurudulmuş marixuana, 1,102 qram bitki mənşəli kütlə və borucuqlar və şüşə qırıntıları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Vüqar Seyidov