Məhkəmə qərarları › İş №1(027)-23/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-23/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-23/2023 15.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Quba rayonu, Xaroşa kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində 4 azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Xaroşa kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayının əvvəllərində Azərbaycan Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayının əvvəllərində Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 X1 meşəbəyliyinin 2 saylı meşə dolayının Quba rayonu, Xaroşa kəndində yerləşən 2-ci kvartalında qırma sahəsinə aid olmayan ərazidə 2 ədəd 36/28 sm diametrli fıstıq cinsindən, 1 ədəd 40/32 sm diametrli fıstıq cinsindən, 1 ədəd 32/24 sm diametrli vələs cinsindən, 2 ədəd 36/28 sm diametrli vələs cinsindən və 2 ədəd 58/48 sm diametrli palıd cinsindən, həmin dolayın qeyd olunan kənddə yerləşən 24-cü kvartalında 2022-ci il üçün ayrılmış qırma sahəsinə aid ərazidə isə hər biri nömrələnməmiş 1 ədəd 44/36 sm diametrli palıd cinsindən və 1 ədəd 48/40 sm diametrli vələs cinsindən olmaqla ümumilikdə həmin dolayın ərazisindən meşə fonduna daxil olan 10 (on) ədəd yaş köküstə işliyə yararlı ağacı qanunsuz kəsərək X10 xeyli miqdarda, yəni 1021,35 manat (min iyirmi bir min manat, otuz beş qəpik) ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, onun mülkiyyətində “Zil-31” və “Qaz-53” markalı avtomobilləri vardır. Başqa işi olmayanda həmin avtomobillərlə odun alveri ilə məşğul olur. Pərvizin verdiyi buraxılış orderi əsasında meşəyə girir. Yay ayları isə turlar təşkil edir və demək olar ki, yay aylarında meşəyə cəmi 2-3 dəfə girir. Onun yaşadığı kənddə qaz olmadığı üçün, odundan istifadə edirlər. 2022-ci ilin yay ayında o, meşədə olmuş, 7 ağac qırıb öz həyətinə tökmüşdür. İbtidai istintaq zamanı şahidlər bu halı təsdiq etmişlər. Avqust ayında 2 saylı dolayının meşə gözətçisi ona zəng edərək, meşədən ağacların kəsildiyini bildirmiş və onun tərəfindən kəsilib-kəsilmədiyini soruşmuşdur. Gözətçi ərazidən 8 ağacın kəsildiyini bildirmişdir. O da cəmi 7 ağacı kəsdiyini və ağacları avtomobildə çıxardığını bildirmişdir. O, özü demiş olmasaydı, meşə gözətçisinin və digərlərinin meşədən ağac kəsməyi ilə bağlı heç bir sübutu olmamışdır. Gözətçinin bildirdiyinə görə, meşədən 3 fərqli maşınla ağaclar çıxarılmış, həmin maşınlardan biri ona məxsus olmuşdur. Digər maşınları müəyyən edə bilmədikləri üçün kəsilmiş bütün ağacları onun üzərinə hesablamışlar. Ağacları çıxardığı avtomobil dostunun adına olsa da, faktiki onun sahibliyindədir. Onun sürücüsü vardır, hansı ki, həmin avtomobilini idarə edir və onun üçün işləyir. Belə ki, o, odun alveri ilə məşğul olduğu üçün sifarişlər qəbul edir. Vətəndaşlar onun şəxsi telefonuna zəng edərək, sifariş edir. O, da sürücüsünə tapşırıq vermişdir ki, sifarişi icra etsin. Həmişə olduğu kimi ona zəng etmişlər ki, ona məxsus maşınla ağac gətirmək istəyirlər. O, da razılıq vermişdir. Ağacların qanunsuz çıxarılmasını bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, hər dəfəsində meşəyə girmək üçün qırma bileti alınmalıdır. Bir biletlə ikinci dəfə meşəyə girmək mümkün deyil. Ona bildirilşmişdir ki, ona məxsus maşınla meşədən qanunsuz olaraq 2 ağac aparılmışdır. Gözətçinin deməsinə görə 10 ağac onun adına yazılmışdır. Lakin o, cəmi 7 ağac kəsmiş, digər ağacları başqa kimsə kəsmişdir. 7 ağaca görə özünü təqsirli bilir. 7 ağacda içlik yoxdur. İçlik olmayan ağacın qiyməti başqadır. Atla aparılan ağacı da onun adına hesablamışlar. Kəsdiyi ağaclar vələs və palıd cinsindən olmuşdur. Həmin ağacları kəsməyə onun icazəsi olmamışdır. Onun qırma bileti olmamışdır. O, diametrləri təxminən 35-40 sm olan 7 ağac kəsmişdir. Maşına 6-7 ağac yerləşdirmək olur. Ağacları odun üçün kəsmişdir. Ağacları apardığı avtomobil dostunun adına olsa da, faktiki onun sərəncamındadır. Həmin maşını çox vaxt sürücü idarə edərək onun üçün işləmişdir. Sürücü ona zəng etmişdir ki, onun maşını ilə ağac gətirsin. O da razılıq vermişdir. İttihamda göstərilən əlavə 3 ağacın kəsilməsindən məlumatı yoxdur. Baxışda iştirak etməmiş, baxışdan ümumiyyətlə xəbəri olmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, qırma biletləri İsmayıl Qürbətov adına verilmişdir. Onun adına bilet olmamışdır. Qırma bileti olan şəxslər onun maşını ilə meşəyə gedib ağac almışlar. Əslində ağaclar müvafiq şəxslər tərəfindən qırılmalı, anbara yerləşdirilməli, sonra isə vətəndaşlar maşınlarla gedib anbardan götürməlidirilər. Ona məxsus yeşik istehsalı sexi vardır. Həmin sex qanuni əsaslarla fəaliyyət göstərir, buna dair hə bir sənəd mövcuddur. O, qanunsuz olaraq cəmi 7 ağac kəsmişdir. O, özü 7 ədəd ağacları kəsərək özünə məxsus maşınla evinə daşımışdır. Yaşadığı kənddə qaz olmadığından soyuq aylarında yalnız odun yandırmaqla istilik əldə edir. Təbii qaz olmadığı üçün kənd sakinləri odundan istifadə edirlər. Ancaq onun əməlində heç bir cinayət tərkibi yoxdur. Göstərilənləri nəzərə alaraq, barəsində bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə bildirdi ki, o, 2020-ci ildən meşə təsərrüfat mərkəzində hüquqşünas işləyir. xx.xx.2022-ci il tarixdə Vəlvələ meşəbəyliyinin 2 saylı dolayında qəfləti yoxlama keçirilmiş, həm ümumi əraziyə, ayrılmış qırma sahəsinə baxış keçirilmiş, eyni zamanda meşə gözətçisinin fəaliyyəti yoxlanılmışdır. Yoxlama zamanı 10 ədəd ağacın kəsilməsi aşkar edilmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Meşə gözətçisinin verdiyi məlumata görə ağaclar Təqsirləndirilən şəxs tərəfindən kəsilmişdir. Yoxlama zamanı gözətçi telefon vasitəsilə Tərlanla danışmış, sonuncu da etiraf etmişdir. Ümumi 10 ağac olmaqla, 8 ağac dərə sahəsindən, 2 ağac isə qırma sahəsindən qanunsuz olaraq kəsilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, bildirdi ki, qanunsuz kəsilən ağaclar sağlam ağaclar olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, onun tərəfindən xx.xx.2022-ci il tarixdə meşə gözətçisi Şahid3 və Şahid2 iştirakı ilə qəfləti yoxlama aparılması məqsədi ilə Vəlvələ meşəbəyliyinin 2 saylı dolayına getmiş, meşənin dərə yataqlarında maşınını saxlamış və maşından düşüb ətrafa baxmışdır. Bu zaman yerdə maşın izləri görmüş və bu barədə meşə gözətçisindən soruşmuşdur. Meşə gözətçisi bu barədə məlumatın olmadığını bildirmiş və onlar meşə ərazisinə baxış keçirən zaman ərazidə ağacların kəsildiyi görmüşdür. Bu barədə də meşə gözətçisindən soruşmuş, sonuncu bu barədə heç nə bilmədiyini demişdir. O, gözətçiyə ərazinin onun cavabdehliyində olduğunu bildirdikdən sonra, gözətçi telefonla bir nəfər şəxsə zəng etmiş və tat dilində danışmışdır. O, gözətçidən kiminlə danışdığını soruşduqda, sonuncu əmisi oğlu Təqsirləndirilən şəxsla danışdığını, Tərlandan şübhələndiyini bildirmişdir. Gözətçinin deməsinə görə, Tərlan telefonda ağacaları kəsdiyini etiraf etmişdir. Ramin cəriməni Tərlanın əvəzinə ödəyəcəyini bildirmişdir. O, kəsilmiş ağacları qeydiyyata almış və kəsilmiş ağacların sayı 8 ədəd müəyyən edilmişdir. Bundan sonra o, digər əraziləri yoxlamış, 2022-ci il üçün nəzərdə tutulmuş qırma sahəsində yoxlama zamanı 2 ədəd 1 ədəd palıd və 1 ədəd vələs cinsindən olan ağacların da kəsilməsi müəyyən edilmişdir. O, gözətçidən həmin iki ağacla bağlı soruşmuş, gözətçi isə həmin qırma sahəsinə Təqsirləndirilən şəxs maşınından başqa maşının gəlmədiyini bildirdiyinə görə bu ərazidə olan ağacları da Tərlan tərəfindən kəsildiyini iddia etmiş və cəriməni özü ödəyəcəyini bildirmişdir. O, akt tərtib etmiş və Təqsirləndirilən şəxs cərimə yazmışdır. Tərlan bu günə qədər cəriməni ödəməmişdir. Məhkəmədə verilən suallra cavab olaraq, şahid bildirdi ki, gözətçinin deməsinə görə, əraziyə yalnız Tərlanın maşını girmişdir. Ağaclar təqribən 1 ay ərzində kəsilmişdir. Gözətçi şəxsən ümumilikdə 10 ədəd ağacın Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini bildirdiyi üçün o, Tərlanla bağlı akt tərtib etmişdir. Kəsilmiş ağacların oduncaq hissələri hal-hazıradək meşədədir. Kəsilmiş ağacın diametri, ətrafında olan nümunələr, ağacın içlik hissəsinin kəsilib götürülərək odun hissəsinin yerdə qalması Təqsirləndirilən şəxs məhz işlək odunun aparmasını göstərir. Təqsirləndirilən şəxs meşə yaxınlığında qeyri-qanuni fəaliyyə göstərən yeşik emalı sexi vardır. Bu da ağacların yeşik emalı sexinə aparılmasını göstərir. Ağaclar odun məqsədli getmiş olsaydı, odun hissəsi aparılmış olardı. Lakin ağacların odun hissəsi hazırda da yerindədir. Ağacların gövdəsinin də odun kimi istifadə olunması istisna edilmir. Kəsilmiş ağacların kim tərəfindən kəsilib götürülməsi məlum olmadığı halda da eyni qaydada onlar tərəfindən akt tərtib olunur və əməli törətmiş şəxsin müəyyən edilməsi məqsədilə akt müvafiq sənədlərlə birlikdə araşdırılması üçün hüquq mühafizə orqanlarına göndərilir. O Təqsirləndirilən şəxs faktla bağlı izahatını almamışdır. Tərlanla telefon vasitəsilə əlaqə saxlamış və sonuncuya kəsilmiş ağaclara görə cərimə yazdığını bildirmiş və cəriməni ödəməsini demişdir. Oduncağın buraxılması üçün məsul şəxs meşə gözətçisidir. Gözətçi meşəyə ağac üçün gələn maşınlara əvvəldən nəzarət etməli, maşın yola salınanda gözətçi hansı ağacların kəsilib aparılmasını yoxlamalıdır. O, Tərlanla telefonla 10 ağac barədə danışan zaman, 10 ağacla bağlı heç bir söz deməsə də, cəriməni ödəyəcəyini bildirmişdir. Bu zamana qədər qanunsuz ağackəsməyə görə Tərlana dəfələrlə cərimə yazılmış, sonuncu onu ödəmişdir. Sonuncu dəfə isə töhmət almış və işdən azad edilmişdir. Biletlər Tərlanın adına deyil, onun sürücüsünün və Sahil adında işçisinin adına yazılmışdır. Belə ki, kim ərizə ilə müraciət edirsə, qırma bileti də həmin şəxsin adına yazılır. Faktiki olaraq həmin ağaclar Tərlanın sexi üçün kəsilib aparılır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 2021-ci ilin mart ayından Vəlvələ meşəbəyliyinin 2 saylı dolayının meşə gözətçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun əmisi oğludur. Qırma sahəsi fəaliyyətə başladığı üçün qırma sahəsində 2 ədəd ağacın qanunsuz kəsildiyini müəyyən etmiş və bu barədə telefon vasitəsilə rəhbərliyə məlumat vermişdir. Ağacların kim tərəfindən kəsilməsi barədə məlumatı olmadığından araşdıracağını bildirmişdir. Həmin vaxt onun ərazisinə cəmi 3 maşın gəlmişdir. 2 ədəd maşın Quba rayonunun Zərqava kəndindən 1 ədəd maşın isə Tərlana məxsus olmuşdur. Maşınlarla gələn vətəndaşlar ona biletlərini göstərmiş, o da kəsilməli olan ağacları göstərmişdir. Maşınlar ərazidən çıxan zaman o, biletin arxasında qeydlər aparmışdır. Əraziyə baxış zamanı iki ədəd ağacın qanunsuz kəsildiyini görmüş və sonuncu çıxan maşın Tərlanın maşını olduğundan bu barədə rəhbərliyə məlumat vermişdir. Bundan sonra qəfləti yoxlama aparılmış, dolayının 2 kvartalında dərə yatağında 8 ədəd ağacın qanunsuz kəsildiyi aşkarlanmış, o da Tərlandan şübhələndiyi üçün sonuncuya zəng edib soruşmuşdur. Tərlan 7 ədəd ağacı kəsdiyini etiraf etmişdir. Baxış zamanı kəsilmiş 7 ədəd ağacın yanında olan 1 ədəd kötük və qırma ərazisindən kəsilmiş 2 ədəd ağac da Tərlanın üzərinə qeydə alınmışdır. Tərlan özü cəmi 7 ədəd ağacı kəsdiyini etiraf etmişdir. Orada olan kötük də Tərlanın adına qeydə alınmaqla 8 ədəd hesablanmışdır. Qırma sahəsində Tərlanın maşını da olduğundan oradan kəsilmiş 2 ədəd ağac da Tərlanın adına qeydə alınaraq akt tərtib edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, kəsilmiş 7 ağac aşkaranmışdır. 8-ci ağac təxminən 10 metr aralıqda, qırma sahəsindən də 2 ədəd ağacın kəsildiyi müəyyən edilmişdir. Tərlan isə telefonda cəmi 7 ağacı kəsdiyini etiraf etmişdir. Qırma zahəsindən 2 ağacın kəsilməsi barədə o, telefonda Tərlana sual verməmiş, nə də Tərlan ona həmin 2 ağacla bağlı heç nə deməmişdir. Tərlana məxsus maşın qırma sahəsində olsa da, özünü orada görməmişdir. Vətəndaşın əlində icazə bileti varsa, vətəndaş öz avtomobili ilə gəlib odun apara bilir. Yoxlama zamanı o, müəyyən etmişdir ki, qanunsuz kəsilən ağaclardan Tərlanın etiraf etdiyi 7 ədəd ağacdan başqa digər ağaclar, yəni ərazidə olan 8-ci ağac və qırma sahəsindən kəsilən 2 ağac çoxdan kəsilən ağaclardır və kim tərəfindən kəsildiyi bəlli deyil. Çünki qısa müddət ərzində kəsilən ağacların gövdəsi, yarpaqlarının rəngi və forması başqa şəkildə olur. Həmin 3 ağac 15-20 gün ərzində kəsilən ağaclara oxşamır. Pərviz və Fərhad ona dediyi üçün o, istintaqda Tərlan tərəfindən 10 ağacın kəsildiyini demişdir. Tərlan ona cəmi 7 ədəd ağac kəsdiyini bildirmişdir. O, meşə gözətçisi kimi ağaclar kəsilən zaman ərazidə olmalı və nəzarət etməlidir. Lakin cavabdehlik daşıdığı ərazi 1000 ha-dır və əraziyə başqa şəxslər də gəlir. Qanunsuz ağac kəsmələrin qarşısını almaq üçün hər birinin yanında saatlarla dayanıb nəzarət etməlidir. Lakin hər ağac kəsimi çox vaxt aldığından bütün əraziyə girib çıxan şəxslərin yanında qalıb nəzarət eməsi mümkün deyildir. Ona görə də o, ancaq meşədən yola çıxan maşınların giriş və çıxışlarını yoxlamış, biletlərinə müvafiq qeydlər aparıb yola salmışdır. Qrafikə görə o, saat 9-dan axşam saat 6ya kimi ərazini gəzməlidir. 1 həftə əvvəl də sahədə olmuş, lakin qaranlıq olduğu üçün heç nə görməmişdir. Qırma sahəsindən 2 ədəd ağacın kəsilməsini müəyyən etdikdən sonra telefonla rəhbərliyə məlumat vermişdir. Tərlana telefonda 2 ağacla bağlı heç nə deməmişdir. Həmin vaxt qırma sahəsində cəmi 3 maşın olmuş, Tərlanın maşınından başqa iki QAZ-53 markalı maşın olmuşdur. Hazırda o işdən azad edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə meşə mühəndisi Şahid1lə və meşə gözətçisi Şahid3la birlikdə Vəlvələ meşəbəyliyinin 2 saylı dolayında yoxlama aparmış, nəticədə vələs, palıd və fısdıq cinsindən ümumilikdə 8 ədəd ağacın qanunsuz kəsildiyi müəyyən edilmişdir. Bundan sonra dolayının qırma sahəsindən vələs və palıd cinsindən 2 ədəd ağacın qanunsuz kəsildiyi müəyyən edilmişdir. Gözətçi Şahid3 ərazidə olan zaman telefonla zəng edib danışmış, sonra onlara ağacların əmisi oğlu Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini bildirmiş və cəriməni özü ödəyəcəyini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, Təqsirləndirilən şəxs neçə ağacı etiraf etdiyini bilmir. Raminin deməsinə görə ağacları Tərlan kəsmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinin xx.xx.2022-ci il tarixli, 57016 saylı aktından görünür ki, X11 X1 Meşəbəyliyinin 2 saylı dolayına 01 avqust 2022-ci il tarixdə keçirilmiş baxış zamanı 10 ədəd müxtəlif diametrli fısdıq, vələs və palıd ağaclarının kəsilməsi, həmin ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi, 10 ədəd fısdıq, vələs və palıd ağaclarının kəsilməsinə görə təbiətə ümumilikdə 1021,35 manat məbləğdə ziyan dəymişdir; hadisə yerinə baxış keçirilməsi barədə 12 sentyabr 2022-ci il tarixli 10268 Protokoldan görünür ki, X11 X1 Meşəbəyliyinin 2 saylı dolayında kök üstə yaş olan 10 ədəd fısdıq, vələs və palıd ağacının kəsilməsi müəyyən edilmişdir. Həmin ağacların hər birinin diametri ölçülməklə qeyd edilmiş, bu barədə fotocədvəl tərtib edilib protokola əlavə edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi (məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair) xx.xx.2022-ci il tarixli 9/5913 nömrəli ekspert rəyindən görünür ki, 2 ədəd 36/28 sm diametrli fıstıq cinsindən, 1 ədəd 40/32 sm diametrli fıstıq cinsindən, 1 ədəd 32/24 sm diametrli vələs cinsindən, 2 ədəd 36/28 sm diametrli vələs cinsindən, 2 ədəd 58/48 sm diametrli palıd cinsindən, 1 ədəd 44/36 sm diametrli palıd cinsindən və 1 ədəd 48/40 sm diametrli vələs cinsindən olan həcmi - işlik 5,49 m3, odun 4,91 m3 təşkil etməklə 10 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 1021,35 manat müəyyən edilir. Məhkəmədə ekspert rəyi tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyi işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsində qanunsuz olaraq cəmi 7 ədəd ağac kəsməsini iddia edərək əməlində heç bir cinayət tərkibinin olmadığını bildirir. Məhkəmə isə qeyd edilənlərlə bağlı onun ifadəsinə tənqidi yanaşaraq, inandırıcı hesab etmir və məsuliyyətdən boyun qaçırmaq məqsədilə vermiş olduğu kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verən zaman 7 ağacı meşənin dərə sahəsindən qanunsuz olaraq, buraxılış orderi olmadan kəsməsini özü etiraf etmiş, meşənin qırma sahəsindən 2 ədəd ağacı kəsmədiyini bildirmişdir. Şahid3 məhkəmə iclasında deməsinə görə, o, Tərlanla telefon vasitəsilə danışan zaman sonuncu dərə sahədən icazəsiz 7 ədəd ağac kəsdiyini bildirmişdir. Şahid3 iddia edir ki, Tərlanın özünü görməsə də, sonuncuya məxsus maşını qırma sahəsində görmüşdür. Bilavasitə özü olmasa da, Tərlanın göstərişi ilə hər hansı şəxsin meşəyə daxil olması və ağacların kəsilib aparılması istisna edilmir. Məhkəmə iclasında müəyyən edilir ki, Meşələrin İnkişafı Xidmətinin X11 X1 meşəbəyliyinin 2 saylı meşə dolayının Quba rayonu, Xaroşa kəndində yerləşən 2-ci kvartalına məsul şəxs kimi Şahid3 təhkim olunmuşdur. Məhkəmə onun ifadəsində qeyd etdiyi bəzi məqamlara tənqidi yanaşır və inandıcı hesab etmir. Belə ki, ibtidai istintaq zamanı və məhkəmənin ilk iclaslarında şahid 10 ağacın hər birinin Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini əminliklə iddia etmiş olsa da, məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında, artıq tutduğu vəzifədən azad olunduqdan sonra, birmənalı olaraq əmisi oğlu Təqsirləndirilən şəxs tərəfini tutmuş və onun xeyrinə ifadə vermişdir. Halbuki, həmin ifadələr də bilavasitə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsas götürülə bilməz. Belə ki, Şahid3 qırma ərazisindən sonuncu Təqsirləndirilən şəxs avtomobilinin çıxmasını və bu səbəbdən də sonuncu 2 ağacın da onun tərəfindən kəsilməsində şübhələndiyini bir daha təsdiqləmiş olmuşdur. Məhkəmə daxili inamına əsaslanaraq hesab edir ki, Şahid3 həmin ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini əminliklə bilməsəydi, ilk gündən öz doğma əmisi oğlu olan Təqsirləndirilən şəxs qarşı ifadələr vermiş olmazdır. Digər tərəfdən, Təqsirləndirilən şəxs qanuni əsaslarla taxta yeşik istehsalı sexi işlətdiyini etiraf edir. Həmin sexin fəaliyyət göstərməsi üçün tələb olunan xammal kimi bilavasitə ağacların oduncaq hissəsi deyil gövdəsi istifadə olunur. Şahid1 məhkəmədə verdiyi ifadəsindən görünür ki, aşkar edilmiş qanunsuz kəsinti yerlərində ağacların gövdələri aparılmış, oduncaq hissəsi isə bu günədək meşədə qalmaqdadır. Hazırki ittiham üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, onun 10 ədəd deyil, məhz cəmi 7 ağac kəsib aparması məhkəmə istintaqı zamanı öz təsdiqini tapmır. Onun ifadəsini məhkəmə məsuliyyətdən boyun çaşırmaq məqsədi ilə vemiş olduğu kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Yaşıllıqların Mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2 may 2014cu il tarixli qanununun 13-cü maddəsində göstərilir: 13.1. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2.“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. 13.3. Bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.6-cı maddələrində göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir. 13.4. Yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. 13.5. Qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. 13.6. Yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir. 13.7. Bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir. 13.8. Yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin Qaydaların 2.2-ci maddəsinin tələblərinə əsasən dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndiskommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə icazə verilir. Qeyd edilən hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışı Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 38 nömrəli Qərarında göstərilir ki: 1.1. Bu Qaydalar Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışını tənzimləyir və meşədə oduncaq tədarükü və daşınması zamanı tətbiq olunur. 1.2. Köküstü oduncaq buraxılışı meşədən istifadə rejiminə uyğun olaraq aşağıdakı kimi aparılır: meşəbərpa qırması bərpası ilə - kurort meşələri, xüsusi qiymətli meşə massivləri, şəhərlərin və digər yaşayış məntəqələri ətrafındakı yaşıllıq zonalarının meşələri və dövlət meşə zolaqları istisna olmaqla, digər meşələrdə bərpa məqsədilə aparılan qırmalar; aralıq istifadə qırması ilə - meşələrdə qulluq, sanitariya və az qiymətli meşəliklərin rekonstruksiyası (yenidən əkmə qırmaları) ilə əlaqədar aparılan qırmalar; başqa qırmaları ilə - başdan-başa sanitariya qırmaları (su qovşaqlarının, boru kəmərlərinin, yolların, rabitə və elektrik xətlərinin tikintisi və digər işlərlə əlaqədar, meşə sahələrinin müəyyən olunmuş qaydada qeyri-meşə sahələrinə keçirildiyi zaman), həmçinin yanğından mühafizə keçidlərinin açılması və digər belə məqsədlər üçün aparılan qırmalar. Göstərilən qırmalar təsdiq olunmuş layihələr və aparılan işlərin texniki şərtlərinə uyğun olaraq yalnız meşəqırma bileti və order əsasında aparılır. 1.4. Meşə istifadəçiləri köküstü oduncaq buraxılışı haqqında yerli meşə təsərrüfatı müəssisəsinə ərizə ilə müraciət etməlidir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzi ilə razılaşdıqdan sonra ağac kəsməli olduğu halda, ağacqırma bileti (order) əldə etməli olduğu halda, bunları etməyərək, qanunsuz olaraq, “Yaşıllıqların Mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2 may 2014-cu il tarixli qanununun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-ci il tarixli, 321 saylı “Yaşıllıqların götürülməsi Qaydası” ilə müəyyən edilmiş əsaslar olmadan vahid niyyətlə əhatə olunan qəsdlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 X1 Meşəbəyliyinin 2 saylı dolayında meşə fonduna daxil olan cəmi 36 manat dəyərində olmaqla diametri 36/28 sm olan 2 ədəd fıstıq cinsindən, 22 manat dəyərində olmaqla diametri 40/32 sm olan 1 ədəd fıstıq cinsindən, 15 manat dəyərində olmaqla diametri 32/24 sm olan 1 ədəd vələs cinsindən, cəmi 36 manat dəyərində olmaqla diametri 36/28 sm olan 2 ədəd vələs cinsindən, cəmi 496 manat dəyərində olmaqla diametri 58/48 sm olan 2 ədəd palıd cinsindən, 103,47 manat dəyərində olmaqla diametri 44/36 sm olan 1 ədəd aplıd cinsindən, 81,96 manat dəyərində olmaqla diametri 48/40 sm olan 1 ədəd vələs cinsindən, cəmi 10 ədəd yaş köküstə ağacları kəsməklə təbiətə ümumilikdə 1021,35 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetdiyindən həmin maddə üzrə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CMnin 259.1-ci maddəsi ittiham elan olunmuşdur; “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir; Quba RİHB-nın Talabıqışlaq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Xaruşa kəndində yaşayır və ailə tərkibi: atası xx.xx.1958-ci il təvəllüdlü X3, anası xx.xx.1961-ci il təvəllüdlü X6, həyat yoldaşı-xx.xx.1991-ci il təvəllüdlü X4, qızları xx.xx.2011-ci il təvəllüdlü Nanə Zeynalova, xx.xx.2012-ci il təvəllüdlü Dəniz Zeynalova, oğlulları- xx.xx.2014-cü il təvəllüdlü Hidran Zeynalov və xx.xx.2016-cı il təvəllüdla Simran Zeynalovdan ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 4 azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı iş yeri üzrə çəkməli, cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertizanın xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Azərbaycan Respublikası CPM-nin: 183.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər; 183.2.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsluiyyət qoyula bilən şəxsə verilir; 183.3.-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər; 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinin nümayəndəsi vurulmuş maddi ziyanın ödənilmədiyini bildirmiş, cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək təqsirləndirilən şəxsə qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərərçəkmiş hüquqi şəxsə izah olunmalıdır ki, cinayət mühakimə icraatı zamanı mülki iddia veilmədyindən onların təqsirləndirilən şəxsə qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancından 20 % dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından ilk dəfə 20 % dövlət nəfinə tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinə Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar