Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-24/2021 04.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlunun, Təqsirləndirilən şəxs3, müdafiəçilər Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1997-ci ildə Quba rayonu, Davidoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu, Davidoba kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1990-cı ildə Quba rayonu, Davidoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 126.1ci maddəsinə ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 1657 nömrəli əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, məhkumluğu ödənilməmiş, Quba rayonu Davidoba kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə “polisin nəzarəti alıtna vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1993-cü ildə Quba rayonu, Davidoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu, Davidoba kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə “polisin nəzarəti alıtna vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 oğlu özgə əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə danışıb razılaşaraq Quba rayonu Dəlləkli kəndində yerləşən “xxxx” MMC-yə məxsus olan açıq ərazidə olan bağ sahəsindən meyvə oğurlayaraq satmağı planlaşdırıb, həmin niyyətlərini həyata keçirmək üçün xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində həmin şəxslərlə birlikdə açıq olan bağ sahəsinə gələrək həmin sahədə olan “Prezident” növlü gavalı ağaclarından meyvələri dərib özləri ilə gətirdikləri kisələrə yığmaqla, hərəsi 1 kisə gavalı meyvəsini bağ sahəsindən kənara çıxararaq kolların arasında gizlədib, daha sonra yenidən həmin ərazidən eyni növlü gavalı meyvəsini özləri ilə gətirdikləri 3 kisəyə yığıb bağ sahəsindən çıxmaq istəyərkən həmin yerə cəmiyyətin direktoru X4 gəldiyini görüb əllərində olan və bağdan kənarda kolluqda gizlətdikləri meyvələri orada qoyub dərhal birlikdə hadisə yerindən qaçıb uzaqlaşaraq ümumilikdə 316 kq çəkidə “Prezident” növlü 790 manat dəyərində 6 kisə gavalı meyvəsinin oğurlaya bilməyib qəsdən cinayət törətməyə yönəlmiş əməlini öz iradələrindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 Quba rayonu Davidoba kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Quba rayonu Dəlləkli kəndində yerləşən “xxxx” MMCyə məxsus olan açıq ərazidə olan bağ sahəsindən meyvə oğurlayaraq satmaq məqsədilə oğurluq etmək qərarına gəlib bu məqsədlə danışıb razılaşaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində bağ sahəsinin ətrafında olan dəmir torların üzərindən keçməklə bağ sahəsinə qanunsuz daxil olub, həmin sahədə yerləşən “Prezident” növlü gavalı meyvələrini özləri ilə gətirdikləri kisələrə toplamaqla, hər biri 1 kisə gavalı meyvəsini ümumilikdə 3 kisə gavalını bağ sahəsindən kənara çıxararaq kolların arasında saxlamış, daha sonra yenidən həmin ərazidən eyni növlü gavalı meyvəsini özləri ilə gətirdikləri 3 kisəyə yığıb bağ sahəsindən çıxmaq istəyərkən həmin yerə cəmiyyətin direktoru X4 gəldiyini görüb dərhal hadisə yerindən qaçıb uzaqlaşaraq ümumilikdə 316 kq çəkidə “Prezident” növlü 790 manat dəyərində gavalı meyvəsinin oğurlaya bilməyib qəsdən cinayət törətməyə yönəlmiş əməlini öz iradələrindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. İbrahimov X13 rayonu Davidoba kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Quba rayonu Dəlləkli kəndində yerləşən “xxxx” MMC-yə məxsus olan açıq ərazidə olan bağ sahəsindən meyvə oğurlayaraq satmaq məqsədilə oğurluq etmək qərarına gəlib bu məqsədlə danışıb razılaşaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində bağ sahəsinin ətrafında olan dəmir torların üzərindən keçməklə bağ sahəsinə qanunsuz daxil olub, həmin sahədə yerləşən “Prezident” növlü gavalı meyvələrini özləri ilə gətirdikləri kisələrə toplamaqla, hər biri 1 kisə gavalı meyvəsini ümumilikdə 3 kisə gavalını bağ sahəsindən kənara çıxararaq kolların arasında saxlamış, daha sonra yenidən həmin ərazidən eyni növlü gavalı meyvəsini özləri ilə gətirdikləri 3 kisəyə yığıb bağ sahəsindən çıxmaq istəyərkən həmin yerə cəmiyyətin direktoru X4 gəldiyini görüb dərhal hadisə yerindən qaçıb uzaqlaşaraq ümumilikdə 316 kq çəkidə “Prezident” növlü 790 manat dəyərində gavalı meyvəsinin oğurlaya bilməyib qəsdən cinayət törətməyə yönəlmiş əməlini öz iradələrindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Quba rayonu, Davidoba kəndində saat 13 radələrində qardaşı Raqif və qonşusu Sarif ilə birlikdə kənd içində yaşayış olmayan açıq ərazidə oturub özlərilə gətirdikləri yeməkləri yemişlər. Həmin yerdə axşam saatlarında əvvəlcədən Raqiflə birlikdə budama işləri apardığı yaşadığı kənddə yerləşən “X7” MMC-yə məxsus bağ sahəsindən söhbət düşdükdə həmin bağdan meyvə oğurlayıb satmağı və əldə edəcəkləri pulla yenidən yemək məclisi təşkil etməyi təklif etmiş, Raqif və Sarif təklif ilə razılaşdıqdan sonra o, gədərək yaşadığı həyətdən 6 ədəd boş kisə gətirmiş, həmin kisələri götürüb çıxanda evdə heç kim olmamışdır. Üçü birlikdə həmin gün saat 18 radələrində qeyd etdiyi bağ sahəsinə gələrək ağaclardan gavalı toplamağa başlamışlar. Hər biri bir kisə gavalı yığdıqdan sonra onları gəldikləri yerdən çıxarıb bir qədər kənarda kolluq əraziyə qoymuşlar, yenidən bağ sahəsinə qayıdaraq hər biri bir kisə gavalı toplamışdır. Sarif və o, Raqifdən bir qədər öndə bağ sahəsindən çıxmaq istədikləri yerə doğru gedərkən arxadan Famil kisələri yerə qoyub dayanmalarını demiş, hər üçü dərhal çiyinlərində apardıqları kisələri yerə atıb bağ sahəsindən qaçmışlar. Bir neçə saat sonra Famil Raqifə zəng edərək bağ sahəsinə çağırmış, Raqif bağ sahəsinə getdikdən bir qədər sonra onları da bağ sahəsinə çağırmış, birlikdə bağ sahəsinə gəlib Familə üçünün birlikdə oğurluq etdiyini etiraf etmişlər. Famil oğurluq edərək bağ sahəsindən kənara çıxardığı kisələrin yerini göstərməyini bildirmiş, onlar da bağ sahəsindən oğurlayaraq kənara çıxarıb kolların arasında saxladıqları 3 kisə gavalının yerini göstərmişlər. Famil bağ sahəsindən əvvəllər oğurluq edib etmədiyini maraqlanmış, həmçinin aşkar olunan 6 kisədən əlavə oğurluq etməyini soruşmuş, onlar da ilk dəfə oğurluq etdiklərini demişlər. Daha sonra Famil baş vermiş hadisə ilə bağlı polisə məlumat verəcəyini deyib Quba RPŞ-nə getmiş, onlar da bağ sahəsində gözləmiş, xx.xx.2020-ci il tarixdə gecə saatlarında Famil polis əməkdaşları ilə birlikdə bağa gəlmiş, onlar da törətdikləri oğurluq hadisəsi barədə bildirmiş və bağ sahəsində olan 3 kisəni, həmçinin bağ sahəsindən kənara çıxardıqları 3 kisə gavalının yerini göstərmişlər. Onların iştirakı ilə baxış keçirilmiş və protokol tərtib olunmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 oğlu törətdiyi əməldən peşiman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etdiyini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilimiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Quba rayonu, Davidoba kəndində saat 13 radələrində qardaşı Orxan və qonşusu Sarif ilə birlikdə kənd içində yaşayış olmayan açıq ərazisidə oturub özlərilə gətirdikləri yeməkləri yemişlər. Həmin yerdə axşam saatlarında əvvəlcədən Orxan ilə birlikdə budama işləri apardıqları “X7” MMC-yə məxsus bağ sahəsindən söhbət düşdükdə Orxan həmin bağdan meyvə oğurlayıb satmağı və əldə edəcəkləri pulla daha sonra yenidən yemək məclisi təşkil etməyi təklif etmiş, onlar da razılaşmış, Orxan gədərək haradansa boş kisələr gətirmişdir. Üçü birlikdə həmin gün saat 18 radələrində qeyd etdiyi bağ sahəsinin sərhədboyunca çəkilmiş dəmir torun əvvəlcədən əzilmiş hissəsindən bağ sahəsinə keçərək birlikdə gavalı toplamağa başlamışlar, hər biri bir kisə gavalı yığdıqdan sonra onları gəldikləri yerdən çıxarıb bir qədər kənarda kolluq əraziyə qoymuşlar. Yenidən bağ sahəsinə həmin yerdən keçib hər biri bir kisə gavalı toplamış, Orxan və Sarif ondan bir qədər öndə bağ sahəsindən çıxmaq istədikləri yerə doğru gedərkən arxadan Famil kisələri yerə qoyub dayanmalarını demiş, hər üçü dərhal çiyinlərində olan kisələri yerə atıb bağ sahəsindən qaçmışlar. Bir neçə saat sonra Famil ona zəng edərək bağ sahəsinə çağırmış, o da bağa gəlmiş və Familə oğurluq etdiyini etiraf etmişdir. Famil onunla birgə bağ sahəsində aşkar etdiyi digər iki nəfərin kimlər olduğunu soruşmuş, o da oğurluqda iştirak edən şəxslərin Orxan və Sarif olduğunu demişdir. Famil həmin şəxsləri zəng edərək bağa çağırmağını demiş, o da Orxana və Sarifə zəng edərək bağa çağırmış, onlar da bağ sahəsinə gəldikdən sonra Familə üçü birlikdə oğurluq etdiklərini bildirmişlər. Famil oğurluq edərək bağ sahəsindən kənara çıxardıqları kisələrin yerini göstərmələrini istəmiş, onlar da bağ sahəsindən oğurlayaraq kənara çıxarıb kolların arasında saxladıqları 3 kisə gavalının yerini göstərmişlər. Famil bağ sahəsindən əvvəllər oğurluq edib etmədiklərini maraqlanmış, həmçinin aşkar olunan 6 kisədən əlavə oğurluq etmələrini soruşmuş, onlar da ilk dəfə oğurluq etdiklərini demişlər. Daha sonra Famil baş vermiş hadisə ilə bağlı polisə məlumat verəcəyini deyib Quba RPŞ-nə getmiş, onlar da bağ sahəsində gözləmişlər. xx.xx.2020-ci il tarixdə gecə saatlarında Famil polis əməkdaşları ilə birlikdə bağa gəlmiş, onlar da törətdikləri oğurluq hadisəsi barədə bildirmiş və bağ sahəsində olan 3 kisəni, həmçinin bağ sahəsindən kənara çıxardıqları 3 kisə gavalının yerini göstərmişlər, onların iştirakı ilə baxış keçirilmiş və protokol tərtib olunmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşiman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etdiyini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilimiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Quba rayonu, Davidoba kəndində saat 13 radələrində Raqif və Orxan ilə birlikdə kənd içində yaşayış olmayan açıq ərazidə oturub yemək yemişlər. “X7” MMC-yə məxsus bağ sahəsindən söhbət düşdükdə Orxan həmin bağdan meyvə oğurlayıb satmağı və əldə edəcəkləri pulla daha sonra yenidən yemək məclisi təşkil etməyi təklif etmiş, onlar da razılaşdıqdan sonra, Orxan gədərək haradansa 6 ədəd boş kisə gətirmişdir. Onlar üçü birlikdə həmin gün saat 18 radələrində qeyd etdiyi bağ sahəsinin sərhədboyunca çəkilmiş dəmir torun əvvəlcədən əzilmiş hissəsindən bağ sahəsinə keçərək ağaclardan gavalı toplamağa başlamışlar. Hər biri bir kisə gavalı yığdıqdan sonra onları gəldikləri yerdən çıxarıb bir qədər kənarda kolluq əraziyə qoyub, yenidən bağ sahəsinə həmin yerdən keçib hər biri bir kisə gavalı toplamışdır. Orxan və o, Raqifdən bir qədər öndə bağ sahəsindən çıxmaq istədikləri yerə doğru gedərkən arxadan Famil kisələri yerə qoyub dayanmalarını demiş, hər üçü dərhal çiyinlərində apardıqları kisələri yerə atıb bağ sahəsindən qaçmışlar. Bir neçə saat sonra Famil Raqifə zəng edərək bağ sahəsinə çağırmış, Raqif bağ sahəsinə getdikdən bir qədər sonra onları da bağ sahəsinə çağırmış, onlar da bağ sahəsinə gəlib Familə üçü birlikdə oğurluq etdiklərini bildirmişlər. Famil oğurluq edərək bağ sahəsindən kənara çıxardıqları kisələrin yerini göstərmələrini istəmiş, onlar da bağ sahəsindən oğurlayaraq kənara çıxarıb kolların arasında saxladıqları 3 kisə gavalının yerini göstərmişlər. Famil bağ sahəsindən əvvəllər oğurluq edib etmədiklərini maraqlanmış, həmçinin aşkar olunan 6 kisədən əlavə bağ sahəsindən oğurluq etmələri haqqında soruşmuş, onlar da ilk dəfə oğurluq etdiklərini demişlər. Daha sonra Famil baş vermiş hadisə ilə bağlı polisə məlumat verəcəyini deyib Quba RPŞ-nə getmiş, onlar da bağ sahəsində gözləmişlər. xx.xx.2020-ci il tarixdə gecə saatlarında Famil polis əməkdaşları ilə birlikdə bağa gəlmiş, onlar da törətdikləri oğurluq hadisəsi barədə bildirərək bağ sahəsində olan 3 kisəni, həmçinin bağ sahəsindən kənara çıxardıqları 3 kisə gavalının yerini göstərmişlər, onların iştirakı ilə baxış keçirilmiş və protokol tərtib olunmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs3 törətdiyi əməllərdən peşiman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 2014-cü ildən “D.X11” MMC-də müxtəlif vəzifələrdə, xx.xx.2019-cu ildən isə həmin cəmiyyətdə direktor vəzifəsində çalışır, çalışdığı şirkətə məxsus Quba rayonu, Dəlləkli kəndində 330 ha sahədə müxtəlif növdən olan meyvə bağları salınmışdır. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində bağın ərazisində gəzərkən qəflətən bir nəfər şəxsin icazəsiz sahəyə daxil olduğunu, çiynində bir ədəd dolu kisə ilə getdiyini, həmin şəxslərdən birinin Raqif olduğunu görmüş və səsləyib orada nə etmələri barədə soruşmuşdur. Bu zaman Raqif və onunla birlikdə olan digər iki nəfər çiyinlərində apardıqları dolu kisələri yerə atıb qaçmışlar. O da bağ sahəsində nəzarətçi işləyən Cavidə zəng edərək yanına çağırmış, Cavid yanına gəldikdən sonra hadisə barəsində Cavidə demiş, Cavid də digər nəzarətçi olan Etibarı çağırmış, birlikdə oğurluq etmək istəyən şəxslərin qaçdıqları istiqamətə gedərək bağ sahəsinin kənarında kolluqların içərisində 3 kisə gavalı aşkar etmişlər. Ümumilikdə 3 kisə “prezident” növlü gavalı meyvəsini bağ sahəsindən kənarda kolluqların içərisində, qalan eyni növdən olan 3 kisə gavalını isə bağ sahəsinin içərisində aşkar etmişlər. Raqifin telefon nömrəsini axtarıb tapmış və zəng edib bağ sahəsinə çağırmış, təxminən saat 19 radələrində Raqif bağa gəlmiş və söhbət zamanı Raqif onunla birlikdə oğurluq edən şəxslərin qardaşı Orxan və həmkəndlisi Sarif olduğunu demişdir. Raqifə Orxanı və Sarifi də bağa çağırmasını bildirmiş, Raqif də Orxan və Sarifə zəng edərək bağa dəvət etmiş, təxminən saat 22 radələrində Orxan və Sarif yanlarına gəlmiş, onlar birlikdə danışdırmaqda məqsədi həmin şəxslərin bağ sahəsindən aşkar etdiyindən əlavə oğurluq edib-etmədikləri olmuşdur. Raqif, Orxan və Sariflə söhbət etmiş, onlar bağ sahəsindən oğurluq etmələrini etiraf edərək, 3 kisə “prezident” növlü gavalını oğurlayaraq bağ sahəsindən kənara çıxardıqlarını, qalan 3 kisə eyni növdən olan gavalını da oğurlamaq istəyərkən onun gəldiyini gördüklərindən, həmin kisələri ataraq qaçdıqlarını bildirmişlər. Onlarla birlikdə bağ sahəsindən kənara çıxardıqları 3 kisəni qoyduqları yerə gedib baxmış, baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə məlumat vermək qərarına gəlmişdir. Bağ sahəsində olan işlərlə bağlı göstərişləri işçilərə bildirdikdən sonra Quba RPŞ-nə gəlmişdir. xx.xx.2020-ci il tarixdə Quba RPŞ-də ərizə ilə müraciət edərək oğurluq baş verməsi barədə məlumat vermiş, daha sonra Quba RPŞ-nin əməkdaşları ilə birlikdə gecə vaxtı bağ sahəsinə gəlmiş, bağ sahəsində Raqifin, Orxanın və Sarifin iştirakı ilə hadisənin baş verdiyi əraziyə baxış keçirilmişdir. Həmin şəxslər oğurluq etdiklərini etiraf edərək bağ sahəsində qoyub qaçdıqları, həmçinin bağ sahəsindən kənara çıxardıqları kisələrin yerini göstərmişdirlər. Baxış zamanı həmin kisələr bağda olan tərəzidə çəkilmiş, bağ sahəsindən kənara çıxarılmış 3 ədəd kisədə olan gavalının çəkisi ümumilikdə 190 kq, bağ sahəsində atıb qaçdıqları 3 ədəd kisədə olan gavalının çəkisi isə 126 kq gəlmişdir. Baxış yekunlaşdıqdan sonra 6 kisədə ümumi çəkisi 316 kq “prezident” növlü gavalı ona təhvil verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “X7” MMC-də 2015-ci ildən etibarən işləyir və hazırda nəzarətçi vəzifəsində çalışır. xx xxxxxx 2020-ci il tarixdə Quba rayonu, Davidoba kəndində saat 18 radələrində işdə olan zaman Famil Yaqubov zəng edərək bağ sahəsinə çağırmış, o da meyvə soyuducularının yanından uzaqlaşıb Familin yanına gəlmişdir. Familin yanına gəlib çatdıqda 1 kisə gavalının bir tərəfdə və qalan 2 kisə gavalının isə digər tərəfdə yerdə olduğunu görüb Famildən nə baş verdiyini soruşmuş, Famil də yerdə olan kisələri göstərərək həmin kisələrin içərisində gavalı meyvəsi olduğunu, 3 nəfər şəxsin meyvələri oğurlamağa çalışdıqlarını demişdir. O da bağ sahəsində nəzarətçi işləyən Şahid2 zəng edərək çağırmış, Famil bağ sahəsindən oğurluq etməyə çalışan şəxslərdən birinin Raqif olduğunu demişdir. Onlar birlikdə oğurluq etməyə çalışan şəxslərin qaçdıqları istiqamətə gedərək bağ sahəsinin kənarında kolluqların içərisində 3 kisə gavalı meyvəsini aşkar etmişlər. Daha sonra Famil Raqifin telefon nömrəsini maraqlanıb tapdıqdan sonra bağa çağırmış, axşam saatlarında Raqif bağa gəlmiş və oğurluq etmək istədiklərini etiraf etmişdir. Famil Raqifdən onunla birlikdə olan digər iki şəxsin kim olduğunu soruşmuş, Raqif də bağ sahəsindən oğurluq edən şəxslərin Sarif və Orxan olduğunu bildirmişdir. Raqif həmin şəxslərə zəng edərək bağ sahəsinə çağırmış, Sarif və Orxan gəldikdən sonra etdikləri əməli etiraf etmişlər. Daha sonra Famil baş vermiş hadisə ilə bağlı polisə ərizə ilə müraciət etmək üçün Quba RPŞ-nə getmiş, o da Raqif, Sarif və Orxanla birlikdə gözləmişdir. Təxminən 1 saat sonra Famil polis əməkdaşları ilə birlikdə bağa gəlmiş və baxış keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “X7” MMC-də 2017-ci ildən etibarən işləyir və hazırda nəzarətçi vəzifəsində çalışır. xx xxxxxx 2020-ci il tarixdə Quba rayonu, Davidoba kəndində saat 18 radələrində işdə olan zaman iş yoldaşı Cavid zəng edərək bağ sahəsində oğurluq etməyə cəhb edildiyini və bağ sahəsinə gəlməyini demiş, o da Cavidlə danışaraq bildirdiyi əraziyə gəlmiş, həmin ərazidə Familin və Cavidin birgə dayandıqlarını, yanlarında yerdə 1 kisə gavalının bir tərəfdə və qalan 2 kisə gavalının isə digər tərəfdə olduğunu görüb Famildən nə baş verdiyini soruşmuşdur. Famil də yerdə olan 3 kisəni göstərib 3 nəfər şəxsin bağ sahəsindən oğurluq edərkən gördüyünü və həmin şəxslərin onun gəldiyini görərək çiyinlərində apardıqları kisələri yerə atıb qaçdıqlarını, həmin şəxslərdən birini tanıdığını və onun əvvəllər bağ sahəsində işləyən Raqif olduğunu demişdir. Daha sonra Cavid və Famil ilə birlikdə oğurluq edən şəxslərin qaçdıqları istiqamətə doğru gedərək bağ sahəsinin ərazisinin yaxınlığında kolluqların arasında 3 kisə gavalı meyvəsinin olduğunu aşkar etmişlər. Oğurluq edən şəxslərin 3 kisə gavalı meyvəsini oğurlayıb kənrar çıxardıqları və qalan 3 kisə də gavalı meyvəsini oğurlamaq istəyən zaman Famil onları gördüyündən topladıqları 3 kisədə olan gavalını isə bağ sahəsində ataraq qaçdıqları məlum olmuşdur. İş üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/3307 saylı rəyindən görünür ki, 1 kq “Prezident” cinsinə mənsub gavalı meyvəsinin hadisə baş verən tarixə, yəni 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 2,50 manat müəyyən edilir. Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, iş üzrə 6 kisədə ümumi çəkisi 316 kq “Prezident” növlü gavalı meyvəsi maddi subut kimi tanınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, iş üzrə maddi subut olan 6 kisədə ümumi çəkisi 316 kq “Prezident” növlü gavalı meyvəsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5 qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 05 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixli hökmü dəyişirilərək Təqsirləndirilən şəxs2 əməli həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilərək o, 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 1657 nömrəli əfv sərəncamına əsasən Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Hacıhüseynli İƏD üzrə nümayəndəsi tərəfindən verilmi. xx.xx.2020-ci il tarixli 922 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonunun Davidoba kəndində qeydiyatdadır və həmin ünvanda yaşayır. O, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba RİHB-nın Hacıhüseynli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 921 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonunun Davidoba kəndində qeydiyatdadır və həmin ünvanda yaşayır. O, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.Onun 1991-ci il təvəllüdlü arvadı X2, 2014-cü il təvəllüdlü qızı X10 və 2017-ci il təvəllüdlü oğlu X6 ibarət ailə tərkibi vardır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X10 adlı azyaşlı uşaqları vardır. İş materiallarında olan Quba RİHB-nın Hacıhüseynli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 923 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Quba rayonunun Davidoba kəndində qeydiyatdadır və həmin ünvanda yaşayır. O, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş hüquqin şəxsin nümayəndəsi X4 məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir və buna görədə onlara qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1r oğlunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri onların öz ifadələri ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, məhkəmə-əmtəəşunaslıq ekspertizasının müvafiq rəyi, eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1r oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğluna cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: Təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlunun təqsirli bilindikləri Azərbaycan Respublikası CMnin 29, 177.2.1-c1 maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, tutduğu əməldən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, tutduğu əməldən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.10 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 oğlunun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, tutduğu əməldən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi yaranır və Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-in 29,177.2.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, müstəsna hallar (CM-nin 62-ci maddəsi) olduqda məhkəmə CM-in 65.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydaların tətbiq edilməsi barədə qərarını hökmün təsviri-əsaslandırıcı hissəsində CPM-in 353.2-ci maddəsinə müvafiq surətdə əsaslandırmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs2 yaşını, cəzasını yüngülləşdirən halları, onun cinayət törətdikdən sonra davranışını, onun törətdiyi cinayətin məqsədini və motivi, göstərilən cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan halları Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən müstəsna hal kimi qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2, CM-in 65.3-cü maddəsinə əsasən CM-in 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğluna və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin ediləcəyi təqdirdə, onların barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 16 saat üçün 96 manat, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 16 saat üçün 96 manat və Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə üçün 30 saat üçün 180 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 oğlundan və Təqsirləndirilən şəxs3 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi subut olan 6 kisədə ümumi çəkisi 316 kq “Prezident” növlü gavalı meyvəsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: 1).Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Quba rayonu, Davidoba kəndində yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. 2). Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayon İcra və probasiya şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Quba rayonu, Davidoba kəndində yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 oğlunun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. 3).Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə Quba rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Quba rayonu, Davidoba kəndində yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 16 saat üçün 96 manat, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 16 saat üçün 96 manat və Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə üçün 30 saat üçün 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi subut olan 6 kisədə ümumi çəkisi 316 kq “Prezident” növlü gavalı meyvəsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-24/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-24/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver