Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-24/2022 01.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Quba rayonu, Rustov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 6,197 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək üzərində gəzdirməklə saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən 03 oktyabr 2021 -ci il tarixdə Quba rayonu Rustov kəndində yerləşən “Sərt Döngə” kafesində saxlanıldığı vaxt üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan saat 04 oktyabr 2021 -ci il tarixdə saat 00:20 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz əldə edərək saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd salfet kağızında təmiz çəkisi 0,567 qram narkotik vasitə qurdulmmuş marixuana və həmin gödəkcənin sol yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,630 qram olan həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, 03.10.2021-ci il tarixdə təxminən saat 10 radələrində Quba şəhərində köhnə avtovağzalın yaxınlığında yerləşən beşmərtəbəli binaların qarşısında yerləşən qarajların yanından keçən zaman yerdən bir ədəd sellofan bükülü tapmış və içərisini açıb baxdıqda 1 ədəd kibrit qutusunda qurudulmuş marixuana olduğunu görmüşdür. Ətrafda heç kimin görməməsinə əmin olduqdan sonra həmin kibrit qutusunu cibinə qoymuş və qərara gəlmişdir ki, qurudulmuş marixuanadan özü istifadə edər. O, günorta saatlarında yaşadığı evin yaxınlığında həmin marixuanadan bir qədər götürüb siqaretə doldurmaqla çəkmişdir. Həmin gün saat 18 radələrində kəndin ərazisində yerləşən “Sərt Döngə” adlanan kafeyə çay içmək üçün gəlmişdir. Kafenin həyətində olan otaqda oturub özünə çay sifariş etmişdir. Həmin vaxt tapdığı 1 ədəd kibrit qutusunda olan qurudulmuş marixuana cibində olmuşdur. Təxminən saat 20 radələrində həmkəndliləri Seymur və Nemət yanına gəlmişlər və birlikdə çay içmişlər. Onların yanında kibrit qutusunda olan marixunanadan bir qədər götürmüş və salfetkanın içərisinə siqaretin tütünü ilə birlikdə qarışdırmışdır. Həmin qarışımdan bir qədər bir ədəd siqaret gilizinə doldurub çəkməyə başlamışdır. Onlar kafedə oturub çay içib domino oynamağa davam etmişlər. Təxminən saat 23:50 radələrində əyləşdikləri otağa iki nəfər polis serjantları daxil olmuş və otaqdan narkotik vasitənin qoxusunun gəlməsini deyərək, narkotik vasitə istifadə etmələri haqqında soruşduqda, o, etiraf edərək üzərində narkotik vasitə olmasını, həmçinin istifadə etdiyini bildirmiş və əynində olan gödəkcənin sağ yan cibindən onun hazırladığı içərisində narkotik vasitə qurudulmuş marixuana və tütün qarışını olan salfetkam çıxarıb stolun üzərinə qoymuşdur. Bundan başqa üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkcənin sol yan cibindən isə tapıb cibində gəzdirdiyi 1 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr elektron tərəzidə ölçülmüşdür. Həmin kütlələr ayrı-ayrı zərflərə qoyulub qablaşdırılmışdır. İstintaq hərəkətləri polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı aparılmış və videoçəkilişlə qeydə alınmışdır. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, Şahid3, Şahid4 və Şahid5 tanıyır. Narkotik vasitəni Quba şəhərində köhnə avtovağzalın yaxınlığında yerləşən beşmərtəbəli binaların qarşısında yerləşən qarajların yanından tapmış və şəxsi istifadəsi üçün saxlamışdır. Heç kimə narkotik vasitə satmamışdır. Əvvəl narkotik vasitədən istifadə etsə də, hazırda istifadə etmir. Sonda təqsirləndirilən şəxs ilk dəfə cinayət törətdiyini, törətdiyi əməldən peşiman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, xidmət yoldaşı ilə 04.10.2021-ci il tarixdə saat 23:50 radələrində Quba şəhəri, H.Əliyev prospektində xidmətdə olduğu zaman Quba RPŞ-nin növbətçi hissəsindən daxil olmuş məlumat əsasında rayonun Rustov kəndində yerləşən “Sərt Döngə” adlı kafeyə getmişlər. Onlar kafeyə yaxınlaşanda orada çəkiliş qrupu ilə əməliyyat qrupu olmuş və kafeyə baxış keçirilmişdir. Baxış keçirilən zaman otaqda üç nəfər şəxs olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkcənin cibindən qurudulmuş marixuana aşkar olunmuşdur. Aşkar olunmuş kütlə elektron tərəzidə ölçülmüş və zərflərə qoyulub qablaşdırılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, istintaq hərəkətləri polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı aparılmış və videoçəkilişlə qeydə alınmışdır. O da çəkilişdə iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan cibindən 1 ədəd salfet kağızında və həmin gödəkcənin sol yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə marixuana aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 analoji ifadə verərək Şahid1 ifadəsini təsdiq etmiş və verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. İstintaq hərəkətləri keçirilən zaman təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, Quba rayonu Rustov kəndi ərazisində yerləşən özünə məxsus olan “Sərt Döngə” adlanan kafeni işlədir. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. 03.10.2021-ci il tarixdə saat 18 radələrində kafedə olan zaman Telman gəlmiş və çay sifariş verib kafenin içərisində olan kabinetlərin birində tək əyləşmişdir. Təxminən saat 20 radələrində həmkəndliləri Seymur və Nemət də kafeyə gəlmiş və Telmanla birlikdə əyləşib çay sifariş etmişlər. Həmin gün saat 22 radələrində polis əməkdaşları kafeyə daxil olmuş və kafedə baxış keçirmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı o, otağın xaricində olmuş və yalnız sonradan istintaq hərəkətlərinin çəkiliçi aparılan zaman bilmişdir ki, yoxlama nəticəsində Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu onun həmkəndlisidir. 03.10.2021ci il tarixdə saxlanılan zaman Telmanla bilikdə olmuşdur. Belə ki, 03.10.2021-ci il tarixdə saat 20 radələrində xalası oğlu Seymurla birlikdə çay içmək üçün Quba rayonu, Rustov kəndi ərazisində yerləşən “Sərt Döngə” adlanan kafeyə getmişlər. Təxminən 30 dəqiqə sonra polis əməkdaşı yaxılaşmış və onların üzərinə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Üzərlərində heç bir qanunsuz əşya olmamışdır. Bu barədə video çəkiliş aparılmışdır. Baxış sonlandıqdan sonra onları sənədləşmə ilə əlaqədar Quba RPŞ-nə dəvət etmişlər. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid5 ifadəsi məhkəmədə elan olunarkən məlum oldu ki, sonuncu digər şahidlərin ifadələrinə uyğun ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, video yazıda Quba RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Şahin Məmmədov, Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Nihat Həsənli, PPXB-nin polis nəfəri polis serjantı Şahid2, PPXB-nin polis nəfəri polis serjantı Yalçın Abbasov, Quba rayon vəkil büosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs qapalı bir məkanda dayanmışdırlar. Şahin Məmmədov özünü və iştirakçıları təqdim edərək Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub olmadığını soruşduqda o üzərində narkotik vasitə sayılan marixuana olduğunu bildirdi. X10 Ağacanova üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymasını bildirmiş, Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli siqaret qutusunu çıxardıb masanın üzərinə qoymuşdur. Həmin qutu açılıb baxıldıqda qutunun içərisində bir ədəd tütünü boşaldılan siqaret və ağ salfetka kağızma bükülən bükülü aşkar olunmuşdur. Həmin bükülü açılıb baxıldıqda bükülünün içində yaşıl rəngli ota bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə Şahin Məmmədov tərəfindən elektron tərəzidə ölçülür və çəkisinin 1,9 qram olduğu görünür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən onun əyinində olan gödəkçəsinin sol yan cibindən bir ədəd salfetkaya bükülən kibrit qutusu aşkar olunur. Həmin qutu açılıb baxıldıqda qutunun içərisində yaşıl rəngli ota bənzər kütlənin olduğu aşkar olunur. Şahin Məmmədov bu kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə marixuana olduğunu, bir gün əvvəl Quba şəhərində köhnə avtovağzal ərazisində olan beşmərtəbəli binanın arxa tərəfindən yerdən tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirir. Həmin kütlə Şahin Məmmədov tərəfindən elektron tərəzidə ölçülür və kütlənin ümumi çəkisi 7,7 qram olduğu görünür. Təqsirləndirilən şəxs üzərində aşkar olunan hər iki kütlə ayrıayrılıqda kağız zərfdə qablaşdırılaraq ekspertizaya təqdim olunmasından ötrü götürülür. Daha sonra Şahin Məmmədov orada olan X7 və X4 üzərilərində narkotik vasitə olub olmadığını soruşduqda, onlar üzərilərində narkotik vasitə olmadığını və üstlərində olan əşyalara könüllü baxılması üçün çıxarıb stolun üzərinə qoyurlar. Onların üzərində dövriyyəsi qadağan olunmuş əşya və predmentlər aşkar olunmur. Daha sonra onlar sənədləşmanin aparılması üçün Quba RPŞ-nə dəvət olunurlar (DVD disk). İş materiallarında olan: Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Quba rayon Rustov kəndi ərazisində olan Sərt- Döndə adlanan çay evinin həyətində olan otaqda üzərində keçiriləcək şəxsi axtarışın çəkiliş vasitəsi ilə aparılacağı və bununla bağlı ona hüqüqları izah olmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması soruşulduqda sonuncu üzərində narkotik vasitə sayılan marixuana olduğunu bildirmiş, bundan sonra ona üzərində olan əşyaları çıxarıb stolun üzərinə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli siqaret qutusunu çıxarıb stolun üzərinə qoymuşdur. Həmin qutu açılıb baxıldıqdla qutunun içində bir ədəd tütünü boşaldılan siqaret və ağ salfetka kağızına bükülən bükülü aşkar olunmuşdur. Həmin bükülü açılıb taxıldıqda bükülünün içində yaşıl rəngli otabənzər kütlə aşkar olunmuşdur. Bu barədə Təqsirləndirilən şəxs soruşulduqda, o, bükülünün içində olan kütlənin narkotik vasitə marixuna olduğunu, ona bir gün əvvəl Quba şəhərində köhnə avtovaqzal ərazisində olan beşmərtəbəli binanın arxa tərəfindən yerdən tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Hmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisinin 1,9 qram olduğu müəyyən olunmuşdur. Telman Ağacaqovun üzərinə şəxsi axtarış aparılarkən onun əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd salfetkaya bükülən kibrit qutusu aşkar olunmuşdur. Həmin qutu açılıb baxıldıqda qutunun içində yaşıl rəngli ota bənzər kütlənin olduğu aşkar olunmuşdir. Bu barədə Təqsirləndirilən şəxs soruşulduqda sonuncu kibrit qutusunda olan kütlənin narkotik vasitə olduğunu və o, bir gün əvvəl Quba şəhərində köhnə avtovaqzal ərazisində olan beşmərtəbəli binanın arxa tərəfində yerdən tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisinin 7,7 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan hər iki kütlə ayrıayrılıqda kağız zerfə qablaşdırılaraq ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür (iş vər.: 18); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası) 04.08.2021-ci il tarixli 7/1017 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №67” dairəvi möhür əksi “Vət. Təqsirləndirilən şəxs üzərindən... “ yazı və imzalar olan iki ədəd zərfdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,630 qram bitki mənşəli kütlə və 1 ədəd salfet kağızında tütün və təmiz çəkisi 0,567 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidir. Marixuananın ümumi çəkisi - 6,197 qram, cəmi tədqiqata sərf edidli - 0,1 qram (hər bir obyektdən 0,05 qram olmaqla ), qalıq 6,097 qram (iş vər.: 31-34); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 16.11.2021-ci il tarixli 4502 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vər.: 104,105). Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “Maddi sübut hesab edilmə haqqında” 05.10.2021-ci il tarixli qərardan görünür ki, ekspert rəyindən sonra qaytarılan 2 ədəd kağız paketdə 6,097 qram narkotik vasitə narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmişdir (iş vər.: 66); “sübutların qiymətləndirilməsi haqqında” 11.12.2021-ci il tarixli qərardan görünür ki, X6, X8 və Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, onlar barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti İTB-nə göndərilmişdir. İş üzrə şəxsi axtarış və baxış keçirilməsi istintaq hərəkətinin görüntüsü əks olunmuş 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 04.08.2021-ci il tarixli 7/1017 nömrəli ekspert rəyi, cinayət işi üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 16.11.2021-ci il tarixli 4502 nömrəli ekspert rəyi, cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 18.10.2021-ci il tarixli 3291/K, 3291A/K və 3291B/K nömrəli rəylərini sübutun bir növü kımı qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananın elektron tərəzidə çəkilərkən çəkisinin məhkəmə-bioloji ekspertizasının 04.08.2021-ci il tarixli 7/1017 nömrəli rəyi ilə fərqli şəkilərdə olması tərəzi fərqi kimi qiymətləndirilmişdir (iş vər.: 107-112). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi 6,097 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 04.10.2021-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vər.: 4,12,13); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 05.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nın 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 45,46); “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmaması haqqında” 05.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət Quba Rayon prokuroru tərəfindən təmin olunmamış, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 60-63); DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vər.: 102); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 13.10.2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Rustov kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.: 79, 80). Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını əzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 04.10.2021-ci il tarixdən 05.10.2021-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən götürülmüş və saxlanması üçün Azərbaycan Respublikası DİN Quba rayon Polis şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 6,097 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Bundan başqa, cinayət işi üzrə keçirilmiş məhkəmə-biloji ekspertizalarının xərci olan 88,70 (seksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi cəmi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 04.10.2021-ci il tarixdən 05.10.2021-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 02 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci olan 88,70 (seksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3,Kod:210005,VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan qalıq çəkisi 6,097 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-24/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-24/2022
01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver