Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-24/2025 19.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1985-cı ıl tarixdə Xaçmaz rayonu, Qaraqurdlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Xaçmaz rayonu Qaraqurdlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə edib 2024-cü ilin may ayında onlardan Xaçmaz rayonu, Qaraqurdlu kəndində yaşadığı evin həyətyani sahəsində ümumilikdə xeyli miqdar təşkil edən 10 ədəd çətənə bitkilərini əkib onlara aqrotexniki qaydada qulluq göstərməklə, həmin bitkiləri yetişdirib kultivasiya etmiş, həmçinin 01 ədəd siqaret qutusunda xeyli miqdarda yəni, təmiz çəkisi 19.911 qram olan çətənə bitkisindən kustar üsulla hazırladığı narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamışdır. 13 sentyabr 2024-cü il tarixdə saat 17 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Quba rayonu Barlı kəndi ərazisində saxlanılıb orada onun üzərində şəxsi axtarış aparılarkən əynində olan göy cins şalvarının sol yan cibində gizlətdiyi 01 ədəd siqaret qutusunda xeyli miqdarda yəni, təmiz çəkisi 19.911 qram olan narkotik vasitə qurudulmuş marixuana, sonra da həmin tarixdə saat 18 radələrində Quba RPŞ-nin əməkdaşlarının Təqsirləndirilən şəxs Xaçmaz rayonu Qaraqurdlu kəndində yaşadığı evində baxış keçirilərkən həmin evin həyətyani sahəsində sonuncunun qanunsuz olaraq əkib qulluq etdiyi ümumlikdə xeyli miqdar təşkil edən 10 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdi və bildirdi ki, bir il qabaq Bakı şəhərində işləyərkən çətənə bitkisi toxumları tapmış, arada narkotik vasitə olan marixuana çəkdiyi üçün təxminən 2024-cü ilin may ayının sonlarında həmin toxumlardan yaşadığı evin həyətyani sahəsində yarımtikilinin içərisində 10 ədəd çətənə bitkisi əkib onun yaşıl hissələrini qurudub şəxsi istifadəsi üçün marixuana çəkmişdir. Onu həmişə siqaretə doldurmaq üsulu ilə istifadə etmişdir. Evdə heç kim onun nəşə əkməklə qulluq edib çəkmək üçün saxladığını bilməmişdir. Əkib qulluq etdiyi bitkilərin qurudulmuş kütləsini özündə olan siqaret qutusunda saxlamışdır. 13 sentyabr 2024-cü il tarixdə saat 10 radələrində həmin kolların quruyub dibinə düşmüş yarpaqlarını siqaret qutusuna yığıb əynində olan göy rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. Həmin gün saat 17 radələrində Quba rayonu, Barlı kəndində olduğu zaman ona polis əməkdaşları yaxınlaşaraq narkotik vasitə istifadə etdiyini, evində narkotik vasitə əkdiyini, kultivasiya etdiyi barədə əməliyyat məlumatları olduğunu bildirdikdən sonra onun şübhəli kimi tutulduğunu elan etmişlər. O, üzərində və evində narkotik vasitə olduğunu etiraf etmiş, polis əməkdaşları vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə onun saxlanıldığı yerdə üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış aparılarkən ona üzərində qanunla qadağan olunan nə varsa hamısını təqdim etməsi təklif olunmuşdur. O, üzərində saxladığı bir ədəd siqaret qutusunda olan kütləni təqdim etmiş, onun narkotik vasitə olduğunu, ancaq özü üçün istifadə etdiyini, heç kimə satmadığını, üzərindən aşkar olunmuş kütləni həyətində əkdiyi narkotik bitkilərinin qurudaraq yığdığını və siqaretə dolduraraq istifadə etdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə tərəzi ilə ölçülmüş və zərfə qoyularaq qablaşdırılmışdır. Həmin gün saat 18 radələrində onun icazəsi ilə Quba RPŞnin əməkdaşları onun Xaçmaz rayonu Qaraqurdlu kəndində yerləşən yaşayış evinə baxış keçirmişlər. Baxış zamanı həyətyani sahəsində əkdiyi 10 ədəd çətənə bitkilərini polis əməkdaşlarına göstərmişdir. Hadisə yerində olan aqronom tərəfindən həmin dibçəkdə əkdiyi və qulluq etdiyi bitkilər çıxarılaraq ölçülməklə qablaşdırılmışdır. Üzərindən aşkar edilmiş qurudulmuş marixuana və həyətindən aşkar olunmuş narkotik bitkilər ona məxsusdur. Onları özü əkib istifadə etmişdir. Həmin narkotik vasitələrdən heç kimə satmamış və ya maddi nemət müqavilində heç kimə verməmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşiman olmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid1 bildirdi ki, 13 sentyabr 2024-cü il tarixdə Xaçmaz rayonu Qaraqurdlu kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə marixuana istifadə etməsi, saxlaması və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya (əkmə, yetişdirmə) etməsi barədə əldə olunmuş əməliyyat məlumatı ilə bağlı olaraq həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsində iştirak etmişdir. 13 sentyabr 2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Quba rayonu Barlı kəndi ərazisində olduğunu müəyyən edib ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib ona təqdim edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaret qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin vaxtı Təqsirləndirilən şəxs siqaret qutusunun içərisindəki kütlənin narkotik vasitə olduğunu, onun özünə məxsusluğunu, bu kütləni özü üçün istifadə etmək məqsədi ilə qurudaraq yığdığını, heç kimə satmadığını və vermədiyini demişdir. Sonra aşkar edilmiş həmin narkotik vasitə elektron tərəziyə qoyularaq ölçülmüş və zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs Xaçmaz rayonu Qaraqudrlu kəndində yaşadığı evin həyətyani sahəsində çətənə bitkiləri əkib qulluq etdiyi etiraf etmişdir. Təqsirləndirilən şəxs icazəsi ilə yaşayış evində və həyətyani sahəsində keçirilmiş baxış zamanı evin həyətyanı sahəsində cəmi 10 ədəd əkilmiş halda narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər də aşkar edilmişdir. Baxışda iştirak edən aqronom-mütəxəssis həmin bitkilərə baxıb onlara aqrotexniki qayda da qulluq edilməsi barədə rəyini bildirmişdir. Daha sonra həmin çətənə bitkiləri ayrıca zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin əməliyyatmüvəkkilləri, polis baş leytenantı Şahid2 və Quba RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyinin Quba X9 Mərkəzinin bitkiçilik sektorunda böyük məsləhətçi Şahid4 bildirdi ki, o, aqronom-mütəxəssis qismində 13 sentyabr 2024-ci il tarixdə saat 18 radələrində Xaçmaz rayonu, Qaraqurdlu kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evi və həyətyani sahəsində baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı həmin evin həyətyanı sahəsində üstü açıq yarımtikilinin içərəsində 10 ədəd əkilmiş halda narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. O, həmin bitkilərə baxan zaman, onlara aqrotexniki qaydada qulluq edilməsi barədə rəy bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, bildirdi ki, bitkilərə peyin növündə gübrə verilməklə yetişdirilmişdir. Bitkilər onun iştirakı ilə torpaqdan çıxarılmış və qablaşdırılmışdır. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Şahid5 ibtidai istintaqa verdiyi ifadəsi elan olunan zaman məlum oldu ki, o, Xaçmaz rayonu, Qaraqurdlu kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə evlidir, onların üç azyaşlı uşağı vardır. 13 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində əri Yaşar, yanında polis əməkdaşları, bir nəfər vəkil və bir nəfər mütəxəssis-aqronomla birlikdə evinə gəlmiş, onların ərini narkotikləri saxlamaq və əkib qulluq etməkdə şübhəli şəxs kimi Quba rayonu ərazisindən tutub gətirdiklərini, hətta Yaşarın üzərinə baxış keçirərkən onun üstündən narkotik aşkar edildiyini bilmişdir. Yaşarın icazəsi ilə yaşadığıqları evdə və həyətyani sahəsində videoçəkilişlə baxış keçirilmiş, bu zaman həmin evin həyatyani sahəsində cəmi 10 ədəd əkilmiş halda narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Sonra baxışda iştirak edən aqronom-mütəxəssis həmin bitkilərə baxıb onlara aqrotexniki qayda da qulluq edilməsi barədə rəyini bildirmişdir. Polislər həmin çətənə bitkilərini ayrıca zərfə qoyaraq qablaşdırılıb möhürləndikdən sonra üzərinə imzalar atıb Yaşarı da götürüb getmişlər. O, əri Yaşarın narkotik vasitə qəbul etməsini, saxlayıb üstündə daşımasını, həmçinin də onun həyətində narkotik tərkibli bitkilər əkib qulluq etməsini heç vaxt bilməmişdir. Bunlardan onun və aləsinin heç vaxt xəbəri olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana keçirilən baxış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, birinci çəkilişdə Quba RPŞ-nin təhqiqatçısı, polis kapitanı Orxan Qasımzadə, Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantları Şahid1 və Şahid2 Quba RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru Şahid3, Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi və mütəxəssis-aqronom Şahid4 və Təqsirləndirilən şəxs yolun kənarında dayanmışlar. Təhqiqatçı özünü və iştirakçıları təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlamasında şübhəli olmasını bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirir və əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaret qutusunu çıxarıb təqdim edir. Həmin siqaret qutusunun içərisindən narkotik vasitə aşkar edilir. Aşkar edilmiş siqaret qutusunda olan narkotik vasitə elektron tərəzidə ölçülür və çəkisi 25,14 qram gəlir. Aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılır. Təqsirləndirilən şəxs sorğu zamanı Xaçmaz rayonu Qaraqudrlu kəndində yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkib qulluq etdiyini etiraf edir. İkinci çəkilişdə görünür ki, Quba RPŞ-nin əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə Xaçmaz rayonu, Qaraqurdlu kəndindəki evinə gəlirlər və Təqsirləndirilən şəxs icazəsi ilə yaşayış evində və həyətyani sahəsində baxış keçirilir. Bu zaman Təqsirləndirilən şəxs həyətyanı sahəsində üstü açıq olan yarımtikilini göstərib orada çətənə bitkiləri əkib qulluq etdiyini bildirir. Yarımtikiliyə baxış zamanı cəmi 10 ədəd əkilmiş halda narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilir. Baxışda iştirak edən aqronom-mütəxəssis həmin bitkilərə baxıb onlara aqrotexniki qayda qulluq edilməsi barədə rəyini bildirir. Daha sonra həmin çətənə bitkiləri sintetik torbalara qoyularaq qablaşdırılır. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 17 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Quba rayonu, Barlı kəndi ərazisində saxlanılmış, Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibində 01 (bir) ədəd siqaret qutusunda saxladığı marixuananı çıxarıb təqdim etmişdir. Həmin marixuana elektron tərəzidə çəkilmiş, marixuanain çəkisi siqaret qutusu ilə birlikdə ümumilikdə 25,14 qram təşkil etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş 01 ədəd siqaret qutusunda olan kütlə marixuana olmasını və onu yaşadığın evin həyətində əkdiyi çətənə bitkisinin kollarından yığaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin kütlə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək 01 ədəd zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və möhürlənmişdir; “baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024cü il tarixdə, saat 18 radələrində Xaçmaz rayonu, Qaraqurdlu kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə onun icazəsi əsasında keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs məxsus evin həyətində 10 ədəd narkotik vasitəyə bənzər bitkilər aşkar edilmişdir. Quba X9 Mərkəzinin böyük məsləhətçisi Şahid4 narkotik vasitəyə bənzər bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Həmin bitkilər maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək ağ kisələrə qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə kollarını şəxsi istifadəsi üçün əkib yetişdirdiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası üzrə) 14 sentyabr 2024-cü il tarixli 7/1530 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 01 ədəd kağız paketdə tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaret qutusunda təmiz çəkisi 19.911 qram bitki mənşəli tərkibində narkotik maddə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmçinin 04 ədəd sintetik torbada tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs yaşadığı evinin həyətində əkilmiş halda aşkar edilərək götürülmüş 10 ədəd bitki nümunələri tərkibində narkotik maddələr olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqnorom rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Çətənə (kannabis) bitkilərində və həmin növ bitkilərdən hazırlanan marixuanada kannabinoidli komponentlər eynidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 08 oktyabr 2024-cü il tarixli 6729 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs epizodik qurudulmuş marixuana qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd kağız paketdə qablaşdırılaraq möhürlənmiş və ekspertizadan sonra ümumilikdə 19.861 qram çəkidə qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana kütləsi və 04 ədəd sintetik torbada qablaşdırılaraq möhürlənmiş 10 ədəd çətənə bitkiləri iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutlar otağında təhvil verilmişdir. “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Qürbətov faşar İmam oğlunun Azərbaycan Respublikası CMnin 234.1 və 237.1-ci maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə yeni ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 237.2.1-ci maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib qulluq etməklə kultivasiya etməsi barədə onun ailə üzvlərinin məlumatı olmadığından həmin şəxslər barəsində Azərbaycan Respublikası CMnin 237.2.1-ci maddəsilə cinayət təqibinin başlanılması rədd edilməsi, ikin araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, eləcə də 01 ədəd kağız paketdə qablaşdırılaraq möhürlənmiş və ekspertizadan sonra ümumilikdə 19.861 qram çəkidə qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana kütləsi və 04 ədəd sintetik torbada qablaşdırılaraq möhürlənmiş 10 ədəd çətənə bitkiləri iş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Quba RPŞ-nin maddi sübutlar otağına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və baxış protokolları, həmin əməliyyat tədbirlərinin keçirilməsinin əks edildiyi 01 ədəd DVD diski və ona baxış protokolu, maddi sübutlar, iş üzrə təyin edilmiş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və digər istintaq hərəkəti protokolları, məktublar, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin Quba rayonu ərazisində başa çatması kimi qiymətləndirilməklə iş üzrə ibtidai istintaqın Quba RPŞ-də aparılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməsi nəzərə alınması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xeyli miqdar təşkil edən 10 ədəd narkotik təbiətli çətənə bitkilərini qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etməsi və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda marixuananı əldə edib saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 19.911 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Həmçinin, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndinə görə qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər çətənə növlü bitkilər xeyli miqdarı 3-15 ədəd (6-30 hissə) təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evinin həyətində qulluq edərək kultivasiya etməklə yetişdirdiyi 10 ədəd çətənə bitkiləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-ci il tarixli 8 saylı qərarında qeyd olunur: Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. 29 Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-ci il tarixli qərarına əsasən, “CM-in 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasına, habelə çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiya edilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Göründüyü kimi, qeyd olunan maddədə müstəqil formada cinayət məsuliyyəti yaradan aşağıdakı əməllər nəzərdə tutulmuşdur:
1. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə;
2. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirmə;
3. qanunsuz olaraq tərkibində narkotik maddələr olan əkilmiş – yetişdirilmiş bitkiləri (onların hissələrini) toplama;
4. çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə. Göründüyü kimi, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhəti tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, toplanması və kultivasiyasında əks olunur. Bu əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, toplama, habelə tərkibində xüsusi növ narkotik maddələr olan bitkiləri kultivasiya etmə anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir. CM-in 237.1-ci maddəsinin “kultivasiya” anlayışı öz hüquqi mənasına görə tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və toplanmasından fərqli olaraq tərkibində xüsusi narkotik maddələr olan bitkilərin əkilməsi və yetişdirilməsi üçün xüsusi şəraitin yaradılması, həmçinin onların yetişdirilməsi üsullarının təkmilləşdirilməsi, yeni sortların alınması, onların məhsuldarlığının və əlverişsiz hava şəraitinə dözümlüyünün artırılmasına yönələn hərəkətləri nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) hansı miqdarda toplanmasının СM-in 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olmasına dair qeyd edir ki, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün əməlin, yəni tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması müəyyən edilməmişdir. Beləliklə, əməlin CM-in 237.1-ci maddəsi ilə tövsif edilməsi üçün göstərilən məqsədlərin olub-olmaması əhəmiyyət kəsb etmir.” “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 6 iyul 2021-ci il tarixli qərara əsasən, “Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə müvafiq olaraq cinayət əməlinin obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Həmin Məcəllənin 237.1-ci maddəsinə əsasən isə cinayət məsuliyyəti qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə yaranır. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Müzakirə olunan məsələnin həllinə dair yanaşmalardan biri ondan ibarətdir ki, qanunverici tərəfindən Cinayət Məcəlləsinin 237-ci maddəsində narkotik vasitənin kultivasiyasının vahid elementləri sırasında narkotik tərkibli bitkilərin, onların hissələrinin toplanmasının cinayət məsuliyyətinə səbəb olan ayrıca hərəkət kimi nəzərdə tutulması, həmin əməlin (toplamanın) həm də Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etmə kimi tövsifini istisna edir. Bu Qərarla müəyyən edilmiş hüquqi mövqelərə əsasən, qanunsuz olaraq xeyli və ya külli miqdarda əkilmiş, yetişdirilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir.” Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” 13 sentyabr 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1 və 237.1-ci maddələri ilə ittiham elan olunmuşdur; “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 15 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə Təqsirləndirilən şəxs saxlanıldığı Quba RPŞ-nin MSY-dən azad olunması və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır; “qətimkan tədbirinin seçilməsi haqqında” 15 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə Təqsirləndirilən şəxs saxlanıldığı Quba RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir; Xaçmaz RİHB-nın Qaraçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Qaraqurdlu kəndində yaşayır və onun həyat yoldaşı xx.xx.1983-cü il təvəllüdlü Şahid5, qızları - xx.xx.2007-ci il təvəllüdlü Çinarə Qürbətova, xx.xx.2008-ci il təvəllüdlü Ləman Qürbətova, oğlu xx.xx.2014-cü il təvəllüdlü İbrahim Qürbətov, anası xx.xx.1953-cü il təvəllüdlü Balaxanım Qürbətovadan ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmənin elektron sistemindən görünür ki, Təqsirləndirilən şəxs himaysində xx.xx.2007-ci il təvəllüdlü Çinarə, xx.xx.2008-ci il təvəllüdlü Ləman və xx.xx.2014-cü il təvəllüdlü İbrahim adlı uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, himayəsində üç uşağın olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərkən, az ciddi cəzanı daha ağır cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi hər bir maddənin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməklə cinayətlərin məcmusu üzrə cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddələrin sanksiyalarında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs 13 sentyabr 2024-cü il tarixdən 15 sentyabr 2024-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan 10 ədəd çətənə bitkisi və 19,861 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş keçirilmiş ekspertizanın xərci 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2025-ci il tarixli 2-4/2- 822/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarı ilə dövlət hesabına hüquqi yardımın göstərilməsinə görə müdafiəçilərə (vəkillərə) ödənilən haqqın məbləği artırılaraq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmiş və həmin Qərar rəsmi olaraq 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Məhkəmələrin icraatında olan və dövlət hesabına müdafiəçinin (vəkilin) cəlb olunduğu işlər üzrə vəkilə dövlət hesabına hüquqi yardım haqqının ödənilməsi barədə məhkəmələr tərəfindən müvafiq yekun qərar (əsaslandırılmış qərardad) qəbul edilərkən məhkəmənin icraatında olan və ya davam edən işlər üzrə 29 aprel 2025-ci il tarixədək vəkilin faktiki iştirak etmiş olduğu məhkəmə proseslərində dövlət hesabına göstərilən hüquqi yardımın bir saatına görə xidmət haqqının əvvəlki qaydada 6 (altı) manatdan, 29 aprel 2025-ci il tarixdən başlayaraq faktiki davam edən və ya yeni məhkəmə işləri üzrə isə məhkəmə proseslərində vəkilin iştirak etdiyi və ya edəcəyi hər iş saatının 11 (on bir) manatdan hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarı xx.xx.2025-ci il tarixdə saat 10:20-də dərc edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 29 aprel 2025-ci il tarixədək keçirilmiş hazırlıq və baxış iclaslarında vəkil Şahmirzəyev X2 Yaşar İmam oğlunun hüquqlarını müdafiə edərək, faktiki olaraq məhkəmə iclaslarında 8 saat iştirak etmiş, 29 aprel 2025-ci il tarixdən sonrakı məhkəmə baxış iclaslarında 2 saat iştirak etmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Şahmirzə oğluna 29 aprel 2025-ci il tarixədək sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 08 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində, 29 aprel 2025-ci il tarixdən sonrakı sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 02 (iki) iş saatına görə 22 (iyirmi iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 sentyabr 2024-cü il tarixdən 15 sentyabr 2024-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Xaçmaz rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan 10 ədəd çətənə bitkisi və 19,861 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Şahmirzə oğluna 29 aprel 2025-ci il tarixədək sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 08 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində, 29 aprel 2025-ci il tarixdən sonrakı sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 02 (iki) iş saatına görə 22 (iyirmi iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Xaçmaz rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Hakim: Samir Məmmədov