Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-25/2023 04.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumi təmiz çəkisi 6,54 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq onun bir hissəsini özündə, habelə digər hissəsini idarə etdiyi VAZ 2107 markalı AZ **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomaşında və başqa bir hissəsini də Quba şəhəri H.Əliyev prospekti ev 117 ünvanında yerləşən yaşayış evində saxlamış, 10 fevral 2022-ci il tarixdə saat 12:30 radələrində Quba rayonu Qırmızı qəsəbə ərazisində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq onun üzərində şəxsi axtarış aparılarkən göy rəngli gödəkçəsinin sol yan cibində gizlətdiyi 01 ədəd siqaret falqasına bükülmüş halda təmiz çəkisi 0,118 qram, həmçinin sonuncuya məxsus VAZ 2107 markalı AZ **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomaşınına baxış keçirilərkən həmin avtomaşının sürət qutusunun yanındakı qoltuqaltı saxlanc yerində saxladığı 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,070 qram, sonra isə onun Quba şəhəri H.Əliyev prospekti ev 117-də yaşadığı evdə baxış keçirilərkən həmin evin yataq otağında, sağ tərəfdə olan dolabdakı çaynikin içərisində 01 ədəd kağız bükülüdə təmiz çəkisi 0,352 qram eyni tərkibli olan narkotik vasitə qurudulmuş marixuana kütlələri aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Vitalik kimi tanıdığı Yaaqu ilə birlikdə bir neçə dəfə narkotik vasitədən istifadə etmişlər və təmənnasız olaraq bir-birinə narkotik vasitə vermişlər. xx.xx.2022-ci il tarixdə Yaaquya bir neçə dəfə zəng etmiş, sonuncu telefonu açmadığı üçün vatsapp mobil tətbiqi üzərindən görüşmək istədiyini yazmışdır. Bir qədər sonra Yaaqu onun telefon zənginə cavab verdikdə, o, özündə bir qədər marixuana olduğunu bildirmiş və Yaaquya özü ilə yarım həb tramadol gətirməsini demiş, Yaaqu onunla razılaşmış və yaşadığı evin yanına çağırmışdır. O, Yaaqunun yaşadığı küçəyə gəlib sonuncunun evinin qabağında maşını saxlamış və Yaaquya zəng etməyə hazırlaşmışdır ki, bu vaxt onun maşınının qabağına qəfildən “Vaz-014” markalı avtomobil gəlib dayanmışdır. Həmin maşından düşən bir neçə nəfər şəxs ona yaxınlaşmış və əvvəl üzərinə şəxsi axtarış sonra avtomobilinə baxış keçirmişlər. Həmin şəxslər polis əməkdaşları Elvin, Nurlan, Ələkbər və Elmar adlı şəxs olmuşdur. Üzərində şəxsi axtarış keçirən zamanı əynində olan gödəkçəsinin cibindən 1 büküm marixuana aşkar etmişlər. Sorğu əsasında o, aşkar olunmuş kütlənin özünə məxsus olduğunu bildirmişdir. Onun avtomobili nasaz olduğundan irəliyə getməyə başlamış və Elmar maşını durdurmaq üçün sükan arxasına oturmuşdur. Bir qədər sonra Elmar nəsə göstərmək məqsədilə Elvini yanına çağırmış, o, da Elvinlə birlikdə Elmara yaxınlaşmışlar. Elmar maşından bir kibrit qutusunu çıxardıb ondan nə olduğunu soruşmuşdur. Həmin qutunun içərisində narkotik vasitə marixuana olduğu müəyyən edilmişdir. O, həmin qutunun ona məxsus olmadığını, ilk dəfə gördüyünü bildirmişdir. Maşınından aşkar edilmiş qutu ona məxsus olmamış, polis əməkdaşları özləri qutunu maşınına qoymuşlar. Həmin vaxt polis əməkdaşları “sən Vitaliklə danışmamısan? kimsə sənə inanan deyil” demişlər. Sonradan ona məlum olmuşdur ki, Yaaqu iki gün əvvəl tutulmuş və onunla danışanda da polis şöbəsində olmuşdur. Bir qədər sonra həmin yerə çəkiliş qrupu, müdafiəçi və təhqiqatçı gəlmişdir. Maşınından aşkar edilmiş kütlə ona məxsus olmadığından zərfi imzalamaqdan imtina etmişdir. Çəkilişdən əvvəl üzərinə şəxsi axtarış və maşına baxışda iştirak edənlərdən Elmar sonradan çəkiliş zamanı prosedurlarda iştirak etməmiş, onun yerinə Həzrət iştirak etmişdir. Çəkiliş sona çatdıqdan sonra onu polis şöbəsinə aparmışlar. Şöbənin qarşısında Elmar onun evinə də baxış keçiriləcəyini bildirmiş və əvvəldən ondan götürdükləri açarları da alıb onunla birlikdə yaşadığı ünvana getmişlər. Evin qabağında Elvin ona “sənə bir yaxşılıq edə bilərəm, bu bağlamanı sənin evinə qoyuruq, sən də çəkiliş zamanı özünə məxsus olduğunu etiraf edirsən, əks halda maşınına qoyduğumuz kimi evinə də böyük çəkidə narkotik vasitə qoyacaqdır ki, bu da işini çətinləşdirəcəkdir”, demişdir. Qəsəbədə qoyduqları kimi, evinə də böyük çəkidə narkotik vasitə qoyub vəziyətini daha da çətinləşdirəcəklərindən qorxduğu üçün Elvinlə razılaşmışdır. Polis əməkdaşları ilə birlikdə öz evinə daxil olmuş, orada polis əməkdaşları bir büküm narkotik vasitəni əvvəl balışın altına, sonra o, özü istiqamət verərək çaynikin içinə qoymasını tövsiyyə etmişdir. Bundan sonra çəkiliş qrupu gəlmiş və o, çəkiliş zamanı polis əməkdaşlarının dediyi kimi evindən çıxarılan narkotik vasitəni özünə məxsus olduğunu bildirmişdir. Həmin vaxt o, müdafiəçisi Azad Vəliyevə bu barədə bildirmişdir. Bundan sonra o, polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində saxlanılan zaman iki gün ərzində həmin polis əməkdaşları növbə ilə gəlib ona “boynuva al, sənin üçün yaxşı olmayacaq, bu dəfə çıxsan da, gələn dəfə başqa şeylər edəcəyik sənə” sözlərini deyərək, hədələmişlər. O, həmin vaxt rəis müavininin xidməti otağında sorğu edilən zamanı üzərindən tapılan narkotik vasitə ilə evində və maşınında olan narkotik vasitələrin eyni tərkibli olmamasını bildirsə də, sonuncu ekspertizaya göndərilən zaman onların eyni tərkibli olması barədə rəy alacağını demişdir. Beləcə, polis əməkdaşları 3-4 dəfə onu rəis müavininin xidməti otağında apararaq etmədiklərini etiraf etməsini məcbur etmişlər. Həmin vaxt ona fiziki təsir etməmişlər. Prokurorluqda olan zaman o, prokurora bildirmişdir ki, evinin önündə xalça mərkəzi vardır. Xalça mərkəzin müşahidə kameralarında polis əməkdaşlarının onunla birlikdə çəkiliş qrupu gəlməzdən əvvəl evə daxil olması qeydə alınmışdır. Müşahidə kameralarınının görüntülərini istəsə də, əldə edə bilməmişdir. Bundan sonra o, Növxanıda 5 ay müddətində müalicədə olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq, bildirdi ki, polis əməkdaşları tərəfindən ona məxsus “VAZ 2107” markalı AZ **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən aşkar edilmiş içərisində narkotik vasitə olan 01 ədəd kibrit qutusu ona məxsus deyildir. Həmin kibrit qutusu avtomobilinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Kim tərəfindən qoyulduğunu görməsə də, güman edir ki, avtomobilinə narkotik vasitəni Elmar qoymuşdur. Onun üzərində şəxsi axtarış, avtomobilinə və evinə baxış ilk növbədə çəkiliş qrupu olmadan aparılmış, sadalanan prosesual hərəkətlər aparılandan təxminən 30-40 dəqiqə sonra çəkiliş qrupu gəlmişdir. Evin açarları Qırmızı qəsəbədə götürülmüşdür. Bundan sonra onu Quba RPŞ-nə gətirmişlər. Orada avtomobilini cərimə meydançasına yerləşdirib, özünü başqa maşına mindirib evinə getmişlər. Evə çatanda evinin açarları Elvində olmuşdur. Evin qapısını Elvin açmışdır. O cərimə meydançasından birbaşa evinə aparılan zaman təhqiqatçı olmamış və Elvin onun evinə narkotik vasitəni qoyduqdan sonra təhqiqatçı gəlmişdir. Baxış protokolunda olan imza ona məxsusdur. O, müalicədə olan zaman müstəntiq Anar yanına gəlmiş və protokola imza etdirmişdir. Çəkilişdən əvvəl kibrit qutusu ona göstərildiyindən içində nə olduğunu bilmişdir. Ona görə çəkiliş zamanı artıq bunu bildiyi üçün özünə məxsus olmadığını bildirmişdir. Sonda təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədilməsində özünü təqsirli bilməyərək, ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, Bəxtiyarı çoxdan tanıyır, dostudur. O, şöbədə olan zaman Bəxtiyar onun telefonuna “evin qabağına gəlirəm, narkotik çəkməyə” yazmışdır. Telefon həmin vaxt polis əməkdaşlarında olduğundan onun adından yazıb Bəxtiyarı çağırmışlar. Həmin vaxt polis əməkdaşları ona tapşırmışlar ki, zəng edib Bəxtiyara 1 qutu narkotik vasitə gətirməsini desin. Məhkəmədə verilən suallara cavab olaraq, bildirdi ki, Bəxtiyar birlikdə çəkmək üçün narkotik vasitə gətirmişdir. Lakin o, başqa nə iləsə dəyişmək barədə Bəxtiyara bir söz deməmişdir. Bəxtiyar saxlanılan zaman sonuncunun yanında olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Bahadır oğlu bildirdi ki, Bəxtiyar saxlanılan zaman o, çəkiliş aparmışdır. Təhqiqatçı Sənan zəng edib Bəxtiyar barədə məlumat vermişdir. Baxış zamanı Bəxtiyarın üzərindən və maşınından marixuana çıxmışdır. Daha sonra evinə baxış keçirilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, bildirdi ki, prosessual hərəkətlər polis əməkdaşları Elvin, Nurlan, Həzrət, Ələkbərin iştirakı ilə aparılmışdır. Bəxtiyara məxsus avtomobil çəkiliş qrupu gələndən sonra saxlanılmışdır. Həmin vaxt üzərindən və avtomobildən marixuana aşkar edilmişdir. Bəxtiyarın evinə və maşınına baxış bitəndən sonra birbaşa Bəxtiyarın evinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Quba RPŞ-nin CAB-nın rəisi vəzifəsində işləmişdir. Hadisə fevral ayının əvvələrində olmuşdur. Qırmızı qəsəbədə Təqsirləndirilən şəxs məxsus “VAZ 2107” markalı AZ **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili saxlamışlar. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və nəticədə əynində olan gödəkçəsinin qoltuq cibindən 1 büküm narkotik vasitə marixuana çıxmışdır. Həmçinin Təqsirləndirilən şəxs məxsus “VAZ 2107” markalı AZ **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qoltuqaltı hissəsindən bir ədəd kibrit qutusunda marixuana aşkar edilmişdir. Bundan sonra Bəxtiyarın yaşadığı evə baxış keçirilmiş, baxış zamanı Bəxtiyar evindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını təsdiq etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, bildirdi ki, baxışda əməliyyatçılar olmuş, təhqiqatçı müdafiəçini çağırıb çəkilişlə üzərində, maşınına və evinə baxış keçirmişdir. Elmar adında polis əməkdaşı olmamışdır. Əvvəl satış kimi məlumat daxil olmuş və əsaslı şübhələr olduğundan baxış keçirmək məqsədilə Qırmızı qəsəbədən birbaşa Bəxtiyarın yaşadığı evə getmişlər. Bəxtiyar buna etiraz etməmişdir. Evinə baxış zamanı yataq otağında narkotik vasitə aşkar edilmişdir. Təhqiqatçı və müdafiəçi gələnədək Bəxtiyarın üzərində və evinə baxış keçirilməmişdir. Elmar adında şəxs yanında olmamışdır. Onlar əvvəldən Bəxtiyarın üzərində narkotik vasitənin olmasını bilmişlər. Özü şifahi etiraf etmişdir. Bəxtiyar saxlanılan zaman yanında Qadir adında şəxs olmuşdur. Saxlanılan zaman Bəxtiyar özü açarları onlara vermişdir. Saxlanılan yerdən birbaşa Bəxtiyarın evinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 bildirdi ki, Bəxtiyarı tanıyır, sonuncu onun dostudur. O, Quba şəhərinin Meydan ərazisində olan zaman Bəxtiyarla rastlaşmış, sonuncu Qırmızı qəsəbəyə getdiyini demiş, o da evinə aparmasını xahiş etmişdir. X11 (Vitalik) nəsə verməli olduğu deyərək avtomobili sonuncunun evinin qabağına sürmüşdür. Avtomobili saxladıqdan sonra polis əməkdaşları yaxınlaşmış və onları avtomobildən düşürmüşlər. Onlar avtomobildən düşəndən sonra avtomobil irəliyə “axmış”, bu vaxt polis əməkdaşlarından biri sükan arxasına oturub əl əyləcinə basıb avtomobili saxlamış, maşından düşəndə isə əlində bir kibrit qutusu ilə çıxaraq nə olduğunu Bəxtiyardan soruşmuşdur. Avtomobilə hansı polis əməkdaşının oturmasını bilmir. Sorğu zamanı Bəxtiyar həmin kibrit qutusunun ona məxsus olmamasını bildirmişdir. O, avtomobildə Bəxtiyarla Qəsəbəyə gələndə maşında kibrit qutusu olub-olmamasını bilməmişdir. Həmin vaxt o, kənarda olduğundan polis əməkdaşının avtomobilin saxlanc yerinə nəsə qoyduğunu görməmişdir. İbtidai istintaqa verdiyi ifadəsi düz deyil. O, Bəxtiyarın avtomobilində olan zaman nə saxlanc yeri nə də ön oturacaqların arasında yerləşən saxlanc yerini açıb baxmamışdır. Bəxtiyarın üzərində şəxsi axtarış keçirildiyi zaman bir büküm narkotik vasitə çıxmışdır. Bəxtiyar üzərindən çıxan bir büküm narkotik vasitəni özünə məxsus olmasını etiraf etmiş, avtomobilindən çıxan narkotik vasitənin isə özünə məxsus olmadığını bildirmişdir. Bundan sonra Bəxtiyarın üzərindən və avtomobilindən çıxarılan narkotik vasitə yenidən aşkar edilən yerlərə qoyulmuş, sonra çəkiliş aparılmış, çəkiliş zamanı yenidən həmin narkotik vasitələr Bəxtiyar üzərindən və avtomobilindən çıxarılmışdır. Bəxtiyarın deməsinə görə Yaaqudan (Vitalik) pul almalı idi. Hadisədən sonra o Bəxtiyarla görüşməmişdir. Özü Bakı şəhərində Uber taksi xidmətində işləyir. İş materiallarından görünür ki, ibtidai və məhkəmə istintaqında iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsə də, onun qeyd edilən cinayət əməlini törətməsi iş üzrə şahidlərin ifadələri, ekspertizaların rəyləri və işin digər materialları ilə tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarda öz əksini tapır. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış, avtomobilinə və evinə baxış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, Quba RPŞ-nin CAB-nin rəisi Şahid1, Quba RPŞnin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2, CAB-nin əməliyyat müvəkkili Şahid3, CABnin əməliyyat müvəkkili Şahid4 və vəkil X4 iştirakı ilə Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı Sənan Hacıyev tərəfindən 10 fevral 2022-ci il tarixdə saat 12:30 radələrində Təqsirləndirilən şəxs Quba rayon Qırmızı qəsəbəsi G.Əsədov küçəsində idarə etdiyi VAZ 2107 markalı AZ **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomaşını saxladıqda ona yaxınlaşıb özlərini təqdim edirlər. Ona narkotik vasitələri istifadə etməkdə, üzərində daşımaqda, eləcə də maşınında və evində saxlamaqda şübhəli olmasını bildirirlər. Təhqiqatçısı Şahid6 tərəfindən Təqsirləndirilən şəxs vəkil Azad Vəliyev təqdim edilir. Onun hüquq və vəzifələri izah edildikdən sonra üzərində video çəkilişlə şəxsi axtarış aparılır. Həmin şəxsi axtarış zamanı onun üzərindən 2 manat pul, qəpiklər, yaşadığı evin qapısının açarı və 01 ədəd “Samsung” markalı mobil telefonu aşkar edilir. Əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd siqaret falqasına bükülmüş bükülü aşkar edilir. Həmin bükülünün içərisinə baxıldıqda orada yaşıl, tünd rəngdə, narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən olunur. Həmin bükülüdəki bitki kütləsinin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs bükülüdə olan kütlənin “çətənə kolu” olduğunu, özünə məxsus olduğunu və onu Bakı şəhərində tanımadığı şəxsdən alıb əldə etdiyini bildirir. Həmin bükülü elektron tərəzidə çəkildikdə çəkisi 0,5 qram təşkil edir və ayrıca zərfə qoyulmaqla qablaşdırılır. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə ona məxsus “VAZ 2107” markalı AZ **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə video çəkilişlə baxış keçirilir. Maşının salonunda onun sükan arxası və sürət qutusunun yanında olan “bar” adlı yerdən 01 ədəd kibrit qutusu aşkar edilir. Kibrit qutusu elektron tərəzidə çəkildikdə çəkisi 9,1 qram edir, o da ayrıca zərfə qoyulmaqla qablaşdırılır. Həmin vaxtı Təqsirləndirilən şəxs kibrit qutusunun onun maşına qoyulduğunu söyləyir, onun qablaşdırıldığı zərfin üzərinə də imza etməkdən imtina edir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun yaşadığı Quba şəhəri, H.Əliyev prospekti ev 117-də yerləşən yaşayış evi olan yerə gəlirlər. Təqsirləndirilən şəxs özünün razılığı ilə onun evinin qapısını açarla açılır, polis əməkdaşları içəriyə daxil olaraq orada video çəkilişlə baxış keçirirlər. Bu vaxtı evin yataq otağındakı dolabda çaynikin içərisində 01 ədəd kağız bükülü aşkar olunur. Həmin bükülünün içərisinə baxıldıqda orada yaşıl, tünd rəngdə, narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən olunur. Həmin bükülüdəki bitki kütləsi soruşulduqda isə Təqsirləndirilən şəxs onun içindəki kütlənin qurudulmuş marixuana olmasını, özünə məxsus olduğunu və onu da Bakı şəhərində tanımadığı şəxsin ona pay verdiyini bildirir. Həmin bükülü elektron tərəzidə çəkildikdə çəkisi 1,4 qram edir və o da ayrıca zərfə qoyulmaqla qablaşdırılır. Zərf möhürlənir və baxış iştirakçıları hər biri tərəfindən imzalanır. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, 10 fevral 2022-ci il tarixdə saat 12:30 radələrində Quba RPŞ-nin əməkdaşları Təqsirləndirilən şəxs Quba rayon Qırmızı qəsəbəsi G.Əsədov küçəsində idarə etdiyi VAZ 2107 markalı AZ **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomaşını saxladıqda ona yaxınlaşıb özlərini təqdim edirlər. Ona narkotik vasitələri istifadə etməkdə, üzərində daşımaqda, eləcə də maşınında və evində saxlamaqda şübhəli olmasını bildirirlər. Bu zaman RPŞ-nin TB-nin təhqiqatçısı Şahid6 tərəfindən həmin yerə dəvət edilmiş bir nəfər vəkil ona təqdim edilir, onun hüquq və vəzifələri izah edildikdən sonra üzərində video çəkilişlə şəxsi axtarış aparılır. Həmin şəxsi axtarış zamanı onun üzərindən 2 manat pul, qəpiklər, yaşadığı evin qapısının açarı və 01 ədəd “Samsunq” markalı mobil telefonu aşkar edilir. Bu vaxtı onun əynindəki “kurtka”nın sol yan cibindən 01 ədəd siqaret falqasına bükülmüş bükülü aşkar edilir. Həmin bükülünün içərisinə baxıldıqda orada yaşıl, tünd rəngdə, narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən olunur. Həmin bükülüdəki bitki kütləsinin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs bu bükülüdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını etiraf edərək onun özünə məxsus olduğunu və onu Bakı şəhərində tanımadığı şəxsdən alıb əldə etdiyini bildirir. Həmin bükülü elektron tərəzidə çəkildikdə çəkisi 0,5 qram edir və ayrıca zərfə qoyulmaqla qablaşdırılır. “baxış keçirilməsi barədə” 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı ilə ona məxsus “VAZ 2107” markalı AZ **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə video çəkilişlə baxış keçirilir. Maşının salonunda onun sükan arxası və sürət qutusunun yanında olan “bar” adlı yerdən 01 ədəd kibrit qutusu aşkar edilir. Bu kibrit qutusunun içərisinə baxıldıqda orada yaşıl, tünd rəngdə, narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən edilir. Kibrit qutusu elektron tərəzidə çəkildikdə çəkisi 9,1 qram edir, o da ayrıca zərfə qoyulmaqla qablaşdırılır. Həmin vaxtı Təqsirləndirilən şəxs kibrit qutusunun onun maşına qoyulduğunu söyləyir, onun qablaşdırıldığı zərfin üzərinə də imza etməkdən imtina edir. “baxış keçirilməsi barədə” 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun yaşadığı Quba şəhəri, H.Əliyev prospekti ev 117-də yerləşən yaşayış evi olan yerə gəlirlər. Təqsirləndirilən şəxs özünün razılığı ilə onun evinin qapısını açarla açılır, polis əməkdaşları içəriyə daxil olaraq orada video çəkilişlə baxış keçirirlər. Bu vaxtı evin yataq otağındakı dolabda çaynikin içərisində 01 ədəd kağız bükülü aşkar olunur. Həmin bükülünün içərisinə baxıldıqda orada yaşıl, tünd rəngdə, narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən olunur. Həmin bükülüdəki bitki kütləsi soruşulduqda isə Təqsirləndirilən şəxs onun içindəki kütlənin qurudulmuş marixuana olmasını, özünə məxsus olduğunu və onu da Bakı şəhərində tanımadığı şəxsin ona pay verdiyini bildirir. Həmin bükülü elektron tərəzidə çəkildikdə çəkisi 1,4 qram edir və o da ayrıca zərfə qoyulmaqla qablaşdırılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə-bioloji ekspertizası) 11 fevral 2022-ci il tarixli 7/133 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmış, 01 ədəd göy rəngli kağız bükümdə 8 təmiz çəkisi 0,118 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmış, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,352 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus “VAZ-2107” markalı AZ **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən aşkar edilərək götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmış, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,070 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən, yaşadığı evdən və avtomobilindən aşkar edilərək götürülmüş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidir. Marixuanaların təmiz çəkiləri 0,118 qram, 0,352 qram və 6,070 qram təşkil edir, tədqiqata hər obyektdən sərf edildi - 0,02 qram, qalıqlar isə 0,098 qram, 0,332 qram və 6,050 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 16 may 2022-ci il tarixli 2541 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu etmə yəni narkomaniya xəstəliyi əlamətləri aşkar olunur. O, narkomaniya xəstəliyindən əzab çəkir, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin əməliyyat müvəkkili X2 xx.xx.2022-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir; “sübutların qiymətlədirilməsi haqqında” 02 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, avtomobilindən və evindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış hissələri cinayət işi üzrə maddi sübut hesab edilmiş, 03 ədəd ayrı-ayrı kağız paketdə qablaşdırılaraq möhürlənmiş qalıq çəkiləri 0,098 qram, 0,332qram və 6,050 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 6,54 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə ona görə təqsirləndirilir ki, o, ümumi təmiz çəkisi 6,54 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq onun bir hissəsini özündə, bir hissəsini idarə etdiyi avtomobildə və bir hissəsini yaşadığı evdə saxlamışdır. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ibtidai istintaqa verdiyi ifadələrində ona məxsus avtomobildən 01 ədəd kibrit qutusunda və yaşadığı evdən 01 ədəd bükülüdə aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana kütlələrinin ona məxsus olmadığını, həmin kütlələri onu şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri saxlamaqda ittiham edib cinayət məsuliyyətinə cəlb etmək üçün polis əməkdaşlarının qoyduğunu bildirmişdir. Həmçinin şahid qismində dindirilmiş Şahid7 ifadəsində Təqsirləndirilən şəxs avtomaşınının “bar” yerində 01 ədəd kibrit qutusunu polislərin onun maşını saxlamamışdan qabaq gördüyünü bildirsə də, məhkəmə istintaqı zamanı bildirdiklərini təkzib edərək, avtomobildə Bəxtiyarla Qəsəbəyə gedəndə maşında kibrit qutusunu görmədiyini, eyni zamanda polis əməkdaşının avtomobilin saxlanc yerinə nəsə qoyduğunu görmədiyni qeyd etmişdir. Digər şahid X7 ibtidai istintaqdakı ifadəsində Bəxtiyarın həqiqətən də “vatsapla” telefon əlaqəsi saxladığını, 01 ədəd kibrit qutusunda marixuananı onunla dəyişməyi təklif etməsini bildirsə də, məhkəmə istintaqı zamanı ifadəsində tamamilə başqa məlumatlar vermişdir. Təqsirləndirilən şəxs özünə məxsus “VAZ 2107” markalı AZ **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən aşkar eilmiş kütlə ilə bağlı isə məhkəmə istintaqı zamanı qeyd edir ki, üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş kütlə ona məxsus olsa da, avtomobilin salonunda sükan arxası və sürət qutusunun yanında olan “bar” adlı yerdən aşkar edilmiş 01 ədəd kibrit qutusu ona məxsus deyil. Təqsirləndirilən şəxs deməsinə görə o, narkotik vasitədən istifadə etmiş olsa da, üzərində, evində, maşınında və yaxud başqa yerdə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə saxlamamışdır. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş kibrit qutusunu heç vaxt görmədiyini, qutunun polis əməkdaşları tərəfindən qoyulmasını bildirmiş və iş materiallarında olan baxış protokolundan və baxış hərəkətlərini özündə əks etdirən videoçəkilişdən göründüyü kimi, Bəxtiyar avtomobilindən aşkar edilərək götürülmüş kütlə qablaşdırılan zaman zərfin üzərinə imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs avtomobilindən çıxan kütlənin ona məxsus olmasını etiraf etməsə də və bununla bağlı kütlənin olduğu zərfi imzalamaqdan imtina etsə də, prosessual hərəkətin digər iştirakçıları ilə yanaşı Təqsirləndirilən şəxs müdafiəçisi Azad Vəliyev zərfin üzərində imza etmişdir. Bu da öz növbəsində avtomobilə keçirilmiş baxışla bağlı aparılan bütün prosessual hərəkətlərin qanunauyğun şəkildə həyata keçirildiyinə dəlalət edir. Həmçinin baxışı özündə əks etdirən videogörüntü məhkəmədə öyrənilərkən, orada hər hansı bir qanuna zidd hərəkətlərin yer almadığı müəyyən edilir. Bununla bağlı müdafiə tərəfinin vəsatəti əsasında maddi sübutlar Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qablaşdırılmış halda Quba RPŞ-dən gətürülmüş və yenidən ekspertizaya təqdim olunmuşdur. Məhkəmə istintaqı zamanı yaranmış ziddiyyətlərin aradan qaldırmaq məqsədilə iş üzrə əlavə məhkəmə-bioloji ekspertizası keçirilmiş və ekspert qarşısında Təqsirləndirilən şəxs üzərindən, avtomobilindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş kütlələr eyni tərkibli olub-olmaması və əgər eyni tərkiblidirsə, həmin kütlələrin eyniləşdirilməsinin hansı əsaslarla müəyyən edilməsi barədə sualları qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə-bioloji ekspertizası) 28 mart 2023-cü il tarixli 7/401 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən, yataq otağından və avtomobilindən götürülmüş marixuana xırdalanma dərəcələrinə, daxili, xarici quruluşlarına) və kimyəvi (tərkiblərində olan narkotik aktivliyə malik kannabinoidlərin tündlüyünə və ölçülərinə əsasən) tərkiblərinə görə eynidir. Marixuanaların təmiz çəkiləri 0,098 qram, 0,332 qram və 6,050 qram təşkil edir, tədqiqata hər obyektdən sərf edildi - 0,02 qram, qalıqlar isə 0,078 qram, 0,312 qram və 6,030 qramdır. Həmçinin təqsirləndirilən şəxsin əl barmaq izlərinin kibrit qutusunun üzərində olubolmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə-daktiloskopik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə-trasoloji ekspertizası) 03 aprel 2023-cü il tarixli 3/498 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus “VAZ 2107” markalı AZ **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən aşkar edilmiş 01 ədəd kibrit qutusunun səthində əl-barmaq və papilyar naxış izləri aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş kütlə ilə bağlı məhkəmə istintaqında bildirmişdir ki, polis əməkdaşlarının ona təzyiqi nəticəsində evindən aşkar edilmiş kütlənin özünə məxsus olmasını bildirsə də, əslində evində narkotik vasitə olmamış, polis əməkdaşları çəkiliş qrupu olmadan, əvvəldən onun evinə daxil olaraq narkotik vasitəni evdə yerləşdirmiş və sonradan çəkiliş aparılmaqla həmin kütlə aşkara çıxarılmışdır. Bəxtiyar qorxudan etiraf etdiyini iddia etsə də, iş materiallarında olan baxış protokolundan və baxış hərəkətlərini özündə əks etdirən videoçəkilişdən göründüyü kimi, polis əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun yaşadığı Quba şəhəri, H.Əliyev prospekti ev 117-də yerləşən yaşayış evə gəlib, Təqsirləndirilən şəxs özünün razılığı ilə onun evinin qapısını açarla açırlar və Bəxtiyarla birlikdə içəriyə daxil olub baxış keçirirlər, baxış zamanı evin yataq otağındakı dolabda çaynikin içərisində 01 ədəd kağız bükülü aşkar olunur. Oradan görünür ki, Təqsirləndirilən şəxs heç kim tərəfindən təzyiq göstərilməmiş, əksinə Bəxtiyar özünü sərbəst və rahat şəkildə apararaq polis əməkdaşlarının suallara cavab vermişdir. Sorğu əsnasında Təqsirləndirilən şəxs gödəkçəsinin cibindən aşkar edilmiş kütlə kimi, evindən aşkar edilmiş kütlənin də içərisində qurudulmuş marixuana olmasını, Bakı şəhərindən tanımadığı şəxsdən təmənnasız aldığını bildirmişdir. Qeyd olunanları analiz edərək məhkəmə, Təqsirləndirilən şəxs ifadələrində ona məxsus avtomobildən 01 ədəd kibrit qutusunda və yaşadığı evdən 01 ədəd bükülüdə aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana kütlələrinin ona məxsus olmaması, həmin kütlələrin ona məxsus avtomobilə və evə məhz polis əməkdaşları tərəfindən qəsdən, onun cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə qoyulması barədə göstərdiklərini inandırıcı hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs baxış zamanı avtomobilində və evində aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olmaması və sair barədə məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşır və bu ifadəni məsuliyyatdən boyun qaçırmaq məqsədi ilə verdiyi və özünümüdafiə xarakter daşıdığı barədə nəticəyə gəlir. Müdafiə tərəfinin həmin mövqeyi, nəinki iş üzrə həm məhkəməyədək icraat, həm də məhkəmə baxışı zamanı tədqiq olunmuş hər hansı bir sübutla təsdiq olunmur, əksinə, məhkəmə baxışı zamanı tədqiq olunmuş ekspert rəyləri, baxış protokolu, şahidlərin ifadələri, eləcə də iş üzrə tədqiq olunmuş bir-birini tamamlayan digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə ona da qeyd etməyi zəruri bilir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Şahid8 xx.xx.2022-ci il tarixdə Quba RPŞ-nın təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saat 20:40-da MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs isə xx.xx.2022-ci il tarixdə saat 13:50-də şübhəli şəxs qismində tutulmuşdur. Başqa sözlə onların arasında hər hansı bir danışığın və ya yazışmanın aparılması istisna edilmir. Lakin, məhkəmədə bildirildiyi kimi, Bəxtiyarla yazışmanın Yaaqunun telefonundan polis əməkdaşları tərəfindən aparılması məhkəmədə sübuta yetirilmədi. Digər tərəfdən, əgər yazışma polis əməkdaşları tərəfindən aparılmış və təqsirləndirilən şəxsin bildirdiyi kimi, narkotik vasitəni polis əməkdaşları onun avtomobilinə qoymuş olsaydı, polis əməkdaşları artıq yazışmada, planlı şəkildə, Yaaqunun adından ona bir kibrit qutu marixuana gətirməsini qeyd edərdilər. Lakin, təqsirləndirilən şəxsin özünün də deməsinə görə yazışmada bu barədə söhbət olmamışdır. Beləliklə də, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 10 fevral 2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13:50-də şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; Quba Rayon prokuroru Namiq Muradovun 12 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş və o, dərhal həbsdən azad edilmişdir; “qətimkan tədbiri seçilməsi haqqında” 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Quba Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 30 iyun 2020-ci il tarixdə Quba Rayon Məhkəməsinin qərarı ilə həmin cəzası 03 ay 21 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuş, 21 oktyabr 2020ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2022-ci il tarixli 153 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, H.Əliyev prospekti 117-də yaşayır. O yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdən 12 fevral 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş əlavə məhkəmə-bioloji ekspertizadan sonra marixuanaların qalıqları 0,078 qram, 0,312 qram və 6,030 qram çəkidə Quba rayon Polis şöbəsinə təhvil verilmişdir. Odur ki, Quba RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan 03 ədəd ayrı-ayrı kağız paketdə qalıq çəkiləri 0,078 qram, 0,312 qram və 6,030 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Bundan başqa, cinayət işi üzrə keçirilmiş ekspertizaların xərci 205,29 (iki yüz beş manat iyirmi doqquz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdən 12 fevral 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertizaların xərci 205,29 (iki yüz beş manat iyirmi doqquz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ**********0003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan 03 ədəd ayrı-ayrı kağız paketdə qalıq çəkiləri 0,078 qram, 0,312 qram və 6,030 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-25/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-25/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver