Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-26/2022 18.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkumluğu olmayan, evli, fərdi əməklə məşğul olan, ünvan 2 qeydiyyatda olan və yaşayan, barəsində 27 avqust 2021-ci il tarixdə «polisin nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümdə ümumilikdə təmiz çəkisi 0,771 qram ağ kristallik psixotrop maddə-metamfetamin əldə edərək, daşımaqla və tanışı Şahid5 evinə gəlmiş, Quba RPŞ-nin əməkdaşları tərəfindən 26 avqust 2021-ci il tarixdə saat 01:35 radələrində Quba şəhəri H.Z.Tağıyev küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evində saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,419 qram və 0,352 qram, ümumilikdə təmiz çəkisi 0,771 qram ağ kristallik psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki o, Quba şəhər sakini Şahid5 təxminən 5-6 aydır ki, tanıyır və münasibətləri normal olmuşdur. 25.08.2021ci il tarixdə Süleymanla zəngləşmiş və Süleyman onu Quba şəhərinə qonaq çağırmışdır. 25.08.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhərində yaşadığı evin yaxınlığında olan zibil qutularının yaxınlığından bir ədəd sellofan bükülü tapmış və həmin bükülünün içərisində 2 ədəd balaca bükümdə metamfetamin olduğunu görüb şəxsi istifadəsi üçün özü ilə götürmüşdür. Fikirləşmişdir ki, həmin narkotik vasitəni özü ilə Quba şəhərinə aparıb orada Süleymanla birlikdə istifadə edər. Dostu Musa ilə birlikdə Bakı şəhərindən çıxıb Quba şəhərinə təxminən saat 23 radələrində gəlib çatmış, Süleymanla görüşüb evinə gəlmişlər. Evdə əyləşib çay içib söhbət edirmişlər. Bu zaman özü ilə gətirdiyi 2 ədəd bükümdə olan metamfetamini cibindən çıxarıb stolun üzərinə qoymuş, Süleyman 2 ədəd falqa kağız və bir ədəd kağız borucuq gətirmişdir. Gətirdiyi 2 ədəd bükümdən birini açıb içərisində olan metamfetamindən bir qədər götürüb üçü birlikdə istifadə etmişdir. Təxminən saat 01 radələrində Süleyman və Musa ilə birlikdə stolun ətrafında əyləşən zaman polis əməkdaşları özlərini təqdim edərək onların narkotik vasitələri istifadə etməkdə və saxlamaqda şübhəli olduqlarını bildirmişdirlər. Vəkil dəvət edilmiş və vəkil Anar müəllim ona təqdim edilmişdir. Polis əməkdaşı ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya olmasını soruşduqda, o da əynində olan şalvarın cibindən Bakı şəhərindən tapıb özü ilə gətirdiyi və bir qədərini istifadə etdiyikləri 2 ədəd bükümdə olan metamfetamini çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümlərin özünə məxsus olduğunu və Bakı şəhərindən tapdığını bildirmişdir. Təqdim etdiyi narkotik vasitələr polis əməkdaşları tərəfindən götürülüb elektron tərəzidə çəkildikdə 1,3 qram çəkisi olmuş və çəkildikdən sonra qablaşdırılmışdır. Həmçinin onun icazəsilə avtomobilinə də baxış keçirilmiş və heç bir qanunla qadağan olunan əşya aşkar olunmamışdır. Baxış başa çatdıqdan sonra prosessual hərəkətlərin davam etdirilməsi məqsədilə vəkili ilə birlikdə Quba RPŞ-nə dəvət etmişdirlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını göstərərək, himayəsində yeni dünyaya gəlmiş övladının olmasını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Nadir oğlu ifadəsində göstərmişdir ki, o, Raufla birlikdə Quba şəhərində yaşayan tanışı Süleymanın evinə Bakı şəhərindən qonaq gəlmişdir. Təxminən saat 23 radələrində Quba şəhərinə gəlib çatmışlar və Süleymanla görüşüb evinə gəlmişlər. Evdə əyləşib çay içib söhbət edirmişlər. Təxminən saat 01 radələrində Süleymanın evində olan zaman stolun arxasında Süleyman və Musa ilə birlikdə əyləşmişdir. Rauf cibindən 2 ədəd bükülü çıxarıb stolun üzərinə qoymuş və içərisində “patı” olduğunu demişdir. Onlar qərara gəlmişlər ki, həmin “patı”dan istifadə etsinlər. Bu məqsədlə Süleyman 2 ədəd falqa kağız və bir ədəd kağız borucuq gətirmişdir. Rauf stolun üzərinə qoyduğu 2 ədəd bükümdən birini açıb içərisində olan metamfetamindən bir qədər götürüb falqanın üzərinə qoyub bişirmiş, hər üçü borucuq vasitəsilə həmin “patı”dan istifadə etmişdir. Süleyman və Raufla birlikdə stolun ətrafında əyləşən zaman polis əməkdaşları otağa daxil olub özlərini təqdim edərək narkotik vasitələri istifadə etməkdə və saxlamaqda şübhəli olduqlarını bildirib, Raufdan üzərində narkotik vasitə olması barədə soruşmuşlar. Rauf da üzərində “patı” olduğunu demişdir. Vəkil dəvət edilmiş və Raufa təqdim edilmişdir. Raufa təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Rauf da şalvarının cibindən 2 ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşı Raufdan bükümlərdə olan kütləni haradan əldə etdiyini soruşmuş, Rauf da həmin bükümləri tapdığını və üçünün birlikdə istifadə etdiyini bildirmişdir. O və Süleyman həmin bükümün içərisində olan kütlədən bir qədər istifadə etdiklərini bildirmişdir. Raufun üzərindən aşkar olunmuş bükümlər tərəzidə ölçülmüş və çəkisinin 1,3 olduğu görünmüşdür. Daha sonra Raufun özünün iştirakı ilə avtomobilinə baxış məqsədilə polis əməkdaşları getmiş və onlar digər polis əməkdaşları ilə birlikdə otaqda gözləmişlər. Raufun avtomobilinə baxış keçirdikdən sonra polis əməkdaşları qayıtmışlar və Süleymandan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet olması barədə soruşmuşdurlar. Süleyman da üzərində olan əşyaları çıxarıb təqdim etmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Süleymandan metamfetamindən istifadə etməsi haqqında soruşulduqda, Raufun üzərində olan metamfetamindən üçünün birlikdə stolun üzərində olan falqa və borucuqdan istifadə etməklə çəkdiklərini demişdir. Həmçinin polis əməkdaşı ondan narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməyilə bağlı soruşduqda, o da Raufun üzərində aşkar olunmuş metamfetamindən istifadə etdiyini səmimi etiraf etmişdir. Baxış başa çatdıqdan sonra onları Quba RPŞ-nə dəvət etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 eyniməzmunlu ifadə verərək Şahid6 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Cəlal Sultanov ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini “Rauf” adlı şəxsin və Quba şəhər sakini “Süleyman” adlı şəxslərin narkotik vasitə əldə etməsi və Şahid5 evinə gəlməsi, həmin ünvanda narkotik vasitədən istifadə etmələri və üzərlərində saxlamaları barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə o, CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid4, PPXB-nin taqım komandiri Şahid2 və ƏRQ-nun kiçik inspektoru Eyvaz Sultanovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Quba şəhəri H.Z.Tağıyev küçəsi ev 59 ünvanına Şahid5 yaşadığı ünvana gəldik və ev sahibi Aydın Talıbovu çağırıb evinə baxış keçirilməsinə etiraz edib-etmədiyini soruşulmuş, A.Talıbov heç bir etiraz etməmişdir. Darvazadan içəri daxil olmuşlar və masanın arxasında Təqsirləndirilən şəxs, Şahid5 və Şahid6 əyləşdiklərini görmüşlər. Özlərini həmin şəxslərə təqdim edərək Təqsirləndirilən şəxs və Şahid5 üzərlərində narkotik vasitələri saxlamaqda və istifadə etməkdə şübhəli olduqları barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil Anar Qurbanov dəvət edilmiş və Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi xahiş edilmiş, Təqsirləndirilən şəxs də əynində olan şalvarının cibindən 2 ədəd bükümü çıxarıb təqdim etmiş və “patı” olduğunu bildirmişdir. Raufdan bükümlərdə olan kütləni haradan əldə etdiyini soruşduqda, Rauf da həmin bükümləri tapdığını, Süleyman və Musa ilə birlikdə istifadə etdiklərini bildirmişdir. Raufun üzərindən aşkar olunmuş bükümlər tərəzidə ölçülmüş və çəkisinin 1,3 qram olduğu görünmüşdür. Daha sonra Raufun özünün iştirakı ilə avtomobilinə baxış keçirilmiş və qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirdikdən sonra evə qayıdaraq Süleymana üzərində narkotik vasitələri saxlamaqda şübhəli olması bildirirlərək vəkil İbrahim müəllim dəvət edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, Süleymandan metamfetamindən istifadə etməsi haqqında soruşulduqda, Raufun üzərində aşkar edilmiş metamfetamindən üçünün birlikdə stolun üzərində olan falqa və borucuqdan istifadə etməklə çəkdiklərini demişdir. Həmçinin Musa da Raufun üzərində aşkar olunmuş metamfetamindən istifadə etdiyini səmimi etiraf etmişdir. Baxış başa çatdıqdan sonra saxlanılan şəxslər prosessual hərəkətlərin davam etdirilməsi üçün Quba RPŞ-nə dəvət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin əməkdaşları Şahid1, Şahid3, Şahid4 və Şahid2 eyniməzmunlu ifadə verərək Cəlal Sultanovun ifadəsində göstərdiklərini təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş Ədliyyə Nazirliyi MEM-in materialların məhkəmə ekspertizasının 26.08.2021-ci il tarixli 6/3710 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №67” dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş iki ədəd zərfdə olan: üzərində "Vət. Təqsirləndirilən şəxs..." sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,419 qram, 0,352 qram ümumi təmiz çəkisi 0,771 qram olan ağ kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir. üzərində "Vət. Təqsirləndirilən şəxs..." sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd kağız borucuqda və iki ədəd falqa kağızı parçasında narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və iki ədəd bükümdə olan metamfetamin ilə müqayisəli tədqiqat aparılması mümkün olmadı. Qeyd : Metamfetaminin ümumi təmiz çəkisi – 0,771 qram, tədqiqata sərf edidli – 0,1 qram, qalıq – 0,671 qram. İş üzrə təyin edilib keçirilmiş narkoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 31.08.2021-ci il tarixli 3168 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannaboidlərin və metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə baxışın keçirilməsini özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, 26.08.2021-ci il tarixdə Quba şəhəri H.Z.Tağıyev küçəsi ev 59 ünvanında yerləşən Şahid5 məxsus fərdi yaşayış evində saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,419 qram və 0,352 qram, ümumilikdə təmiz çəkisi 0,771 qram ağ kristallik psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı ŞİH Bakı şəhər Mənzil-kommunal Təsərrüfatı Birliyi Departamenti 135 saylı MKİS-in 09.10.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 29.01.1991-ci il təvəllüdlü arvadı X3, oğlu 05.10.2021-ci il təvəllüdlü David Nəzərzadədən ibarət ailə tərkibi vardır, 135 saylı MKİS-in verdiyi xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında nikah 05.01.2021-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 05.10.2021-ci il təvəllüdlü Nəzərzadə David rauf oğlu adlı azyaşlı övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasın cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 26.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 27.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs oğlunun 26.08.2021-ci il tarixdən 27.08.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 20 saat üçün 120 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 1 ədəd kağız paketdə 0,671 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən onun 26.08.2021-cı il tarixdən 27.08.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan 02 (iki) gün çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (il) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 2 ünvanında yaşadığı evi axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 1 ədəd kağız paketdə 0,671 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-26/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-26/2022
18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver